Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1387/2020 30.07.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı X6, Cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X11 Tovuz rayon şöbəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X11 Tovuz rayon şöbəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X11 Tovuz rayon şöbəsinin (bundan sonra Dövlət X11 Tovuz rayon şöbəsi) xx.xx.2015-ciiltarixli, 69/8-88 saylıməktubu ilə X7 yaşa görə dövlətqulluqçusukimi əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Bundansonra, iddiaçı X10 cavabdeh Dövlət X11 Tovuz rayon şöbəsinə qarşı pensiyasının dövlət qulluqçusu olaraq hesablanması tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, iddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cü ildə ona yaşa görə pensiya təyin olunmuş, lakinpensiyası düzgün müəyyənlşdirilməmiş və qanuna müvafiq qaydada təyin olunmamışdır. Belə ki, o, seçki yolu ilə fasiləsiz olaraq 11 il 11 ay 23 gün kəndin sovet və icra aparatında işləmişdir. Yəni, xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək kənd sovetinin katibi, xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixədək kənd sovet sədri kimi və həmin tarixdən, yəni xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Tovuz RİHB-nin kənd nümayəndəsi işləmişdir. xx.xx.1994-cü il tarixdən səhhətinə görə işdən azad olunmuşdur. İşlədiyi müddətdə həmişə dövlətinə və xalqına vicdanla qulluq etmiş, cəbhəyanı kənd olmaqla müharibənin əvvəlindən axırına qədər xalqı ilə birlikdə olmuşdur. Ona görə də, pensiyasının dövlət qulluqçusu olaraq hesablanmasını xahiş edir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(083)- 1513/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(104)-106/2020 nömrəli qərardadı ilə apelyasiya şikayəti qismən təmin olunmuş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(083)-1513/2019 nömrəli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı X10 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, X6 xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək işlədiyi Dondar Quşçu kənd XDS-nin UK-nin katibi vəzifəsi dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin təsnifat toplusunda göstərilən dövlət qulluğu vəzifələrinin uyğunlaşdırılması siyahısında nəzərə alınmadığı üçün həmin vəzifədə işlədiyi illər onun dövlət qulluğu stajına daxil edilməməlidir. X7 xx.xx.2013-cü il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 144.42 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2020-ci il tarixdən pensiyasının məbləği 233.20 manat olmuşdur. Azərbaycan Respublikası Əmək və X8 nazirinin xx xxxxxx 2019-cu il tarixli, **********2 nömrəli əmrinə əsasən 2019-cu ilin 10 may tarixindən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X11 X9 İdarəsi tərəfindən aparılması ilə əlaqədar Fondun rayon (şəhər) şöbələri tərəfindən belə təyinatların həyata keçirilməsi həmin tarixdən dayandırılmışdır. Ona görə də məhkəmə iclasında cavabdeh şəxs qismində Dövlət X11 Tovuz rayonşöbəsinin deyil, Dövlət X11Xüsusi X3 nümayəndəsi iştirak etməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq X6 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 8.1.3. maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 8.1.4. maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış, yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Əmək və X8 nazirinin xx xxxxxx 2019-cu il tarixli, **********2 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X11 X9 İdarəsi haqqında” Əsasnamənin 2.1.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərə əmək pensiyanın təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X11 Xüsusi X3 fəaliyyət istiqamətlərinə aid edilmişdir. Hazırki iddia ərizəsindən görünür ki, iddiaçının tələbi pensiyasının yenidən - dövlət qulluqçusu olaraq hesablanması ilə bağlı olmuşdur ki, iddiaçının ərizəsinə aidiyyəti üzrə baxmalı olan orqan Dövlət X11 Xüsusi X4sa da, iddiaçı səhvən Dövlət X11 Tovuz rayon şöbəsinə müraciət etmişdir. Göründüyü kimi, dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X11 Xüsusi X3 səlahiyyətlərinə aiddir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia tələbi düzgün cavabdehə qarşı yönəlməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsi) növünə aiddir. Bu baxımdan, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35.1. maddələri). Məhkəmə qeyd edir ki, qanunda inzibati orqana öncədən müraciət edilməsi şərti yalnız İPM-in 33.1-ci maddəsinə əsasən qaldırılan məcburetmə haqqında iddia üçün nəzərdə tutulsa da, həmin şərt prinsip etibarilə İPM-in 34-cü maddəsinə müvafiq olaraq qaldırılan öhdəliyin icrası haqqında iddiaya da aiddir, çünki burada söhbət ümumi prinsip olan hüquqların müdafiəsinə ehtiyacın olması prinsipindən gedir. İddiaçı öncədən inzibati orqana müraciət edərək müvəffəqiyyət qazanmağa cəhd etmədən birbaşa məhkəməyə müraciət etməməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar («İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 4.1, 4.2, 5.1 və 5.2 bəndləri). Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı X6 cavabdeh Dövlət X11 Tovuz rayon şöbəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iddiası mümkün sayılmamalıdır. İdiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80. maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X11 Tovuz rayon şöbəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1387/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1387/2020
30.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver