Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1387/2024 20.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, məhkəmə iclasının katibi Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı X7, X4, X14 və X5 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2023-ci il tarixdən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayış əsasında X7, X4, X14 və X5 onun mülkiyyətində olan mənzildə qeydiyyatda olduğunu bildirmişdir. İddiaçı X7, X4, X14 və X5 ona məxsus olan mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı Cavabdehnə (bundan sonra mətndə cavabdeh) etdiyi müraciətinə sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli məktubla imtina cavabı verilmiş və məhkəməyə müraciət etməsi bildirilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxslər X7, X4, X14 və X5 ona məxsus olan ünvan 1 ünvandan qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 mülkiyyət hüququ üzrə ona məxsusdur. Üçüncü şəxslər evin keçmiş sakinləridir. O, üçüncü şəxslərə görə əlavə kommunal ödəyir. Odur ki, onların qeydiyyatdan çıxarılması üçün Cavabdehnə müraciət etmişdir. Orada onun ərizəsindən imtina edilib, məhkəməyə müraciət etməsini məsləhət bilmişlər. Ona görə də iş üzrə üçüncü şəxslərin ona məxsus mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmənin sorğusuna cavab olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2024cü il tarixli 5-1/2-03/182/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş Gəncə ŞİHB 4 saylı SİƏD üzrə nümayəndəliyinin arayışına əsasən X7, X4, X14 və X5 ünvan 1 ünvanında yaşamadığı müəyyən edilmişdir. Məhkəmənin sorğusuna Gəncə şəhər qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3- 16-5/8-xx-xx/2024 nömrəli cavab məktubundan məlum olur ki, X7, X4, X14 və X10 iddiaçının ailə üzvləri sırasına aid deyil. Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 0339/2024 nömrəli cavab məktubu ilə müəyyən edilir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən ünvan 3 ünvanına dair üç fərqli əmlak aşkar edilmişdir. Gəncə şəhər İHB-nın 120 nömrəli sərəncamıyla ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak X11 mülkiyyətinə verilmiş və onun adına 21534 nömrəli qeydiyyat vəsiqəsi tərtib edilmişdir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair X11 adına xx.xx.2019-cu il tarixli, **********88-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 6 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 40-997 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən qeyd olunan fərdi yaşayış evi İddiaçı satılmış və onun adına xx.xx.2023-cü il tarixli, **********24-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhər İHB-nın xx.xx.1998-ci il tarixli, 5811 nömrəli sərəncamıyla ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak X2 mülkiyyətinə verilmiş və onun adına 17955 nömrəli qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Gəncə şəhəri, 7 saylı dövlət notariat kontorunun xx.xx.2007-ci il tarixli, 4Ə-01-72 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən qeyd olunan fərdi yaşayış evi X1 və onun adına xx.xx.2007-ci il tarixli, **********98- 10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Kəpəz Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 4 nömrəli Qərarı ilə Zülfü Hacıyev (keçmiş Çumaka) küçəsi, 2-ci döngə, ev 2A ünvanında yerləşən daşınmaz əmlak X9 mülkiyyətinə verilmişdir. Gəncə şəhəri, 4 saylı dövlət notariat kontorunun xx.xx.1996-cı il tarixli, 3M-1-14 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən qeyd olunan fərdi yaşayış evi X6 və X3 bağışlanmışdır. Gəncə şəhəri, 4 saylı dövlət notariat kontorunun xx.xx.2002-ci il tarixli, 4Ə-1-14 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən qeyd olunan fərdi yaşayış evi Həbiz- zadə Bəhruz Mikayıl oğluna satılmış və onun adına xx.xx.2023-cü il tarixli, **********84-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Eyni zamanda bildiririk ki, İddiaçı tələbi üzrə ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 25,5 kvadratmetr və torpaq sahəsi 0,06 hektar olan fərdi yaşayış evi üzərində üçüncü şəxslər X7 və digərlərinin istifadə hüququnun qeydə alınmasına dair məlumat aşkarlanmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-0339/2024 nömrəli cavab məktubuna qoşma kimi əlavə edilmiş çıxarış və elektron sistemdən çıxarış ilə müəyyən olunur ki, üçüncü şəxslərdən X5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ mövcuddur. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh xx.xx.2024-cü il tarixli məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş və üçüncü şəxslər isə gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini ********** qeydiyyat nömrəli çıxarışın surəti, yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayış, elektron məhkəmə sorğu sistemdən çıxarışlar, ******* qeydiyyat nömrəli çıxarışın surəti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-0339/2024 nömrəli məktubu, Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-1/2-03/182/2024 saylı məktubu, Gəncə şəhər qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8-xx-xx/2024 nömrəli məktubu, cavabdehin xx.xx.2023-cü il tarixli nömrəli imtinası təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, iş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2023-cü il qeydiyyat tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-0339/2024 nömrəli cavab məktubuna əlavə edilmiş çıxarış və elektron sistemdən çıxarışa əsasən üçüncü şəxslərdən X5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ mövcuddur. Həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-0339/2024 nömrəli cavab məktubunda ünvan 3 ünvanına dair üç fərqli əmlak aşkar edilmişdir. Məhkəmənin sorğusu ilə əldə edilmiş sənədlərdən göründüyü kimi, iddiaçının mülkiyyətində olan mənzil ilə eyni ünvan göstəricilərinə malik digər mənzillər də mövcuddur ki, bunlardan biri də iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi X8 məxsusdur və X5 ünvan 5 ünvanına dair mülkiyyət hüququ Seriya MH ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Yuxarıda göstərilən maddədə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları sadalanmış, iddiaçı, üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün həmin normada göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu sübuta yetirə bilməmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı daşınmaz əmlak obyektlərinin ünvan reyestrini aparan orqana müraciət edərək, ünvanla bağlı ziddiyyətli halı aradan qaldırdıqdan sonra məhz onun mənzilində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı iddia qaldıra bilər. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı X7, X4, X14 və X5 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-1387/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1387/2024
20.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver