Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1388/2025 07.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı və üçüncü şəxs X2 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin, üçüncü şəxsin etirazı İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 nömrəli qərarının qismən, X3 0.15 ha torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun Bərdə rayonu, Mollagüllər kəndində torpaq sahəsi var. Həmin torpaq sahəsi uzun müddətdir ki, iddiaçının istifadəsində olmuşdur. Bununla bağlı hər hansı bir mübahisə olmamışdır. Sonradan iddiaçıya məlum olub ki, üçüncü şəxs X4 həmin torpaq sahəsinin bir hissəsinə JN-261A kod 61014038 nömrəli Şəhadətnamə almışdır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək X3 verilən JN-261A kod 61014038 nömrəli Şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1002/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə onun iddia tələbi mümkünsüz hesab edilmişdir. İddiaçı qərardadla tanış olarkən ona məlum olmuşdur ki, JN-261A kod 61014038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 nömrəli qərarı əsasında verilmişdir. İddiaçı hesab edir ki, həmin qərar X3 aid hissədə qanunsuz olduğu üçün ləğv edilməlidir. Adlı siyahıdan görünür ki, X2 adına 2 torpaq sahəsi biri 0,10 ha, digəri 0,15 ha ayrılmışdır. Bundan başqa mübahisələndirilən torpaq sahəsi həmişə iddiaçının və ailəsinin istifadəsində olmuş və qanuna əsasən həmin torpaq sahəsi ona verilməlidir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi arxiv arayışından görünür ki, Bərdə rayon arxivində X3 0,15 ha torpaq sahəsinin ayrılmasına dair heç bir məlumat yoxdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3997/2024 nömrəli qərardadı ilə X4 üçüncü şəxs kimi məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. Üçüncü şəxs X4 tərəfindən məhkəməyə iddiaya qarşı etiraz daxil olmuş və İddiaçı tərəfindən verilmiş iddianın rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1002/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, hazırkı mübahisə mahiyyət etibarı ilə, üçüncü şəxsə torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin cavabdeh tərəfindən ləğv olunması ilə bağlıdır. Mübahisələndirilən şəhadətnamənin verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlər qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağrılana dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada iddiaçı hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsə verilmiş Şəhadətnamənin ləğvini tələb etməkdə haqlı sayıla bilməz. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-1054/2022 nömrəli qətnaməsi və Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-738/2023 nömrəli qətnaməsi ilə İddiaçı və X8 üçüncü şəxsin mülkiyyətində olan Bərdə rayonu, Mollagüllər kəndində 0.15 ha torpaq sahəsini zəbt etməsi sübuta yetirilmiş və zəbt edilmiş torpaq sahəsindən çıxmaları qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-107/2024 nömrəli qərarı ilə həmin hissədə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-738/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, yalnız maddi ziyanının tutulması hissəsində ləğv edilərək, yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Qanuni Şəhadətnamə ilə üçüncü şəxsə məxsus olan 0.15 ha torpaq sahəsi və onun zəbtində olan 0.06. ha bələdiyyə torpağı uzun müddət onun istifadəsində olsa da 2020-ci il tarixdə İddiaçı tərəfindən zəbt edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin torpağın iddiaçı tərəfindən zəbt olunması öz əksini tapmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İş üzrə cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, həmçinin, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə iclasa gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi Nümayəndə iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşin halları Bərdə rayonu Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli 14 saylı qərarı ilə Bərdə rayonu Mollagüllər kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. JN-228A KOD 61014038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Bərdə rayonu Mollagüllər kəndindən İddiaçı, X5, X14 və X13 mülkiyyətinə Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli 14 nömrəli qərarı ilə 0.30 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2022-ci il tarixli 10/5907 nömrəli rəyinə görə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə ərazi idarəsinin mütəxəssis rəyinə əsasən H.Hacıyev təsərrüfatının Mollagüllər kəndində aparılmış torpaq islahatına dair kompleks yerqurluşu layihəsinə əsasən torpağın mülkiyyətə verilməsinə dair JN 261 nömrəli şəhadətnamə ilə X2 mülkiyyətinə verilmiş 0.15 ha həyətyanı torpaq sahəsindən naturada İddiaçı və X15 istifadə edir. İddiaçı X2 cavabdehlər İddiaçı və X9 qarşı torpaq sahəsindən çıxarılma və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-1054/2022 nömrəli 14 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlərin iddiaçının mülkiyyətində olan Bərdə rayonu Mollagüllər kəndində 0.15 ha torpaq sahəsindən çıxarılması və vurulmuş 9.000 manat maddi ziyanın tutularaq iddiaçıya verilməsi, aparılmış ekspertiza tədqiqatının 50 manat dəyərinin cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi, iş üzrə ödənilmiş 100 manat məbləğdə dövlət rüsumun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-738/2023 nömrəli 07 mart 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli qətnaməsi “cavabdehlər İddiaçı və X6 vurulmuş 9000 manat maddi ziyan tutularaq iddiaçı X3 verilməsi” hissəsində dəyişdirilərək, cavabdehlərdən vurulmuş maddi ziyana görə 4.500 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-107/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-738/2023 nömrəli 07 mart 2023-cü il tarixli qətnaməsi qismən, vurulmuş maddi zərərin əvəzi olaraq 4.500 manat məbləğdə pulun cavabdehlər İddiaçı və X6 alınaraq iddiaçı X3 ödənilməsi hissəsində ləğv edilmiş, iş eyni hissədə yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişiklik edilmədən saxlanılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1002/2024 nömrəli qərardadı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı X3 verilən JN-261A kod 61014038 nömrəli Şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(104)-626/2024 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1002/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 iyul 2015-ci il tarixli Qərarı Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları).
Məhkəmənin mövqeyi
Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırkı iddia tələbi ilə iddiaçı Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli, 14 nömrəli qərarının qismən, X3 0.15 ha torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında məhkəmələr tərəfindən iddianın əsaslılığının yoxlanılmasından əvvəl həmin iddianın mümkünlük şərtləri yoxlanılmalıdır. İddianın mümkünlük şərtlərindən biri iddiaçının iddia tələbi üzrə subyektiv hüququnun mövcud olmasıdır. Məhkəmə tərəfindən hazırkı iddia tələbi üzrə İddiaçı subyektiv hüququnun olması müəyyən edilməmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Bərdə rayonu Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli 14 saylı qərarı ilə Bərdə rayonu Mollagüllər kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. X1 rayonu Mollagüllər kəndində yerləşən onun mülkiyyətinə verilmiş 0.15 ha həyətyanı torpaq sahəsi İddiaçı və X15 tərəfindən istifadə edildiyi üçün sonunculara qarşı torpaq sahəsindən çıxarılma və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia tələbi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin 14 dekabr 2022-ci il tarixli 2(021)-1054/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlərin iddiaçının mülkiyyətində olan qeyd olunan torpaq sahəsindən çıxarılması və vurulmuş 9.000 manat maddi ziyanın tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 mart 2023-cü il tarixli 2(104)-738/2023 nömrəli qətnaməsi ilə qismən təmin edilmiş, qətnamə maddi ziyanla bağlı hissədə dəyişdirilərək, cavabdehlərdən vurulmuş maddi ziyana görə 4.500 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh İddiaçı kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-107/2024 nömrəli qərarı ilə qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi qismən, vurulmuş maddi zərərlə bağlı hissəsində ləğv edilmiş, iş eyni hissədə yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişiklik edilmədən saxlanılmışdır. Göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qeyd olunan qərarı ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 mart 2023-cü il tarixli 2(104)-738/2023 nömrəli qətnaməsi cavabdehlər İddiaçı və X7 iddiaçı X2 mülkiyyətində olan torpaq sahəsindən çıxarılması hissəsində dəyişiklik edilmədən saxlanılmışdır. Bundan başqa İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı X3 verilən JN-261A kod 61014038 nömrəli Şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddiası Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1002/2024 nömrəli qərardadı ilə mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)- 626/2024 nömrəli qərardadı ilə təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin göstərilən qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan kassasiya şikayəti verilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(104)-626/2024 nömrəli qərardadında qeyd edilmişdir ki, İddiaçı üçüncü şəxs X2 mülkiyyətinə verilmiş əmlaka münasibətdə şəhadətnaməni mübahisələndirmək üçün subyektiv hüquq daşıyıcısı deyil. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2022-ci il tarixli 10/5907 nömrəli rəyinə görə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə ərazi idarəsinin mütəxəssis rəyinə əsasən H.Hacıyev təsərrüfatının Mollagüllər kəndində aparılmış torpaq islahatına dair kompleks yerqurluşu layihəsinə əsasən torpağın mülkiyyətə verilməsinə dair JN 261 nömrəli şəhadətnamə ilə X2 mülkiyyətinə verilmiş 0.15 ha həyətyanı torpaq sahəsindən naturada İddiaçı və X15 istifadə edir. Qeyd olunanlara əsasən müəyyən olunur ki, üçüncü şəxs X3 ayrılmış Bərdə rayonu Mollagüllər kəndində yerləşən 0.15 ha torpaq sahəsi İddiaçı tərəfindən zəbt olunaraq istifadə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən və bir çox başqa Qərarlarındakı hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsinin onun istifadəsində olmasına əsaslanaraq Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 nömrəli qərarının X3 0.15 ha torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsini tələb etmək üçün subyektiv hüquqa malik deyil. Ona görə də iddia mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı Cavabdehnə qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ruhiyə Tağıyeva