Məhkəmə qərarları › İş №2-1(114)-139/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-139/2021

23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-139/2021 23.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X5rşı (üçüncü şəxs Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi) ünvan 1 ünvanında yerləşən 17A nömrəli mənzilin onun adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 17A nömrəli mənzilin onun adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 2-1(114)- 1613/2020 nömrəli qərardad ilə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi (bundan sonra mətndə üçüncü şəxs) iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikası “Xalq üçün mallar” dövlət konserni Gəncə toxuculuq Kombinatı tərəfindən 791 nömrəli order əsasında ünvan 1 ünvanında yerləşən 17A nömrəli mənzil ona verilmişdir. Həmin tarixdən bu günədək iddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Onların binalarında yaşayan bi neçə şəxs öz yaşadıqları mənzilləri özəlləşdirmişdir. İddiaçı yaşadığı mənzili özəlləşdirmək üçün cavabdeh orqana müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabehin imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxx 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək ünvan 1 ünvanında yerləşən 17A nömrəli mənzilin iddiaçının adına özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs nümayəndələrinin iştiraklarını şifahi məhkəmə baxışı iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə xx.xx.2020-ci il tarixli, **********68 nömrəli etiraz ərizəsi ünvanlamış və iddia tələbinin təmin olunmamasının məhkəmədən xahiş etimşdir. Üçüncü şəxs məhkəməyə xx.xx.2021-ci il tarixli, 10-50 nömrəli məktub ünvanlamış və iddia tələbinə etiraz etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X6 iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********15 nömrəli imtina məktubunun əsli; - Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)-1362/2019 nömrəli qərarının surəti; - məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X6 xx.xx.2021-ci il tarixli, **********21 nömrəli cavab məktubu; - xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Bu kimi iddia növündə inzibati aktın qəbul edilməsi istisna olmaqla istənilən hərəkətin edilməsi tələbi irəli sürülə bilər. İddia tələbi mümkün olmaqla yanaşı həm də əsaslıdır. Belə ki, məhkəmə araşdırmaları zamanı tərəfin izahatı və iş üzrə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 17A nömrəli mənzil İddiaçı adına xx.xx.1994-cü il tarixli orderlə onun və ailə üzvlərinin istifadəsinə verilmişdir. Orderdə mənzilin yataqxana olması göstərilməmişdir. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş 1982-ci il redaksiyalı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinin tələblərinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bu Məcəllədə və digər qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət və ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. Həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (qanunvericiliklə başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Həmin Məcəllənin 48-ci maddəsinin tələblərinə görə dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir. “Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi Haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələblərinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikası vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinin tələblərinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. Məhkəmə araşdırmaları zamanı tərəfin izahatı və iş üzrə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 17A nömrəli mənzil İddiaçı adına xx.xx.1994-cü il tarixli orderlə onun və ailə üzvlərinin istifadəsinə verilmişdir. Orderdə mənzilin yataqxana olması göstərilməmişdir. Bundan əlavə, yuxarıda qeyd edilən maddənin məzmunundan göründüyü kimi dövlət mülkiyyətində olan yataqxanaların müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələrinin özəlləşdirilməsinə yol verilir. İddiaçıya məxsus yaşayış sahəsi Gəncə Toxuculuq kombinatının balansında olmuşdur. Bu məsələ ilə bağlı, xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş 1982-ci il redaksiyalı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5-ci maddəsində göstərilmişdir ki, dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. X7 Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Kosiç Xorvatiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli Qərarında X7 Məhkəməsi qeyd etmişdir ki, ədalətlilik prinsipi həm prosessual məsələləri, həm də işin mahiyyəti üzrə həlli məsələlərini əhatə edir. Hazırkı iş üzrə iddiaçının tələbindən irəli gələn hallar X7 Konvensiyası ilə təsbit olunmuş ədalətlilik prinsiplərinə tam uyğundur. X7 Məhkəməsinin presedent hüququ ilə münasiblik təşkil edir. Akimova Azərbaycana qarşı Avropa Məhkəməsinin işi üzrə (xx xxxxxxxx 2007-ci il tarixli qərarı) Məhkəmə orderin şikayətçiyə gələcəkdə qanuna uyğun olaraq mənzili pulsuz özəlləşdirib öz mülkiyyətinə keçirməyə imkan verdiyini nəzərə alıb, mənzili onun mülkiyyəti hesab etdi və mənzilin zəbt olunmasını 1 saylı protokolun 1-ci maddəsinin pozulması kimi qiymətləndirdi. Göründüyü kimi, Avropa Məhkəməsinin mövqeyi baxımından özəlləşmədə maneəsiz iştirak etmək hüququnun olmasına mülkiyyət hüququ kimi yanaşma düzgün yanaşma hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Bunda əlavə olaraq məhkəmə qeyd edir ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixli, 2-1(083)-1362/2019 nömrəli qərar qəbul edilmiş, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X5rşı mənzilin özəlləşdirilməsi tələbinə dair iddia təmin edilımiş və ünvan 3 ünvanında yerləşən 4/5 nömrəli mənzilin iddiaçı X2 adına özəlləşdirilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X6 üzərinə qoyulmuşdur. Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X6 xx.xx.2021-ci il tarixli, **********21 nömrəli cavab məktubundan görünür ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2- 1(083)-1362/2019 nömrəli qərarı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X12 tərəfindən icra olunmuş, qeyd edilən məhkəmə qərarına əsasən X3 xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. «İnzibati icraat haqqında» Qanunun : 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-ci maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Odurki cavabdeh orqan tərəfindən Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)-1362/2019 nömrəli qərarı icra olunduğu və həmin qərarın nəticəsində hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verildiyi üçün hal-hazırki iddia tələbidə təmin olunmalıdır. Çünki iş üzrə tələblər eynidir və inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 17A nömrəli mənzilin İddiaçı adına özəlləşdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X6 üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar