Məhkəmə qərarları › İş №2-1(114)-139/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-139/2022

18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-139/2022 18.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndələri X2 və X3 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə 27.09.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh başçısının 03.03.2011-ci il tarixdə Samux rayonu, “Boz Dağ” massivində yerləşən 12 və 17 nömrəli sahələrdən icarəsinə verilmiş 450 hektar torpaq sahəsinin 50 hektarının əlindən alınması ilə bağlı sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh başçısının 27.03.2017-ci il tarixli, 40 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını və məhkəmənin 01.12.2021-ci il tarixli, 2-1(114)- 2062/2021 nömrəli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 10.12.2021-ci il tarixli, 2-1(114)- 2062/2021 nömrəli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bağladığı 03 mart 2011-ci il tarixli, 05 saylı icarə müqaviləsinə əsasən Samux rayonu ərazisində “Boz Dağ” massivi adlanan ərazidə 12 və 17 nömrəli sahədən 450 hektar qış otlaq sahəsi 15 il müddətinə ona icarəyə verilmişdir. 3 il bundan qabaq onun xəbəri olmadan guya o, ərizə yazıb icarəsində olan 450 hektar torpaq sahəsinin 50 hektarını ondan alınması ilə bağlı Cavabdehnə müraciət etdiyi üçün 50 hektar torpaq sahəsi icra hakimiyyətinin nömrəsini bilmədiyi sərəncamla əlindən alındığı bildirilmişdir. O, torpağının 50 hektarının əlindən alınması ilə bağlı heç bir ərizə yazmamışdır. Bu yaxınlarda icra hakimiyyətinə bu barədə yəni, hal-hazırda istifadə etdiyi icarə haqqını ödədiyi 450 hektar torpaq sahəsinin əlindən alınması 50 hektarının qaytarılması ilə bağlı Cavabdehndən ona 09.09.2021-ci il tarixli, 1105 nömrəli məktubla bildirmişlər ki, guya o, 450 hektar torpaq sahəsinin 50 hektarının geri alınmasını özü ərizə verib xahiş etmişdir. Halbuki, onun ərizə yazmaq savadı yoxdur. O, ərizə yaza bilmir. Ona görə də məhkəmə qaydası ilə qanunsuz olaraq Cavabdeh nömrəsini bilmədiyi sərəncamla 450 hektar torpaq sahəsinin 50 hektarının əlindən alınması ilə bağlı sərəncamı ləğv edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 18 may 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı 13.03.2017-ci il tarixdə ərizə ilə Cavabdeh başçısı aparatına müraciət edərək, icarəsində olan olan 450 hektar torpaq sahəsinin müəyyən hissəsinin geri alınmasına və yerdə qalan hissəsinin iddiaçının adına rəsmiləşdirilməsinə etiraz etmədiyini qeyd etmişdir. Müraciətdə qeyd olunanlar nəzərə alınaraq, Cavabdeh müvafiq sərəncamı ilə iddiaçının icarəsinə 400 hektar torpaq sahəsi verilmişdir. İcarəsinə verilmiş torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturada dəqiqləşdirilərək ərizənin elektron xəritəsi və yerquruluşu planı tərtib edilərək tərəflər arasında təsdiq olunduqdan sonra iddiaçıya təqdim olunmuşdur. İddiaçının təsərrüfat fəaliyyətini davam etdirməsi üçün rayonun “Boz Dağ” massivindəki qış otlaq sahəsindən icarəsinə verilmiş torpaq sahəsi təsərrüfatında olan xırda buynuzlu heyvanların baş sayına uyğun olaraq verilmişdir. Həmin ərazidə xırda buynuzlu heyvanların saxlanması ilə bağlı iddiaçının sahibkarlıq fəaliyyətinə heç bir məhdudiyyətlər yaranmır. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, tələbin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Cavabdeh 09.09.2021-ci il tarixli, 1105 nömrəli məktubu; - 03.03.2011-ci il tarixli, 05 nömrəli icarə müqaviləsinin surəti; - İddiaçının icarəsinə verilmiş 450 hektar örüş sahəsinin cizgi xəritəsinin surəti; - Cavabdeh 03.03.2011-ci il tarixli, 47 nömrəli sərəncamının surəti; - 20.05.2002-ci il tarixli, 04 nömrəli müqavilənin surəti; - “Torpaqdan müvəqqəti istifadə hüququna dair” 28.06.1999-cu il tarixli, JN-0150 KOD 50700028 nömrəli şəhadətnamənin surəti; - Ödəniş qəbzlərinin surətləri; - Cavabdeh başçısının Füzuli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 23.09.2021-ci il tarixli, 278 nömrəli arayışı; - Cavabdeh başçısının 27.03.2017-ci il tarixli, 40 nömrəli sərəncamının təsdiqlənmiş surəti; - İddiaçının Cavabdehnə ünvanladığı 13.03.2017-ci il tarixli ərizə; - “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 27.03.2017-ci il tarixli, 10 nömrəli müqavilənin təsdiqlənmiş surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq , mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, hazırda mübahisələndirilən Cavabdeh başçısının 27.03.2017-ci il tarixli, 40 nömrəli sərəncamına əsas İddiaçı 13.03.2017-ci il tarixli müraciəti təşkil etmişdir. Qeyd edilən sərəncam əsasında Cavabdeh başçısının “Torpaq sahəsinin İddiaçı icarəsinə verilməsi barədə” 03.03.2011-ci il tarixli, 47 saylı sərəncamı qüvvədən düşmüş hesab edilmiş, iddiaçıya verilmiş 50 hektar torpaq sahəsi geri qaytarılmışdır. Hazırda iddiaçı Cavabdeh başçısının 27.03.2017-ci il tarixli, 40 nömrəli sərəncamının ləğv edilməsini xahiş edir. Cavabdeh başçısının 27.03.2017-ci il tarixli, 40 nömrəli sərəncamında öz əksini tapmış iddiaçı tərəfindən cavabdehə ünvanlanmış ərizə sorğu əsasında əldə edilmiş, həmin ərizə iddiaçıya təqdim edilsə də, iddiaçı bildirmişdir ki, ərizə onun tərəfindən imzalanmamışdır və məhkəməyə ərizə təqdim edərək, məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Həmin ərizənin məzmunundan görünür ki, iddiaçının “Boz Dağ” massivində icarəsində olan 450 hektar qış otlaq sahəsinin bir hissəsinin Nazirlər Kabinetinin qərarına əsasən qış otlaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi üçün dövlət ehtiyyat fonduna keçirilməsi nəzərdə tutulmuşdur. Həmin qərarın icrası ilə bağlı heç bir narazılığının olmadığını bildirmiş və onun icarəsində olan qış otlaq sahəsinin əkin dövriyyəsinə alınan hissəsi çıxıldıqdan sonra qalan hissəsinin onun icarəsində saxlanılması üçün sərəncam verilməsini xahiş etmişdir. Məhkəməyə 13.04.2022-ci il tarixdə daxil olmuş 28.03.2022-ci il tarixli, 4/339 nömrəli məhkəmə-xəttşünaslıq ekspertizasının rəyinin nəticə hissəsindən müəyyən edilmişdir ki, İddiaçı adından olan 13 aprel 2017-ci il tarixli ərizədə “İddiaçı” soyadı önündəki imza İddiaçı tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.17.3-cü bəndində göstərilmişdir ki, şəhər rayonlarının icra hakimiyyəti başçılarının sərəncam və əmrləri Azərbayan Respublikasının qanunvericiliyinə zidd olduqda onları ləğv etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə aiddir. Həmin Əsasnamənin 6.08-ci bəndində göstərilmişdir ki, yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir, qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. “İnzibati icraat haqqında” Qanunun 2.0.10-cu maddəsinə əsasən, əlverişli inzibati akt maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt, 2.0.11-ci maddəsinə əsasən, əlverişsiz (yükləyici) inzibati akt isəəmaraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə də, məhkəmə araşdırmaları zamanı, şifahi məhkəmə baxışı iclasında araşdırılmış sübutlarla və qeyd edilən münasibətlərə tətbiq ediləcək maddi hüquq normalarının tələblərinə əsasən müəyyən olunmuşdur ki, Cavabdeh başçısının 03.03.2011-ci il tarixli, 47 nömrəli sərəncamı iddiaçının 13.03.2017-ci il tarixli ərizəsi əsasında ləğv edilmiş və qeyd edilən sərəncamın ləğv edilməsinə dair qəbul edilmiş Cavabdeh başçısının 27.03.2017-ci il tarixli, 40 nömrəli sərəncamı qanunamüvafiq olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərmiş olduğu halları sübuta yetirə bilməmiş, məhkəmə iclasında sərəncamın ləğv olunması üçün olmuş əsasları məhkəməyə təqdim edə bilməmişdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqanın hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinin smetasından görünür ki, iş üzrə keçirilmiş ekspertizanın xərci 124 (bir yüz iyirmi dörd) manat təşkil etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən (İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır) hesab edir ki, ekspertizanın keçirilməsi ilə bağlı 124 (bir yüz iyirmi dörd) manat məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı Cavabdeh başçısının 27.03.2017-ci il tarixli, 47 nömrəli sərəncamının ləğv edilməsi barədə iddia təmin edilməsin. Ekspertiza xərci olan 124 (bir yüz iyirmi dörd) manat məbləğində pul İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Adı: X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22) tutulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar