Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1390/2020 28.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakları ilə İddiaçı Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi) qarşı adının məcburi köçkün kimi aylıq müavinət alan şəxslərin adlı siyahısına daxil edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Cavabdeh xx.xx.2020-ci il tarixli, İ-6/2-073/2 nömrəli məktubu ilə iddiaçı məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olduğuna görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətinin və kommunal xidmətlər üzrə güzəştlərin əvəzinə verilən vahid aylıq müavinətin ödənilməsi Qaydası »nın 2.4 maddəsinə uyğun olaraq ona və oğluna verilən vahid aylıq müavinətin ödənişinin dayandırıldığı bildirilmişdir. Müavinətin dayandırılmasını qanunsuz hesab edən iddiaçı məhkəməyə müraciət edərək Cavabdehnə qarşı ona məcburi köçkün kimi verilən çörək pulu və kommunal pulun yenidən ala bilməsi üçün onun xeyrinə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1974-cü il tarixdə Kəlbəcər rayonu İlyaslar kəndində anadan olmuşdur. Erməni terrorçularının Azərbaycan torpağına hücumu zamanı ailəsi ilə birlikdə Bərdə rayonu Mircəfərli kəndində məcburi köçkün kimi məskunlaşmışdır. 1996-cı ildə əslən Kəlbəcərli olan Bərdə rayon sakini X10 ilə ailə həyatı qurmuşdur. 2010-cu ildə Emindən məhkəmə yolu ilə boşanmışdır. Belə ki, 2002-2003-cü illərdə keçmiş həyat yoldaşı Emin Moskva şəhərində polislər tərəfindən saxlanılmış, həmin vaxtdan bu günə kimi onunla əlaqəsi olmamış və neçə il həbs cəzası aldığından da xəbəri yoxdur. Birgə nikahdan 3 övladları dünyaya gəlmişdir. Hal-hazırda biri, yəni X5 evli olduğundan ər evindədir. Digər iki övladı X9 və X6 onun himayəsindədir. 10 ildən artıqdır ki, iki xəstə övladı ilə birlikdə qohum evində yaşayır. Belə ki, qızı X9 ağ-ciyər xəstəsidir, oğlu X6 isə beyin daxili travmadan əziyyət çəkir. Məcburi köçkün düşdükləri vaxtdan 2019cu ilin may ayına kimi məcburi köçkün kimi çörək pulu və kommunal pulu almışdır. Lakin 2019-cu ilin may ayından ona verilən çörək pulu və kommunal pulu Cavabdeh başçısının göstərişi ilə İlyaslar kənd nümayəndəsi İskəndərov Amil tərəfindən dayandırılmışdır. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etmiş və ona bildirilmişdir ki, Cavabdehnə problemin həll olunması ilə bağlı müraciət ediblər. Lakin hələ də heç bir nəticə yoxdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi əlavə olaraq bildirdi ki, 1996-cı ildə Bərdə rayon sakini X10 ilə ailə həyatı qurmuş, 2010-cu ildə Emindən məhkəmə yolu ilə boşanmışdır. 2002-2003-cü illərdə keçmiş həyat yoldaşı Moskva şəhərində tutulmuş, hazırkı tarixədək ondan heç bir məlumat almamış və harada olması barədə məlumatı yoxdur. Himayəsinə iki uşağı var və ailəsinin maddi imkanı olduqca ağırdır. Odur ki, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş edir. Üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, Cavabdeh tərəfindən təqdim olunan məlumata əsasən, iddiaçı İsayeva X4 rayonu, İlyaslar kənd sakini olmaqla, 1996-cı ildə Kəlbəcər rayonunun işğalından sonra (xx.xx.1993) məcburi köçkün statusu olmayan şəxslə - X10 ilə nikaha daxil olmuşdur. Daha sonra məhkəmə qaydasında nikahları pozulmuşdur. İddiaçı ərizəsində əvvəlki vaxtlarda yemək xərci üçün verilən aylıq müavinəti almasını göstərmişdir. İddiaçının 2019-cu ilin may ayına kimi müavinəti alması əsassız və qanunsuz olmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olmayan məcburi köçkünlərin vahid aylıq müavinətinin verilməsi dayandırılmışdır. X1 məcburi köçkün statusu olmayan şəxslə - X10 ilə nikaha daxil olduğundan və boşandığından ona vahid aylıq müavinət verilə bilməz. Odur ki, iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehə və üçüncü şəxsə hazırki məhkmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İPM-in 62.3-cü maddəsi). İş materiallarında olan: -“Nikahın pozulması haqqında” xx.xx.2010-cu il tarixli, AZ-İ 105852 nömrəli şəhadətnamənin surətindən görünür ki, X10 ilə İddiaçı nikahları ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 78 nömrə ilə qeyd edilmişdir. -Cavabdeh Bərdə Rayon İcra Hakimiyyətinə ünvanlandığı xx.xx.2012-ci il tarixli, VM-1/576 nömrəli məktubunun surətindən görünür ki, məcburi köçkün İddiaçı, atası X3 ailə tərkibindən çıxdığını nəzərə alıb, onun ailə üzvləri ilə birlikdə Bərdə rayonunda ayrı təsərrüfat kimi qeydə alınmasına dair göstəriş verilməsi xahiş olunmuşdur. -Cavabdeh başçısının Kəlbəcər Çəpli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 27 nömrəli arayışından məlum olur ki, İsayeva X4 rayon İlyaslılar kənd sakinidir və ailə tərkibi qızı X8 və oğlu X2 ibarətdir. -AA seriyalı 237428 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkün statusuna malikdir. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsayeva X4 rayonu, İlyaslılar kəndində qeydiyyatdadır. -Cavabdehxx.xx.2020-ciiltarixli, İ-6/2-073/2 nömrəli məktubundan görünür ki, iddiaçı məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olduğuna görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş « Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətinin və kommunal xidmətlər üzrə güzəştlərin əvəzinə verilən vahid aylıq müavinətin ödənilməsi Qaydası »nın 2.4 maddəsinə uyğun olaraq ona verilən vahid aylıq müavinətin ödənişinin dayandırılmışdır. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 9. maddəsinə əsasən məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. İşin mahiyyəti üzrə həlli ilə bağlı məhkəmə işdə olan sübutları tam və hərtərəfli araşdıraraq işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, iddiaçı məcburi köçkün statusuna malikdir və məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olmuş, nikahda olduğu dövrdə üç övladı doğulmuş, xx.xx.2010-cu il tarixdə iddiaçının nikahı pozulmuşdur. İddiaçıya ödənilən müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan səxslar üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4 və 2.6-cı bəndinlərinə əsasən dayandırılmış, iddiaçı məcburi köçkün statusu olduğundan ona məcburi köçkünlər üçün nəzərdə tutulan vahid aylıq müavinətin verilməsini xahiş etmişdir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı həqiqətən məcburi köçkün statusuna malikdir və həmin kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan müavinəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı qəbul edilənədək almışdır. Cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan səxslar üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4 və 2.6-cı bəndinlərinə əsasən, yəni məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxslə nigaha daxil olmaqla ailə qurduğundan və boşandığından ona verilən müavinət dayandırılmışdır. Göründüyü kimi, inzibati orqan tərəfindən müavinətin dayandırılması zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarına istinad olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan səxslar üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4 və 2.6-cı bəndinlərinə əsasən məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara və valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara məcburi köçkün statusu olan şəxslər üçün nəzərdə tutulan aylıq müavinət verilmir. Məhkəmə qeyd edir ki, «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair» Qaydaların əsas anlayışlar adlanan hissəsindən görünür ki, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin y şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası «məcburi köçkün» statusuna malik olan və valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonu (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. «Məcburi köçkün» statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə. Həmin qaydaların 4.2-ci bəndinə əsasən «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.1. İşğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə (rayonda) pasport qeydiyyatında olan şəxslərə; 4.2.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayoı ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatdan çıxmayan qadınlara və onların uşaqlarına. 4.2.3. «Məcburi köçkün» statusu olmayıb, «məcburi köçkün» şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə. 4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə. 4.2.5. Sakini olduğu rayonun işğalından sonra «məcburi köçkün» statusu olan şəxs tərəfindən himayə və qəyyumluğa götürülmüş «məcburi köçkün» statusuna malik şəxslərə; 4.2.6. «Məcburi köçkün» statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki və hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına. Adıçəkilən Qaydaların 4.1.1 -ci bəndi ilə iddiaçının məcburi köçkün statusuna malik olması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Kabineti tərəfindən xx xxxxxx 2017-ci il tarixli 11 nömrəli Qərarı təsdiq edilmiş köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası»nın tələblərinə uyğun olaraq, ona köçkünlər üçün ödənilən aylıq müavinət təyin edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göründüyü kimi Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində iki növ normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi nəzərdə tutulmuşdur: 1. fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran; 2. hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən. Hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair 2014-cü il tarixli 27 mart qərarında qeyd edilir ki, insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin əvvəlcədən gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətlərinin iştirakçılarında öz davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsi və özlərinin rəsmi tanınmış hüquqi statusunun, əldə edilmiş hüquqlarının dəyişilməməzliyində əminlik yaratmaqla, dövlətin hüquq siyasətinə etibarını artırır. Üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən iddia tələbinə dair etirazda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 N-li əmri ilə təsdiq edilmiş "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat"ın 5.4. bəndinə istinad olunmuş və iddiaçının müavinət almasının adıçəkilən təlimata uyğun olmadığını qeyd edilmişdir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 N-li əmri ilə təsdiq edilmiş "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat"ın 5-bəndinə əsasən yemək xərci üçün aylıq müavinət mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi və ya ev əldə edəcək həmin yaşayış sahəsinə daimi pasport qeydiyyatına düşmüş məcburi köçkünlərə (şəhid ailələri istisna olunmaqla), məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış rayon sakininə ərə getmiş, uşaqları olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına; müddətli hərbi xidmətdə olan məcburi köçkünlərə; həbsdə olan məcburi köçkünlərə; "məcburi köçkün" statusu olmayıb, "məcburi köçkün" statusu olan şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə; "məcburi köçkün" statusuna malik olub Respublika ərazisindən pasport qeydiyyatından çıxmadan və ya pasport qeydiyyatından çıxmaqla müvəqqəti başqa ölkəyə getmiş məcburi köçkünlərə geri qayıdanadək (başqa ölkəyə müvəqqəti getmiş məcburi köçkün geriyə qayıtdıqdan sonra yemək xərci üçün aylıq müavinətin bərpa olunması ilə əlaqədar rayon icra hakimiyyətinə rəsmi müraciət etməlidir); pasport qeydiyyatından çıxıb başqa ölkəyə gedən "məcburi köçkün" statusu olan şəxslərə; səfərbərlikdən boyun qaçıran və fərarilik edən şəxslərə verilmir. Göründüyü kimi; "məcburi köçkün" statusu olmayıb, "məcburi köçkün" statusu olan şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə yemək xərci üçün aylıq müavinət verilməməsi nəzərdə tutulmuş, hazırkı mübahisə üzrə iddiaçının məcburi köçkün statusu var və yemək xərci üçün aylıq müavinət ödənilən zaman sözügedən Təlimat qüvvədə olmuşdur. Məhkəmə hesab edir ki, hazırki münasibətlərə həmin dövrün qanunvericilik aktları tətbiq edilməlidir. Başqa sözlə iddiaçıya həmin kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulmuş aylıq müavinətin ödənilməsi həmin dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur və işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən iddiaçıya verilən vahid aylıq müavinətin ödənilməsinin dayandırılması qanuni deyildir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iddia tələbi təmin edilməli, İddiaçı adının məcburi köçkün kimi vahid aylıq müavinət alan şəxslərin adlı siyahısına daxil edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. AzərbaycanRespublikası İnzibati Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinin tələblərinə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı adının məcburi köçkün kimi vahid aylıq müavinət alan şəxslərin adlı siyahısına daxil edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1390/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1390/2020
28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver