Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1392/2021 09.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş idarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 08.11.2019-cu il tarixli, **********712900 saylı “Tələbin icraya yönəldilməsi haqqında” qərarından görünür ki, İddiaçı tərəfindən 193 140,96 manat əsas, 20 733,27 manat faiz, 24 709,50 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 238 583,73 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 30.03.2016cı il tarixli, **********182200 nömrəli, 22.08.2016-cı il tarixli, **********997100 nömrəli, 29.05.2018-ci il tarixli **********151887 nömrəli və 11.10.2019-cu il tarixli, **********718500 nömrəli qərarları 08.11.2019-cu il tarixdən icraya yönəldilmişdir. İddiaçı 29.10.2020-ci il tarixli iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 08.11.2019-cu il tarixli **********712900 saylı “Tələbin icraya yönəldilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 09.02.2021-ci il tarixli 2-1(114)-231/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi barədə iddia mümkün sayılmamışdır. Məhkəmənin qeyd edilən qərardadından narazı qalan iddiaçı tərəfindən verilən apellyasiya şikayəti əsasında işə Gəncə Apellyasiya Məhkəməsində baxılmış və həmin məhkəmənin 06.05.2021-ci il tarixli 2-1(104)-361/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 09.02.2021-ci il tarixli, 2- 1(114)-231/2021 saylı qərardadı ləğv edilərək iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticənin əsaslandırılması ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi və yol verilmiş formal xətaların aradan qaldırılması barədə 24.12.2020-ci il tarixli sərəncam göndərilmiş, həmin sərəncam 06.01.2021-ci il tarixdə iddiaçı tərəfindən əldə edilmişdir. Sərəncamda iddiaçıya 21.01.2021-ci il tarixə kimi vaxt verilmişdir. Həmin tarixdə məhkəmə iclası COVİD-19 virusunun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 27.11.2020-ci il tarixli məlumatına əsasən keçirilməmiş və məhkəmə iclası 09.02.2021-ci il tarixə təyin edilmişdir. Bundan sonra iddiaçı 05.02.2021-ci il tarixdə ərizə tərtib edərək işin baxılmasını xəstə olması ilə (ərizəyə xəstənin tibbi kartasından çıxarış əlavə edilmişdir) əlaqədar təxirə salınmasını xahiş etmiş, lakin onun ərizəsi 11.02.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasının təyin olunduğu 09.02.2021-ci il tarixdə isə iddiaçının iştirakı olmadan baxılaraq iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilmişdir. Bununla yanaşı tələbin icraya yönəldilməsi barədə qərar inzibati orqan kimi cavabdehin qanunla müəyyən edilmiş hüquqlarından irəli gəlir və məhkəmə tərəfindən mübahisələndirilən qərarın qanuniliyi yoxlanıla və maddi hüquq normalarının tləblərinin pozulub-pozulmaması müəyyən edilə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya iddia tələbinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair 16.06.2021ci il tarixli sərəncam göndərilərək 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 08 noyabr 2019-cu il tarixli **********712900 nömrəli qərarının ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin üzürlü səbəbdən buraxılmasına əsas olmuş hallar barədə ərizənin tərtib edilərək 14.07.2021-ci il tarixədək təqdim olunması tövsiyə olunmuş, həmçinin mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olan 30.03.2016-cı il tarixli, **********182200 nömrəli, 22.08.2016-cı il tarixli, **********997100 nömrəli, 29.05.2018-ci il tarixli, **********3151887 nömrəli və 11.10.2019-cu il tarixli, **********718500 nömrəli qərarların da qeyd edilən normalara riayət edilməklə mübahisələndirilə bilməsi iddiaçıya bildirilmişdir. Məhkəmənin sərəncamı 25.06.2021-ci il tarixdə iddiaçıya təqdim edilmiş, lakin iddiaçı məhkəmənin 14.07.2021-ci il tarixdə keçirilən iclasında iştirak etməmişdir. Qeyd edilən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmirlər, iddiaçının ərizəsində qeyd etdikləri ilə razılaşmayaraq və aşağıda qeyd olunanlara əsaslanaraq hesab edirlər ki, iddia tələbi təmin edilməməlidir. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin ibtidai Araşdırılması Departamentinin 04.12.2017-ci il tarixli **********130793 nömrəli qərarına əsasən İddiaçı 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 2014cü il dekabr-2016-cı il dekabr dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında 18.04.2018-ci il tarixli **********141127 nömrəli akt əsasında X5 X2 Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 29.05.2018-ci il tarixli **********151887 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən vergi məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 30 mart 2016-cı il tarixli **********182200 nömrəli qərarı ilə İddiaçı 2015-ci ilin dekabr ayı üzrə əlavə dəyər vergisi hesablanmışdır. 12 saylı Ərazi Vergilər Departamentinin “Hesabatın müəyyən edilmiş müddətdə verilməməsinə görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə” 22.08.2016-cı il tarixli **********997100 nömrəli qərarı ilə İddiaçı Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 40 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 12 saylı Ərazi Vergilər Baş idarəsinin “vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” 11.10.2019-cu il tarixli **********718500 nömrəli qərarına əsasən İddiaçı Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən 100 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Ödəyicisi İddiaçı vergi borcunun ödənilməsinə dair bildiriş, vergi borcunun ödənilməyəcəyi təqdirdə tələbin icraya yönəldilməsi qaydasında icra sturukturlarına müraciət ediləcəyi barədə xəbərdarlıq göndərilmiş, lakin borcun ödənilməsi təmin edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********712900 nömrəli 08.11.2019-cu il tarixli tələbin icraya yönəldilməsi haqqında qərarına əsasən 29.05.2018-ci il tarixli **********151887 nömrəli, 30 mart 2016-cı il tarixli **********182200 nömrəli, 22.08.2016-cı il tarixli **********997100 nömrəli, 11.10.2019-cu il tarixli **********718500 nömrəli qərarları 08.11.2019-cu il tarixindən icraya yönəldilmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş edir. Gəncə şəhəri üzrə İcra İdarəsinə verilmiş sorğuya cavab olaraq məhkəməyə daxil olmuş sənədlərdən məlum olur ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********712900 nömrəli 08.11.2019-cu il tarixli tələbin icraya yönəldilməsi haqqında qərarı üzrə 15.01.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, həmin qərar və bildiriş 05 mart 2020-ci il tarixdə iddiaçıya təqdim olunmuşdur. Bundan sonra, məhkəmə yenidən iddiaçıya Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddia tələbinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair 06.08.2021-ci il tarixli sərəncam göndərərək 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 08 noyabr 2019-cu il tarixli **********712900 nömrəli qərarının ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin üzürlü səbəbdən buraxılmasına əsas olmuş hallar barədə ərizənin tərtib edilərək 09.09.2021-ci il tarixədək təqdim olunması tövsiyə olunmuş, həmçinin mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olan 30.03.2016-cı il tarixli, **********182200 nömrəli, 22.08.2016-cı il tarixli, **********997100 nömrəli, 29.05.2018-ci il tarixli, **********3151887 nömrəli və 11.10.2019cu il tarixli, **********718500 nömrəli qərarların da qeyd edilən normalara riayət edilməklə mübahisələndirilə bilməsi iddiaçıya bildirilmiş, lakin iddiaçı tərəfindən məhkəmənin 06.08.2021-ci il tarixli sərəncamında qeyd edilən tələblərə riayət olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İşdə olan Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Anar Hüseynovun “İcraata başlamaq haqqında” 15.01.2020-ci il tarixli qərarından görünür ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********712900 nömrəli 08.11.2019-cu il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. İşdə olan Gəncə şəhəri üzrə İcra İdarəsinin “Tələbin könüllü icrası haqqında” 15.01.2020-ci il tarixli bildirişindən görünür ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********712900 nömrəli 08.11.2019-cu il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün İddiaçı 10 gün vaxt verilmişdir. İşdə olan «Poçt göndərişin verilməsi haqqında xəbərnamədən» məlum olur ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin “İcraata başlamaq haqqında” 15.01.2020-ci il tarixli qərarı və “Tələbin könüllü icrası haqqında” 15.01.2020-ci il tarixli bildirişi 05 mart 2020-ci il tarixdə İddiaçı təqdim olunmuşdur. Göründüyü kimi, iddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş qərarı – inzibati aktı qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmiş, iddia müddətinin üzürlü səbəbdən buraxılmasına əsas olmuş hallar barədə ərizəni məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş idarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş idarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1392/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1392/2021
09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver