Məhkəmə qərarları › İş №2-1(114)-1392/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1392/2024

17.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1392/2024 17.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Göygöl rayonu Aşıqlı Bələdiyyəsi, X2, X6 və X5) torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu Aşıqlı Bələdiyyəsinin 25 iyun 2007-ci il tarixli 20 saylı qərarı əsasında Göygöl rayonu Aşıqlı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl rayon Aşıqlı Bələdiyyəsinin 25 iyun 2007-ci il tarixli, 20 saylı qərarı ilə Göygöl rayon Aşıqlı Bələdiyyəsinin perspektiv inkişaf fond torpağından fərdi yaşayış evi tikmək üçün ona və digər 4 nəfər kənd sakininə hər birinə 0,08 ha həyətyanı torpaq sahəsi verilib. Torpaq sahəsi 16 ildir fasiləsiz olaraq onların sahibliyində və istifadəsindədir. Bələdiyyənin qərarı və digər müvafiq sənədləri, keçmiş torpaq şöbəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü çəkilmiş və bütün sənədləri tam olaraq qanunidir. O, mülkiyyət hüququnun qeydiyyata alınaraq aidiyyəti üzrə çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyesirində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsindən imtina olunub. Səbəb kimi bələdiyyə ilə aralarında tərtib olunmuş aktın qeydiyyat orqanının arxivində olan aktla uyğun gəlməməsi qeyd edilmişdir. Eyni zamanda da torpaq sahəsinin başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi qeyd edilmişdir ki, bu da imtina üçün əsas ola bilməz. Qeyd edilənləri əsas gətirən iddiaçı Göygöl rayonu Aşıqlı Bələdiyyəsinin 25 iyun 2007-ci il tarixli 20 saylı qərarı əsasında Göygöl rayonu Aşıqlı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Göygöl rayonu Aşıqlı Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X2, X6 və X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Şifahi məhkəmə baxışı iclası 17 dekabr 2024-cü il tarixə təyin edilmiş və tərəflərə bu barədə məlumat verilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının 62.3-cü maddəsinə əsasən, məhkəmə iclasının üçüncü şəxslərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3- 33/2-0719/2024 saylı etirazda bildirilmişdir ki, Göygöl rayonu, Aşıqlı kəndində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə vətəndaş İddiaçı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. İddia ərizəsində göstərilən hallar araşdırılmış və Göygöl rayonu, Aşıqlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 1633 nömrəli “Torpaqların alqısatqısına dair” Aktının Ərazi İdarəsinin arxiv məlumatlarında X9 adına xx.xx.2006-cı il tarixli qərarla qeyd edildiyi aşkar edilmişdir. Həmçinin aparılan araşdırma zamanı, faktiki torpaq sahəsinin koordinatları ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olduğu, belə ki, Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən faktiki torpaq sahəsinin X7 adına xx.xx.2012-ci il tarixli, **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və X5 adına xx.xx.2018-ci il tarixli, **********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların — Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışlarla üst-üstə düşdüyü müəyyən edilmişdir. Ərizəyə əlavə edilmiş 12/491a nömrəli qeydiyyat vəsiqəsinin Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmadığı, həmçinin, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 2005-ci il tarixli, 4Ə-3-476 reyestr nömrəli müqavilədə alqı-satqı predmeti olmadığı, belə ki, 2006-cı il tarixdə X10 “Torpağın mülkiyyətə verilməsinə dair” JN-2367A saylı şəhadətnamənin tərtib edildiyi müəyyən edilmişdir. Qeyd edilənləri əsas gətirib iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-11446/2024 saylı imtina məktubundan görünür ki, Göygöl rayonu, Aşıqlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 1633 nömrəli “Torpaqların alqı-satqısına dair” Aktı Ərazi İdarəsinin arxiv məlumatlarında başqa şəxsin adına başqa tarixli qərarla qeyd edildiyi aşkar edilmişdir. Aparılan araşdırma zamanı, faktiki torpaq sahəsinin koordinatları ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olduğu, belə ki, Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən faktiki torpaq sahəsinin başqa şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. -işə əlavə edilmiş Xanlar rayonu Aşıqlı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 20 saylı qərarın surəti; -işə əlavə edilmiş Xanlar rayonu Aşıqlı Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il torpaqların alqı-satqısına dair aktın surəti; - iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-9046/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Göygöl (Xanlar) rayon Aşıqlı Bələdiyyəsinin (25 iyun) 23 oktyabr 2007-ci il tarixli 20 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün satılmış torpaq sahəsinə dair tərtib olunmuş A-074580 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 800.0 kv.m torpaq sahəsinin 73.0 kv.m hissəsi, “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən **********63 reyestr nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən xüsusi mülkivyəti, 103.0 kv.m hissəsi **********20 reyestr nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən xüsusi mülkiyyəti, 624.0 kv.m hissəsi isə Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sisteminə TEKUİS və AzCAD məlumatlarına, Göygöl (Xanlar) rayonu Aşıqlı kəndi ərazisində aparılan torpaq islahatına dair tərtib olunmuş 1999-cu il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə və Göygöl (Xanlar) rayonu Aşıqlı bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilən torpaqlara dair tərtib olunmuş 2006-cı il tarixli yerquruşu sxeminə (kod-********) istinadən bələdiyyə mülkiyyətinə aid olduğu müəyyən olunmuşdur. Göygöl (Xanlar) rayon Aşıqlı Bələdiyyəsinin (25 iyun) 23 oktyabr 2007-ci il tarixli 20 nömrəli (qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün satılmış torpaq sahəsinə dair tərtib olunmuş A-074580 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 800.0 kv.m torpaq sahəsi, elektron kadastr uçotu informasiya sistemi TEKUİS və AzCAD məlumat bazasına və ərazinin kompleks yerquruluşu layihəsinə əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Həmin 800 kv,m torpaq sahəsinin təyinatı — 204.0 kv.m hissəsi həyətyanı, 230.0 kv.m hissəsi infrastruktur (küçə və yollar), 181.0 kv.m hissəsi əkin, 185.0 kv. m hissəsi örüş sahəsinə aid olduğu müəyyən olunmuşdur. Həmin 800.0 kv.m torpaq sahəsi üzərində inşa edilmiş tikili mövcuddur. İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan torpaq sahəsi 800.0 kv.m təşkil edir. Həmin faktiki istifadədə olan 800.0 kv.m torpaq sahəsi, Göygöl (Xanlar) rayon Aşıqlı Bələdiyyəsinin (25 iyun) 23 oktyabr 2007ci il tarixli 20 nömrəli qərarı ilə İddiaçı Knynz oğluna fərdi yaşayış evinin tikintisi üçün satılmış torpaq sahəsinə dair tərtib olunmuş A073580 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 800.0 kv.m torpaq sahəsinin şimal-şərq istiqamətində yerləşdiyi müəyyən olunmuşdur. Göygöl (Xanlar) rayon Aşıqlı Bələdiyyəsinin (25 iyun) 23 oktyabr 2007-ci il tarixli 20 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün satılmış torpaq sahəsinə dair tərtib olunmuş A-074580 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 800.0 pm torpaq sahəsinin 75.0 kv.m hissəsi, İddiaçı naturada təqdim ediyi faktiki istifadəsində olan 800.0 kv.m torpaq sahəsinin 75.0 kv.m hissəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Üst-üstə düşən torpaq sahəsi 75.0 kv.m təşkil edir. Əlavə olarqa qeyd edək ki, A 074580 nömrəli plan və ölçü sənədi, torpaqların elektron kadastr uçotu informasiya sistemində qeyd olunmamışdır. Araşdırma aparılarkən elektron kadastr bazasına istinad olunmuşdur. Göygöl (Xanlar) rayon aşılı Bələdiyyəsinin (25 iyun) 23 oktyabr 2007-ci il tarixli 20 nömrəli qərarı ilə İddiaçı ayaz oğluna fərdi yaşayış evinin tikintisi üçün satılmış torpaq sahəsinə dair tərtib olunmuş A- 074580 “ömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 800.0 kv.m torpaq sahəsinin 73.0 kv.m hissəsi, “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən **********653 reyestr nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən X11 oğlunun mülkiyyətində olan torpaq sahəsi ilə, 103.0 kv.m hissəsi isə **********20 reyestr nömrəli xx.xx.2009-cu il tarixli Çıxarışa əsasən X3 mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşdüyü müəyyən olunmuşdur. İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 800.0 kv.m torpaq sahəsinin 648.0 kv.m hissəsi, **********63 reyestr nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən X1 mülkiyyətində olan torpaq sahəsi, 75.0 kv.m hissəsi isə **********50 reyestr nömrəli xx.xx.2018-ci il tarixli Çıxarışa əsasən Əmiraslanova Günel Qubad qızının mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsində göstərilir ki, bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinəşamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın 31.1.3-cü bəndində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələri inzibati orqan kimi müəyyən olunmuşdur. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılan iddialara aid edilmişdir. 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsində deyilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, hazırkı iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. -8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək inşa edilmiş tikililərə dair daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd əsasdır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Məhkəmə araşdırması nəticəsində İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 800.0 kv.m torpaq sahəsinin 648.0 kv.m hissəsi, **********63 reyestr nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən X1 mülkiyyətində olan torpaq sahəsi, 75.0 kv.m hissəsi isə **********50 reyestr nömrəli xx.xx.2018-ci il tarixli Çıxarışa əsasən Əmiraslanova Günel Qubad qızının mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə işin faktiki hallarına və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Göygöl rayonu Aşıqlı Bələdiyyəsi, X2, X6 və X5) torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar