Məhkəmə qərarları › İş №2-1(114)-1394/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1394/2020

10.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1394/2020 10.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi tabeliyində Dövlət X13 publik hüquqi şəxsin Goranboy rayon filialının vəkalətnamə üzrə nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi tabeliyində Dövlət X13 publik hüquqi şəxsin Goranboy rayon filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X8 Goranboy rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli, **********6 nömrəli məktubu ilə İddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü il tarixədək Yevlax 12 saylı X9 Qovşağının “Qasım İsmayılov” sahəsinin Gücləndirici Məntəqəsində və xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Goranboy rayon «Aqrokobinatında» işləməsinə dair əmək fəaliyyəti əmək kitabçasında qeyd olmadığı üçün yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İmtinanı qanunsuz hesab edən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X8 Goranboy rayon şöbəsinə qarşı onun xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü il tarixədək Yevlax 12 saylı X9 Qovşağının “Qasım İsmayılov” sahəsinin Gücləndirici Məntəqəsində elektrik mexaniki və xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Goranboy rayon «Aqrokobinatında» gözətçi vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək onun xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü il tarixədək Yevlax 12 saylı X9 Qovşağının “Qasım İsmayılov” sahəsinin Gücləndirici Məntəqəsində elektrik mexaniki və xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Goranboy rayon «Aqrokobinatında» gözətçi vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi tabeliyində Dövlət X13 publik hüquqi şəxsin Goranboy rayon filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, yaşa görə pensiyaya çıxmaq isdəyir, lakin, pensiyaya çıxarkən xx xxxx 1971-ci il tarixdən xx xxxxxx 1974-cü ilə tarixə kimi Yevlax 12 saylı X9 X3 (hazırki Goranboy rayonu) sahəsinin Gücləndirici Məntəqəsində elektrik mexaniki vəzifəsində və xx xxxxxxxx 1994-cü il tarixdən xx xxxxxx 1997-ci il tarixə kimi Goranboy rayon Aqrokombinatında gözətçi işləməyi əmək haqqı almağı nəzərə alınmır. Çünki, işlədiyi həmin illər onun əmək kitabçasında qeyd olunmamışdır. Ona görə də Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax rayon filialına və Goranboy rayon filialına ərizə ilə müraciət edib xahiş etmişdir ki, ona yuxarıda qeyd etdiyi illərdə işləməyi barədə arayış versinlər. Dövlət Arxivinin Yevlax filialı onun xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü il tarixədək Yevlax 12 saylı X9 X4 (hazırki Goranboy rayonu) sahəsinin Gücləndirici Məntəqəsində elektrik mexaniki vəzifəsində və Goranboy filialı xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilə kimi Goranboy rayon «Aqrokombinatında» gözətçi işləməsinə dair arayışlar versələr də, cavabdeh inzibati orqan həmin arayışları qəbul etməyərək bildirmişdir ki, sığorta stajını təsdiq edən əmək kitabçası olmadığından əmək pensiyası təyin etmək mümkün deyildir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqanın vəkalətnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının yaşa görə pensiyaya çıxması ilə əlaqədar müraciətinə baxılmış və təqdim etdiyi sənədlərdə xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü il tarixədək Yevlax 12 saylı X9 Qovşağının “Qasım İsmayılov” sahəsinin Gücləndirici Məntəqəsində elektrik mexaniki və xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Goranboy rayon «Aqrokobinatında» gözətçi vəzifəsində işlədiyi illərə aid əmək kitabçasında qeyd olmadığı üçün "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması qaydalarının 3-cü fəsli, 3.1.1 bəndinə əsasən pensiya təyin edilməmişdir. Məhkəmə tərəfindən iddiaının sığorta stajı təsdiq olunarsa, ona əmək pensiyası təyin etmək olar. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara iddiaçıya aid şəxsiyyət vəsiqəsinin surəti, xx.xx.2020-ci il tarixli, 964 nömrəli “yaşayış yeri barədə” arayış, X1 xx.xx.2019-cu il tarixli, 58 nömrəli arayışının surəti və xx.xx.2020-ci il tarixli, 5/203 nömrəli arayışı, Goranboy rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 113 nömrəli arxiv arayışının surəti və xx.xx.2020-ci il tarixli, 26 nömrəli arxiv arayışı, cavabdeh Dövlət X8 Goranboy rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********6 nömrəli imtina məktubu və iddiaçının pensiya işinin surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2. maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. Məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. iddia inzibati aktın qəbul edilməsindən imtina barədə müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində verilməlidir (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 35.1, 38.1 maddələri). Məhkəmətərəflərinizahatlarınıdinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin mahiyyəti üzrə həlli ilə bağlı məhkəmə iş materiallarında olan sübutları tədqiq edib hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdə əksini tapmış xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü il tarixədək Yevlax 12 saylı X9 Qovşağının “Qasım İsmayılov” sahəsinin Gücləndirici Məntəqəsində elektrik mexaniki və xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Goranboy rayon Aqrokobinatında gözətçi vəzifəsində işlədiyi dövrü cavabdeh əmək stajı kimi qəbul etməmiş və bu mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi stajı əmək kitabçası ilə təsdiqlənməmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü il tarixədək Yevlax 12 saylı X9 Qovşağının “Qasım İsmayılov” sahəsinin Gücləndirici Məntəqəsində elektrik mexaniki və xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Goranboy rayon Aqrokobinatında gözətçi vəzifəsində işlədiyi dövr Goranboy rayon Dövlət Arxivinin xx xxxx 2020-ci il tarixli, 26 nömrəli arxiv arayışında və X1 xx xxxx 2020-ci il tarixli, 5/203 nömrəli arayışında öz təsdiqini tapmışdır və cavabdeh həmin arayışların mötəbərliyini mübahisələndirməmişdir. İşdə olan Goranboy rayon Dövlət Arxivinin xx xxxx 2020-cu il tarixli, 154 nömrəli arxiv arayışından və X1 xx xxxx 2020-ci il tarixli, 5/203 nömrəli arayışlardan məlum olur ki, İddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü il tarixədək Yevlax 12 saylı X9 Qovşağının “Qasım İsmayılov” sahəsinin Gücləndirici Məntəqəsində elektrik mexaniki və xx.xx.1994cü il tarixdən xx.xx.1997-ci il tarixədək Goranboy rayon Aqrokobinatında gözətçi vəzifəsində işləmişdir. Məhkəmə iddiaçının Yevlax 12 saylı X9 Qovşağının “Qasım İsmayılov” sahəsinin Gücləndirici Məntəqəsində və Goranboy rayon Aqrokobinatında əmək fəaliyyəti ilə bağlı arxiv məlumatlarının mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin xx xxxxxx 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası, «q» bəndinə görə arxiv müəssisəsinin arayışı iş stajını təsdiq edən sübut sayılır. x xxxxxx 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin xx xxxxxxxx 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X11) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Аrxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Ona görə də məhkəmə iddiaçının Yevlax 12 saylı X9 Qovşağının “Qasım İsmayılov” sahəsinin Gücləndirici Məntəqəsində və Goranboy rayon Aqrokobinatında işlədiyinə dair arayışlarda göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövr iddiaçının əmək stajına daxil edilməlidir. İşdə olan Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X8 Goranboy rayon şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan məlum olur ki, İddiaçı əmək kitabçasında qeyd olunan 17 il 8 ay 19 gün sığorta stajı, 1 il 11 ay 28 gün hərbi xidmət dövrü və 6 ay xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək sahibkar X6 ilə bağlanmış əmək müqaviləsinə əsasən işlədiyi müddət cəmi: 20 il 2 ay 17 gün nəzərə alınır. Lakin əmək kitabçasında qeyd olunmayan 2 il 7 ay - xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü il tarixədək Yevlax 12 saylı X9 Qovşağında işlədiyi və 2 il 4 ay 7 gün xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Goranboy rayon Aqrokobinatında işlədiyi dövr cəmi 4 il 11 ay 7 gün sosial sığorta stajı kimi nəzərə alınmır. Göründüyü kimi inzibati orqan tərəfindən iddiaçının 20 il 2 ay 17 gün hesablanan sosial sığorta stajı mübahisələndirilmямиш, yalnız əmək kitabçasında qeyd olunmayan 2 il 7 ay xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü il tarixədək Yevlax 12 saylı X9 Qovşağında işlədiyi və 2 il 4 ay 7 gün xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Goranboy rayon Aqrokobinatında işlədiyi -cəmi 4 il 11 ay 7 gün nəzərə alınмамышдыр. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7. maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görəəmək pensiyası təyin edilmişşəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Beləliklə, iddiaçının inzibati orqan tərəfindən mübahisələndirilməyən 17 il 8 ay 19 gün sığorta stajı, 1 il 11 ay 28 hərbi xidmət müddəti, 6 ay xx.xx.2019-cu il tarixdən xx.xx.2002-ci il tarixədək sahibkar X6 ilə bağlanmış əmək müqaviləsinə əsasən işlədiyi dövr, həmçinin xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü il tarixədək Yevlax 12 saylı X9 Qovşağının “Qasım İsmayılov” sahəsinin Gücləndirici Məntəqəsində elektrik mexaniki və xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Goranboy rayon Aqrokobinatında gözətçi vəzifəsində işlədiyi illərdə daxil edilməklə, cəmi 25 il 03 ay 24 gün sığorta stajı vardır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü il tarixədək Yevlax 12 saylı X9 Qovşağının “Qasım İsmayılov” sahəsinin Gücləndirici Məntəqəsində elektrik mexaniki və xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Goranboy rayon «Aqrokobinatında» gözətçi vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü il tarixədək Yevlax 12 saylı X9 Qovşağının “Qasım İsmayılov” sahəsinin Gücləndirici Məntəqəsində elektrik mexaniki və xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Goranboy rayon «Aqrokobinatında» gözətçi vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi tabeliyində Dövlət X13 publik hüquqi şəxsin Goranboy rayon filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar şikayət verilmədiyi və ya şikayətin geri götürüldüyü gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar