Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1399/2025 13.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, iddiaçıların nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı onlara JN- 293B nömrəli KOD 50519018 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ayrılmış Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində yerləşən 0,05 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarış, torpaq sahəsinin plan və ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı tərəfə dair sənədlər: Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə iddiaçılara 0,11 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə 243 nömrə ilə kitabda qeydə alınmış JN-293A nömrəli (50519018 kodlu) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Şəhadətnamənin “Həyətyanı sahənin qaiməsi/sertifikatı/ndan görünür ki, torpağın ümumi sahəsi 1080,3 kv.m-dir (suvarılan sahə 1080,3 kv, bonitet balı 100). Şəhadətnamənin qaimə hissəsi Dövlət Yerquruluşi Layihə İnstutu vəzifəli şəxsi F.Cəfərov tərəfindən xx.xx.2006-cı il tarixdə imzalanmış və idarə möhürü ilə təsdiq edilmişdir. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə iddiaçılara 0,40 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə 293 nömrə ilə kitabda qeydə alınmış JN-293B nömrəli (50519018 kodlu) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Şəhadətnamənin “Həyətyanı sahənin qaiməsi/sertifikatı/ndan görünür ki, torpağın ümumi sahəsi 3976,6 kv.m-dir (suvarılan sahə 3976,6 kv.m, bonitet balı 100). Şəhadətnamənin plan hissəsi DTXK Gədəbəy rayon şöbəsinin müdiri V.Nağıyev tərəfindən xx.xx.2006-cı il tarixdə, qaimə hissəsi DTXK Gədəbəy rayon şöbəsinin müdiri V.Nağıyev xx.xx.2006-cı il tarixdə, Dövlət Yerquruluşi Layihə İnstutu vəzifəli şəxsi F.Cəfərov tərəfindən xx.xx.2006-cı il tarixdə imzalanmış və idarə möhürü ilə təsdiq edilmişdir. Cavabdeh qurumda saxlanılan şəhadətnamələrin təhvil alınması ilə kitabdan çıxarışın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı1 0,51 ha ümumi torpaq sahəsi verilmiş, bu barədə JN A və B nömrəli şəhadətnamələr alınmışdır. İddiaçı1 nümayəndəsi Qasımov X12 rayonu, Kiçik Qaramurad kəndində yerləşən 0,40 ha həyətyanı torpaq sahəsinə çıxarış və plan-ölçü verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçı tərəfə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-40/2-Q-048- 8/2024 nömrəli məktubunda bildirmişdir ki, aparılan araşdırma zamanı müraciətinizdə qeyd edilən JN-293B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair səhadətnamə"də göstərilən torpaq sahəsi, hüquqların dövlət qeydiyyatından keçmiş **********94 reyestr nömrəli 0.05 ha X8 məxsus həyətyanı torpaq sahəsi ilə üst-üstə düşməsi və mübahisəli olması məlum olmuşdur. Odur ki, bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Məsələnin həlli ilə əlaqədar olaraq aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunur. İddiaçı1 Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində yerləşən 0,40 ha torpaq sahəsinə dair verilmiş JN- 293B (kod ********) saylı şəhadətnamədə göstərilən torpaq sahəsinin kateqoriyasına və ölçüsünə görə ayrılması və mülkiyyət hüququnun qeydiyyata alınması dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onlara JN-293B nömrəli KOD 50519018 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ayrılmış Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində yerləşən 0,40 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarış, torpaq sahəsinin plan və ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 09 nömrəli qərarı ilə İddiaçı1 və ailə üzvləri İddiaçı2, X4 və İddiaçı4 Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində ümumilikdə 0.40 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətə verilmişdir. Qeyd edilən torpağın mülkiyyətə verilməsinə dair JN 293B (kod ********) saylı "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmişdir. Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində yerləşən və mülkiyyətində olan 0.40 ha torpaq sahəsi 1995-ci ildən iddiaçıların istifadədə olmuşdur. İddiaçılar həmin torpaq sahəsini öz adına rəsmiləşdirmək məqsədi ilə aidiyati üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi müraciəti zamanı müəyyən olundu ki, Gədəbəy rayonu, Kiçil Qaramurad kəndində yerləşən 0.40 ha torpaq sahəsi ayrılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, müraciətdə qeyd edilmiş JN 293B (kod ********) saylı "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"-də göstərilən torpaq sahəsi, hüquqları dövlət qeydiyyatından keçmiş **********94 reyestr nömrəli 0.05 ha X8 məxsus həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür və mübahisəlidir. Bu səbəbdən ərizəmizin icrası mümkün olmadığından adiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Hal-hazırda mülkiyyətdə olan mübahisəli torpaq sahəsinin 0.05 ha torpaq sahəsində tanımadıqları X10 adlı şəxs tərəfindən qanunsuz olaraq yenidən tikinti işləri aparmaqdadır. Məlumat üçün, qeyd edilən torpaq sahəsindən əlavə olaraq Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 09 nömrəli qərarı ilə iddiaçılara Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində ümumilikdə 0.11 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətə verilmişdir. Qeyd edilən torpağın ülkiyyətə verilməsinə dair JN 293A (kod ********) saylı "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçıların nümayəndəsi sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, islahat vaxtı kənddə 20 sota yaxın torpaq sahəsini örüş kimi saxlamışdılar. Mübahisəli torpaq sahəsi 29 ildir onların istifadəsindədir. Cavabdeh: Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-21-3-40/2-4830/2024 nömrəli etirazında imtina əsaslarını müdafiə etmiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraz əsaslarını müdafiə etmişdir. Üçüncü şəxsə dair sənədlər: Gədəbəy rayonu X2 xx.xx.2010-cu il tarixli, 11 nömrəli protokol-qərarına əsasən 500 kv.m torpaq sahəsinin həyətyanı məqsədilə satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılmışdır. Gədəbəy rayonu X7 ərazisindən həyətyanı məqsədilə torpaq sahəsinin ayrılması barədə hazırlanmış sənədlərə DT və XK-nin Gədəbəy rayon şöbəsi xx.xx.2010-ci il tarixdə rəy verərək 0,05 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınmasına etiraz etməmişdir. Ayrılan torpaq sahəsinin sxemi və yerquruluşu planı DT və XK-nin Gədəbəy rayon şöbəsi və Bələdiyyə sədri tərəfindən təsdiq edilmişdir. Torpaq sahəsinin A seriyalı 313900 nömrəli planı və ölçüsü xx.xx.2011-ci il tarixdə 123 nömrə ilə X14 kitabında uçota alınmışdır. Gədəbəy RİHB Aparatının memarlıq və tikinti şöbəsinin xx.xx.2011-ci il tarixli, 17 nömrəli rəyinə əsasən Kiçik Qaramurad kəndində bələdiyyə mülkiyyətində, alqı-satqı predmeti olan 0,05 ha torpaq sahəsinin həmin məqsədlə ayrılmasına etiraz etməmişdir. Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində yerləşən kateqoriyası yaşayış məntəqələrinin torpaqları olan 0,05 ha torpaq sahəsi – **********54 reyestr nömrəli daşınmaz əmlak üzərində X2 mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X11 xx.xx.2011-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən keçirilmiş müsabiqənin qalibi olmuş, bu barədə xx.xx.2011-ci il tarixdə 49 nömrə ilə qeydiyyata alınmış şəhadətnamə verilmişdir. xx.xx.2012-ci il tarixdə Gədəbəy rayon X7 (satıcı) ilə X11 (alıcı) arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0,05 ha torpaq sahəsi alıcıya satılmışdır. Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində yerləşən kateqoriyası yaşayış məntəqələrinin torpaqları olan 0,05 ha torpaq sahəsi – **********94 reyestr nömrəli daşınmaz əmlak üzərində X5 xüsusi mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-1425 reyestr nömrəli müqaviləyə əsasən X1 rayonu, Kiçik Qaramurad kəndində, ümumi sahəsi 0,05 ha torpaq sahəsini üçüncü şəxsə satmışdır. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən satılan torpaq sahəsinin sənəd üzrə və faktiki ölçüsü 0,05 hektar, şimal, cənub, şərq tərəfdən boş torpaq sahəsi ilə qonşu, qərbdən yol ilə sərhəddir. Mübahisəli hal yoxdur, tikili yoxdur. Qeyd edilən müqavilə əsasında xx.xx.2023-cü il tarixdə B seriyalı 189087 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində yerləşən kateqoriyası yaşayış məntəqələrinin torpaqları olan 0,05 ha torpaq sahəsi – **********94 reyestr nömrəli daşınmaz əmlak üzərində üçüncü şəxsin xüsusi mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli qərardadları ilə müvafiq olaraq X10 və Azərbaycan Respublikası Gədəbəy rayonunun X7 iştirakı zəruri olan, xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iştirakı adi olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X10 iddia tələbini qəbul etməmişdir. Digər üçüncü şəxslər Gədəbəy rayonunun X7 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaya dair münasibətini bildirməmiş, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Üçüncü şəxs X6, Gədəbəy rayonunun X7 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələrinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə tərəfindən əldə edilən sənədlərə əsasən: Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4011/2024 nömrəli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin verilməsi qərara alınmışdır. Tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində Yerquruluşunun Təşkili şöbəsinin mühəndisi tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd olunur:
1. JN-293B (kod ********) nömrəli şəhadətnamədə əks olunmuş torpaq sahəsi Kompleks yerquruluşu xəritəsində qeyd olunmuşdur. JN-293B (kod ********) nömrəli şohadətnamədə əks olunmuş (elektron baza məlumatlarına əsasən) torpaq sahəsi Kompleks yerquruluşu xəritəsinə əsasən tikinti altında olan kənd təsərrüfatı təyinatı örüş sahəsi olmaqla bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir, JN-293B (kod ********) nömrəli şəhadətnamədə əks olunmuş torpaq sahəsi Yeni ellektron uçot xəritəsində qeyd olunmamışdır. Eyni zamanda Kompleks yerqufuluşu xəritəsi və nalurada olan torpaq sahəsi arasında uyğunsuzluq aşkar olunduğu üçün sualı tam cavablandırmaq mümkün olmadı.
2. İddiaçının faktiki istifadəsi kimi göstərilən torpaq sahəsi 0.3910 ha-dək ərazini əhatə edir.( Çıxarışa aid torpaq sahəsi daxil olmaqla)
3. İddiaçının iddia etdiyi 0.0697 ha-dək torpaq sahəsinin koordinatları ilə X2 mülkiyyətində olmuş **********54 reyestr nömrəli (xx.xx.2011 qeydiyyat tarixli ********** qeydiyyat nömrəli) torpaq sahəsinin koordinatları üst-üstə düşür.
4. Yuxarıda qeyd olunan və iddiaçının iddia etdiyi torpaq sahəsinin koordinatları ilə X6 mülkiyyətində olan **********54 reyestr nömrəli (xx.xx.2013 qeydiyyat tarixli ,********** qeydiyyat nömrəli) torpaq sahəsinin koordinatlar üst-üstə düşür.
5. X6 mülkiyyətində olan **********54 reyestr nömrəli (xx.xx.2013 qeydiyyat tarixli ,********** qeydiyyat nömrəli ) torpaq sahəsi ilə X2 mülkiyyətində olmuş **********54 reyestr nömrəli (xx.xx.2011 qeydiyyat tarixli ********** qeydiyyat nömrəli) torpaq sahəsinin koordinatlar üst-üstə düşür.
6. İddiaçının iddia etdiyi torpaq sahəsi qaz kəmərinin mühafizə zolağına , elektrik xəttinin qoruma zolağına, çayların,ğöllərin və sənaye ,nəqliyyat , rabitə,müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşmür
7. Faktiki istifadə kimi göstərilən torpaq sahəsi X6 mülkiyyətinə verilmiş **********54 reyestr nömrəli (xx.xx.2013 qeydiyyat tarixli ********** qeydiyyat nömrəli) torpaq sahəsi ilə üst-üstə düşür .
8. Rəy Kompleks yerquruluşu xəritəsi və Yeni elektron uçot xəritəsinə əsasən hazırlanmışdır.
Əsaslandırıcı hissə: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia “0,05 ha torpaq sahəsi üzərində hüquqların qeydə alınması” hissəsində mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPMin 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir (qərarın 1.1, 1.3, 1.4, 2.1 və 16.4-cü bəndləri). Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə mübahisəyə mahiyyəti üzrə qərar qəbul edilməsi mümkün deyildir. Belə ki, iddiaçılar aqrar islahat zamanı onlara verilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb edir ki, həmin torpaq sahəsinin daxilində başqa şəxsə aid tərtib edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qüvvədədir. Həmin çıxarış torpaq sahəsinin koordinatları və konfiqurasiyasını özündə əks etdirir. Məhkəmə hesab edir ki, iddiaçının gözlədiyi məqsədə nail olması üçün X6 adına aparılmış qeydiyyat (həmin şəxs torpağın üçüncü mülkiyyətçisidir, ona qədər alqı-satqı müqaviləsi, hərrac keçirilmiş, bələdiyyə mülkiyyəti ilə bağlı qərar qəbul edilmişdir) mübahisələndirilməli və ya torpaq sahələrinin hüquqi və texniki sənədlərindəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlər görülməsi, torpaq sahəsinin əvəz edilməsi və torpaq sahəsinin koordinatlarının yerində müəyyən edilməsinə dair iddia qaldırılmalıdır. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən tələblərlə bağlı iddiaçıların cavabdeh inzibati orqana müraciəti və müvafiq olaraq imtina cavabı olmadığından məhkəmə iddia tələbinin dəyişdirilməsi ilə bağlı hüquqi yardımın göstərilməsini məqsədəuyğun hesab etməmişdir. Həmçinin, nəzərə almaq lazımdır ki, üçüncü şəxsin adına qeydiyyatın aparılmasına əsas olmuş hüquqmüəyyənedici sənədlər qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada iddiaçı hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsə münasibətdə aparılmış qeydin ləğvini tələb etməkdə haqlı sayıla bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər (16.6). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:
İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı onlara JN-293B nömrəli KOD 50519018 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ayrılmış Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində yerləşən 0,05 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarış, torpaq sahəsinin plan və ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üzərinə qoyulması tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Zəfər Quliyev