Məhkəmə qərarları › İş №2-1(114)-14/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-14/2020

23.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-14/2020 23.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı vəkili X5, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı vergi borcunun silinməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı X2rşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ondan əsassız və qanunsuz tələb olunan 6200 (altı min iki yüz) manat vergi borcunun tələb olunmamasına dair vəzifə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh qurumda xx.xx.2004-cü il tarixdə vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu tarixdən vergi öhdəlikləri tərəfindən davamlı olaraq icra edilmişdir. Belə ki, son dövrlər mobil telefon vasitəsilə daxil olan SMS-lər üzrə vergi borclarını da operativ olaraq ödəyir. Cavabdeh iddiaçıdan gecikmələrə görə faizlərlə birlikdə 6200 (altı min iki yüz) manat vəsait tələb edir. Halbuki gecikməyə yol verməmiş, ümumiyyətlə dövlət büdcəsinə hər hansı vergi borcu üzrə öhdəlik daşımalı deyil. Çünki borc qismində tələb olunan 6199,63 manat məbləğin yaranma mənbəyi iddiaçıya bəlli deyil. Dəfələrlə cavabdeh orqana həmin borcun yaranma əsasları barədə məlumat verilməsi üçün müraciət edilsə də, əməkdaşları tərəfindən hər hansı reaksiyanın şahidi olmamışdır. Sadəcə iddiaçıya bildirilmişdir ki, həmin məbləğ 2016-cı ilin yanvar ayına hesablanmış borc məbləğidir. Bununla bağlı “195 Çağrı Mərkəzi” tərəfindən həmin borcun olmadığına dair iddiaçıya məlumat verilmişdir. İddiaçı tərəfindən cavabdeh quruma göndərilmiş pretenziyaya 10 gün müddətində əsaslandırılmış münasibət bildirilməsi tələb olunmuş, lakin münasibət əsaslandırılmamış şəkildə iddiaçının ünvanına rəsmi şəkildə göndərilmişdir. Pretenziyaya cavab olaraq cavabdeh faktiki surətdə heç bir sübutunun olmaması mövqeyini əslində dolayı yolla təsdiq etmiş, lakin etiraf etməmişdir. Pretenziya məktubuna cavab kimi təqdim edilmiş sənədlərdən biri də mötəbər sayılmayan “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” guya ki, xx xxxx 2017-ci il tarixdə tərtib olunan məktubdur. Bu məktubun mənasına görə sanki iddiaçı real gəlirini vergiyə cəlb olunası məbləğdən gizlədirmiş. Həmin məktubda xx.xx.2017-ci il tarixdə təqdim etdiyi bəyənnamə üzrə dövriyyəsinin bir halda 5000 manat müəyyən olunduğu, lakin həmin məbləğdə kənarlaşma etdiyi, digər halda isə təqdim etdiyi bəyənnamə üzrə əsasən 3000 manat müəyyən olunduğu, lakin həmin məbləğdə kənarlaşma etdiyi əksini tapmışdır. Üstəlik, məktubda hər iki halda təqdim etdiyi bəyənnaməyə əsasən, ƏDV tutulan əmliyyatlar üzrə dövriyənin 0 manat təşkil etdiyi, lakin cavabdehə daxil olmuş məlumatlara əsasən ƏDV tutulan əməliyyatlar üzrə dövriyyənin müvafiq məbləğlərdə olduğunun aşkara çıxması məsələsi çox təzadlıdır. Bütün qeyd olunanlardan savayı, cavabdeh təqdim etdiyi məktublarda bir tərəfdən kameral yoxlamanın aparılmasının iddiaçıdan asılı olmayan səbələrdən mümkün olmaması, digər tərəfdən isə kameral yoxlamanın başlandığı, lakin başa çatdırılması üçün izahat və ya əlavə sənədlərin təqdim olunmasının vacibliyi kimi ziddəyitli məqamları ortaya qoyan mülahizələrini qeyd etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı X2rşı “cavabdeh tərəfindən hesablanmış 6200 manat vergi borcunun silinməsi” barədə iddia tələbinin dəqiqləşdirilməsinə ərizəsi iş üzrə məhkəmə icraatına qəbul edilmişdir. İddiaçının vəkili X7 iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı 2018-ci ildə 195 çağrı mərkəzinə müraciət edərək vergi borcunu öyrənərək müəyyən etmişdir ki, vergi borcu yoxdur. Vergi orqanı məhkəməyə səhv məlumat vermişdir, yəni vergi azalmalarını da təhrif edərək vergi borcu kimi göstərmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, fiziki şəxs İddiaçı şəxsi hesab vərəqəsi üzrə dövlət büdcəsinə ödənilməmiş 6199,63 manat vergi borcu vardır. Həmin vergi borcu iddiaçı tərəfindən icra olunmamış, yerinə yetirilməmiş vergi öhdəliyidir. İddiaçının şəxsi hesab vərəqəsi üzrə əks olunmuş 6199,63 manat vergi borcunun tərkibi və əsası aşağıdakı kimidir: əsas vergi borcu üzrə: 1) gəlir vergisi 2016-cı ilin 2-ci rüb (cari hesablama) - 324.86 manat (təqdim edilmiş 2016-cı il gəlir vergisi bəyənnaməsinə əsasən); 2) gəlir vergisi 2016-cı ilin 3-cü rüb (cari hesablama) - 324.86 manat (təqdim edilmiş 2016-cı il gəlir vergisi bəyənnaməsinə əsasən); 3) gəlir vergisi 2016-cı ilin 4-cü rüb (cari hesablama) - 324.86 manat (təqdim edilmiş 2016-cı il gəlir vergisi bəyənnaməsinə əsasən); 4) ƏDV 2016-cı ilin aprel ayı-135.08 manat (kameral qaydada vergi hesablanmışdır); 5) ƏDV 2016-cı ilin sentyabr ayı-762.71 manat (cari bəyənnaməyə əsasən); 6) ƏDV 2016-cı ilin dekabr ayı-457.63 manat (cari bəyənnaməyə əsasən); 7) ƏDV 2017-ci ilin fevral ayı-762.71 manat (cari bəyənnaməyə əsasən); Təqdim edilməmiş bəyənnamələrə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə -150 manat, Faiz borcu- 2956.92 manat. İddiaçının yerinə yetirilməmiş vergi öhdəliyi ilə bağlı qeyd olunmalıdır ki, mövcud vergi borcunu 2016-cı ilin aprel ayı istisna olmaqla özü tərəfindən vergi orqanına elektron qaydada təqdim edilmiş müvafiq bəyənnamələr əsasında hesabladığı vergilərdir. Belə halda həmin borcun yaranması ilə bağlı hər hansı mübahisənin iddiaçı tərəfindən qaldırılması əsassızdır. Borcun bir qismini isə faiz borcu təşkil edir. Vergi ödəyicisi tərəfindən müvafiq tədiyyələr üzrə vergilər, o cümlədən cari vergi ödəmələri vaxtında ödənilmədiyi üçün 2956,52 manat məbləğində faiz borcu yaranmışdır. Həmçinin İddiaçı şəxsi hesab vərəqəsində əks olunmuş 150 manat maliyyə sanksiyası 2016-cı ilin iyun, sentyabr oktyabr ayları, həmçinin 2017-ci ilin yanvar ayı üzrə əlavə dəyər vergisi üzrə aylıq hesabatları Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətdə təqdim edilmədiyi üçün vergi orqanı tərəfindən tətbiq edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -12 saylı ƏVD-nin xx.xx.2019-cu il tarixli **********353800 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixə əsas vergi borcu üzrə 3092.71 manat, təqdim edilməmiş bəyənnamələrə tətbiq edilmiş maliyyə sanksiyası üzrə 150 manat, faiz borcu üzrə isə 2956.92 manat olmaqla ümumilikdə 6199,63 manat vergi borcu var. -12 saylı ƏVD-nin “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2017-ci il tarixli, **********042400 nömrəli məktubunun surətindən görünür ki, vergi orqanı tərəfindən 2016-cı ilin sentyabr və dekabr ayları üzrə kameral vergi yoxlamasının başa çatdırılması üçün İddiaçı həmin dövrlər üçün dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyənnaməsinin təqdim edilməsi tələb olunmuşdur. -12 saylı ƏVD-nin “Təqdim edilmiş bəyənnamədə müəyyən edilmiş kənarlaşmalar ilə əlaqədar zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2018ci il tarixli, **********703800 nömrəli məktubunun surətindən görünür ki, vergi orqanı tərəfindən 2016-cı ilin aprel ayı üzrə kameral vergi yoxlamasının başa çatdırılması üçün İddiaçı həmin dövr üçün dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyənnaməsinin təqdim edilməsi tələb olunmuşdur. -12 saylı ƏVD-nin “Hesabatın müəyyən edilmiş müddətdə verilməməsinə görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2016-cı il tarixli **********676900 nömrəli, xx.xx.2016-cı il tarixli **********752500 nömrəli, xx.xx.2016-cı il tarixli **********137200 nömrəli və xx.xx.2017-ci il tarixli **********543000 nömrəli qərarlarından görünür ki, İddiaçı 2016-cı ilin iyun, sentyabr,oktyabr ayları və 2017-ci ilin yanvar ayı üzrə əlavə dəyər vergisi hesabatlarını müəyyən edilən müddətə təqdim etmədiyinə görə hər bir qərarla ona 40.0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə və tədqiq edilmiş digər sübutlarla müəyyən edilmişdir ki, İddiaçı şəxsi hesab vərəqəsi üzrə dövlət büdcəsinə ödənilməmiş 6199,63 manat vergi borcu qeyd olunmuşdur. İddiaçının şəxsi hesab vərəqəsi üzrə əks olunmuş 6199,63 manat vergi borcunun 3092.71 manat hissəsini əsas vergi borcu, 150 manat hissəsini təqdim edilməmiş bəyənnamələrə tətbiq edilmiş maliyyə sanksiyası, 2956.92 manat hissəsini isə faiz borcu təşkil etmişdir. İddiaçı isə ona hesablanmış vergi borcunun əsassız olduğunu iddia edərək həmin borcun silinməsini tələb etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: - 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicilərinin vəzifəsidir. - 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. - 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 23.1.5. qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək; 23.1.6. müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək; 23.1.7. Vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək. və.s. İş materialları ilə müəyyən olunur ki, fiziki şəxs İddiaçı şəxsi hesab vərəqəsi üzrə dövlət büdcəsinə ödənilməmiş 6199,63 manat vergi borcu vardır. Həmin vergi borcu iddiaçı tərəfindən icra olunmamış, yerinə yetirilməmiş vergi öhdəliyidir. Vergi qanunvericiliyinə əsasən vergiləri, o cümlədən cari vergi ödəmələrini, hesablanmış faizləri və tətbiq edilmiş faizləri ödəmək vergi ödəyicisinin vergi öhdəliyini təşkil edir. İddiaçının şəxsi hesab vərəqəsi üzrə əks olunmuş 6199,63 manat vergi borcunun tərkibi və əsası aşağıdakı kimi müəyyən edilmişdir: -Əsas vergi borcu üzrə: 3092.71 manat 1) gəlir vergisi 2016-cı ilin 2-ci rüb (cari hesablama) - 324.86 manat (təqdim edilmiş 2016-cı il gəlir vergisi bəyənnaməsinə əsasən); 2) gəlir vergisi 2016-cı ilin 3-cü rüb (cari hesablama) - 324.86 manat (təqdim edilmiş 2016-cı il gəlir vergisi bəyənnaməsinə əsasən); 3) gəlir vergisi 2016-cı ilin 4-cü rüb (cari hesablama) - 324.86 manat (təqdim edilmiş 2016-cı il gəlir vergisi bəyənnaməsinə əsasən); 4) ƏDV 2016-cı ilin aprel ayı-135.08 manat (kameral qaydada vergi hesablanmışdır); 5) ƏDV 2016-cı ilin sentyabr ayı-762.71 manat (cari bəyənnaməyə əsasən); 6) ƏDV 2016-cı ilin dekabr ayı-457.63 manat (cari bəyənnaməyə əsasən); 7) ƏDV 2017-ci ilin fevral ayı-762.71 manat (cari bəyənnaməyə əsasən); -Təqdim edilməmiş bəyənnamələrə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə -150 manat, -Faiz borcu- 2956.92 manat. Göründüyü kimi, iddiaçının şəxsi hesab vərəqəsində mövcud olan borcu gəlir vergisindən, əlavə dəyər vergisindən, həmin vergilərə hesablanmış faizlərdən və vaxtında təqdim edilməyən bəyənnamələrə əsasən hesablanmış maliyyə sanksiyasından ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mövcud vergi borcunun 2016-cı ilin aprel ayı istisna olmaqla kənarda qalan digər dövrlər üzrə vergi borcu iddiaçının özü tərəfindən vergi orqanına elektron qaydada təqdim edilmiş müvafiq bəyənnamələr əsasında hesabladığı vergilərdir və həmin vergi məbləğləri iddiaçı tərəfindən təqdim edilmiş dəqiqləşmiş bəyənnamələr əsasında formalaşmışdır. Həmçinin qeyd edilməlidir ki, borcun bir qismini faiz borcu təşkil etmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Göründüyü kimi, vergi ödəyicisi tərəfindən müvafiq tədiyyələr üzrə vergilər, o cümlədən cari vergi ödəmələri vaxtında ödənilmədiyi üçün cavabdeh orqan tərəfindən haqlı olaraq 2956.52 manat məbləğində faiz borcu hesablanmışdır. Bundan başqa Azərbaycan Respublikasının Vergi Məcəlləsinin:- -178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. -177.2-ci maddəsinə əsasən ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. -57.1-ci maddəsinə əsasən bu Məcəllənin 57.1-1-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla, vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Göstərilən normalara istinadən məhkəmə qeyd edir ki, iddiaçının şəxsi hesab vərəqəsində əks olunmuş 150 manat maliyyə sanksiyası 2016-cı ilin iyun, sentyabr oktyabr ayları, həmçinin 2017-ci ilin yanvar ayı üzrə əlavə dəyər vergisi üzrə aylıq hesabatları Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətdə təqdim edilmədiyi üçün vergi orqanı tərəfindən “Hesabatın müəyyən edilmiş müddətdə verilməməsinə görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2016-cı il tarixli **********676900 nömrəli, xx.xx.2016-cı il tarixli **********752500 nömrəli, xx.xx.2016-cı il tarixli **********137200 nömrəli və xx.xx.2017-ci il tarixli **********543000 nömrəli qərarlarla haqlı olaraq tətbiq edilmişdir. Beləliklə işin faktiki hallarına nəzərən məhkəmə qeyd edir ki, cavabdeh orqan qanunvericiliklə nəzərdə tutulmuş subyektiv hüquqlarından istifadə edərək borclu vergi ödəyicisinin-iddiaçının vergi öhdəliyinin icrası üçün tədbirlər görmüşdür. İddiaçı isə hazırki tələblə məhkəməyə müraciət etməklə özü tərəfindən bəyan edilmiş dövriyyələr əsasında özünün hesabladığı vergiləri və Vergi Məcəlləsinin tələbləri çərçivəsində ödənilməmiş vergiləri dövlət büdcəsinə ödənilməsindən yayınmaq məqsədini ehtiva etdirmişdir. Çünki iddiaçının tələbinin əsaslı və qanuni olması ilə bağlı hər hansı bir dəlili mövcud deyildir. Odur ki, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, xx.xx.2020-ci il tarixli, 12714 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspert rəyinin verilməsi ilə bağlı ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1 maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı vergi borcunun silinməsi tələbinə dair iddia təmin edilməsin. xx.xx.2020-ci il tarixli, 12714 nömrəli ekspert rəyi üzrə 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar