Məhkəmə qərarları › İş №2-1(114)-140/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-140/2021

28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-140/2021 28.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsi) Daşkəsən rayonu, Zağalı kəndində yerləşən 0.35 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair iddiaçının adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı 11.08.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Daşkəsən rayonu, Zağalı kəndində yerləşən 0.35 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 16.08.2021-ci il tarixli, 2-1(114)- 140/2021 nömrəli qərardadla Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsi iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 26 iyul 1997-ci tarixli, 07 saylı qərarı ilə 0.35 ha torpaq sahəsi həyətyanı torpaq sahəsi kimi onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə aid olan evdə o və ailə üzvləri yaşamışlar, həmin yaşayış evi 1960-cı ildə tikilmişdir. Bununla bağlı olaraq, JN-073G KOD 50605018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Hazırda iddiaçı torpağa mülkiyyət hüququnun tanınmasını istəyir. Bununla bağlı, cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan “Torpağın mülkiyyətə verilməsinə” dair JN-073G saylı şəhadətnamənin Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarında öz əksini tapmadığını bildirərək, bundan imtina etmişdir. Göstərilənlərə əsasən cavabdehin imtinasını qanunsuz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 28 sentyabr 2021-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə lazımi qaydada məlumat veriləsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, Daşkəsən rayonu, Zağalı kəndində yerləşən 0.35 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 iddia tələbinə etiraz edərək və iddia ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - “Torpağın mülkiyyətə verilməsinə dair” JN-073G KOD 50605018 nömrəli şəhadətnamənin surəti; - Cavabdehin iddiaçıya ünvanladığı 08.09.2020-ci il tarixli imtina məktubunun surəti; - Məhkəmə sorğusu əsasında alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyesetri Xidmətinin 19.10.2020ci il tarixli cavab məktubu; - 12.11.2002-ci il tarixdə Daşkəsən rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş Daşkəsən rayonunun Zağalı kəndində vətəndaşların xüsusi mülkyyətə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin surəti; - Daşkəsən rayon Dövlət Arxivinin 13.11.2020-ci il tarixli Arxiv çıxarışının surəti; - Cavabdehin iddiaçıya ünvanladığı 08.12.2020-ci il tarixli məktubun surəti; - Daşkəsən Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı 08.09.2020-ci il tarixli məktubun surəti; - Məhkəmə sorğusu əsasında alınmış Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 14.04.2021-ci il tarixli cavab məktubu; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyese tri Xidmətinin məhkəməyə göndərdiyi 13.04.2021-ci il tarixli arayışın surəti; - Məhkəmə sorğusu əsasında alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyesetri Xidmətinin 19.04.2021ci il tarixli cavab məktubu; - 02.07.2021-ci il tarixli, 159 nömrəli ekspert rəyinin əsli; - Məhkəmə sorğusu əsasında alınmış Daşkəsən rayon Dövlət Arxivinin 31.08.2021-ci il tarixli cavab məktubu; - Məhkəmə sorğusu əsasında alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyesetri Xidmətinin 09.09.2021ci il tarixli cavab məktubu. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia aşağıdakılara görə əsaslı deyil. İşin faktiki hallarından görünür ki, iddiaçı cavabdehə ərizə ilə müraciət edərək Daşkəsən rayonu, Zağalı kəndində yerləşən 0.35 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair onun adına çıxarışın verilməsi xahiş etmişdir. Cavabdeh orqan iddiaçıya 08.09.2020-ci il tarixli imtina məktubu ünvanlayaraq bildirmişdir ki, aparılan araşdırma zamanı “Torpağın mülkiyyətə verilməsinə dair” JN-073G saylı şəhadətnamənin Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarında (DBF və DWJ) öz əksini tapmadığı müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası, mümkün olmamışdır. Məhkəmə aşağıdakılara əsasən cavabdeh inzibati orqanın imtinasını qanunvericiliyin tələblərinə uyğun hesab edir. Belə ki, məhkəmə sorğusu əsasında alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyesetri Xidmətinin 19.10.2020-ci il tarixli cavab məktubundan müəyyən edilmişdir ki, aparılmış araşdırma zamanı qanuni istifadəsində həyətyanı torpaq sahəsi olan vətəndaşların adlı siyahısında X2, X11, X9 və X3 adının qeyd olunduğu, lakin ayrılmış torpaq sahəsinin ölçüsünün qeyd olunmadığı, elektron xəritə məlumatlarında JN-073G saylı şəhadətnamə barədə məlumatın olmadığı müəyyən edilmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 25.02.2021-ci il tarixli, 2-1(114)- 140/2021 nömrəli qərardad ilə iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmış, mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Resyestri Xidmətinə həvalə edilmişdir və mütəxəssis qarşısında “JN-073G KOD50605018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 28.07.1997-ci il tarixli 07 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə verilmiş 0.35 hektar torpaq sahəsi torpaq sahəsi hazırda kimin faktiki mülkiyyətində və ya istifadəsindədir?, JN-073G KOD50605018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 28.07.1997-ci il tarixli 07 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə verilmiş 0.35 hektar torpaq sahəsi üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşürmü?” sualları qoyulmuşdur. 16.04.2021-ci il tarixli məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Resyestri Xidməti 13.04.2021-ci il tarixli, 60 çıxış nömrəli arayışın surətini məhkəməyə təqdim etmişdir. Həmin arayışda qeyd edilmişdir ki, iznibati işin qərardad sualında araşdırma aparılması barədə qeyd olunan JN-073G (KOD ********) nömrəli Şəhadətnamədə göstərilən 0,35 ha torpaq sahəsi, Daşkəsən rayonu Zağalı kənd ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş kompleks yerquruluşu planında öz əksini tapmamışdır. Bu səbəbdən də, həmin torpaq sahəsinin yerləşmə mövqeyini müəyyən elmək və inzibati işin qərardad suallarının cavablandırılması mümkün deyildir. Məhkəmə sorğusu əsasında alınmış Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 14.04.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 073G saylı şəhadətnamənin nüsxəsinin Ərazi İdarəsinə təhvil verilmədiyi, ləğv edilmiş DT və XK-nin Daşkəsən rayon şöbəsi tərəfindən Ərazi İdarəsinə təhvil verilmiş “Torpaq şəhadətnamələrinin qeydiyyatı kitabı”nda JN-073G saylı şəhadətnamə barədə qeydin olmadığı, qanuni istifadəsində həyətyanı torpaq sahəsi olan vətəndaşların adlı siyahısında (DBF) X1, X7, X4 və X3 adının qeyd olunduğu lakin, ayrılmış torpaq sahəsinin ölçüsünün qeyd olunmadığı, elektron xəritə məlumatlarında (DWJ) JN-073G saylı şəhadətnamə barədə məlumatın olmadığı müəyyən edilmişdir. Məhkəmə sorğusu əsasında alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyesetri Xidmətinin 19.04.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-073G saylı şəhadətnamənin nüsxəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə təhvil verilmədiyi, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsi tərəfindən ərazi idarəsinə təhvil verilmiş “Torpaq şəhadətnamələrinin qeydiyyatı kitabı”nda JN-073G saylı şəhadətnamə barədə qeydin olmadığı aşkar edilmişdir. Qanuni istifadəsində həyətyanı torpaq sahəsi olan vətəndaşların adlı siyahısında (DBF) X1, X7, X4 və X3 adının qeyd olunduğu, lakin ayrılmış torpaq sahəsinin ölçüsünün qeyd olunmadığı, elektron xəritə məlumatlarında (DWG) JN-073G saylı şəhadətnamə barədə məlumatın olmadığı müəyyən edilmişdir. Araşdırma zamanı X5 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Lakin Daşkəsən rayonu Zağalı kəndində X12 adına Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 28 iyul 1997-ci il tarixli, 7 saylı qərarı ilə 0.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ayrıldığı və bununla bağlı həmin şəxsə “Torpağa mülkiyyət hüququna dair” JN-0057 saylı Dövlət aktının, verildiyi müəyyən olunmuşdur. Məhkəmə iş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılması məqsədi ilə iş üzrə xüsusi bilik tələb edən sualları izah etmək zərurəti olduğundan iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməli olduğunu hesab etmiş və 05.05.2021-ci il tarixli, 2-1(114)-140/2021 nömrəli qərardad ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsini, ekspertizaların aparılması Azərbaycan Respublikasının X8nə həvalə edilməsini qərara almışdır. Ekspert qarşısında “İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi ilə onun adına verilmiş JN-073G, KOD 50605018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə əks olunmuş torpaq sahəsi üst-üstə düşürmü?, İddiaçı tələb etdiyi torpaq sahəsi dövlət, bələdiyyə və ya digər üçüncü şəxslərin mülkiyyətindədirmi?” sualları qoyulmuşdur. X8 tərəfindən məhkəməyə təqdim edilmiş 02.07.2021-ci il tarixli, 159 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı adına verilmiş Azərbaycan Respublikası “Torpağın mülkiyyətə verilməsinə dair” JN-073G Kod 50605018 saylı Şəhadətnamədə əks olunmuş 0.35 ha torpaq sahəsi elektron xəritə məlumatlarında öz əksinin tapmamasına baxmayaraq, həmin torpaq sahəsi 15 noyabr 2004-cü il tarixdə 0739 nömrə ilə kitabda qeydə alınmışdır. İddiaçı faktiki istifadəsində olan hasardaxili 1.19 ha torpaq sahəsi vardır, torpaq sahəsində 36.0 kv.m ölçüdə olan tövlə, 102.0 kv.m və 90.0 kv.m ölçülərdə olan iki fərdi yaşayış evi inşa edilmişdir. İddiaçı faktiki istifadəsində olan 1.19 ha torpaq sahəsi, elektron xəritə məlumatlarına əsasən, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin hüdudları daxilində yerləşir. Məhkəmə sorğusu əsasında alınmış Daşkəsən rayon Dövlət Arxivinin 31.08.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Daşkəsən rayon Xoşbulaq kəndi üzrə aqrar islahat komissiyasının qərarları Arxivin fonduna təhfil verilmədiyinə görə, vətəndaş İddiaçı torpaq sahəsinin ayrılıb-ayrılmaması barədə məlumat vermək imkan xaricindədir. Məhkəmə sorğusu əsasında alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyesetri Xidmətinin 09.09.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyinə olan "xxxx" MMC-nin arxivində Daşkəsən rayonu, Xoşbulaq kəndi üzrə (“Füzuli” təsərrüfatı) pay torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı adı aşkar edilməmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq müəyyən olunmuşdur. Həmin normaya görə bu əsaslara aiddir: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (8.0.1-ci maddə); qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol (8.0.2-ci maddə); daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı (8.0.3-cü maddə); qanuni qüvvəyə minmiş məhkəmə qərarları (8.0.4-cü maddə); bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (8.0.5-ci maddə); mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) (8.0.6-cı maddə); 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər (8.0.7-ci maddə); bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər (8.0.8-ci maddə) və s. Həmin Qanunun 9.1 və 9.2-ci maddələrinə əsasən, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub- olmamasmm müəyyən edilməsi; Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1 -ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və dövlət reyestrindən çıxarış tərtib edir. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir. Həmin Qanunun 10.2-ci maddəsinin tələbinə əsasən, hüquqların dövlət qeydiyyatının aparılması barədə ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 11-ci maddəsində hüquqların dövlət qeydiyyatıüçün təqdim edilən sənədlərə dair tələblər müəyyən edilərək göstərilmişdir ki, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasmı (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1.1 -ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə həmin hüququn dövlət qeydiyyatına alınmasından imtina edir. Hazırda iddiaçı Daşkəsən rayonu, Zağalı kəndində yerləşən 0.35 ha torpaq sahəsinə dair müvafiq çıxarışın verilməsini xahiş edir. Cavabdeh orqan isə bildirir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-073G saylı şəhadətnamənin Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarında (DBF və DWJ) öz əksini tapmadığı müəyyən edilmiş, bu səbəbdən ərizənin icrası, mümkün olmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci bəndində qeyd edilmişdir ki, torpaq sahəsi dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir (həmin maddənin 2-ci bəndi). Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir (həmin maddənin 3-cü bəndi). Həmin Məcəllənin Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsaslarını təsbit edən 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir (1-ci bənd). Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir (2-ci bənd). Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır (3-cü bənd). Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir (4-cü bənd). Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (5-ci bənd). Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir (6-cı bənd). Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır (7-ci bənd). Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir (8-ci bənd). Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır (9-cu bənd). Həmin Məcəllənin 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir (1-ci bənd). Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına almır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir (2-ci bənd). Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır (1-ci bənd). Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir (3-cü bənd). Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Beləliklədə məhkəmə işin faktiki hallarını araşdıraraq müəyyən etmişdir ki, Daşkəsən rayonu, Zağalı kəndində yerləşən 0.35 ha torpaq sahəsinə dair İddiaçı adına hər-hansı bir hüquqmüəyyənedici sənənd mövcud deyil. Həmçinin mübahisələndirilən torpaq sahəsi halhazırda bələdiyyə mülkiyyətindədir. Bu səbəblərdəndə iddiaçının idiası təmin olunmamalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativhüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Həmin Qanunun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina əsaslıdır və iddiaçı tərəfindən verilmiş iddia təmin edilməməlidir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Daşkəsən rayonu, Zağalı kəndində yerləşən 0.35 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair iddiaçının adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 140, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsi) Daşkəsən rayonu, Zağalı kəndində yerləşən 0.35 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair iddiaçının adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar