Məhkəmə qərarları › İş №2-1(114)-1400/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1400/2022

18.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1400/2022 18.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Osmanov Usaməddin Hidayət oğlu, İddiaçı cavabdeh Tərtər rayon Xoruzlu Bələdiyyəsinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, onun adına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və ölçüdə pay torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddianın mümkünlüyü məsələsinə məhkəmə binasında məhkəmə iclasından kənar qaydada baxaraq, M üə y y ə n e t d i: İddiaçı cavabdeh Tərtər rayon Xoruzlu Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə 12.04.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, onun adına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və ölçüdə pay torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair işlə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğundan, hazırkı iddia tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1290/2020 nömrəli, 08.10.2020ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Tərtər rayon Xoruzlu Bələdiyyəsinə qarşı 01.06.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müaciət edərək onun adına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və ölçüdə pay torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)- 425/2021 nömrəli, 31.05.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti vermək üçün müddət ötürüldüyündən mümkün sayılmamış və şikayətin qəbul edilməsindən imtina olunuşdur. Göründüyü kimi hazırki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Bununla bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. -78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan iş üzrə qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.2.-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsində icraata xitam verilmə əsaslarından biri kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadının olması göstərilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı cavabdeh Tərtər rayon Xoruzlu Bələdiyyəsinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, onun adına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və ölçüdə pay torpaq sahəsinin verilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar