Məhkəmə qərarları › İş №2-1(114)-1404/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1404/2024

22.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1404/2024 22.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları İddiaçı xx.xx.2013-cü il tarixdən etibarən bir il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə diaqnozun mətni: sağ tərəfli eksudativ plevritdən sonrakı qalıq əlamətləri.Xr.obstruktiv bronxit T.Ç İ dərəcə( tənəffüs çatışmazlığı birinci dərəcə) diaqnozu ilə üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2014-cü il tarixdən etibarən bir il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə diaqnozun mətni: sağ tərəfli eksudativ plevritdən sonrakı qalıq əlamətləri.Xr.obstruktiv bronxit T.Ç İ dərəcə( tənəffüs çatışmazlığı birinci dərəcə) diaqnozu ilə üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2014-cü il tarixdən etibarən bir il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə diaqnozun mətni: sağ tərəfli eksudativ plevritdən sonrakı qalıq əlamətləri.Xr. ensaol bronxit T.Ç İİ dərəcə( tənəffüs çatışmazlığı ikinci dərəcə) diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2015-ci il tarixdən etibarən bir il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə diaqnozun mətni: sağ tərəfli vərəm mənşəli eksudativ plevritdən sonrakı vəziyyət TÇ İİ dərəcə. Digər və dəqiqləşdirilməmiş anormal tənəffüs T.Ç İİ dərəcə( tənəffüs çatışmazlığı ikinci dərəcə) diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2016-ci il tarixdən etibarən beş il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə diaqnozun mətni: sağ tərəfli vərəm mənşəli eksudativ plevritdən sonrakı vəziyyət TÇ İİ dərəcə. Digər və dəqiqləşdirilməmiş anormal tənəffüs T.Ç İİ dərəcə( tənəffüs çatışmazlığı ikinci dərəcə) diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarında qeyd edilmişdir ki, İddiaçı hərbi xidmət dövründə aldığı və xx.xx.1999-cu ildən xx.xx.1999-cu ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik –diaqnoz “ Sağtərəfli qeyri-spesifik ekssudativ plevrit” “Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır” İddiaçı əlillik vəziyyəti Gəncə Şəhər Birləşmiş Xəstəxanasının G00026664PRH saylı, xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və xx.xx.2022-ci il tarixli “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Məhkəməyə təqdim edilən T313/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı məhkəmə -tibbi müayinədən keçərkən X2 Xəstəlikləri İnstitutuna göndərilmiş və xx.xx.2024-cü il tarixdə müayinələrdən sonra ona “J 44.8- Ağciyərlərin xroniki obstruktiv xəstəliyi orta ağır gedişli. J 96.1- Qarışıq tipli orta ağır ventilyasiya pozğunluğu. B 90.9- Keçirilmiş sağ ağciyərin vərəmindən sonrakı qalıq əlaməti, bərk ocaqlar şəklində” diaqnozu qoyulmuşdur, yəni o, hazırda həmin xəstəlikdən əziyyət çəkir. Məhkəmədə icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə 07 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi,İddiaçı göndərişin tarixi 27 sentyabr 2022-ci il tarixdən səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə orqanizmin funksiyalarının 65-80 faiz dərəcəsi pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddia tələbinin dəqiqləşməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1999-cu il tarixdən vərəm xəstəsi olaraq mütəmadi olaraq ambulator və stasionar müalicə alır. Hərbi xidmət dövründə vərəm xəstəliyinə tutulmuşdur. Vərəm xəsətliyi ilə əlaqədar olaraq xx.xx.1999-cu il tarixə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunmuşdur. Xəstəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli, 755 nömrəli qərarı ilə də tam təsdiq olunur. 2016-cı il tarixində 5 il müddətinə ikinci qrup əlillik təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə təkrar müayinədən keçərkən « Ağ ciyərin vərəmi,bakterioskopik təsdiq edilmiş, kultural üsulla- mühitdə artımla və ya artımsız, ağ ciyərlərin xroniki obsturktiv xəstəliyi orta ağır gedişli kəskinləşmə mərhələsində. Sağ tərəfli vərəm mənşəli eksuditiv plevritdən sonrakı vəziyyət. Cavabdehin ikinci qrup əlilliyinin ləğv edilərək pensiyasının dayandırılmasını qanunsuz hesab edir. Hesab edir ki, cavabdeh inzibati orqanın ona əlillik dərəcəsinin təyin olunmasından imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, iddiaçının əlilliyi sonuncu dəfə xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Lakin həmin qərarın rəsmi qaydada iddiaçıya təqdim edilməsi barədə cavabdeh tərəfindən sübut təqdim edilməmişdir. İddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Digər tərəfdən, həmin imtina qərarında ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadığı üçün «İnzibati icraat haqqında» Qanunun 73.2-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçı tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. III. Prosessual məsələlər İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır və iddiaya heç bir münasibət bildirilməmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər - Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri. Əsaslandırma hissəsi: Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh orqanın təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, İddiaçı əlillik vəziyyəti Gəncə Şəhər Birləşmiş Xəstəxanasının G00026664PRH saylı, xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və xx.xx.2022-ci il tarixli “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Halbuki, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən edilir ki, İddiaçı xx.xx.2014-cü il tarixdən etibarən bir il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə diaqnozun mətni: sağ tərəfli eksudativ plevritdən sonrakı qalıq əlamətləri.Xr.obstruktiv bronxit T.Ç İ dərəcə( tənəffüs çatışmazlığı birinci dərəcə) diaqnozu ilə üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2014-cü il tarixdən etibarən bir il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə diaqnozun mətni: sağ tərəfli eksudativ plevritdən sonrakı qalıq əlamətləri.Xr. ensaol bronxit T.Ç İİ dərəcə( tənəffüs çatışmazlığı ikinci dərəcə) diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2015-ci il tarixdən etibarən bir il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə diaqnozun mətni: sağ tərəfli vərəm mənşəli eksudativ plevritdən sonrakı vəziyyət TÇ İİ dərəcə. Digər və dəqiqləşdirilməmiş anormal tənəffüs T.Ç İİ dərəcə( tənəffüs çatışmazlığı ikinci dərəcə) diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2016-ci il tarixdən etibarən beş il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə diaqnozun mətni: sağ tərəfli vərəm mənşəli eksudativ plevritdən sonrakı vəziyyət TÇ İİ dərəcə. Digər və dəqiqləşdirilməmiş anormal tənəffüs T.Ç İİ dərəcə( tənəffüs çatışmazlığı ikinci dərəcə) diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Məhkəmə sorğusu ilə təqdim edilən göndərişdə ( forma 88) müəyyən olunur ki, İddiaçı XBT 10 kodu A 15.0 “Ağ ciyər vərəmi” xəstəliyindən əziyyət çəkir. Məhkəmə qeyd edir ki, xəstəlik tarixçəsindən çıxarışda da iddiaçının xəstəliyinin gedişatının xroniki olması göstərilmişdir. Xroniki xəstəliklər isə sağalmır. Bütün bunlara baxmayaraq, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş , qiymətləndirmə zamanı İddiaçı “sağ tərəfli vərəm mənşəli eksudativ plevritdən sonrakı vəziyyət TÇ İİ dərəcə diaqnozu nəzərə alınmadan diaqnoz əlillik əlaməti təyin edilməməsi barədə qərar qəbul edilmişdir. Qeyd edildiyi kimi, İddiaçı dair göndərişdə və tibbi sənədlərdə göstərilən xəstəliklər onun sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.6.2.–ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 65-80 faiz aralığında pozulması ilə əlaqədar qərar qəbul edilməsinə əsas verir. Göründüyü kimi, iddiaçı “sağ tərəfli vərəm mənşəli eksudativ plevritdən sonrakı vəziyyət TÇ İİ dərəcə “diaqnozundan əziyyət çəkir. Beləliklə, cavabdehin nümayəndəsinin də təqdim etdiyi eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.6.2–ci bəndində qeyd edilən qiymətləndirmə halının İddiaçı mövcud olması tibbi sənədlərlə tam əksini tapır. Belə ki, İddiaçı xx.xx.2014-cü il tarixdən etibarən bir il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə diaqnozun mətni: sağ tərəfli eksudativ plevritdən sonrakı qalıq əlamətləri.Xr. ensaol bronxit T.Ç İİ dərəcə( tənəffüs çatışmazlığı ikinci dərəcə) diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2013-cü il tarixdən etibarən bir il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə diaqnozun mətni: sağ tərəfli eksudativ plevritdən sonrakı qalıq əlamətləri.Xr.obstruktiv bronxit T.Ç İ dərəcə( tənəffüs çatışmazlığı birinci dərəcə) diaqnozu ilə üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2014-cü il tarixdən etibarən bir il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə diaqnozun mətni: sağ tərəfli eksudativ plevritdən sonrakı qalıq əlamətləri.Xr.obstruktiv bronxit T.Ç İ dərəcə( tənəffüs çatışmazlığı birinci dərəcə) diaqnozu ilə üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2014-cü il tarixdən etibarən bir il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə diaqnozun mətni: sağ tərəfli eksudativ plevritdən sonrakı qalıq əlamətləri.Xr. ensaol bronxit T.Ç İİ dərəcə( tənəffüs çatışmazlığı ikinci dərəcə) diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2015-ci il tarixdən etibarən bir il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə diaqnozun mətni: sağ tərəfli vərəm mənşəli eksudativ plevritdən sonrakı vəziyyət TÇ İİ dərəcə. Digər və dəqiqləşdirilməmiş anormal tənəffüs T.Ç İİ dərəcə( tənəffüs çatışmazlığı ikinci dərəcə) diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2016-ci il tarixdən etibarən beş il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə diaqnozun mətni: sağ tərəfli vərəm mənşəli eksudativ plevritdən sonrakı vəziyyət TÇ İİ dərəcə. Digər və dəqiqləşdirilməmiş anormal tənəffüs T.Ç İİ dərəcə( tənəffüs çatışmazlığı ikinci dərəcə) diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarında qeyd edilmişdir ki, İddiaçı hərbi xidmət dövründə aldığı və xx.xx.1999-cu ildən xx.xx.1999-cu ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik –diaqnoz “ Sağtərəfli qeyri-spesifik ekssudativ plevrit” “Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır”. Məhkəməyə təqdim edilən T313/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı məhkəmə -tibbi müayinədən keçərkən X2 Xəstəlikləri İnstitutuna göndərilmiş və xx.xx.2024-cü il tarixdə müayinələrdən sonra ona “J 44.8- Ağciyərlərin xroniki obstruktiv xəstəliyi orta ağır gedişli. J 96.1- Qarışıq tipli orta ağır ventilyasiya pozğunluğu. B 90.9- Keçirilmiş sağ ağciyərin vərəmindən sonrakı qalıq əlaməti, bərk ocaqlar şəklində” diaqnozu qoyulmuşdur, yəni o, hazırda həmin xəstəlikdən əziyyət çəkir. Beləliklə məhkəmə qeyd edir ki, cavabdeh orqan tərəfindən İddiaçı 2013-cü il tarixdən 2014-cü il tarixinə kimi T.Ç İ dərəcə( tənəffüs çatışmazlığı birinci dərəcə) olan zaman müddətli üçüncü dərəcə əlillik təyin edilmişdir, daha sonra isə xx.xx.2014-cü il tarixdən etibarən isə iddiaçıda T.Ç İİ dərəcə( tənəffüs çatışmazlığı ikinci dərəcə) olduqdan sonra isə müddətli ikinci dərəcə əlillik təyin etmişdir. Bu isə onu qeyd etməyə əsas verir ki, cavabdeh orqan iddiaçının T.Ç İİ dərəcə( tənəffüs çatışmazlığı ikinci dərəcə) olduqdan sonra ona ikinci dərəcə müddətli əlillik təyin etmişdir. Beləliklə əldə edilmiş iddiaçıya aid tibbi sənəndlər və göndəriş (forma 88) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.6.2–ci bəndində qeyd edilən qiymətləndirmə halının İddiaçı mövcud olması hətta eyni diaqnozla ona xx.xx.2014-cü il tarixdən etibarən bir il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə diaqnozun mətni: sağ tərəfli eksudativ plevritdən sonrakı qalıq əlamətləri.Xr.obstruktiv bronxit T.Ç İ dərəcə( tənəffüs çatışmazlığı birinci dərəcə) diaqnozu ilə üçüncü dərəcə,xx.xx.2014-cü il tarixdən etibarən bir il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə diaqnozun mətni: sağ tərəfli eksudativ plevritdən sonrakı qalıq əlamətləri.Xr. ensaol bronxit T.Ç İİ dərəcə( tənəffüs çatışmazlığı ikinci dərəcə) diaqnozu ilə ikinci dərəcə əlillik, xx.xx.2015-ci il tarixdən etibarən bir il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə diaqnozun mətni: sağ tərəfli vərəm mənşəli eksudativ plevritdən sonrakı vəziyyət TÇ İİ dərəcə digər və dəqiqləşdirilməmiş anormal tənəffüs T.Ç İİ dərəcə( tənəffüs çatışmazlığı ikinci dərəcə) diaqnozu ilə ikinci dərəcə əlillik, xx.xx.2016-ci il tarixdən etibarən beş il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə diaqnozun mətni: sağ tərəfli vərəm mənşəli eksudativ plevritdən sonrakı vəziyyət TÇ İİ dərəcə. Digər və dəqiqləşdirilməmiş anormal tənəffüs T.Ç İİ dərəcə( tənəffüs çatışmazlığı ikinci dərəcə) diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 18 may 2022-ci il tarixli 191 nömrəli (“Xalq” qəzeti, 20 may 2022-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 553) ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na yeni məzmunda 4-cü hissə əlavə edilmişdir. Bənd 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Hazırkı işdə iddiaçı “ ağ ciyər vərəmi, tənəffüs çatışmazlığı ” diaqnozundan əziyyət çəkdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.6.2 –ci bəndinə istinad edərək, ona müddətli ikinci dərəcə əlilliyin təyin edilməsini xahiş edir. İş materialları ilə iddiaçının ağ ciyər vərəmi, tənəffüs çatışmazlığı diaqnozundan əziyyət çəkdiyi təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın tələbləri pozulmaqla, iddiaçının növbəti qiymətləndirilməsi zamanı ona ikinci dərəcə müddətli əlillik təyin edilməli olduğu halda bunu etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Eyni zamanda Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(104)- 385/2023 nömrəli qərardadında qeyd etdiyi mövqe ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi cavabdehin xx.xx.2022-ci il tarixli imtinasının qanuni əsasını yoxlayaraq iddiaçıya yeni meyarlara əsasən əlilliyin təyin edilməsinin mümkünlüyü məsələsi araşdırılmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh orqan tərəfindən İddiaçı 2013-cü il tarixdən 2014-cü il tarixinə kimi T.Ç İ dərəcə( tənəffüs çatışmazlığı birinci dərəcə) olan zaman müddətli üçüncü dərəcə əlillik təyin edilmişdir, daha sonra isə xx.xx.2014-cü il tarixdən etibarən isə iddiaçıda T.Ç İİ dərəcə( tənəffüs çatışmazlığı ikinci dərəcə) olduqdan sonra isə müddətli ikinci dərəcə əlillik təyin etmişdir. Bu isə onu qeyd etməyə əsas verir ki, cavabdeh orqan iddiaçının T.Ç İİ dərəcə( tənəffüs çatışmazlığı ikinci dərəcə) olduqdan sonra ona ikinci dərəcə müddətli əlillik təyin etmişdir. Beləliklə əldə edilmiş iddiaçıya aid tibbi sənəndlər və göndəriş (forma 88) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.6.2–ci bəndində qeyd edilən qiymətləndirmə halının İddiaçı mövcud olması hətta eyni diaqnozla ona xx.xx.2014-cü il tarixdən etibarən bir il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə diaqnozun mətni: sağ tərəfli eksudativ plevritdən sonrakı qalıq əlamətləri.Xr.obstruktiv bronxit T.Ç İ dərəcə( tənəffüs çatışmazlığı birinci dərəcə) diaqnozu ilə üçüncü dərəcə,xx.xx.2014-cü il tarixdən etibarən bir il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə diaqnozun mətni: sağ tərəfli eksudativ plevritdən sonrakı qalıq əlamətləri.Xr. ensaol bronxit T.Ç İİ dərəcə( tənəffüs çatışmazlığı ikinci dərəcə) diaqnozu ilə ikinci dərəcə əlillik, xx.xx.2015-ci il tarixdən etibarən bir il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə diaqnozun mətni: sağ tərəfli vərəm mənşəli eksudativ plevritdən sonrakı vəziyyət TÇ İİ dərəcə digər və dəqiqləşdirilməmiş anormal tənəffüs T.Ç İİ dərəcə( tənəffüs çatışmazlığı ikinci dərəcə) diaqnozu ilə ikinci dərəcə əlillik, xx.xx.2016-ci il tarixdən etibarən beş il müddətinə səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə diaqnozun mətni: sağ tərəfli vərəm mənşəli eksudativ plevritdən sonrakı vəziyyət TÇ İİ dərəcə. Digər və dəqiqləşdirilməmiş anormal tənəffüs T.Ç İİ dərəcə( tənəffüs çatışmazlığı ikinci dərəcə) diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, bütün dövrlər üzrə əlillik təyin edilən zaman səbəbli əlaqəsi “ Hərbi Xidmət Dövrü ilə əlaqədar” qeyd edilmişdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.6.2–ci bəndində əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə 07 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilməli, İddiaçı göndərişin tarixi 27 sentyabr 2022-ci il tarixdən səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə orqanizmin funksiyalarının 65-80 faiz dərəcəsi pozulmasına görə 2 il müddətinə əlillik təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulmalıdır. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə 07 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı göndərişin tarixi 27 sentyabr 2022-ci il tarixdən səbəbli əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeyd edilməklə” orqanizmin funksiyalarının 65-80 faiz dərəcəsi pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar