Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1408/2024 22.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı qərar qəbul edilməsində ifadə olunan hərəkətsizliyin qanunsuz hesab edilməsi və həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.N0N3-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqanın müvafiq vəzifəli şəxslərinin onun N5 iyun N0N3-cü il tarixli raportu əsasında ehtiyata buraxılmağı barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində, Müdafiə nazirinin onun ehtiyata buraxılmağı ilə bağlı qərar qəbul edilməməsində ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, N4 iyun N0N3-cü il tarixli raportuna əsasən Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, N013-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bitirmiş, ona Azərbaycan Respublikası Müdafiə nazirinin N3 iyun N013-cü il tarixli, 0N47 nömrəli əmri ilə "tibb xidməti leytenantı” zabit hərbi rütbəsi verilmişdir. Həmin əmrlə eyni zamanda o, N nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin 01 oktyabr N015-ci il tarixli, 0664 nömrəli əmri ilə o, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin rezidenti vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 15 yanvar N0N0-cü il tarixli, 03N nömrəli əmri ilə o, N nömrəli hərbi hissənin Ümumi terapiya bölməsinin ordinatoru kardioloqu vəzifəsinə təyin edilmişdir. Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrinin Baş Qərargah rəsinin 30 noyabr N0N1-ci il tarixli, 0N nömrəli əmri ilə o, həmin hərbi hissənin (hərbi hospitalın) baş ordinatoru, 03 noyabr N0NN-ci il təridi, 0301 nömrəli əmri ilə isə o, N nömrəli hərbi hospitalın bölmə rəisi vəzifəsinə təyin edilmişdir. Hazırda həmin vəzifədə həqiqi hərbi xidmətdədir. N3 iyun N016-cı ildə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrinin Baş qərargah rəisinin N3 iyun N016-ct il tarixli, 044N nömrəli əmri ilə ona “tibb xidməti baş leytenantı”, N3 iyun N0N0-ci il tarixli, 045r nömrəli əmri ilə isə ona növbəti "tibb xidməti kapitanı” hərbi rütbəsi verilmişdir. Xidmət etdiyi müddətdə dəfələrlə dövlət təltiflərinə layiq görülmüşdür. O, Azərbaycan Respublikası Silahlı Qüvvələrində (Azərbaycan Ordusunda) zabit rütbəsində 10 ildən artıq müddətdir ki, qüsursuz şəkildə həqiqi hərbi xidmətdədir. O, N5 iyun N0N3-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-cı maddəsinin tələblərinə müvafiq olaraq komanda üzrə N nömrəli hərbi hissənin komandirinin tibb hissəsi üzrə müavini — tibb hissəsinin rəisinə raportla müraciət edərək "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Silahlı Qüvəllərdə hərbi xidmətdən ehtiyata buraxılmağı haqqında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Raport N nömrəli hərbi hissədə daxil olma sənədlərin qeydiyyat kitabında N5 iyun N0N3-cü il tarixdə 3806 nömrəsi ilə qeydə alınmış, N nömrəli hərbi hissə komandiri həmin gün raportun üzərinə “ŞHBR (şəxsi heyət üzrə bölmə rəisi) qanuna uyğun icra olunsun” rezolyusiyası (göstərişi) yazmışdır. Bundan sonra o, "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq N nömrəli hərbi hissə komandirinin N avqust N0N3-cü il tarixli göstərişinə əsasən hərbi xidmətə yararlığının təyini üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliknikasının Hərbi Həkim komissiyasına göndərilmiş, Həmin komissiyada o, şəhadətləndirilmiş, N avqust N0N3-cü il tarixli 8736 nömrəli arayışa əsasən hərbi xidmətə yararlı hesab edilməyi haqqında qərar qəbul edilmişdir. Daha sonra onun öz arzusu ilə ehtiyata buraxılmağ ilə bağlı müvafiq sənədlər tərtib edilmiş, N5 avqust N0N3-cü il tarixdə həmin sənədlər, o cümlədən təqdimat, müvafiq qərar qəbul edilməsi üçün Müdafiə Nazirliyinin Tibb Baş idarəsinə göndərilmişdir. Heç bir qanuni səbəb və əsas olmadan onun ehtiyata buraxılmağı ilə bağlı təqdimat Müdafiə Nazirliyinin müvəfiq vəzifəli şəxsləri tərəfindən imzalanmamış, müvafiq qərar qəbul edilməsi üçün təqdimat və zəruri sənədlər Müdafiə nazirinə təqdim edilməmiş ehtyata buraxılmağı barədə müraciəti təmin edilməmişdir. İddiaçı tərəfindən ehtiyata buraxılmamağının səbəbinin aydınlaşdırması üçün Göranboy rayon Vəkillər bürosuna müraciət etmiş, Vəkil Bürosundan N4 oktyabr N0N3-cü il tarixdə 34 nömrəli vəkil sorğusu ilə N nömrəli hərbi hissə komandirinə mürəciət edilmişdir. N nömrəli hərbi hissənin komandiri tibb xidməti polkovniki Hüseyn Qaçayev tərəfindən 31 oktyabr N0N3-cü il tarixli 995 nömrəli cavab məktubunda göstərilmişdir: “Tibb xidməti kapitanı İddiaçı "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin J bəndinə əsasən (öz arzusu ilə) müvafiq olaraq, N5 iyun N0N3-cü il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxması barədə müraciət etmiş, hərbi xidmətə yararlıq dərəcəsinin müəyyən olunması üçün N avqust N0N3-cü il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliknikasının Hərbi Həkim komissiyasına göndərilmiş və Hərbi Həkim Komissiyasının N avqust N0N3-cü il tarixli 8736 nömrəli arayışına əsasən "Hərbi xidmətə yararlıdır” qərarı verilmişdir. Tibb xidməti kapitanı İddiaçı müraciəti əsasında müvafiq sənədlər hazrlanaraq qərar qəbul edilməsi üçün N5 avqust N0N3-cü il tarixdə Müdafiə Nazirliyinin Tibb İdarəsinə göndərilmiş, 06 oktyabr N0N3-cü i tarixdə tibb təminatın keyfiyyətli təşkilini təmin etmək məqsədi ilə ixtisaslı həkim çatışmazlığını nəzərə alaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılma N0N4-cü ilin iyul ayına kimi təxirə salınması məqsədəuyğun hesab edilmişdir..”. Onun hərbi xidmətdən ehtiyata buraxılmağı haqqında müraciətinə Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxsləri tərəfindən əsassız və qanunazidd qaydada imtina edilməsi nəticəsində qanunla nəzərdə tutulmuş hüquqları pozulur. İş üzrə şifahi məhkəmə iclası NN may N0N4-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasının keçirilməsi yeri və vaxtı barədə tərəflərə rəsmi məlumat verilmiş, iddiaçı və iddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclasına gəlmişlər, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. (Azərbaycan Respublikasının İPM-nin 6N.3-cü maddəsi). İddiaçı və iddiaçının nümayəndəsi (vəkili) ayrı-ayrılıqda məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus xx.xx.N013-cü il tarixli, ******* nömrəli şəxsi vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.N013-cü il tarixli, 0N47 nömrəli əmrlə tibb xidməti leytenantı hərbi rütbəsi verilmiş, N nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi vəzifəsinə və xx.xx.N015-ci il tarixli, 0464 nömrəli əmrlə Azərbaycan Tibb Universitetinin rezidenti, xx.xx.N0N0-ci il tarixli, 03N nömrəli əmrlə Ümumi terapiya bölməsinin ordinatoru-kardioloq vəzifəsinə təyin edilmişdir. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.N0N4-cü il tarixli, 388 nömrəli məktubdan görünür ki, tibb xidməti kapitanı İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq, xx.xx.N0N3-cü il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə müraciət etmiş, hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən olunması üçün xx.xx.N0N3-cü il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyasına göndərilmiş və Hərbi Həkim Komissiyasının xx.xx.N0N3-cü il tarixli 8736 nömrəli arayışına əsasən “Hərbi xidmətə yararlıdır” qərarı verilmişdir. Tibb xidməti kapitanı İddiaçı müraciəti əsasında müvafiq sənədləri hazırlanaraq qərar qəbul edilməsi üçün xx.xx.N0N3-cü il tarixdə Müdafiə Nazirliyinin Tibb İdarəsinə göndərilmiş, 06 oktyabr N0N3-cü il tarixdə tibbi təminatın keyfiyyətli təşkilini təmin etmək məqsədi ilə ixtisaslı həkim çatışmazlığını nəzərə alaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılma N0N4-cü ilin iyul ayına kimi təxirə salınması məqsədəuyğun hesab edilmişdir. -iş materiallarına əlavə edilmiş xx.xx.N0N3-cü il tarixli Təqdimatdan görünür ki, tibb xidməti kapitanı İddiaçı, xx.xx.N0NN-ci i tarixdən N30 nömrəl hərbi hissənin Efferent terapiya bölməsinin rəisi vəzifəsində xidmət etmiş, xidmət etdiyi müddət ərzində özünü intizamlı, bacarıqlı və savadlı bir zabit kimi göstərmişdir. Özünun və tabeliyində olanarın döyüş hazırlığının, mənəvi və işgüzar keyfiyyətlərinin artırılması üçün çalışmışdır. Tibb xidməti kapitanı İddiaçı Azərbaycan Ordusunda təqvim ilə 1N il, 1 ay, N4 gün, güzəştlə N il, 3 ay, 19 gün, ümumi 14 il, 5 ay, 13 gün xidmət etmşdir. Şəhadətləndirilmək üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasın Hərbi Həkim Komissiyasına göndərilmişdir və Hərbi Həkim Komissiyasının N avqust N0N3-cü il tarixli 8736 nömrəli arayışına əsasən « hərbi xidmətə yararlıdır » qərarı verilmişdir. Dövlət sirrini qorumağı bacarır, fiziki cəhətdən sağlamdır, mənəvi cəhətdən safdır. Göstərilənləri nəzərə alaraq, tibb xidməti kapitanı X1 öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması məqsədəuyğun hesab olunmuşdur. -iş materiallarına əlavə edilmiş xx.xx.N0N3-cü il və xx.xx.N0N3-cü il tarixli söhbət vərəqələrindən görünür ki, iddiaçı könüllü şəkildə mümkün qədər tez bir zamanda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -156-cı bəndinə əsasən, hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. -160-cı bəndinə əsasən, dinc dövrdə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları aşağıdakı qaydada həyata keçirilir: müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, ali zabit heyəti - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, hərbi təhsil müəssisələrinin kursantları vaxtından əvvəl (bu Əsasnamənin 15-ci maddəsi) səhhətlərinə görə - hərbi hissə komandiri, ona bərabər və ondan yuxarı olanlar tərəfindən, ailə vəziyyətlərinə görə isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - korpus (diviziya) komandirləri, onlara bərabər və onlardan yuxarı rəislər tərəfindən, gizirlər və miçmanlar - Silahlı Qüvvələr növlərinin komandanları, onlara bərabər və onlardan yuxarı rəislər tərəfindən, zabitlər (ali rütbəli zabitlərdən başqa) - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən buraxılırlar. -161-ci bəndinə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. 16N-ci bəndinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və puraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. -163-cü bəndinə əsasən, ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci hissəsinin 8-ci abzasına əsasən, Silahlı Qüvvələrdə N0 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: -40.3-cü maddəsinə əsasən, zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. -41.0.9-cu maddəsinə əsasən, ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular öz arzusu ilə yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik aktlarını hazırki işin hallarına uyğun tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbi təmin edilməli, cavabdeh orqanın qərar qəbul edilməsində ifadə olunan hərəkətsizliyi qanunsuz hesab edilməli və iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçı tibb xidməti kapitanı İddiaçı Azərbaycan Ordusunda təqvimlə 1N il, 1 ay, N4 gün xidmət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinin tələbləri baxımından da qanunidir. Bundan başqa, iş materiallarına əlavə edilmiş xx.xx.N0N3-cü il tarixli raportun surətindən görünür ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin tibb hissəsi üzrə müavini – tibb hissəsinin müavininə rəsmi müraciət edərək, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ordu sıralarından ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmiş, N nömrəli hərbi hissə komandirinin tibb hissəsi üzrə müavini – tibb hissəsinin müavini tərəfindən hərbi hissə komandiri qarşısında vəsatət qaldırılmışdır. İddiaçı ilə müvafiq olaraq xx.xx.N0N3-cü il və xx.xx.N0N3-cü il tarixlərdə birinci və ikinci söhbətləşmələr aparılmış, İddiaçı mümkün qədər tez bir zamanda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını xahiş etmişdir. Lakin buna baxmayaraq, iddiaçının ehtiyata buraxılması ilə bağlı müvafiq qərar qəbul edilməmişdir. Cavabdeh orqan bunun səbəbləri barədə məhkəməyə qanuni və əsaslı məlumat verə bilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -N.N.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı barəsində qərar qəbul edilməsində ifadə olunan hərəkətsizliyi qanunsuz hesab edilsin və onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Ünvan: Gəncə şəhəri, Atatürk prospekti, N5N) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1408/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1408/2024
22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver