Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1410/2020 26.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, X2 iştirakı ilə, X2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdam rayon Polis Şöbəsinə qarşı Ağdam rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, 42 saylı əmrinin ləğv edilməsi, əvvəlki işə bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: X3 (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdam rayon Polis Şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdam rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, 42 saylı əmrinin ləğv edilməsi, əvvəlki işə bərpa edilməsi barədə qərar verilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-1410/2020 nömrəli qərardadı ilə iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1985-ci ildə Ağdam rayonu, Çullu kəndində anadan olmuşdur. Hərbi öhdəliyini başa vurduqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağdam rayon Polis Şöbəsinin xx.xx.2010-cu il tarixli 69 saylı əmri ilə cavabdeh orqanda polis serjantı kimi işə başlamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağdam rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, 42 saylı əmri ilə guya daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə və intizam məsuliyyətinə cəlb olunduqdan sonra xidmət və icra intizamını il ərzində yenidən kobud şəkildə pozduğuna görə işdən azad edilmişdir. Cavabdehin hərəkətlərini qanunsuz hesab etdiyindən əmrin ləğv edilməsi və işə bərpa edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. X3 şifahi məhkəmə baxışı iclasına gəlmiş, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdam rayon Polis Şöbəsi nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X3 iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndələri X13 və X12 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surəti; -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdam rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 42 nömrəli, xx.xx.2019-cu il tarixli, 42 nömrəli, xx.xx.2020-ci il tarixli, 37 nömrəli və xx.xx.2019-cu il tarixli, 88 nömrəli əmrlərin surəti; Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından aşağıdakılara görə əsaslı deyil. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci bəndinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin tələblərinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinin tələblərinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin 2-ci bəndinin tələblərinə əsasən isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. İşin faktiki halları, həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, sabiq polis əməkdaşı X7 xx.xx.2010-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdam rayon Polis Şöbəsində xidmət etmişdir. Xidmət etdiyi dövrdə müsbət xarakterizə olunmamış, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyərək, laqeydliyə yol vermiş, xidməti vəzifəsinə laqeyd, etinasız, məsuliyyətsiz münasibət bəsləmişdir. İddiaçı 05, 06, xx xxxx 2019-cu il tarixlərində xidmətdə olarkən özbaşına rayon ərazisini tərk edib Bakı və Sumqayıt şəhərlərinə getdiyinə, “X20 əməkdaşlarının etik davranış Kodeksi”nin 14,15 və 22-ci maddələrini, Daxili İşlər Nazirliyinin xx.xx.2005-ci il tarixli, 130 nömrəli əmrinin tələblərini kobudcasına pozduğuna görə ona “şiddətli töhmət” intizam tənbehi elan olunmuşdur. İddiaçı üzərinə düşən xidməti vəzifələrinin icrası zamanı, şöbə rəhbərliyinin şifahi iradlarından nəticə çıxarmayaraq, xüsusəndə gündəlik xidməti fəaliyyətini Daxili İşlər Nazirliyinin müvafiq normativ-hüquqi aktlarının tələbləri səviyyəsində qurmayaraq, xx.xx.2019-cu il tarixdə Ağdam rayon Polis Şöbəsinin 1-ci postunda xidmət aparan zaman , “X20 əməkdaşlarının etik davranış Kodeksin”nin tələblərini kobudcasına pozaraq təhkim olunduğu xidməti postu özbaşına tərk etdiyinə görə xx.xx.2019cu il tarixdə üzərində olan “şiddətli töhmət” intizam tənbehi nəzərə alınaraq ona tutuduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq edilmişdir. Ağdam rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, 37 nömrəli əmrində qeyd edilmişdir ki, yaşda və rütbədə özündən böyük həmkarları tərəfindən aparılan profilaktiki söhbətlərə və bildirilən iradlara məhəl qoymayaraq intizamsızlıqda davam etdiyinə, xidmət müddətində dəfələrlə ciddi intizam məsuliyyətinə cəlb olunmasına baxmayaraq müntəzəm olaraq ciddi nöqsanlarına yol verdiyinə, rayon Polis Şöbəsində keçirilən təlimatlara gecikdiyinə, ictimaiyyət və şəxsi heyət arasında mənfi xarakterizə olunduğuna, cinayətkarlığa qarşı mübarizədə heç bır fəaliyyəti olmadığına, vətəndaşlarla kobud rəftar etdiyinə, anası Afidə X1 950 (doqquz yüz əlli) ABŞ dolları nəbləğində borc alması məsələsinə lüzumsuz müdaxilə etdiyinə, vətəndaş Gülzar Cabbarovam nalayiq söyüşlərlə təhqir etdiyinə, bu hərəkəti ilə vətəndaş məmnunluğunu təmin etmək əvəzinə vətəndaş G.Cabbarovanın haqlı narazılığına zəmin yaratdığına, bununla da Daxili İşlər Nazirliyinin xx.xx.2005-ci il tarixli, 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının Etik-davranış Kodeksı”nin 2-ci, 9-cu və 13-cü maddələrinin tələblərini kobud şəkildə pozduğuna görə Ağdam rayon Polis Şöbəsinin post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X4 işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 9 və 10-cu bəndləri ilə (daxili işlər orqanları əməkdaşı adma ləkə gətirən hərəkət etdiyinə və intizam məsuliyyətinə cəlb olunduqdan sonra xidmət və icra intizamını il ərzində yenidən kobud şəkildə pozduğuna görə) daxili işlər orqanlarından xaric edilsin və tabeçiliyində olan əməkdaşlara qarşı tələbkarlığı aşağı səviyyədə olduğuna görə post-patrul xidməti bölüyünün komandiri polis mayoru X10, bölük komandirinin müavini polis mayoru X14 ciddi xəbərdar olunmaqla gələcəkdə anoloji hallara yol veriləcəyi təqdirdə intizam məsuliyyətinə cəlb olunacaqları nəzərlərinə çatdırılsın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdam rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 42 nömrəli əmr ilə X3 daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyi və intizam məsuliyyətinə cəlb olunduqadan sonra xidmət və icra intizamını il ərzində yenidən kobud şəkildə pozduğuna görə xx.xx.2020-ci il tarixdə “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9 və 10-cu bəndələri ilə xidmətdən xaric edilmişdir. X3 xx.xx.2005-ci il tarixindən X17 daxil olduğundan və xx.xx.2010-cu il tarixdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdam rayon Polis Şöbəsinin post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində (polis serjantı rütbəsi) işlədiyindən ona “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin və “Polis haqqında” Qanunun müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 29-cu maddəsinə əsasən daxili işlər orqanlarında xidmətə qəbul olunan şəxslər Azərbaycan Respublikasının "Polis haqqında" Qanununun 29-cu maddəsində göstərilmiş məzmunda və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada and içirlər. Həmin Əsasnamənin 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə əsasən daxili işlər orqanlarının əməkdaşı daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə və intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda xidmətdən xaric edilə bilər. Göründüyü kimi, hazırki iş üzrə X3 xidmət etdiyi müddətdə dəfələrlə töhmət və şiddətli töhmət alaraq daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etmiş və intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 7-ci bəndinə əsasən səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək polis əməkdaşının vəzifəsidir. X3 qanunvericiliklə müəyyən olunmuş davranış qaydalarına riayət etməyərək üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. «X20 əməkdaşlarının etik davranış Kodeksi»nin 1-ci maddəsinə əsasən X20 əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. Həmin Kodeksin 2-ci maddəsinə əsasən X20 əməkdaşı anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Həmin Kodeksin 3-cü maddəsinə əsasən X20 əməkdaşı dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, hər kəsi hüquqa zidd əməllərdən və zorakılıqdan müdafiə etməli, ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz qoymamalıdır. Həmin Kodeksin 4-cü maddəsinə əsasən X20 əməkdaşı dövlət tərəfindən verilmiş səlahiyyətlərdən yalnız qanun çərçivəsində istifadə etməli, cinayət, yaxud digər hüquqpozmalar törətmiş şəxslərin qanunla qorunan hüquqlarına hörmətlə yanaşmalı, fiziki qüvvə və xüsusi vasitələr tətbiq etmək zərurəti yarandıqda, səlahiyyət həddini aşmamalı və adekvat tədbir seçməyi bacarmalıdır. Həmin Kodeksin 13-cü maddəsinə əsasən X20 əməkdaşı icrasının mümkün olamayacağını qabaqcadan bildiyi (və ya bilməli olduğu) öhdəlikləri (borc pul, kirayə və s.), üzərinə götürməməlidir. Üzərinə götürdüyü öhdəlikləri müəyyənləşdirilmiş şərtlərə uyğun icra etməlidir. Həmin Kodeksin 22-ci maddəsinə əsasən davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. İş materialları ilə müəyyən edilir ki, X3 polis nəfəri olaraq «X20 əməkdaşlarının etik davranış Kodeksi»ndə təsbit olunan davranış qaydalarına riayət etmədiyindən haqlı olaraq daxili işlər orqanlarından xaric edilmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdam rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, 42 nömrəli əmri inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmədiyindən həmin əmrin ləğvi üçün əsas yoxdur. Ona görə də, məhkəmə iddia tələbinin rədd edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, tərəflərin izahatlarına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olmadığından X2 iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud deyil. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. X3 iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdam rayon Polis Şöbəsinin hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdam rayon Polis Şöbəsinə qarşı Ağdam rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, 42 saylı əmrinin ləğv edilməsi, əvvəlki işə bərpa edilməsi barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdam rayon Polis Şöbəsinə qarşı Ağdam rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, 42 saylı əmrinin ləğv edilməsi, əvvəlki işə bərpa edilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1410/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1410/2020
26.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver