Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1411/2020 12.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, Gəncə Apelyasiya Məhkəməsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Gəncə Apelyasiya Məhkəməsinə qarşı məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Gəncə Apelyasiya Məhkəməsinə qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Apelyasiya Məhkəməsinin sədrinin 03 iyun2020-ci il tarixli 67 nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunması, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi və mənəvi zərərə görə 50.000 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx xxxxxxx 2020- ci il tarixli məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia tələbini dəqiqləşdirərək məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(114)-1411/2020 saylı qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə Apelyasiya Məhkəməsinin xx xxxx 2020- ci il tarixli 67 saylı əmri dəyişdirilmiş və o, işə bərpa olunması və mənəvi ziyan hissəsində iddia tələbindən imtina edir, lakin «İnzibati icraat haqqında» Azərbaycan Respubliksının Qanununun 64.2-ci maddəsinə istinad edərək məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi hissəsində iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 iddiaçı tərəfindən verilmiş iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - iddiaçıya məxsus AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 67 nömrəli əmrin surəti; - Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 68 nömrəli əmrin surəti; - Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 168 nömrəli əmrin surəti; Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Məhkəmə tərəfindən işin tam və hərtərəfli araşdırılması üçün iddiaçının ehtiyata buraxılmasına dair əmrin verilməsinə əsas olmuş sənədlər sorğular əsasında əldə edilmişdir. İş materialları və işin faktiki halları ilə müəyyən edilmişdir ki, Gəncə Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 67 nömrəli əmri ilə hakimin köməkçisi İddiaçı dövlət qulluğundan azad edilmiş və o, dövlət qulluğundan azad edildiyindən dövlət qulluğuna xitam verilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 68 nömrəli əmri ilə Abdulla yev Rəşad Tapdıq oğluna işdən çıxarılma müavinatı ödənilməsi qərara alınmışdır. Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 168 nömrəli əmri ilə Gəncə Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 67 nömrəli əmrində dəyişiklik edilərək «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununun 33.1.1-ci maddəsinə əsasən hakimin köməkçisi-İddiaçı öz arzusu ilə dövlət qulluğuna xx xxxx 2020-ci il tarixdən xitam verilmişdir. Əmrə əsasən son haqq hesab aparılaraq istifadə edilməmiş əmək məzuniyyətinə görə 1462,59 manat kompensasiyanın İddiaçı ödənilməsi nəzərə alınmışdır. Hazırda İddiaçı iddia ərizəsində «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 64.2-ci maddəsinə istinad edərək məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi xahiş edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinin tələblərinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı saylır. Şifahi məhkəmə iclasında tədqiq edilmiş Gəncə Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 67 nömrəli əmrindən və xx xxxxxxx 2020-ci il tarixli 168 nömrəli əmrindən müəyyən olunur ki, hər iki halda İddiaçı işdən xx xxxx 2020-ci il tarixdən azad edilmişdir. Qanunvericiliyin tələbinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı saylır. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara qiymət verən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud deyil. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh Gəncə Apelyasiya Məhkəməsinin hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Gəncə Apelyasiya Məhkəməsinə qarşı məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68, 69, 73, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə qarşı məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Cavabdehnə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1411/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1411/2020
12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver