Məhkəmə qərarları › İş №2-1(114)-1415/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1415/2020

22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1415/2020 22.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı doğum aktı qeydində düzəliş edilməsi tələbinə dair işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh 126 nömrəli, xx xxxx 2020-ci il tarixli məktubu ilə iddiaçının şəxsiyyətini təsdiq edən sənəddə və Qəribli kənd İN-də xx.xx.1966-cı il tarixdə qeydə alınmış 90 saylı doğum aktında adında və soyadında uyğunsuzluq olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bununla razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək, Cavabdehnə qarşı doğum haqqında aktda soyadının İddiaçı, ata adının İsaq və beləliklə, İddiaçı kimi düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun əsl adı İddiaçıdır. Lakin, yanlışlıq səbəbindən doğum haqqında şəhadətnamədə adı, soyadı və atasının adı səhv olaraq X2 yazılmışdır. Doğum haqqında şəhadətnamədə dəyişiklik edilməsi üçün müraciət etsə də, imtina edilmişdir. Hesab edir ki, məhkəmə qaydasında düzəliş edilməlidir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəməyə ərizə ünvanlayaraq işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan; -xx.xx.1966-cı il tarixli, 20 nömrəli “Doğum haqqında” akt qeydinin təsdiqlənmiş surətindən məlum olur ki, X3 xx.xx.1966-cı il tarixdə anadan olmuş, ana qrafasında X4 qeyd edilmişdir. -İddiaçı məxsus AA1787044 nömrəli və AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Tovuz rayonu, Qəribli kəndində anadan olmuş və hazırda həmin ünvanda qeydiyyatdadır. -İddiaçı şəxsiyyət vəsiqəsinin fərdi uçot kartoçkasının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Tovuz rayonu, Qəribli kəndində anadan olduğu qeyd edilmişdir. -Tovuz Rayon İcra Hakimiyyəti başçısının Qəribli kənd İƏD üzrə Nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 242 nömrəli arayışından İddiaçı xx.xx.1966-cı il tarixdə Tovuz rayonu, Qəribli kəndində anadan olmuşdur. İddiaçı ilə X3 eyni adamdır. X3 adlı şəxs Tovuz rayonu Qəribli kəndində qeydiyyatda yoxdur və yaşamır. -Tovuz rayon Polis şöbəsinin xx.xx.2020-ci il tarixli, 185-10415-1220 nömrəli məktubundan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü Tovuz rayonu, Qəribli kəndində anadan olmuş İddiaçı xx.xx.2003-cü il tarixdə Tovuz RPŞ tərəfindən verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin verilmgsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Göründüyü kimi iddiaçının hüquqi marağı xx.xx.1966-cı il tarixli, 90 nömrəli doğum haqqında akt qeydində dəyişiklik olunaraq soyadı və adının İddiaçı kimi qeyd olunmasıdır. İş materiallarına əlavə edilmiş xx.xx.1966-cı il tarixli, 20 nömrəli “Doğum haqqında” akt qeydinin təsdiqlənmiş surətindən məlum olur ki, X3 xx.xx.1966-cı il tarixdə anadan olmuş, ana qrafasında X4 qeyd edilmişdir. İddiaçı tələbinin əsası kimi, şəxsiyyət vəsiqəsində və digər hüquqmüəyyənedici sənədlərdə adının Mileylə, soyadının Əliyeva, ata adının isə İsaq kimi qeyd edildiyini əsas gətirərək, doğum haqqında aktda düzəliş edilməsini xahiş etmişdir. Halbuki, ilkin hüquqmüəyyənedici sənəd “doğum haqqında akt qeydi” olduğundan və digər sənədlər doğum haqqında akt qeydinə uyğun olaraq tərtib edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının doğum haqqında akt qeydi qanuni və əsaslı olaraq tərtib edilmişdir. Odur ki, iddiaçının tələbinin heç bir hüquqi əsası yoxdur. Həmçinin, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli, 52 nömrəli qərarının 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyad dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını, habelə soyad şəkilçisini dəyişdirildikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyridüzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Göründüyü kimi, adıçəkilən qaydalarda vətəndaşlıq vəziyyəti aktlarında düzəliş edilməsi üçün əsaslar dəqiq müəyyən olunmuş, hazırkı iddia tələbində və məhkəmə araşdırılması zamanı qeyd olunan əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Beləliklə, iddiaçının əsl adının X1 olması iş materiallarında öz təsdiqini tapdığından və hazırki halda iddiaçıya məxsus doğum haqqında aktda düzəliş edilməsi üçün əsaslar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydində düzəliş edilməsinə dair iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar