Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1419/2022 08.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 2 saylı Qazax-Tovuz Filialı) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, övladı Nurlan Məmmədova əri Səməd Məmmədovun ölümü ilə əlaqədar təyin edilmiş əmək pensiyasının xx.xx.2013-cü il tarixdən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1419/2022 nömrəli qərardad ilə üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 2 saylı Qazax-Tovuz Filialının üçüncü şəxs kimi iştirakına xitam verilməsi barədə qərardad qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X3 xx.xx.2013-cü il tarixdə Rusiya Federasiyasında vəfat etmişdir. 2013-cü ilin iyun ayında ailə başçısını itirməyə görə oğlu Nurlan Məmmədova görə əmək pensiyası təyin edilməli olduğu halda 2015-ci ildən təyin edilmişdir. Guya ki, o, gec müraciət etmişdir. Əslində isə o, 2013-cü ilin iyun ayında DSMF-nin Şəmkir rayon Filialına şifahi müraciət etmişdir. Sənədlərini toplayıb rəsmi ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Həmin Filialdan ona 09 fevral 2022-ci il tarixli, **********91 nömrəli imtina məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Hesab edir ki, həmin əmək pensiyası əri vəfat etdiyi gündən, yəni xx.xx.2013-cü il tarixdən hesablanmalıdır. Ona görə də, hazırki iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı 02 iyun 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 08 sentyabr 2022-ci il tarixə təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, işin faktiki hallarına əsasən, İddiaçı xx.xx.2018-ci il tarixli müraciətinə əsasən övladı N.Məmmədova mərhum həyat yoldaşı S.Məmmədovun vəfatı ilə əlaqədar olaraq xx.xx.2015-ci il tarixdən 100,00 manat məbləğində ailə başçısı itirməyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2019-cu il tarixədək qüvvədə olmuş 29.1-ci maddəsinə əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2018-ci il tarixdən 116.27 manata, xx.xx.2019-cu il tarixdən 119.76 manata çatdırılmışdır. Eyni zamanda Qanunun xx.xx.2019-cu il tarixdən qüvvədə olmuş 29.1-ci maddəsinə əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2020-ci il tarixindən 233.20 manata, xx.xx.2021-ci il tarixdən 259.78 manata çatdırılmışdır. Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq iddiaçının övladı N.Məmmədova ailə başçısını itirməyə görə təyin olunmuş sosial müavinətin ödənişi xx.xx.2021-ci il tarixdə dayandırıldığı üçün ödənilmiş sosial müavinət nəzərə alınmaqla keçmiş dövr üzrə (xx.xx.2015-ci il tarixdən) hesablanmış fərq məbləği təyin olunmuş cari pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının əsas tələbi mərhum həyat yoldaşı S.Məmmədovun vəfat etdiyi tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək məbləğin hesablanaraq birdəfəlik ödənilməsidir. İddiaçının ilk müraciətinin xx.xx.2018-ci il olduğu nəzərə alınaraq qanunvericiliyin tələblərinə əsasən iddia əsassız hesab olunmalıdır. İddiaçı 20,09.2018-ci il tarixdə ərizə ilə cavabdeh orqanına müraciət etmiş, əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Qanunun mövqeyinə əsasən, şəxsə əmək pensiyasının təyin edilməsi və ödənilməsi inzibati orqana müraciət tarixindən ən çoxu 3 il üçün hesablanıb ödənilə bilər. Belə ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixləri üçün hesablanıb fərq məbləği ödənilir. Həmçinin iddiaçının övladına ailə başçısını itirməyə görə xx.xx.2018-ci il tarixdə sosial müavinət təyin edilmiş xx.xx.2021-ci il tarixdə dayandırılmış, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Təyin olunmuş sosial müavinət ödənişi xx.xx.2021-ci il tarixdə dayandırıldığı üçün ödənilmiş sosial müavinət nəzərə alınmaqla keçmiş dövr üzrə (xx.xx.2015-ci il tarixdən) hesablanmış fərq məbləği iddiaçının cari pensiyasının üzərinə əlavə edilməklə ödənilir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçının müraciət tarixindən əvvəlki 3 il (xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixləri) üçün hesablanıb fərq məbləği ödənilir. Göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Qasımlılar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 38 nömrəli arayışı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubu, “Ölüm haqqında” xx.xx.2018-ci il tarixli, İV-AP 538748 nömrəli şəhadətnamənin təsdiqlənmiş surəti, “Doğum haqqında” xx.xx.2018-ci il tarixli, İV-AP 877132 nömrəli şəhadətnamənin təsdiqlənmiş surəti, pensiya işinin təsdiqlənmiş surəti əlavə edilmişdir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsi). İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, iddiaçı məsələnin həll olunması üçün cavabdeh inzibati orqana müraciət etdikdən sonra məhkəmədə hazırkı iddianı qaldırmışdır. Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıda qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixli müraciətinə əsasən övladı N.Məmmədova mərhum həyat yoldaşı S.Məmmədovun vəfatı ilə əlaqədar olaraq xx.xx.2015-ci il tarixdən 100,00 manat məbləğində ailə başçısı itirməyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2019-cu il tarixədək qüvvədə olmuş 29.1-ci maddəsinə əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2018-ci il tarixdən 116.27 manata, xx.xx.2019-cu il tarixdən 119.76 manata çatdırılmışdır. Eyni zamanda Qanunun xx.xx.2019-cu il tarixdən qüvvədə olmuş 29.1-ci maddəsinə əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2020-ci il tarixindən 233.20 manata, xx.xx.2021-ci il tarixdən 259.78 manata çatdırılmışdır. Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq iddiaçının övladı N.Məmmədova ailə başçısını itirməyə görə təyin olunmuş sosial müavinətin ödənişi xx.xx.2021-ci il tarixdə dayandırıldığı üçün ödənilmiş sosial müavinət nəzərə alınmaqla keçmiş dövr üzrə (xx.xx.2015-ci il tarixdən) hesablanmış fərq məbləği təyin olunmuş cari pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının əsas tələbi mərhum həyat yoldaşı S.Məmmədovun vəfat etdiyi tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək məbləğin hesablanaraq birdəfəlik ödənilməsidir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının ilk müraciətinin xx.xx.2018-ci il tarixdə olduğu nəzərə alınaraq qanunvericiliyin tələblərinə əsasən iddia əsassız hesab olunmalıdır. İddiaçı xx.xx.2018-ci il tarixdə ərizə ilə cavabdeh orqanına müraciət etmiş, əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Qanunun mövqeyinə əsasən, şəxsə əmək pensiyasının təyin edilməsi və ödənilməsi inzibati orqana müraciət tarixindən ən çoxu 3 il üçün hesablanıb ödənilə bilər. Belə ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixləri üçün hesablanıb fərq məbləği ödənilir. Həmçinin iddiaçının övladına ailə başçısını itirməyə görə xx.xx.2018-ci il tarixdə sosial müavinət təyin edilmiş xx.xx.2021-ci il tarixdə dayandırılmış, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Təyin olunmuş sosial müavinət ödənişi xx.xx.2021-ci il tarixdə dayandırıldığı üçün ödənilmiş sosial müavinət nəzərə alınmaqla keçmiş dövr üzrə (xx.xx.2015-ci il tarixdən) hesablanmış fərq məbləği iddiaçının cari pensiyasının üzərinə əlavə edilməklə ödənilir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçının müraciət tarixindən əvvəlki 3 il (xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixləri) üçün hesablanıb fərq məbləği ödənilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 14.1.2. maddəsinə əsasən ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. - 31.1. maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. - 31.2. maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. - 32.1-1. maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. - 34. maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Yuxarıda qeyd olunan normalara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə 20 sentyabr 2018-ci il tarixdə müraciət etmişdir. Buna görə də, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası 20 sentyabr 2015-ci il tarixdən təyin edilməli və ödənilməlidir. Həmçinin, Qanunun mövqeyinə əsasən iddiaçının müraciət tarixindən əvvəlki 3 il (xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixləri) üçün fərq məbləği hesablanıb ödənilir. Beləliklə məhkəmə iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; -58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1 və 68.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyini və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1419/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1419/2022
08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver