Məhkəmə qərarları › İş №2-1(114)-1419/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1419/2025

26.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1419/2025 26.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X13 və üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin, üçüncü şəxsin etirazı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanındakı 0.10 ha həyatyanı torpaq sahəsinin üzərində inşa edilmiş 277.20 kv.m fərdi yaşayış evinə dair X14, X4 və X7 adına verilmiş qeydin (26 iyul 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********82-10301 reyestr nömrəli hüqüqların Dövlət qeydiyyatı haqqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın) ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ünvan 1 ünvanındakı 0.10 ha həyatyanı torpaq sahəsinin üzərində inşa edilmiş 277.20 kv.m fərdi yaşayış evi üzərində 5/9 hissədə payı müəyyən edilmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Həmçinin onun şikayəti əsasında Gədəbəy rayon Prokurorluğunda 26 iyul 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********82-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş Gədəbəy rayon Arıqdam İcra nümayəndəliyi tərəfindən verilmiş arayışla bağlı araşdırma aparılmış və yekunda qərar qəbul edilmişdir. Bundan başqa ünvan 1 ünvanındakı 0.10 ha həyatyanı torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evi ilə bağlı Gədəbəy rayon Arıqdam Kənd İƏD üzrə nümayəndəliyi tərəfindən ona verilmiş 15 may 2023-cü il tarixli arayışda X9 tərəfindən yuxarıda qeyd edilən 0.10 ha torpaq sahəsində tikilmiş digər fərdi yaşayış evinin mövcud olması qeyd edilmişdir. Lakin buna baxmayaraq, ünvan 1 ünvanındakı 0.10 ha həyatyanı torpaq sahəsinin üzərində inşa edilmiş 277.20 kv.m fərdi yaşayış evinə dair 26 iyul 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli və **********82-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Odur ki, iddiaçı cavabdeh orqana müraciət edərək həmin çıxarışın ləğv edilməsini xahiş etsə də, müraciəti təmin edilməmişdir. Məhz bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1419/2025 nömrəli qərardadı ilə X4 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli qərarına əsasən X14, X11 və X2 adlarına JN-245A KOD 50532018 nömrəli Şəhadətnamə verilmişdir. Qeyd olunan Şəhadətnaməyə əsasən, Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən fərdi yaşayış evinə dair X10 adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********82-10301 reyestr nömrəli çıxarış verilmişdir. Ərazi İdarəsi hesab edir ki, daşınmaz əmlak üzərində aparılmış qeydiyyat tam olaraq qanunvericiliyin tələbinə uyğun olaraq aparılmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X13 və üçüncü şəxs X4 iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etdilər. İşin halları JN-245A KOD 50532018 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 17 nömrəli qərarı ilə 0.10 ha torpaq sahəsi Gədəbəy rayonu, Arıxdam kənd sakinləri X14, X11 və X2 mülkiyyətinə verilmişdir. Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Arıqdam Kənd İƏD üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Arıqdam kənd sakini X2 mərhum atası X10 adına Gədəbəy rayonu, Arıqdam kəndində 2000-ci ildə öz şəxsi vəsaiti hesabına tikilmiş fərdi yaşayış evi və 0.27 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********82-10301 reyestr nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 0.10 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında X14, X11 və X2 adına, 277.20 kv.m daşınmaz əmlak tam mülkiyyət hüququ ilə X10 adına daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində qeydiyyata alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-323/2024 nömrəli qətnaməsi ilə, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli 2(042)-854/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbi qismən təmin edilmişdir. Miras qoyan X5 miras qalmış ünvan 2 ünvanında 0.10 ha həyətyanı torpaq sahəsinin, Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən 0.3462 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə onun qanun üzrə birinci növbəli vərəsələri olan mərhum əri X14, iddiaçı X4 və üçüncü şəxs X6 hər birinin 3/9 hissədə vərəsəlik payları müəyyən edilmişdir. Miras qoyan X8 miras qalmış Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən 0.3462 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin 4/9 hissəsinə X4 və üçüncü şəxs X6 hər birinin 1/6 hissədə, cavabdeh İddiaçı isə 4/6 hissədə payları müəyyən edilmişdir. Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən 0.3462 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi üzərində ümumi əmlakda iddiaçı X2 5/9 hissədə, üçüncü şəxs X6 2/9 hissədə, cavabdeh İddiaçı 2/9 hissədə payları müəyyən edilmişdir. ünvan 2 ünvanında 0.10 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçı X2 və cavabdeh İddiaçı hər birinin 4/9 hissədə ümumi payı, üçüncü şəxs X6 isə 1/9 hissədə payı müəyyən edilmişdir. Miras qoyan X8 miras qalmış ünvan 2 ünvanındakı 0.10 ha həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş 277.20 kv.m fərdi yaşayış evi üzərində cavabdeh İddiaçı 5/9 hissədə, iddiaçı X2 və üçüncü şəxs X6 hər birinin 2/9 hissədə payı müəyyən edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli “Çıxarışın ləğv edilməsi ilə bağlı” məktubdan görünür ki, Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən fərdi yaşayış evinə dair X10 adına verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********82-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

Məhkəmənin mövqeyi

Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş materialları ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 0.10 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında X14, X11 və X2 adına, 277.20 kv.m daşınmaz əmlak tam mülkiyyət hüququ ilə X10 adına xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-323/2024 nömrəli qətnaməsinə əsasən, ünvan 2 ünvanında 0.10 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı 4/9 hissədə ümumi payı, ünvan 2 ünvanındakı 0.10 ha həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş 277.20 kv.m fərdi yaşayış evi üzərində İddiaçı 5/9 hissədə payı müəyyən edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin X14, X11 və X2 adına, 277.20 kv.m daşınmaz əmlakın tam mülkiyyət hüququ ilə X10 adına aparılmış qeydin ləğv edilməsini xahiş edir. İddiaçı tələbinin əsası kimi qeyd edir ki, X14 onun babasıdır. Babası tərəfindən ona qeyd olunan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ilə bağlı vəsiyyətnamə qoyulmuş, eyni zamanda Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə miras payı müəyyən edilmişdir. Lakin mübahisələndirilən qeydiyyat aparılarkən onun hüquqları qeydə alınmamışdır. İşin hallarından müəyyən olunur ki, iddiaçının hazırda mübahisələndirdiyi qeyd Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 17 nömrəli qərarı ilə 0.10 ha torpaq sahəsinin Gədəbəy rayonu, Arıxdam kənd sakinləri X14, X11 və X2 mülkiyyətinə verilməsinə dair JN-245A KOD 50532018 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə və Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Arıqdam Kənd İƏD üzrə X1 adına Gədəbəy rayonu, Arıqdam kəndində 2000-ci ildə öz şəxsi vəsaiti hesabına tikilmiş fərdi yaşayış evi barədə arayış əsasında aparılmışdır. İddiaçının babası X14 mülkiyyətində olan əmlakı iddiaçıya vəsiyyət etmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə sonuncunun miras payı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən qeydiyyat aparılarkən iddiaçının heç bir hüququ pozulmamış, onun hüququna hər hansı müdaxilə olmamışdır. Həmin qeydiyyatın aparılması və hazırda mövcudluğu iddiaçının babasından miras qalmış əmlaka hüquqlarının qeydə alınmasını istisna etmir və maneə deyildir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar