Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-142/2020 16.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı ölüm haqqında akt qeydinin ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Cavabdehnə qarşı barəsində olan xx.xx.1971-ci il tarixli, 96 nömrəli “Ölüm haqqında” akt qeydinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1970-ci ildə Ağdam şəhəri Muradbəyli sahəsində anadan olmuşdur. Atası İsmayılov Böyükkişi Heydar oğlu, anası X4 olmuşdur. Hazırda evlidir, 2 uşağı var. Təqribən 6 ay bundan əvvəl işə qəbul ilə bağlı aidiyyəti üzrə müraciət edərkən barəsində ölüm haqqında akt qeydi olduğu aşkar edilmişdir. Belə ki, xx.xx.1971-ci il tarixdə ölməyi barədə xx.xx.1971-ci il tarixdə 06 nömrəli ölüm haqqında akt qeydi mövcuddur. O, hazırda yaşadığı üçün barəsində olan ölüm haqqında akt qeydinin ləğv edilməsini qeydiyyat şöbəsindən tələb etmişdir. Cavabdeh isə ölüm haqqında akt qeydində düzəliş etməkdən imtina etmiş və məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə tərəfin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə hesab edir ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli qərarının 9.1.bədinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur və iddia tələbi mümkün olmaqla yanaşı həm də əsaslıdır. İş materiallarında olan: -“Doğum haqqında” xx.xx.1970-ci il tarixli, 80 nömrəli akt qeydində İddiaçı xx.xx.1970-ci il tarixdə Ağdam rayonu, Muradbəyli kəndində anadan olmuş və bu barədə 80 nömrəli akt qeydi tərtib edilmişdir. -“Ölüm haqqında” xx xxxx 1971-ci il tarixli, 06 nömrəli akt qeydində İddiaçı xx.xx.1971-ci il tarixdə anadangəlmə ürək qüsur səbəbindən öldüyü və bu barədə “Ölüm haqqında” xx.xx.1971-ci il tarixli, 06 nömrəli akt qeydi tərtib olumuşdur. -İddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci il tarixdə Ağdam rayonu, Muradbəyli kəndində anadan olmuşdur. -Ağdam Rayon İcra Hakimiyyəti başçısının Birinci Dördyol qəsəbə X9 üzrə nümayəndəliyinin xx xxxx 2019-cu il tarixli, 793 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda durmaqla yaşayır. -Cavabdeh xx xxxx 2019-cu il tarixli, 253-05/15 nömrəli məktubunda xx.xx.1971-ci ildə 6 nömrə ilə Qasımlı Ə/N-i tərəfindən İddiaçı adına tərtib edilmiş “Ölüm haqqında” akt qeydinin ləğv edilməsinin birbaşa səlahiyyətlərinə aid olmadığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Ağdam Rayon İcra Hakimiyyəti başçısının Qasımlı kənd X9 üzrə nümayəndəliyinin xx xxxxxx 2019-cu il tarixli, 77 nömrəli məktubundan görünür ki, İddiaçı Ağdam rayon Qasımlı kənd İƏD üzrə nümayəndəlikdə qeydiyyata alınmamışdır. Belə ki, İddiaçı Ağdam şəhər sakinidir. -Ağdam Rayon İcra Hakimiyyəti başçısının Ağdam şəhər X9 üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 560 nömrəli və xx.xx.2020-ci il tarixli, 147 nömrəli arayışından görünür ki, İddiaçı Ağdam şəhər Muradbəyli sahəsində daimi qeydiyyatda olmaqla, hazırda məcburi köçkün kimi ünvan 3 ünvanında məskunlaşmışdır. Ailə üzvləri: yoldaşı – X5 1981, qızı – X2 2006, qızı – X3 2010, qardaşı – İsmayılov Aqil Böyükkişi oğlu, qardaşı – İsmayılov Nadir Böyükkişi oğlu (vəfat edib), bacısı – İsmayılova Tamara Böyükkişi qızı, bacısı – İsmayılova Elza Böyükkişi qızı, qardaşı – İsmayılov Canbulaq Böyükkişi oğlu, qardaşı – İsmayılov Murad Böyükkişi oğlu, qardaşı – İsmayılov Qorxmaz Böyükkişi oğlu, və qardaşı – İsmayılov Zəkara Böyükkişi oğlu. -Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin xx xxxx 2020-ci il tarixli, 122-7804-1220 nömrəli məktubundan görünür ki, xx.xx.1971-ci il tarixdə Ağdam rayonu, Muradbəyli kəndində anadan olmuş, Ağdam rayonu Birinci Dördyol qəsəbəsi, ev 737-də qeydiyyatda olmaqla yaşayan İddiaçı məhkumluğu və axtarışda olması barədə Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X1 Məlumat Mərkəzində məlumat yoxdur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, 05/2-2705/13 nömrəli və xx.xx.2020-ci il tarixli, 05/2-3254/13 nömrəli məktublarından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşıdırlmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən xx.xx.1970-ci il təvəllüdlü İddiaçı doğumunun xx.xx.1970-ci il tarixdə, ölümünün xx.xx.1971-ci il tarixdə, xx.xx.1956-cı il təvəllüdlü N.İsmayılovun doğumunun xx.xx.1956-cı il tarixdə Ağdam rayon Qasımlı İcra nümayəndəliyində, ölümünün isə xx.xx.2001-ci il tarixdə Nərimanov rayon Qeydiyyat şöbəsində qeydə alındığı müəyyən edilmişdir. -Ağdam rayon Polis şöbəsinin xx.xx.2020-ci il tarixli, 131-10811-1220 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı Ağdam şəhəri, Muradbəyli sahəsində qeydiyyatda olmaqla xx.xx.2005-ci il tarixdə Ağdam RPŞ tərəfindən AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin olunmuş, vətəndaşın barəsində Ağdam RPŞ-yə onun ölümünü təsdiq edən sənəd daxil olmadığından, AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi qeyri-aktiv edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx xxxxxx 1970-ci il tarixdə Ağdam şəhəri Muradbəyli sahəsində anadan olmuş və bu barədə xx.xx.1970-ci il tarixli, 80 nömrəli “Doğum haqqında” akt qeydi tərtib edilmişdir. Bundan sonra iddiaçı müraciət edərkən barəsində xx.xx.1971-ci il tarixli, 06 nömrəli “Ölüm haqqında” akt qeydinin tərtib edilməsi aşkar olunmuş və Cavabdehnə müraciət edərək, qeyd olunan ölüm haqında akt qeydinin ləğv olunmasını xahiş etmiş, cavabdeh inzibati orqan isə həmin akt qeydinin ləğv edilməsinin şöbənin səlahiyyətləri daxilində olmadığını əsas gətirərək müraciətindən imtina etmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, xx.xx.1971-ci il tarixli, 06 nömrəli “Ölüm haqqında” akt qeydi qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının; 1.4. maddəsinə əsasən VVADQ orqanı və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 8.1. maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə VVADQ orqanı, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. 8.3. maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. 8.5. maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. 8.14. maddəsinə əsasən ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. 8.15. maddəsinə əsasən ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. Qeyd olunan normalara əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyata alınmalı, bu barədə ölmüş şəxsin qohumlarının, qonşularının, müvafiq qurumların və başqa şəxslərin məlumatı olmalı, həmçinin ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Hazırki işdə isə iddiaçının Ağdam şəhər Birinci Dördyol qəsəbəsində qeydiyyatda olmasına və yaşamasına baxmayaraq, onun barəsində olan ölüm haqqında akt qeydi Qasımlı ərazi nümayəndəliyi tərəfindən tərtib edilmişdir. Həmçinin, iddiaçının barəsində ölüm haqqında akt qeydi tərtib edilərkən, onun ölüm faktı ilə bağlı hər hansı bir məlumat və ya sənəd olmamışdır. Eyni zamanda, Ağdam Rayon İcra Hakimiyyəti başçısının Birinci Dördyol qəsəbə X9 üzrə nümayəndəliyinin xx xxxx 2019-cu il tarixli, 793 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda durmaqla yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı faktiki olaraq yaşadığı halda, onun barəsində tərtib edilmiş xx.xx.1971-ci il tarixli, 06 nömrəli ölüm haqqında akt qeydi ləğv edilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun; 67.1. maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı barəsində tərtib edilmiş xx.xx.1971-ci il tarixli, 06 nömrəli ölüm haqqında akt qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -70.1. maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı barəsində tərtib edilmiş xx xxxx 1971-ci il tarixli, 06 nömrəli ölüm haqqında akt qeydi ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-142/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-142/2020
16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver