Məhkəmə qərarları › İş №2-1(114)-142/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-142/2021

06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-142/2021 06.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçılar İddiaçı1, Rüstəmova (Səfərova) Tünzalə Nazir qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Ağdam rayon Üçoğlan bələdiyyəsi) Ağdam rayonu, Üçoğlan kəndi ərazisində 0,50 ha torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçılar İddiaçı1, Rüstəmova (Səfərova) Tünzalə Nazir qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 (bundan sonra mətndə iddiaçılar) cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı (üçüncü şəxs Ağdam rayon Üçoğlan bələdiyyəsi) 19.08.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Ağdam rayonu, Üçoğlan kəndi ərazisində 0,50 ha torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Ağdam rayonu Üçoğlan kəndi ərazisində yerləşən 5.22 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə iddiaçılara məxsusdur. Ağdam rayon Üçoğlan kolxozu Aqrar İslahat Komissiyasının arayışından görünür ki, torpaq islahatı zamanı onların adına 0,50 ha zəbt torpaq sahəsi çıxılmış və məhz bu səbəbə görə Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında 5.72 ha əvəzinə 5.22 ha torpaq sahəsi qeyd edilmişdir. Ağdam rayon Üçoğlan bələdiyyəsinin 06.07.2020-ci il tarixli arayışından görünür ki, torpaq islahatı zamanı mərhum X1 və ailə üzvlərinin pay torpağından 0,50 ha zəbt torpaq sahəsi çıxılmışdır. Habelə həmin arayışda 0.50 ha zəbt torpaq sahəsinin İddiaçı1 adına səndləşdirilməsinə etiraz edilmədiyi qeyd edilmişdir. Üçoğlan bələdiyyəsinin tərtib etdiyi X4 görünür ki, həmin torpaq sahəsi İddiaçı1 istifadəmdədir. Ölüm haqqında Şəhadətnamədən görünür ki, X3 02.01.2013-cü ildə vəfat etmişdir. Ağdam Ryaon İcra Hakimiyyəti başçısının Üçoğlan Ərazi Nümayəndəsinin arayışndan görünür ki, X3nun vəfatından sonra onun təsərrüfatında İddiaçı1 qeyd edilmişdir. Göründüyü kimi hazırda qanuni əsaslarla İddiaçı1 sahibliyində və istifadəsində olan 0,50 ha torpaq sahəsi üzərində qanuni əsaslarla mülkiyyət hüququnun tanınması zərurəti meydana çıxmışdır. Ona görə də İddiaçı1 adına zəbt kimi yazılmış 0,50 ha torpaq sahəsinin adına dövlət qeydiyyatına alınması üçün cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə müracətimə cavab olaraq ərizənin təmin edilməsindən imtina edilmiş, məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də hesab edir ki, Ağdam rayonu Üçoğlan kəndi ərazisində yerləşən 0.50 ha torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməlidir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 18.02.2021-ci il tarixli, 2-1(114)- 142/2021 nömrəli qərardad ilə iş üzrə mütəxəssis rəyinin verilməsi qərara alınmış, mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Resyestri Xidmətinə həvalə edilmişdir və mütəxəssis qarşısında “Ağdam rayonu, Üçoğlan kəndi ərazisində İddiaçı1, Rüstəmova (Səfərova) Tünzalə Nazir qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 tərəfindən zəbt edilmiş bələdiyyə mülkiyyətinə aid olan 0,50 ha torpaq sahəsi hazırda kimin faktiki istifadəsindədir?” sualı qoyulmuşdur. 08.06.2021-ci il tarixli, **********61 nömrəli məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Resyestri Xidməti 08.06.2021-ci il tarixli, 211 nömrəli mütəxəssis rəyininin surətini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 06 iyul 2021-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, Ağdam rayonu, Üçoğlan kəndi ərazisində 0,50 ha torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər iddiaçlar məhkəməyə 02.07.2021-ci il tarixli ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, iddia ərizəsinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Ağdam rayon Üçoğlan bələdiyyəsi nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin, üçüncü şəxsin nümayəndələrinin və digər iddiaçıların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə aşağıdakı sənədlər təqdim olunmuşdur: - İddiaçılara məxsus şəxsiyyət vəsiqələrinin surətləri; - JN-0054 KOD 60919018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surəti; - Cavabdehin iddiaçıya ünvanladığı 29.07.2020-ci il tarixli imtina məktubunun əsli; - 08.06.2021-ci il tarixli, 211 nömrəli mütəxəssis rəyininin surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddianın qaldırılması ilə bağlı Məcəllədə nəzərdə tutulmuş müddətə riayət olunmuşdur (İPM-in 39.1-ci maddəsi). İddia aşağıdakılara görə əsaslı deyil. İşin faktiki hallarından görünür ki, İddiaçı1 cavabdehə ərizə ilə müraciət edərək Ağdam rayonu, Üçoğlan kəndi ərazisində 0,50 ha torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Cavabdeh orqan İddiaçı1 29.07.2020-ci tarxili imtina məktubu ünvanlayaraq bildirmişdir ki, ərizədə qeyd edilənlərdən və ərizəyə əlavə edilən sənədlərdən də, məlum olduğu kimi 0.50 ha zəbt torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsidir. 0.50 ha zəbt torpaq sahəsinin sənədləşdirilməsi üçün aidiyyəti bələdiyyəyə müraciət edilməsi məqsədəuyğun olardı. Məhkəmə aşağıdakılara əsasən cavabdeh inzibati orqanın imtinasını qanunvericiliyin tələblərinə uyğun hesab edir. Belə ki, Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 18.02.2021-ci il tarixli, 2- 1(114)-142/2021 nömrəli qərardad ilə iş üzrə mütəxəssis rəyinin verilməsi qərara alınmış, mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Resyestri Xidmətinə həvalə edilmişdir və mütəxəssis qarşısında “Ağdam rayonu, Üçoğlan kəndi ərazisində İddiaçı1, Rüstəmova (Səfərova) Tünzalə Nazir qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 tərəfindən zəbt edilmiş bələdiyyə mülkiyyətinə aid olan 0,50 ha torpaq sahəsi hazırda kimin faktiki istifadəsindədir?” sualı qoyulmuşdur. 08.06.2021-ci il tarixli, **********61 nömrəli məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Resyestri Xidməti 08.06.2021-ci il tarixli, 211 nömrəli mütəxəssis rəyininin surətini məhkəməyə təqdim etmişdir. Həmin mütəxəssis rəyində qeyd edilmişdir ki, Ağdam rayonu Üçoğlan kəndində İddiaçı1 iştraki ilə iddia edilən həyətyanı torpaq sahəsi koordinatları naturada təyin edildi. Məlum olud ki, həmin mübahisələndirilən həyətyanı torpaq sahəsi hazırda İddiaçı1 özü istifadə edir və həmin həyətyanı torpaq sahəsi naturada 0.61 hektardır. Məhkəmə işin faktiki hallarını araşdıraraq müəyyən edir ki, qeyd edilən torpaq hal-hazırda bələdiyyə mülkiyyətindədir. Bu səbəbdəndə iddiaçının iddiası təmin olunmamalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativhüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Həmin Qanunun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Beləliklədə məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı1, Rüstəmova (Səfərova) Tünzalə Nazir qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 tərəfindən iddia olunan torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina əsaslıdır və iddiaçılar tərəfindən verilmiş iddia təmin edilməməlidir. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” 10 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçılar İddiaçı1, Rüstəmova (Səfərova) Tünzalə Nazir qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 142.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 142.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, iddiaçılar İddiaçı1, Rüstəmova (Səfərova) Tünzalə Nazir qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı Ağdam rayonu, Üçoğlan kəndi ərazisində 0,50 ha torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 142, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, Rüstəmova (Səfərova) Tünzalə Nazir qızı, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Ağdam rayon Üçoğlan bələdiyyəsi) Ağdam rayonu, Üçoğlan kəndi ərazisində 0,50 ha torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar