Məhkəmə qərarları › İş №2-1(114)-142/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-142/2023

10.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-142/2023 10.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı əmrin dəyişdirilməsi və həmin dəyişikliyin hərbi biletə və şəxsi işə qeyd edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.N0NN-ci il tarixdə məhkəməyə müraciət edərək, 07, 08, və 09 noyabr N0N0-ci il tarixlərdə xidmət keçməsi barədə məlumatların qeydiyyatının aparılması, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi və müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Republikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi" haqqında N8 sentyabr N0N0-ci il tarixli Sərəncamına əsasən müvafiq olaraq xx.xx.N0N0-ci il tarixində müharibədə iştirak üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırılmışdır. İddiaçı xx.xx.N0N0-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə gətirilərək siyahıya alınmış və xx.xx.N0N0-ci il tarixə qədər bu hərbi hissədə qalaraq döyüş əmri gözləmişdir. xx.xx.N0N0-ci il tarixdə iddiaçı digər çağırışçılarla birlikdə qeyd edilən hərbi hissədən çıxarılaraq onlara verilən şifahi məlumata görə döyüşə aparılmış, lakin iddiaçıya məlum olmayan səbəbdən o, döyüşə deyil, döyüş bölgəsində yerləşən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə gətirilmişdir. Burada ona qısa müddət sonra döyüş tapşırığına uyğun olaraq döyüşə girəcəkləri bildirilmiş, 07 və 08 noyabr N0N0-ci il tarixlərində qeyd edilən hərbi hissədə qalaraq hərbi xidmətkeçmə qaydalarına uyğun olaraq xidməti tapşırıq və əmrləri yerinə yetirən iddiaçı xx.xx.N0N0-ci il tarixdə səhər tezdən digər çağırışçılarla və döyüşlər zamanı yaralanıb müalicə olunduqdan sonra döyüşə geri dönən hərbi qulluqçularla birlikdə avtomobillə onlara verilən şifahi məlumata görə Şuşa şəhəri istiqamətində döyüşə aparılmışlar. Təxminən saat 1N.00-1N.00 radələrində avtomobil xarab olduğundan maşın işğaldan azad edilmiş Xocavənd rayonunun Böyük Tağlar kəndi ərazisində dayanmış, şəxsi heyət maşından düşürülmüşdür. Bu ərazidə düşmənlə hər an döyüşə girmək ehtimalı nəzərə alınaraq komandanlığın əmri əsasında iddiaçı da daxil olmaqla bütün şəxsi heyət həmin kənddə mövqelənib döyüş növbətçiliyinin təşkilində iştirak etmişlər. Bu kənddə 16 noyabr N0N0-ci il tarixə qədər döyüş növbətçiliyində qaldıqdan sonra işğaldan azad edilmiş Hadrut qəsəbəsinə aparılmışlar. Göründüyü kimi iddiaçı N0N0-ci ilin oktyabr ayının sonu döyüş zonasına yaxn hərbi hissədə toplanmış, xx.xx.N0N0-ci il tarixdən döyüşlərin getdiyi əraziyə aparılmaq üçün ilkin toplandıqları hərbi hissədən çıxarılmış, N gün ərzində döyüş bölgəsində yerləşmiş N saylı hərbi hissədə xidməti tapşırıqları yerinə yetirdikdən sonra xx.xx.N0N0-ci il tarixdə Vətən Müharibəsi zamanı işğaldan azad edilmiş və birbaşa döyüş bölgəsi hesab edilən Şuşa şəhərinə aparilsa da avtomobildə yaranmış texniki nasazlıq səbəbilə işğaldan azad edilmiş və döyüş bölgəsi hesab edilən digər ərazi - Xocavənd rayonunun Böyük Tağlar kəndində qalaraq möhkəmlənmiş və döyüş tapşırığına uyğun olaraq döyüş növbətçiliyi aparmışdır. İddiaçıya məxsus hərbi biletdə N0N0-ci ilin oktyabr ayının sonunda müvafiq hərbi hissəyə toplanaraq siyahıya alınması, o cümlədən xx.xx.N0N0-ci il tarixdə həmin hərbi hissədən çıxması öz təsdiqini tapır. Lakin bu hərbi hissədən çıxarıldıqdan sonra N gün ərzində, yəni 07, 08 və 09 noyabr N0N0-ci il tarixlərində hansı hərbi hissənin tabeçiliyində xidmət etməsi iddiaçıya məlum olmayan səbəbdən onun hərbi biletində əks olunmayıb. xx.xx.N0N0-ci il tarixdən isə iddiaçının N saylı hərbi hissənin tabeçiliyinə verilməsi və müvafiq tarixlərdə tərxis olunana qədər bu hərbi hissədə xidmət keçməsi barədə qeyd hərbi biletdə aparılmışdır. İddiaçının hərbi biletində əks olunmayan N gün (07, 08 və 09 noyabr N0N0-ci il) onun hərbi biletinə və şəxsi işinə işlənməli, iddiaçıya bu günlər ərzində, xüsusən də 09 noyabr N0N0-ci il tarixində işğaldan azad edilmiş Böyük Tağlar kəndində, yəni birbaşa döyüş bölgəsində müdafiə xarakterli döyüş tapşırıqlarını icra etməsi və bu səbəbdən də ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi təmin edilməlidir. İddiaçı eyni pozuntu ilə üzləşmiş digər xidmət yodaşları ilə birlikdə (ümumilikdə 1N nəfər) N7 yanvar N0NN-ci il tarixdə müvafiq ərizə ilə Azərbaycan Respublikasının Müdafiə Nazrliyinə müraciət edərək hərbi biletlərində müvafiq qeydlərin aparılmasını, onların adlarının müvafiq siyahılara daxil edilərək "Müharibə Veteranı" adının verilməsinin təmin olunmasını xahiş etmişlər. İddiaçılara xx.xx.N0NN-ci il tarixində çatdırılmış məktubda qeyd edilir ki, sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.N0NN-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Müdafiə nazirinin 04 mart N0N1-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığına, habelə N nömrəli hərbi hissədə xidmətləriniz xx.xx.N0N0-ci il tarixdən sonraya yəni döyüş əməliyyatlarının dayandırılması dövrünə təsadüf etdiyinə görə iddiaçılara "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsindən imtina olunur. İddiaçının müvafiq ərizəsinə əsasən iddia tələbi məhkəmənin xx.xx.N0NN-cü il tarixli qərardadı ilə “Azərbaycan Republikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli, N18 nömrəli əmrinin dəyişdirilməsi və həmin dəyişikliyin hərbi biletə və şəxsi işə qeyd edilməsi” tələbinə dəyişdirilmişdir. Məhkəmənin xx.xx.N0NN-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Republikası Müdafiə Nazirliyi əsl cavabdeh Azərbaycan Republikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi ilə əvəz edilmişdir. Həmçinin, məhkəmənin xx.xx.N0NN-cü il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, hərbi biletdən də görünür ki, o xx.xx.N0N0-ci ildə N saylı hərbi hissədən çıxmış, lakin N saylı hərbi hissəyə daxil olma tarixi xx.xx.N0N0-ci il qeyd edilmişdir. Halbuki, o hərbçi olaraq N gün qeydiyyatsız qala bilməzdi, həmçinin xx.xx.N0N0-ci il tarixdə onu və digər hərbçiləri N saylı hərbi hissə təhvil götürmüş və döyüş bölgəsinə aparmışdır. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi XN məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, hərbi hissənin sabiq qulluqçusu İddiaçı N0N0-ci ilin noyabr ayının 8,9-da N nömrəli hərbi hissədə xidmət etməsi barədə şəxsi heyətin uçot sənədlərində məlumat yoxdur. Belə ki, əsgər İddiaçı özü şəxsən xx.xx.N0N0-ci il tarixdə N nömrəli hərbi hissəyə gəlmiş, ona görə də həmin tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli, NN nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.N0N0-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. -surəti işə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli, 41 nömrəli əmrindən görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin N noyabr N0N0-ci il tarixli 0NN nömrəli əmrinə əsasən, hərbi hissələrin şəxsi heyətlə komplektləşdirilməsi məqsədi ilə, N noyabr N0N0-ci il tarixdən N nömrəli hərbi hissəyə göndərilmiş hesab edilmiş, şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. -surəti işə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli, N18 nömrəli əmrindən görünür ki, İddiaçı N nömrəli hərbi hissədən gəlmiş hesab olunmuş və 4-cü tabor 11-ci bölük 1-ci taqım N-ci manqa atıcı-qumbaraatan köməkçisi vəzifəsinə təyin edilmişdir. -işə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-cü il tarixli, 1N18 nömrəli aktından görünür ki, həqiqətən sanitar və qaytarılmaz itkilərin bərpası üçün N nömrəli hərbi hissədən (tamamlama mərkəzindən) gəlmiş, 10 noyabr N0N0-ci il tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və 4-cü tabor 11-ci bölük 1-ci taqım N-ci manqanın atıcı-qumbaraatan köməkçisi vəzifəsinə təyin edilmiş əsgər İddiaçı döyüş əməliyyatlarında iştirak etməsi barədə N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlər kitabında qeydlər aparılmamışdır. -surəti işə əlavə edilmiş SX ******* nömrəli, xx.xx.N019-cu il tarixli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət keçmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin NN-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə təsdiq olunur ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli, NN nömrəli əmri ilə xx.xx.N0N0-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlara daxil edilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli, 41 nömrəli əmri ilə N noyabr N0N0-ci il tarixdən N nömrəli hərbi hissəyə göndərilmiş hesab edilmiş, şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmış, N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli, N18 nömrəli əmri ilə N nömrəli hərbi hissədən gəlmiş hesab olunmuş və 4-cü tabor 11-ci bölük 1-ci taqım N-ci manqa atıcı-qumbaraatan köməkçisi vəzifəsinə təyin edilmişdir. İddiaçı hazırki iddia ilə N nömrəli hərbi hissədən N noyabr N0N0-ci il tarixdən çıxdığını nəzərə alaraq N nömrəli hərbi hissənin tərkibində olduğu N günün də (07, 08 və 09 noyabr N0N0-ci il) xüsusən də 09 noyabr N0N0-ci il tarixində işğaldan azad edilmiş Böyük Tağlar kəndində, yəni birbaşa döyüş bölgəsində müdafiə xarakterli döyüş tapşırıqlarını icra etməsinin onun hərbi biletinə və şəxsi işinə işlənməli olduğu əsası ilə N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli, N18 nömrəli əmrinə dəyişiklik edilməsini tələb etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. -N-ci bəndində əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. -185-ci bəndində əsasən, müharibə dövründə hərbi qulluqçular hərbi xidməti bu fəsillə və müharibə dövrü üçün qəbul edilmiş digər normativ hüquqi aktlarda nəzərdə tutulan xüsusiyyətlərin uçotu ilə keçirlər. -188-ci bəndində əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti müharibə dövründə bu Əsasnamənin NN, NN, N8, 40 («b» və «q» bəndlərindən başqa) və 171-ci maddələrinə uyğun hərbi qulluqçularla və hərbi vəzifəlilərlə komplektləşdirilir. -189-ci bəndində əsasən, hərbi rütbələrin verilməsi (bu Əsasnamənin 190-cı maddəsi ilə müəyyən edilmiş döyüş fəaliyyətində iştirak edən hərbi qulluqçuların hərbi rütbələrdə xidmət müddətləri nəzərə alınmaqla), hərbi rütbələrin aşağı salınması, vəzifələrə təyin edilmə, hərbi qulluqçuların müharibə dövründə xidmət yerinin dəyişdirilməsi dinc dövrdəki kimi yerinə yetirilir. -198-ci bəndində əsasən, müharibə dövründə hərbi qulluqçuların uçotunun xüsusiyyətləri «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin uçotuna dair Təlimat»la müəyyən edilir. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki işin faktiki hallarına tətbiq etdikdə məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün əsas yoxdur. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, iddiaçının N nömrəli hərbi hissədən N noyabr N0N0-ci il tarixdən çıxması və 10 noyabr N0N0-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, iddiaçı N nömrəli hərbi hissədən çıxarıldıqdan sonra N gün ərzində, yəni 07, 08 və 09 noyabr N0N0-ci il tarixlərində N nömrəli hərbi hissənin tabeçiliyində xidmət etməsini, xüsusən də 09 noyabr N0N0-ci il tarixində işğaldan azad edilmiş Böyük Tağlar kəndində, yəni birbaşa döyüş bölgəsində müdafiə xarakterli döyüş tapşırıqlarını icra etməsini iddia etsə də, qeyd olunan hal iş materialları ilə öz təsdiqini tapmamış, bundan əlavə, iddiaçı qeyd olunan halı təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bütün bunlar isə hazırki iddianın təmin edilməsini istisna edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -N.N.N-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -N4.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N4, 68, 69, 7N.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı əmrin dəyişdirilməsi və həmin dəyişikliyin hərbi biletə və şəxsi işə qeyd edilməsi barədə iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən N0 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən N0 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar