Məhkəmə qərarları › İş №2-1(114)-1421/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1421/2025

15.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1421/2025 15.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X10 və üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz bələdiyyəsinə (üçüncü şəxs X4) qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Gəncə şəhər Kəpəz Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 24 saylı iclas protokolundan çıxarışa əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Kəpəz bələdiyyəsinin mülkiyyətində olan 195 kv.m və ya 0,0195 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə müsabiqə yolu ilə satılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə X12 Torpaq müsabiqə və hərrac Komissiyası ilə müqavilə bağlanması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X8 daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021 -ci il tarixli çıxarışına əsasən müsabiqə yolu ilə satışa çıxarılan torpaq sahəsinin qiyməti hər 0,01 ha 1205 (bir min iki yüz beş) manat olmaqla müəyyən edilməsi, müqaviləyə əsasən müsabiqə yolu ilə torpaq sahəsinin satışından əldə olunan vəsaitin 4 faizi Hərracların Təşkili üzrə X12 Torpaq müsabiqə və hərrac Komissiyasının müvafıq bank hesabına ödənilməsi, Kəpəz Bələdiyyəsi ilə Hərracların Təşkili üzrə X12 Torpaq müsabiqə və hərrac Komissiyası arasında torpağın müsabiqə yolu ilə satılmasına dair müqavilə baslanmasının bələdiyyənin sədri Y.A.Abdullayevə həvalə edilməsi qərara alınmışdır. İddiaçının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin istifadəsində olan 0.04 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciətinə,sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, Aparılan araşdırma zamanı, sözügedən ünvanda yerləşən 0.0229 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi xx.xx.2024-cü il tarixli **********02-10301 reyestr nömrəli çıxarışla sizin adınıza rəsmiləşdirildiyi məlum olmuşdur. Lakin, ərizəyə iddia olunan 0.04 ha torpaq sahəsinə dair qanunvericiliklə nəzərdə tutulmuş hər hansı bir hüquqmüəyyənedici sənəd əlavə edilməmişdir. İddiaçının V.Xuluflu küçəsi, 139 ünvanda mülkiyyətində olan 229 kv.metr torpaq sahəsinə bitişik hissənin bələdiyyə tərəfindən mülkiyyətinə verilməsi barədə müraciətində Gəncə şəhər Kəpəz bələdiyyəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, DƏDKR phş 3 saylı Gəncə idarəsinin tərtib etdiyi torpaq sahəsinin koordinatlarının yerdə (naturada) müəyyən edilməsinə dair xx.xx.2024-cü il tarixli məlumatlarına əsasən iddiaçıya ayrılması nəzərdə tutulan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir və ölçüsü 120 kv.metr təşkil edir. V.Xuluflu küçəsi 139 ünvanda iddiaçıya 400 kv.metr həyətyanı torpaq sahəsinin ayrılmasını Kəpəz bələdiyyəsi qeyri-mümkün hesab edir. Hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışa əsasən ünvan 3 ünvanında 0,0229 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 97,7 kv.m fərdi yaşayış evi xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X7 adına qeydə alınmışdır. Hüquqların X8 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında 0,0229 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 97,7 kv.m fərdi yaşayış evi xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydə alınmışdır. “X6” publik hüquqi şəxsinin 000345 nömrəli şəhadətnaməsinə əsasən X1 rayonu ərazisində yerləşən Kəpəz bələdiyyəsinin mülkiyyətində olan 195 kv.m və ya 0,0195 ha olan torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı “X6” publik hüquqi şəxsinin Gəncə ərazi torpaq müsabiqə və komissiyası tərəfindən xx.xx.2022-ci il tarixində keçirilmiş müsabiqənin qalibidir.Torpaq sahəsi torpaq müsabiqəsində 2360 manata satılmışdır. İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhər Kəpəz rayon bələdiyyəsinin 29 oktyabr 2021-ci il tarixli 686 nömrəli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur, həmin evi vərəsəlik hüququ əsasında adına rəsmiləşdirmişdir. Həmin ev mərhum atası X5 miras qalmışdır. Həmin ev 1990-cı ildəndə əvvəl mərhum atasının olmuş və evin yerləşdiyi torpaq sahəsi 0.06 ha təşkil etmişdir .Həmin evin qeyd olunan torpaq sahəsi evin bir hasarının içəriəsində yerləşir. Sonradan ev Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən dağıdıldıqdan sonra cavabdeh tərəfindən qanunsuz olaraq hərraca çıxarılaraq satılmışdır. Onun tərəfindən qeyd olunan torpaq sahəsinin yəni 0.04 ha torpaq sahəsinin ona satılması barədə cavabdehə dəfələrlə müraciət etsə də, cavabdeh həmin torpaq sahəsinin ona satılmasını təmin etməyərəq torpaq sahəsinin 0.02 ha hissəsinin bələdiyyənin 29 oktyabr 2021-ci il tarixli, 686 nömrəli qərarı ilə auksiyona çıxarılaraq başqa şəxsə satıldığı bildirilmişdir .Lakin hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz olmaqla onun həmin torpaq sahəsinin qanuni olaraq mərhum atasına sonra isə onun evinin torpaq sahəsi olduğu halda ilkin olanıq ona təklif edilməli olduğu halda üstünlük hüququ pozularaq cavabdeh tərəfindən qanunsuz olaraq auksiona çıxarılmışdır. Bu baxımdan hazırki, iddia tələbi üzrə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Beləki, bələdiyyə torpaqlarının ayrılması haqqında qanunun tələblərinə əsasən həmin torpaq sahəsinin auksiona çıxarılaraq satılması bu qanunun tələblərinin pozulmsı kimi qiymətləndirilməlidir. Onun torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evi üzərində hüquqlarının dövlət qeydiyyatının aparılmasından imtina edilməsi və torpaq inşa etdiyi evinin başqa şəxsə məxsus olması absurtdur. Qaldırılmış iddia tələbi ilə bağlı hüquqlarının müdafiəsi məqsədi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edir. İddiaçı, cavabdehin nümayəndəsi X13 və üçüncü şəxs X4 məhkəmə iclasına gəlmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X13 məhkəmə iclasında izahatında bildirmişdir ki, qeyd olunan torpaq sahəsi iddiaçının mülkiyyətində deyildir belə ki, Gəncə şəhər Kəpəz bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 24 saylı iclas protokolundan çıxarışa əsasən hərrac keçirilmişdir, X1 rayonu ərazisində yerləşən Kəpəz bələdiyyəsinin mülkiyyətində olan 195 kv.m və ya 0,0195 ha olan torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı “X6” publik hüquqi şəxsinin Gəncə ərazi torpaq müsabiqə və komissiyası tərəfindən xx.xx.2022-ci il tarixində keçirilmiş müsabiqənin qalibidir, qeyd olunanlara əsasən iddianın təmin olunmamasını xahiş etmişdir. Üçüncü şəxs X4 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, torpaq sahəsini qanuni əsaslarla əldə etmişdir,hazırda mülkiyyətində və istifadəsindədir,iddiaçının torpaq sahəsinə hər hansı hüququ yoxdur, bu səbəbdəndə iddianın təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. “İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarına əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir (16.1). İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir (16.2). Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir (16.3). İPM-in 46.3cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir (16.4). İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər (16.6). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur. Belə ki,iddiaçı tələbində Gəncə şəhər Kəpəz rayon 29 oktyabr 2021-ci il tarixli 686 nömrəli qərarın ləğv edilməsini tələb etsə də, iş materiallarının araşdırılması zamanı müəyyən olunur ki, iddiaçının mübahisə etdiyi torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyildir. İddiaçı tələbində torpaq sahəsinin ona aid olduğunu qeyd etsə də, sözügedən torpaq sahəsi ilə bağlı hər hansı hüquqi bağlılığının olduğuna dair, bu faktı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki,cavabdehin nümayəndəsinin izahatından, həmçinin iş materiallarına əsaən “X6” publik hüquqi şəxsinin 000345 nömrəli şəhadətnaməsinə əsasən X1 rayonu ərazisində yerləşən Kəpəz bələdiyyəsinin mülkiyyətində olan 195 kv.m və ya 0,0195 ha olan torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı “X6” publik hüquqi şəxsinin Gəncə ərazi torpaq müsabiqə və komissiyası tərəfindən xx.xx.2022-ci il tarixində keçirilmiş müsabiqənin qalibidir.Torpaq sahəsi torpaq müsabiqəsində 2360 manata satılmışdır.xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,0195 ha olan torpaq sahəsini X3 (alıcı) “X6” publik hüquqi şəxsinin 000345 nömrəli şəhadətnaməsinə əsasən satmışdır.İddiaçı isə iddia etdiyi torpaq sahəsinə dair hər hansı hüququnu təsdiq edən sənəd təqdim edə bilməmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsi ilə iddiaçının hər hansı hüquqi bağlılığı yoxdur. Belə ki, mübahisəli torpaq sahəsi nə mülkiyyət hüququ əsasında, nə də ki, əqdlərdən doğan hüquqi nəticə üzrə onun istifadəsində deyildir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin özü qanuni əsaslarla iddiaçıya məxsus olmadığından iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında hüquqi müstəvidə həlli mümkün deyildir. Beləliklə də, mübahisəli torpaq sahəsi (təsərrüfatın) hər bir halda iddiaçıya aid olması barədə hüquq müəyyənedici sənədlər yoxdur, yəni bir növ iddiaçı iddia etdiyi ev və torpaq sahəsinə ( təsərrüfata) dair özünün titul sahibliyini aşkara çıxarda bilməmişdir. Hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz bələdiyyəsinə qarşı Gəncə şəhər Kəpəz rayon bələdiyyəsinin 29 oktyabr 2021-ci il tarixli 686 nömrəli qərarın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar