Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1423/2021 16.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı Süleyman qızının iştirakı ilə, İddiaçı Süleyman qızının cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X22 “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X24ə qarşı ölüm haqqında tibbi şəhadətnamənin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: X6 Sovet Sosialist Respublikaları İttifaqının pasportunun verilməsinə əsas olmuş forma №1 arayışının surətindən görünür ki, Azərbaycan Sovet Sosialist Respublikasının Qutqaşen (indiki Qəbələ) rayonunun Tikanlı kəndində 15.04.1958-ci il tarixdə anadan olmuş X7 17.07.1979-cu il tarixdə İX-JQ 638614 nömrəli Sovet Sosialist Respublikaları İttifaqının pasportu verilmişdir. Qəbələ rayon Qeydiyyat şöbəsinin 03.08.2019-cu il tarixli 701 nömrəli arayışından görünür ki, X11 15.04.1958-ci il tarixdə Qəbələ rayonu, Tikanlı kəndində anadan olmuş, bu barədə 1962-ci ilin avqust ayında 326 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X13 və anası X12r. Qəbələ rayon Qeydiyyat şöbəsinin 10.12.2020-ci il tarixli 372 nömrəli arayışından görünür ki, X11 15.04.1958-ci il tarixdə Qəbələ rayonu, Tikanlı kəndində anadan olmuş, bu barədə 03.08.1962-ci ildə doğum haqqında 326 nömrəli akt qeydi tərtib olunaraq AZ 184722 nömrəli şəhadətnamə verilmişdir. AZ-İ 007548 nömrəli “Nikah haqqında şəhadətnamə”dən görünür ki, Azərbaycan Respublikası, Qəbələ rayonu, Tikanlı kəndində 15.04.1958-ci ildə doğulmuş X11 ilə Qəbələ rayonu, Tikanlı kəndində 06.12.1958-ci ildə doğulmuş X8 arasında 25.03.1981-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 25.03.1981-ci ildə 08 nömrə ilə qeyd aparılmışdır. Nikahdan sonra ərə Zeynalov, arvada Zeynalova soyadı verilmişdir. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Tikanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16.01.2020-ci il tarixli 21 nömrəli arayışından görünür ki, 15 aprel 1958ci il təvəllüdlü X4 rayonu, Tikanlı kəndində anadan olmuş, 1999-cu ildən Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsinə köçmüş və həmin ünvanda vəfat etmişdir. Gəncə şəhəri İcra Hakimiyyəti Səhiyyə İdarəsinin Təcili və X10 Stansiyasının 31.07.2019-cu il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, Sevinc qəsəbəsində İİİ küçədə yaşayan (Qəbələ rayonu, Tikanlı kəndi) 1958-ci il təvəllüdlü X11 təcili yardım həkimi gələnədək keçinmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X24 “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X22 5 nömrəli şəhər poliklinikasının 16.05.2021-ci il tarixli 90 nömrəli məktubunda göstərilmişdir ki, X1 şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd poliklinikaya təqdim edilmədiyi üçün onun ölümü barədə ölüm şəhadətnaməsinin poliklinika tərəfindən verilməsi mümkün olmamışdır. X1 rəhmətə getdiyi vaxt poliklinikaya hər hansı bir müraciət daxil olmamışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X24 “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X22 5 nömrəli şəhər poliklinikasına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə 31 iyul 2020-ci il tarixdə ölmüş X6 adına “Ölüm haqqında tibbi şəhadətnamə” verilməsi barədə öhdəlik qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X24 “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X22 5 nömrəli şəhər poliklinikasının əsl cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X22 “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X24 ilə əvəz edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək mərhum əri X6 ölüm tarixi 31.07.2019-cu il olduğu halda, iddia ərizəsində texniki səhv olaraq 31.07.2020-ci il kimi göstərildiyini qeyd etmiş və həmin səhvin düzəldilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 31.07.2019-cu il tarixdə həyat yoldaşı X5 şəhəri, Məhsəti qəsəbəsi, Məhərrəm Hüseynov küçəsində qeydiyyatsız yaşadığı evdə Təcili və X3 təcili yardım həkimi gələnədək ölmüşdür. Bu barədə Gəncə şəhəri Təcili və X10 Stansiyası tərəfindən 31.07.2019-cu il tarixli xəbərdarlıq vəsiqəsi verilmişdir. O, Qəbələ Rayon Mərkəzi X15 Şəxsə müraciət edərək mərhumun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsini xahiş etmiş, Qəbələ Rayon Mərkəzi X15 Şəxs tərəfindən verilmiş 13.08.2020-ci il tarixli 8/1206 saylı arayışda qeyd edilir ki, X1 şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadığı üçün Qəbələ RMX PHŞ tərəfindən ölüm aktı tərtib edilməmişdir. Bundan sonra o, 25.08.2020-ci ildə Qəbələ rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət edib, 15.04.1958-ci ildə Qəbələ şəhərində anadan olmuş X1 adına “Ölüm haqqında şəhadətnamə” verilməsini xahiş etmişdir. Lakin, onlar da mərhumun şəxsiyyət vəsiqəsi olmadığı üçün onun adına “Ölüm haqqında şəhadətnamə” verilməsindən imtina etmişlər və ona ünvanlanmış 25.08.2020-ci il tarixli 05/Q-220/13 saylı məktubla “vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında “X11”nun doğum haqqında akt qeydi aşkar edilmədiyi bildirilmişdir. Belə olan təqdirdə o, Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Rayon Qeydiyyat şöbəsinin üzərinə 31 iyul 2019-cu il tarixdə ölmüş X6 adına ölüm haqqında şəhadətnamə verilməsi barədə öhdəlik qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. X23 Məhkəməsinin 2-1(116)- 1416/2020 saylı qərardadına əsasən iddiası mümkün sayılmamış və ona hazırkı tələblə bağlı aidiyyatı üzrə səlahiyyəti olan rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ olduğu izah edilmişdir. Odur ki, “ölüm faktının müəyyən edilməsi tələbi” ilə bağlı Qəbələ Rayon Məhkəməsinə ərizə vermək məcburiyyətində qalmış, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1200/2020 saylı 30.10.2020-ci il tarixli qərardadına əsasən ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Buna əsas kimi hazırkı tələbin inzibati icraat qaydasında baxılmalı olan iş olması qeyd edilmişdir. Belə olan təqdirdə məcbur olub yenidən Qəbələ Rayon Mərkəzi X15 Şəxsə müraciət edərək, mərhumun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin bu dəfə də ona mərhumun adına “ölüm haqqında tibbi şəhadətnamə” verilməsindən imtina edilmişdir. Odur ki, yenidən Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi verərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Rayon Qeydiyyat şöbəsinin üzərinə 31 iyul 2019-cu il tarixdə ölmüş X6 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi barədə öhdəlik qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Bu dəfə də Şəki İnzibati Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2-1(116)- 674/2021 saylı qərardadı ilə mənim cavabdeh “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X24ə qarşı 31.07.2020-ci ildə ölmüş X6 adına “ölüm haqqında tibbi şəhadətnamə” verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmmışdır. Buna səbəb kimi X1 yaşayış yeri üzrə və ya olduğu yer üzrə qeydiyyatı mövcud olmadığına görə, onun adına “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi tələbinin onun qeydiyyatda olduğu yer üzrə ambulator tibbi müəssisəsinə qarşı verilməsinin mümkün olmadığı, belə bir tələbin yalnız onun faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsinə qarşı verilməli olduğu göstərilmişdir. Odur ki, “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X22 5 nömrəli sahə poliklinikasına 28.04.2021-ci il tarixdə ərizə göndərərək, X1 adına “ölüm haqqında tibbi şəhadətnamə” verilməsini xahiş etmişdir. Oradan ona ünvanlanmış 90 nömrəli, 16 may 2021-ci il tarixli məktubda qeyd edilir ki, X1 şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd poliklinikaya təqdim edilmədiyi üçün onun ölümü barədə ölüm şəhadətnaməsinin poliklinika tərəfindən verilməsi mümkün deyildir. Hansı ki, o, ərizədə mərhumun şəxsiyyət vəsiqəsinin olmadığını, bu səbəbdən də vətəndaşlığı təsdiq edən ilkin sənədi, yəni doğum haqqında şəhadətnaməsini ərizəyə əlavə etdiyini göstərmişdir. İddiaçı Süleyman qızı əvvəlki məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehə hazırkı şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırıcı hissə: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Məhkəmə işin hallarını nəzərdən keçirərək tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə tərəfindən işin faktiki halları kimi müəyyən edilmişdir ki, X2 (indiki Qəbələ) rayonunun Tikanlı kəndində 15.04.1958-ci il tarixdə anadan olmuş, bu barədə 03.08.1962ci ildə doğum haqqında 326 nömrəli akt qeydi tərtib olunaraq AZ 184722 nömrəli şəhadətnamə verilmişdir. Daha sonra X7 17.07.1979-cu il tarixdə İX-JQ 638614 nömrəli Sovet Sosialist Respublikaları İttifaqının pasportu verilmişdir. Gəncə şəhəri İcra Hakimiyyəti Səhiyyə İdarəsinin Təcili və X10 Stansiyasının 31.07.2019-cu il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, Sevinc qəsəbəsində İİİ küçədə yaşayan (Qəbələ rayonu, Tikanlı kəndi) 1958-ci il təvəllüdlü X11 təcili yardım həkimi gələnədək keçinmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin üzərinə 31 iyul 2019-cu il tarixdə ölmüş X6 adına “Ölüm haqqında tibbi şəhadətnamə” verilməsi barədə öhdəlik qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə nazirinin 03.07.2015-ci il tarixli 52 nömrəli əmri ilə təsdiq olunmuş “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına dair təlimatın: - 1-ci bəndinə əsasən bu Təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə uyğun olaraq hazırlanmışdır və qeydiyyat orqanlarına təqdim etmək məqsədi ilə “Ölüm haqqında tibbi şəhadətnamə”nin (AZS-106) və “Perinatal ölüm haqqında tibbi şəhadətnamə”nin (AZS-106/2) verilməsi qaydalarını müəyyən edir. - 2-ci bəndinə əsasən “Ölüm haqqında tibbi şəhadətnamə” (bundan sonra şəhadətnamə) ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələri, stomatoloji istisna olmaqla (bundan sonra - ambulator tibb müəssisəsi), mülkiyyət formasından asılı olmayaraq bütün stasionar və ya sanator-kurort müalicəsi aparan tibb müəssisələri (bundan sonra – stasionar tibb müəssisəsi) və patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. İnsanın ölüm anını tibb işçisi (həkim, feldşer) təsdiq edir. - 3-cü bəndinə ölüm hadisəsi yaşayış yerində baş veribsə Təcili və X10 Stansiyasının həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyət vəsiqəsi əsasında ambulator tibb müəssisəsinin həkiminə təqdim etmək üçün bu təlimata əlavə olunan formada “Xəbərdarlıq vərəqəsi” doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq (hüquq-mühafizə) orqanına məlumat verir. - 4-cü bəndinə əsasən ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və tibbi sənədlər (ambulator karta, xəstəlik tarixindən çıxarış və s.) əsasında onun qeydiyyatda olduğu, qeydiyyatda olduğu yerdə yaşamadığı halda isə faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Qeyd olunan normalara əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyata alınmalı, bu barədə ölmüş şəxsin qohumlarının, qonşularının, müvafiq qurumların və başqa şəxslərin məlumatı olmalı, həmçinin ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Azərbaycan Respublikası Səhiyyə nazirinin 03.07.2015-ci il tarixli 52 nömrəli əmri ilə təsdiq olunmuş “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına dair təlimata əsasən ölüm hadisəsi yaşayış yerində baş verdikdə Təcili və X10 Stansiyasının həkimi vəfat edənin şəxsiyyət vəsiqəsi əsasında ambulator tibb müəssisəsinin həkiminə təqdim etmək üçün “Xəbərdarlıq vərəqəsi” doldurmalıdır. Hazırkı iş üzrə vəfat edən X6 şəxsiyyət vəsiqəsi olmasa da, onun ölməsi barədə Gəncə şəhəri İcra Hakimiyyəti Səhiyyə İdarəsinin Təcili və X10 Stansiyasının 31.07.2019cu il tarixli xəbərdarlıq vərəqəsi yazılmışdır. Göründüyü kimi cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, X1 şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd poliklinikaya təqdim edilmədiyi üçün onun ölümü barədə ölüm şəhadətnaməsinin poliklinika tərəfindən verilməsi mümkün olmamışdır. Yəni, cavabdeh imtinasında X1 şəxsiyyətini təsdiq edən hər hansı bir sənədin təqdim edilmədiyini qeyd etmişdir. Məhkəmə hesab edir hazırda şəxs öldüyündən və ölmüş şəxsin adına Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin alınması mümkün olmadığından, ölüm şəhadətnaməsi X1 şəxsiyyətini təsdiq edən digər sənədlər əsasında verilməlidir. Belə ki, X6 ölməsi faktı cavabdeh tərəfindən də mübahisələndirilməmiş, hətta bununla bağlı 31.07.2019-cu il tarixli xəbərdarlıq vərəqəsi də verilmişdir. Bununla yanaşı iddiaçı X1 şəxsiyyətini təsdiq edən sənəd kimi Qəbələ rayon Qeydiyyat şöbəsinin 10.12.2020-ci il tarixli 372 nömrəli doğum haqqında arayışını təqdim etmişdir. Bundan başqa, məhkəmənin sərəncamı əsasında Qəbələ rayon Polis Şöbəsindən daxil olan X6 Sovet Sosialist Respublikaları İttifaqının pasportunun verilməsinə əsas olmuş forma №1 arayışı ilə müəyyən edilmişdir ki, Azərbaycan Sovet Sosialist Respublikasının Qutqaşen (indiki Qəbələ) rayonunun Tikanlı kəndində 15.04.1958-ci il tarixdə anadan olmuş X7 17.07.1979-cu il tarixdə İX-JQ 638614 nömrəli Sovet Sosialist Respublikaları İttifaqının pasportu verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. 15.04.1958-ci il tarixdə anadan olmuş X6 17.07.1979-cu il tarixdə verilən İX-JQ 638614 nömrəli Sovet Sosialist Respublikaları İttifaqının pasportundakı qeyd olunan məlumatları əsasında 31.07.2019-cu il tarixdə ölməsinə dair ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X22 “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X22 üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1423/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1423/2021
16.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver