Məhkəmə qərarları › İş №2-1(114)-1423/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1423/2022

27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1423/2022 27.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X11 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X2rşı “qərarın ləğv edilməsi, diplom üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (üçüncü şəxslər Anadolu Universiteti və Azərbaycan Respublikası Təhsildə X7) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Təhsil Nazirliyinin Təhsildə X1 müraciətinin rədd edilməsi barədə 19 noyabr 2021-ci il tarixli, NA00003103 nömrəli qərarının ləğv edilməsi, X8 Universitetinin ona verdiyi xx.xx.2016-cı il tarixli diplomun, ixtisasın tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4902/2022 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Bundan sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi X13 xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyini cavabdeh siyahısından və Anadolu Universitetinin üçüncü şəxs siyahısından çıxarılmasını və Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X3 isə cavabdeh kimi qeyd olunmasını xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 2010-cu ildə Anadolu Universitetinə daxil olub 2016-cı ildə həmin univeristetdə İqtisadiyyat fakültəsinin “İqtisadiyyat” ixtisası üzrə distant (məsafəli) təhsil almaqla bakalavriat səviyyəsində təhsilini müvəffəqiyətlə bitirmişdir. Aldığı təhsilə görə ona xx.xx.2016-cı ildə bakalavr səviyyəsi ilə diplomu və diplomun təsdiqinə dair apostil təqdim edilmişdir. Təhsili bitirdikdən sonra o, işlə təmin olunmaq məqsədi ilə müxtəlif dövlət qurumlarını müraciət etsə də, Anadolu Universitetini bitirdiyi üçün işə qəbulda maneələr yaranmışdır. Halbuki, Anadolu Universitetinin diplomu dünyanın 50-dən çox ölkəsində, o cümlədən inkişaf etmiş ölkələrində tanınmışdır və məzunlar ən yüksək səviyyədə iş və əmək fəaliyyəti ilə məşğuldurlar. Onun məlumatına görə Təhsil Nazirliyində Anadolu Universitetinin müəyyən qisim məzunlarının da diplomları tanınmışdır. Bu fakt özlüyündə diskriminasiyanı (ayrı-seçkiliyi) ehtiva edir. Təhsil Nazirliyinin dövlət siyasətinin əksinə olaraq gənclərin təhsillərinə və inkişafına süni əngəllər yaratması təəccüb və sual doğurur. Azərbaycan Respublikasında təhsil insan hüquqları haqqında beynəlxalq konvesiyalara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsaslanır, təhsil sahasində milli-mənəvi və ümumbəşəri dəyərlərin pirioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir. Belə olan təqdirdə diplomunu tanımadığı Anadolu Universitetinin Bakı şəhərinin mərkəzində fəaliyyət göstərən və illik təhsil haqqı almaqla yüksək səviyyədə, nümunəvi təhsil verən xarici təhsil müəssisəsinin işinə dövləti təmsil edən nazirliyin nəzarəti nədən ibarət olmuşdur. O, 6 il müddətinə hər il 1100 (min yüz) avro köçürmə yolu ilə Anadolu Universitetinin büdcəsinə pul ödəmişdir. Əgər Universitet qanunsuz fəaliyyət göstərirdisə nə üçün TN-yi səbatsızlıq və səhlənkarlıq göstərərək müəssisənin fəaliyyətinin dayandırılmasına qanunla nəzərdə tutulan qaydada müdaxilə etməmiş, buna görə heç bir təşəbbüs göstərməmiş, məhkəməyə ölkə başçısına müraciət etməmişdir. Bununla da 2009-cu ildən başlayaraq hazırki vaxta qədər onun kimi yüzlərlə gəncə həm maddi, həm də mənəvi ziyan vurulmasına şərait yaradılmışdır. Bu faktı TN-yi inkar və təkzib edə bilməz. Çünki “Anadolu Dövlət Universitetinin“ Azərbaycan proqramları”nda distant formada təhsilalma “X9 Universitetinin qəbul edilmə və tələbə statusuna yiyələnmək şərtləri”ni müəyyən edən 3-cü maddəsinin 3.1-ci bəndində konkret olaraq göstərilmişdir. Qəbul imtahanları X4 texniki dəstəyi və TC-nin Azərbaycan Respublikasındakı Səfirliyinin Təhsil Müşavirliyinin təşkilatı dəstəyi ilə ADU tərəfindən müstəqil şəkildə həyata keçirilir”. Bu dövlətlərarası məsələdir. Hüquqi və demokratik təməllərə sahib olan X5 səfirliyi heç bir halda və heç bir zaman dövlətimizin razılığı olmadan bu ciddi siyasi aksiyanın həyata keçirilməsinə razılıq və rəvac verməzdi. Hesab edir ki, təhsil aldığı xarici dövlətin diplomunun, ali təhsil ixtisasının və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsinə dair müraciətinə AR TN-nin Təhsildə X3 (TKTA) 19 noyabr 2021-ci il tarixli, NA 00003103 № cavabında nə ana qanuna, nədəki digər təhsil sistemini tənzimləyən qanunlara istinat edilmədən, yalnız qanun qüvvəsi olmayan normativ aktlara “əsas”lanaraq onun qanuni tələbini təmin etməkdən imtina etmişdir. Bu səbəbə və əsasa görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X7 məhkəməyə iddia tələbinə etiraz ünvanlayaraq bildirmişdir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 nömrəli Qərarı və təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Belə ki, iddiaçının “açıq öyrətim” (açıq təhsil) təhsilalma forması üzrə təhsil aldığı müəyyən edilmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında aşağıdakı təhsil formaları müəyyən edilmişdir: əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat). Göründüyü kimi Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 13-cü maddəsində “açıq öyrətim” (açıq təhsil) təhsilalma forması müəyyən edilməmişdir. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları"nın 2.2-ci bəndinə əsasən xarici dövlətlərin təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalan”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda, sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Qaydaların 3.7-ci bəndində isə qeyd olunur ki, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi iddiaçıya məxsus olan diplomun tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. İş üzrə şifahi məhkəmə baxışı iclası 27 oktyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X13 məhkəmə iclasında iddia ərizəsinəuyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X6 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına xx.xx.2021-ci il tarixli, 82560829-302.15.06 nömrəli məktub, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X3 xx.xx.2021-ci il tarixli, NA00003103 nömrəli qərar, qəbzlərin və orderlərin surətləri, tələbə barədə elektron məlumatlar, qeydiyyat yeniləmə məlumatları, imtahana giriş sənədlərinin surətləri, Azərbaycan proqramları üzrə imtahanlar barədə məlumatlar, diploma əlavənin surəti, xx.xx.2016-cı il tarixli bakalavr diplomunun təsdiqlənmiş surəti, xx.xx.2017-ci il tarixli transkriptin təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X3xx.xx.2022-ci il tarixli, 00-05-518/TKTA nömrəli və xx.xx.2022-ci il tarixli, 00-05-654/TKTA nömrəli məktubları əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, işin məhkəmə araşdırılması ilə müəyyən edilmişdir ki, iddiaçı Anadolu Universitetinin “İqtisadiyyat” fakültəsində təhsil almış və ona xx.xx.2016-cı il tarixli bakalavr diplomu verilmişdir. İddiaçı cavabdeh quruma müraciət edərək, həmin diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini xahiş etmiş, lakin sonuncu məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının təhsil aldığı ölkədə ümumiyyətlə olmaması diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsini qeyri-mümkün edir. İş materiallarında olan: - Anadolu Universitetinin bakalavr diplomunun surətindən görünür ki, İddiaçı iqtisadiyyat fakultəsinin 4 illik təhsilini müvəffəqiyyətlə tamamlayaraq xx.xx.2016-cı il tarixli diplom əldə etmişdir. - 2016-136664 №-li diploma əlavənin (diplom № 000009) tərcümə və təsdiq edilmiş surətinə əsasən ixtisas sahibi – İddiaçı; ixtisasın adı və dərəcə - İqtisadiyyat, bakalavr; ixtisasın əsas sahə təhsili - iqtisadiyyat; dərəcə verən müəssisənin adı - Anadolu Universiteti, Dövlət Universiteti; tədris dili - Türk dili; ixtisas dərəcəsinin səviyyəsi - birinci pillə (bakalavr dərəcəsi); proqramın rəsmi müddəti - 4 il (bir il üçün 2 semestr, bir semestr üçün 14 həftə) 240 AKTS; təhsil forması - Açıq və distant. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X3 xx.xx.2021-ci il tarixli, NA00003103 nömrəli qərarından görünür ki, ərizəçinin xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab olunmamışdır. - Tanıma və X12 Başkanlığı Başkan, ENİC-NARC Türkiye Ofisi/APNNİC X10 Kurulu (Fatma Öztürk şube Müdürü) tərəfindən cavabdehə ünvanlanmış cavab məktubunda qeyd edilmişdir ki, (məktubun məzmunu) "1- Açıköğretim, distant ya da part-time eğitim anlamına gelmiyor. Başka bir anlama geliyor: Açıköğretim bizim için "Open Education” olarak tanımlanıyor. Bu eğitim modelinde öğrenci ve öğretmenlerin aynı mekanda bulunmadan ve karşılıklı iletişim ve etkileşime dayanmadan gerçekleşdirdikleri eğitim-öğretim türü olarak tanımlanıyor. Eğitimin tamamı açıköğretim olarak alınmışsa tanımıyoruz/ not recognized. Ancak bir kısmı açıköğretim bir kısmı örgün (on campus/ayani) ise tanıyoruz. 2- Distant eğitim ise "Uzaktan öğretim” demek. Bu eğitim modelinde iletişim teknolojileri kullanılarak, öğrenci ve öğretmenin karşılıklı iletişim ve etkileşimine dayalı ve derslerin eşzamanlı yürütüldüğü eğitim demek. Bu eğitimi tanıyoruz/recognized. 3- Parttime eğitim tanımı bizim mevzuatımızda yok. Part time yani "Yarı zamanlı” eğitim eğer örgün (on campus/ayani) olarak alınmışsa değerlendiriliyor ve tanınıyor.” «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.43-cü maddəsinə əsasən təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Həmin Qanunun 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın: 4.1-ci maddəsinə əsasən «Bakalavr» dərəcəsi almış məzunlar: - təhsil aldıqları ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməyi bacarmalı; - humanitar və ixtisasın peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməli, onlardan peşə və sosial fəaliyyətin müxtəlif sahələrində istifadə etməyi, sosial əhəmiyyətli məsələləri və prosesləri araşdırmağı bacarmalı; - təhsil proqramına uyğun tədris olunan fənlər üzrə müvafiq hazırlığa malik olmalı, qazanılmış nəzəri bilikləri təcrübədə tətbiq etməyi bacarmalı; - əmək fəaliyyətində ixtisasa dair məsələləri həll etmək bacarığına malik olmalı; - peşə fəaliyyətində qarşıya çıxan məsələləri optimal həlletmə qabiliyyətinə malik olmalı; - əmək fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 5.4-cü bəndinə əsasən Ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: - əyani; qiyabi; - distant (məsafədən); - sərbəst (eksternat). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici övlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasıya) Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir; Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: 1. ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; 2. təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. Hazırkı iş üzrə müəyyən edilir ki, iddiaçı Türkiyə Respublikasının Anadolu Universitetinin Bakalavr Diplomunun tanınması haqqında müvafiq ekvivalentlik haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, cavabdehin 19 noyabr 2021-ci il tarixli, NA00003103 №-li qərarıilə iddiaçıya imtina verilmişdir. Cavabdeh tərəfindən verilmiş imtinanın əsasını iddiaçının Türkiyə Respublikasının Anadolu Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə ümumiyyətlə olmadığından, diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkün olması təşkil etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının Türkiyə Respublikasının Anadolu Universitetində təhsilalma forması hazırkı iş üzrə mübahisəli haldır. Belə ki, iddiaçı iddia ərizəsində qeyd edilən universitetdə açıq və distant formada təhsil adığını qeyd etsə də, məhkəmə araşdırması zamanı təhsilalma formasının distant, yekun olaraq isə açıq təhsil(açık öğretim) formasında olduğu müəyyən edilmişdir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, qiyabi və distant təhsilalma formaları «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsində təsbit olunmaqla tamam fərqli təhsilalma formaları olduğu müəyyən edilir. Eyni zamanda "Formal təhsilin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2010-cu il tarixli, 147 №-li Qərarının 5.4-cü bəndində qeyd edilmişdir ki, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində - əyani (tədrisə tam cəlb olunma fulltime və tədrisə qismən cəlb olunma - parttime), qiyabi, distant (məsafədən), əsas (baza ali) tibb təhsili səviyyəsində - əyani (tədrisə tam cəlb olunma - fulltime və tədrisə qismən cəlb olunma parttime) təhsilalma formaları nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, “açıköğretim” (open education) təhsilalma forması Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmamışdır. İşin hazırkı icraatı zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, Tanıma və X12 Başkanlığı Başkan, ENİC-NaRc Türkiye Ofisi/APNNİC X10 Kurulu (Fatma Öztürk şube Müdürü) tərəfindən cavabdehə ünvanlanmış cavab məktubuna əsasən müəyyən edilmişdir ki, (məktubun məzmunu) “1- Açıköğretim, distant ya da part-time eğitim anlamına gelmiyor. Başka bir anlama geliyor: Açıköğretim bizim için “Open Education” olarak tanımlanıyor. Bu eğitim modelinde öğrenci ve öğretmenlerin aynı mekanda bulunmadan ve karşılıklı iletişim ve etkileşime dayanmadan gerçekleşdirdikleri eğitim- öğretim türü olarak tanımlanıyor. Eğitimin tamamı açıköğretim olarak alınmışsa tanımıyoruz/ not recognized. Ancak bir kısmı açıköğretim bir kısmı örgün (on campus/ayani) ise tanıyoruz.” Göründüyü kimi iddiaçının qeyd etdiyi “açıköğretim” (open education) təhsilalma forması distant təhsilalma formasından fərqlənməklə, tələbə və müəllimlərin eyni məkanda olmadan və qarşılıqlı əlaqə qurmadan həyata keçirilən təhsilalma formasıdır. Və yalnız göstərilən təhsilalma formasının bir qismi əyani şəkildə həyata keçirildiyi təqdirdə diplomun müvafiq qurum tərəfindən tanınmasının mümkünlüyü qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasıya) Qaydaları”nın 3.6-cı bəndinə əsasən Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyaniqiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Məhkəmə hesab edir ki, iddiaçının yekun olaraq qeyd etdiyi “açıköğretim (open education)” təhsil forması Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmadığından cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X2rşı “qərarın ləğv edilməsi, diplom üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1. maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X2rşı “qərarın ləğv edilməsi, diplom üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar