Məhkəmə qərarları › İş №2-1(114)-1424/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1424/2022

18.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1424/2022 18.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında məhkəmənin binasında baxaraq müəyyənetdi: İddiaçı (bundan sonra mətndə iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər İcra Hakimiyyətinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Gəncə şəhəri, Nizami küçəsi,183A ünvanında yerləşən fərdi yaşayış evinin cavabdeh Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən sökülməsinin qanunsuz hesab edilməsi,iddiaçıya məxsus fərdi yaşayış evinin qanunsuz olaraq məhkəmə qərarı olmadan zorakılıqla sökülməsinin, söküntü ilə evdəki əşyaların məhv edilməsi və iddiaçının öz mənzilindən istifadə edə bilməməsi nəticəsində ona dəymiş maddi zərərin əvəzi kimi 100.000 (bir yüz min) manat, mənəvi zərərə görə 30.000 (otuz min) manat məbləğində pulun cavabdeh Gəncə şəhər İcra Hakimiyyətindən alınaraq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş 2-1(114)-1424/2022 saylı işdən görünür ki, İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə qarşı Bakı İnzibati Məhkəməsində də eyni tələblə iddia qaldırmış və iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxılan işlərin mübahisə predmetləri eyni olan müstəqil işlər olduğunu nəzərə alaraq hesab edir ki, həmin işlər bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 28 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair 2- 1(114)-350/2022 nömrəli iş və 2-1(114)-1424/2022 saylı işlər bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar