Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1425/2025 15.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2023-cü il tarixdən iddiaçıya orqanizmin funksiyalarının pozulmasına görə xəstəliyinə müvafiq əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı xx.xx.2014-cü il tarixdə 1 il müddətinə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir.
2. İddiaçı əlilliyi xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması” səbəbindən əlillik təyinatından imtina edilmişdir.
3. İddiaçının əlilliyinin sonuncu dəfə qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2023-cü il tarixdə göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – C73 – Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi, Qalxanabənzər vəzin xərçəngi. PT1NOMO1 mərhələ. Histoloji müayinə: MOM: N 7828/13. Qalxanabənzər vəzin papilar karsinoması. Tireoidektomiya c/əməliyyatından və radioaktiv yod müalicəsindən sonrakı vəziyyət; Ağırlaşma - E89.2 – Tibbi prosedurlardan sonra əmələ gələn hipoparatiroidizm, Hipoparattiroidizm. Hipokalsemiya.
4. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2023-cü il tarixdə qiymətləndirərək, “Göndərişin natamam doldurulması” səbəbindən əlillik təyinatından imtina etmişdir.
5. Xəstəlik tarixindən çıxarışlardan və xx.xx.2023-cü il tarixli göndərişdən görünür ki, İddiaçı “C73 Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi” diaqnozu ilə xx.xx.2013cü il tarixdən xx.xx.2013-cü il tarixədək, xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2021-ci il tarixdə, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək Milli Onkologiya İnstitutunda, “J90 Başqa rubrikalarda təsnif edilməyən plevral eksuda” diaqnozu ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək X2 İnstitutunda və “D25 Uşaqlığın leyomiyası” diaqnozu ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək X7-də stasionar müalicələr almışdır.
6. Milli Onkologiya Mərkəzinin epikrizində (X/t № 5439/13. A/k № 4602/13) diaqnoz Qalxanabənzər vəzin karsinoması.pT1N0M0” kimi qeyd edilmişdir.
7. Milli Onkologiya İnstitutunun Ambulator kartdan arayışında əsas diaqnoz: “C73- Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi pT1N0M0 mərhələ 1 G1. Diaqnoz qeydi: Qalxanabənzər vəzin papillyar karsinoması. Kombinə olunmuş müalicədən sonrakı vəziyyət, Ağırlaşma: E89.2 – Tibbi prosedurlardan sonra əmələ gələn hipoparatiroidizm, Diaqnoz qeydi: Hipoparatiroidizm. Hipokalsemiya. Ağırlaşma: E89.0 – Tibbi prosedurlardan sonra meydana çıxan hipotiroidizm” kimi qeyd edilmişdir.
8. Milli Onkologiya İnstitutunun Ambulator kartdan arayışında əsas diaqnoz: “C73- Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi pT1N0M0 mərhələ 1 G2. Diaqnoz qeydi: Qalxanabənzər vəzin papillyar karsinoması. C/Ə+RAİ S/V, Hipotireoz. Hipokalsemiya. P T1N0M0, C-yanaşı gedən xəstəliklər: E89.0 – Tibbi prosedurlardan sonra meydana çıxan hipotiroidizm vəziyyətləri” kimi qeyd edilmişdir.
9. Səhiyyə Nazirliyi 5 saylı Şəhər Kliniki Xəstəxanasının Ultrasonografiyasında nəticə “Sol VSM proksimalda, orta və distalda Grade İİİ reflü izlənilir. Sağ SFJ-də VSM proksimalda, orta və distalda Grade İİİ reflü izlənilir.
10. Milli Onkologiya Mərkəzinin raportunda nəticə “Tireoid yatağına uyğun gələn sahədə fokal yoğun toplanma göstərən ablasiya müalicəsindən sonrakı bütün bədən İ-131 sintigrafiyası” kimi qeyd edilmişdir. II. Məhkəmədə icraat
11. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xəstəliklərinə əsasən əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı 2013-cü ildən xəstədir, əməliyyat olunmuşdur və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiziya və Reabuitasiya Xidmətindən komissiyadan keçərək xəstəlik dərəcəsi müəyyən olunduqdan sonra 2014-cü ilin mart ayından başlayaraq ona ikinci qrup əlillik dərəcəsi verilmiş və həmin vaxtdan da pensiya almağa başlamışdır. Keçən müddət ərzində müxtəlif vaxtlarda müainədən keçmişdir, xəstəliyinin vəziyyəti nəzarətdə saxlanılmaqla 2021-ci ilin mart ayına kimi əlilliyə uyğun olaraq pensiyasını almışdır. Xəstəliyi ilə əlaqədar olaraq heç yerdə işləyə bilmir və aldığı pensiyanı müalicə olunmaq üçün sərf etmişdir. 2021-ci ilin mart ayından etibarən onun əlillik dərəcəsi ləğv edilmiş və pensiya ödənilməsi dayandırılmışdır. Dəfələrlə məsələ ilə bağlı cavabdehə müraciət etmişdir, lakin onun müraciətinə baxmamışlar və bu gün imkansızlıqdan xəstəliyinin müalicəsi ilə məşğul ola bilmir.
13. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-6173/2024 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
15. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.2023-cü il tarixdən iddiaçıya orqanizmin funksiyalarının pozulmasına görə xəstəliyinə müvafiq əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
17. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
18. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və ona əlillik təyinatından imtina edilmişdir. Lakin həmin imtina qərarının iddiaçıya rəsmi qaydada çatdırılmasına dair cavabdeh tərəfindən hər hansı sənəd təqdim olunmamışdır. Məhkəmənin həmin məzmunlu sorğusu cavablandırılmamış, sonuncu iclasda cavabdehin nümayəndəsi isə çatdırılmaya dair hər hansı sənədlərinin olmadığını bildirmişdir. İddiaçı məlumat aldığı tarixi xatırlamadığını, lakin məlumatlı olan kimi məhkəməyə müraciət etdiyini bildirmişdir.
19. Belə olan halda, məhkəmə hesab edir ki, müddət ötürülməmişdir.
20. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Ağdam rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
21. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
22. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadları ilə hazırkı iş üzrə Ağdam rayon Mərkəzi Xəstəxanasının üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi və iş üzrə məhkəmə-tibbi ekspertizasının təyin edilməsi barədə cavabdehin nümayəndəsinin vəsatətləri təmin edilməmişdir.
23. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
24. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
25. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı oğlu xx.xx.2023 tarixdə poliklinika vasitəsi ilə forma 88 göndərmişdir. Əlavə müalicəyə ehtiyacın olması - Göndərişin natamam doldurulması - Səbəb: Xəstəlik başlanma tarixi ilə alınan müalicələr tarixi arasında uyğunsuzluq var. Dəqiqləşdirilsin.. Bu səbəbdən iddia ərizəsinin qeyri mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. “Diaqnozun mətni: Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi, Qalxanabənzər vəzin xərçəngi.PT1N0M0 İ mərhələ.Histoloji müayinə:MOM: N 7828/13 Qalxanabənzər vəzin papilyar karsinoması.Tireoidektomiya c/əməliyyatından və radioaktiv yod müalicəsindən sonrakı vəziyyət X3: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q20-Q28 - Qan dövranı sisteminin anadangəlmə anomaliyaları [inkişaf qüsurları] => Q21 - Ürək ara... Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəlik başlanma tarixi ilə alınan müalicələr tarixi arasında uyğunsuzluq var.Dəqiqləşdirilsin. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri yəni diaqnozun öz təsdiqini tapması və onun həyat fəaliyyətini məhdudlaşdıran ağırlaşmaların olmasına əsasən müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən - Q21.3 Fallo tetradası, AÜQ.Fallo tetradası.Total korreksiyası (xx.xx.2007) əməliyyatından sonrakı vəziyyət.. diaqnozu təyin edilsə belə müvafiq ağırlaşmalar əyani müayinə zamanı öz əksini tapmamışdır. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və s. məsələləri yoxlamalıdırlar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
26. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
27. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinə etiraz etdiyini və yazılı etirazda göstərilənləri müdafiə etdiyini bildirərək, iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
28. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri; - xx.xx.2023-cü il tarixli göndəriş; - Xərtsəlik tarixindən çıxarışlar; - Milli Onkologiya Mərkəzinin epikrizində (X/t № 5439/13. A/k № 4602/13); - Milli Onkologiya İnstitutunun Ambulator kartdan arayışı; - Milli Onkologiya İnstitutunun Ambulator kartdan arayışı; - Səhiyyə Nazirliyi 5 saylı Şəhər Kliniki Xəstəxanasının Ultrasonografiyası; - Milli Onkologiya Mərkəzinin raportu.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
29. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından qismən əsaslıdır və qismən təmin edilməlidir.
30. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2014-cü il tarixdə 1 il müddətinə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir. İddiaçı əlilliyi xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması” səbəbindən əlillik təyinatından imtina edilmişdir.
31. İddiaçının əlilliyinin sonuncu dəfə qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2023-cü il tarixdə göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – C73 – Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi, Qalxanabənzər vəzin xərçəngi. PT1NOMO1 mərhələ. Histoloji müayinə: MOM: N 7828/13. Qalxanabənzər vəzin papilar karsinoması. Tireoidektomiya c/əməliyyatından və radioaktiv yod müalicəsindən sonrakı vəziyyət; Ağırlaşma - E89.2 – Tibbi prosedurlardan sonra əmələ gələn hipoparatiroidizm, Hipoparattiroidizm. Hipokalsemiya.
32. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2023-cü il tarixdə qiymətləndirərək, “Göndərişin natamam doldurulması” səbəbindən əlillik təyinatından imtina etmişdir.
33. Məhkəmə əvvəla qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.9-cu bəndində təsbit edilmiş qaydaya görə, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
34. Yəni, normanın məzmunundan da bəlli olur ki, göndərişin natamam və ya yanlış doldurulduğu təqdirdə, inzibati orqan tərəfindən əlilliyin müəyyən edilməsindən imtinaya dair qərar qəbul edilməklə icraatın sonlandırılması yolverilməzdir.
35. Lakin hazırkı halda, cavabdeh orqan iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün sonuncu rəsmiləşdirilmiş göndərişin natamam doldurulması qənaətinə gəlsə də, həmin natamamlığın aradan qaldırılması üçün göndərişi onu rəsmiləşdirmiş Komissiyaya göndərməsi müəyyən edilmir.
36. Eyni zamanda, səhiyyə müəssisəsi tərəfindən iddiaçıya münasibətdə verilmiş göndərişin natamam və yetərsiz olması iddiaçının məsuliyyət sferasına aid edilə və onun ziyanına təfsir oluna bilməz. İnzibati icraat hüququnun tələbləri baxımından TSEK göndərişlə bağlı natamam məlumatların tamamlanmasını, eləcə də yol verildiyi bildirilən yanlışlığın aradan qaldırılmasını təmin etmək məqsədi ilə aidiyyəti quruma müraciət etməli və müvafiq məlumatların təqdim olunmasını tələb etməlidir. Yalnız bundan sonra şəxsə münasibətdə əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı yekun qərar qəbul edilə bilər. Nəticə etibarilə, məlumatların natamam və ya yanlış olması səbəbindən cavabdeh əlilliyin müəyyən edilməsindən imtina etməkdə haqlı sayıla bilməz. Bu, eyni zamanda səmərəli və qənaətcil idarəçilik prinsiplərindən irəli gəlir.
37. Digər tərəfdən, cavabdeh orqan göndərişdəki natamamlığı xəstəliyin başlanma tarixi ilə alınan müalicələr tarixi arasında uyğunsuzluq olması halı ilə əsaslandırmışdır.
38. Hansı ki, bu hal göndərişin natamam doldurulmasının əsası deyil. İkinci tərəfdən isə, Milli Onkologiya Mərkəzinin epikrizində (X/t № 5439/13. A/k № 4602/13) iddiaçıya qoyulmuş diaqnoz Qalxanabənzər vəzin karsinoması.pT1N0M0” kimi qeyd edilmiş və Xəstəlik tarixindən çıxarışlardan və xx.xx.2023-cü il tarixli göndərişdən görünür ki, İddiaçı “C73 Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi” diaqnozu ilə xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək, xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2021-ci il tarixdə, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Milli Onkologiya İnstitutunda müalicələr almışdır.
39. Məhkəmə hesab edir ki, iddiaçının barəsində rəsmiləşdirilmiş göndərişdə natamamlıq kimi bildirilən halların mövcudluğu müəyyən edilmir. Ona görə də, məhkəmə cavabdehin hərəkətini əlilliyin müəyyən edilməsindən imtina kimi qiymətləndirir və mübahisəyə mahiyyəti üzrə baxılmasını haqlı sayır.
40. İddiaçıya göndərişdə qoyulmuş əsas diaqnoz - “C73 Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi, Qalxanabənzər vəzin xərçəngi. PT1NOMO1 mərhələ. Histoloji müayinə: MOM: N 7828/13. Qalxanabənzər vəzin papilar karsinoması. Tireoidektomiya c/əməliyyatından və radioaktiv yod müalicəsindən sonrakı vəziyyət” “Əlilliyin müəyyən olunması meyarları”nda mövcud olmuş və iddiaçıya əlillik təyinatına əsas verən həcmdə olmuşdur.
41. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
42. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna görə: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
43. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəliyi onun əlilliyinin qiymətləndirildiyi zaman (xx.xx.2023-cü il tarixdə) qüvvədə olmuş “Əlilliyin müəyyən olunması meyarları”na görə üçüncü dərəcə əlilliyin əhatə dairəsinə düşmüşdür.
44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 31-60 faiz; Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
45. Həmin Əlavə: Sıra Xəstəliklərin, zədələrin və XBT- Orqanizmin Orqanizmin №-si çatışmazlıqların adları, onların 10 funksiyalarının funksiyalarının ağırlıq dərəcəsi, mərhələsi, (kod) pozulması faizi pozulması orqanizmin funksiyalarının müddəti davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri
14. Yenitörəmələr Qeyd. Törəmələr zamanı orqanizmin funksiyalarının davamlı pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən törəmənin orqan və orqanizmlərdə lokalizasiyasına (törəmənin ölçüsü-diaqnozda T (tumor) simvolu ilə işarələnir), böyümənin anatomik formasına (endofit, ekzofit, qarışıq), böyümə sürətinə, orqan divarına siraətetmə dərəcəsinə (invaziya dərəcəsi), xərçəngin histoloji quruluşuna və diferensiasiya dərəcəsinə, bədxassəliyin histoloji dərəcəsinə, regionar limfatik düyünlərin zədələnməsi xüsusiyyətinə əsaslanır. Uzaq metastazların olub olmaması (yuxarıda qeyd edilmiş meyarlar TNMGP sistemi üzrə təsnifatda öz əksini tapmışdır), adaptasiya və kompensasiya imkanı, fəsadlaşmaların olması nəzərə alınır. 14.9 Qalxanabənzər vəzinin və digər endokrin vəzilərinin bədxassəli yenitörəmələri 14.9.1 qalxanabənzər vəzinin C73 bədxassəli yenitörəməsi
Qiymətləndirmə 14.9.1.1 İ-İİ mərhələ limfatik düyünün 40-60 1 il zədələnməsi olmadan papillyar və ya follikulyar törəmənin spesifik müalicəsindən sonra
46. İddiaçının tibbi sənədlərində və göndərişində onda “C73” XBT kodlu “Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi, Qalxanabənzər vəzin xərçəngi” adlı diaqnozun PT1NOMO1 mərhələdə olması qeyd edilir.
47. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, qalxanabənzər vəzi xərçənginin mərhələləri xərçəngin dərəcəsini və bədənin digər hissələrinə yayılıb yayılmadığını təsvir etmək üçün istifadə edilən bir sistemdir. Mərhələ sistemi müalicə qərarlarına rəhbərlik etməyə kömək edir və diaqnoz haqqında məlumat verir. Tiroid xərçəngi üçün ən çox istifadə edilən mərhələ sistemi Amerika Xərçəng üzrə Birgə Komitəsi (AJCC) tərəfindən hazırlanmış TNM sistemidir. TNM sistemi aşağıdakı amilləri nəzərə alır: Şiş (T): TX: Birincili şiş qiymətləndirilə bilməz. T0: Birincili şişin sübutu yoxdur. T1: Şiş 2 santimetr (sm) və ya daha kiçikdir və tiroidlə məhdudlaşır. T2: Şiş 2 sm-dən böyükdür, lakin 4 sm-dən böyük deyil və yalnız tiroid bezi ilə məhdudlaşır. T3: Şiş 4 sm-dən böyükdür və ya tiroid xaricində böyüyüb, lakin yaxınlıqdakı strukturlara daxil deyil. T4a: Şiş traxeya, yemək borusu və ya qırtlaq kimi yaxınlıqdakı strukturlara çevrilmişdir. T4b: Şiş onurğada, əsas qan damarlarında və ya dəridə böyüdü. Düyün (N): NX: Regional limfa düyünləri qiymətləndirilə bilməz. N0: Regional limfa düyünlərinin tutulması yoxdur. N1: Xərçəng regional limfa düyünlərinə yayıldı. N1a: Xərçəng Vİ səviyyəyə (pretracheal, paratracheal və prelaringeal/Delphian limfa düyünləri) yayılmışdır. N1b: Xərçəng birtərəfli, ikitərəfli və ya kontralateral boyun (boyun) limfa düyünlərinə yayılmışdır. Metastaz (M): MX: Uzaq metastazların mövcudluğunu qiymətləndirmək mümkün deyil. M0: Uzaq metastaz yoxdur. M1: Uzaq metastaz var. Bu amillərin birləşdirilməsi İ Mərhələdən (erkən mərhələ) İV Mərhələyə (qabaqcıl mərhələ) qədər ümumi mərhələ qruplaşdırılmasını təmin edir. Tiroid xərçəngi üçün mərhələ qrupları aşağıdakı kimidir: Mərhələ İ: T1, N0, M0 Mərhələ İİ: T2, N0, M0 Mərhələ İİİ: T3, N0, M0; T1 - T3, N1a, M0; T1 - T3, N1b, M0 Mərhələ İVA: T4a, N0, M0; T4a, N1a, M0; T4a, N1b, M0 Mərhələ İVB: T4b, istənilən N, M0 Mərhələ İVC: İstənilən T, istənilən N, M1 (https://btk.az/yenilikler/blog/447qalxanabenzer-vezi-xerceng-mualicesi.html)
48. Göründüyü kimi, iddiaçının göndərişdə əks olunmuş “C73 Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi, Qalxanabənzər vəzin xərçəngi. PT1NOMO1 mərhələ. Histoloji müayinə: MOM: N 7828/13. Qalxanabənzər vəzin papilar karsinoması. Tireoidektomiya c/əməliyyatından və radioaktiv yod müalicəsindən sonrakı vəziyyət” diaqnozu üzrə orqanizminin funksiyalarının pozulması faizi 40-60 faiz aralığındadır və bu da iddiaçıya üçüncü dərəcə əlilliyin 1 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.
49. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.
23. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
35. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qismən qanunsuz olmuşdur.
36. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:
35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən orqanizminin funksiyalarının 40-60 faiz pozulması ilə bağlı 1 il müddətinə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva