Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1427/2020 14.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı iştirakları ilə İddiaçı cavabdehlər X3 və Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər X3 və Cavabdehnə qarşı Cavabdeh başçısının xx xxxxxxxx 2013-cü il tarixli, 89 nömrəli sərəncamının ləğv edilməsi, həmin sərəncamla Tərtər rayonu, Həsənqaya kəndi ərazisindən Tərtər rayon Buruc Bələdiyyəsinin sədri X3 verilmiş 300 ha torpaq sahəsinin yenidən dövlət mülkiyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh başçısının xx xxxxxxxx 2013-cü il tarixli, 89 nömrəli sərəncamı ilə Tərtər rayonu, Həsənqaya kəndi ərazisindən Tərtər rayon Buruc bələdiyyəsinin sədri X1 300 ha torpaq sahəsi verilmişdir. Onun əziyyətlə tikib başa gətirdiyi yataq həmin torpaq sahəsi ilə sərhəddir. Yaşar Əliyev və onun atası Ədalət Əliyev heç bir əsas olmadan 12 ildən artıqdır ki, istifadəsində olan olan torpaq sahəsini zorla əlindən alıblar. Cavabdeh başçısının xx xxxxxxxx 2013-cü il tarixli, 89 nömrəli sərəncamı ilə Tərtər rayonu Həsənqaya kəndi ərazisindən Tərtər rayon Buruc bələdiyyəsinin sədri X3 verilmiş 300 ha torpaq sahəsi təyinatı üzrə istifadə olunmamaqla yanaşı, illik dövlət vergisi verilmir. Hazırda həmin torpaq sahəsi istifadəsiz qalmaqdadır. Onun istifadəsində olan yataq hal hazırda Ədalət Əliyev və onun bələdiyyə sədri tərəfindən öz qulluq mövqelərindən istifadə etməklə zorla əlindən alınmışdır. O. Bu barədə rayon rəhbərliyinə, polis və prokurorluğa müraciət etməyinə baxmayaraq, şikayətinə baxılmamışdır. O, dəfələrlə yerli icra hakimiyyəti başçısına ona bir məcburi köçkün kimi sakini olduğu rayonun işğaldan azad edilmiş ərazisindən kənd təsərrüfatı mməhsullarının əkib becərilməsi və maldarlığın inkişaf etdirilməsi məqsədi ilə torpaq sahəsinin ayrılıb verilməsi barədə müraciətlər etməyinə baxmayaraq, icra hakimiyyəti orqanı müraciətinə baxmamış və torpaq sahəsinin olmadığını əsas gətirərək ona torpaq sahəsinin ayrılıb verilməsindən imtina etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia qaldırmaq üçün Azərbaycan Respublikası İPM-in 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin və prosessual müddətin bərpa edilməsi barədə ərizəninməzmununa uyğun izahat vermiş əlavə olaraq bildirmişdir ki, X2 adına 300 ha torpaq sahəsinin ayrılması barədə Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli sərəncamının olmasından Y.Əliyevlə arasında mübahisə yaranan zaman, yəni aprel 2020ci xəbəri olmuşdur. Odur ki, iddia tələbinin və prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarında olan; -Cavabdeh başçısının xx xxxxxxxx 2013-cü il tarixli, 89 nömrəli sərəncamının surətindən görünür ki, Tərtər rayon Sarıcalı kənd sakini X3 Həsənqaya kənd ərazisindən kənd təsərrüfatı məhsulları əkib-becərmək və heyvandarlığın inkişafı məqsədi üçün 300 hektar torpaq sahəsinin 15 (on beş) il müddətinə ayrılıb verilməsi qərara alınmışdır. Hazırkı iddia tələbində iddiaçı Tərtər rayonu, Həsənqaya kəndində yerləşən torpaq sahəsinin X3 15 il müddətinə ayrılıb verilməsinə dair Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli, 89 nömrəli sərəncamını mübahisələndirilmiş və həmin iddia verilməsi üçün nəzərdə tutulan prosessual müddətin bərpası xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1. maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1. maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1. maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkmədən tələb edir. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri- iddia qaldırmaq səlahiyyəti (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə riayət edilməsi (İPMin 38.1-ci maddəsi) də mövcud olmalıdır. Belə ki, mübahisələndirmə haqqında iddia «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62-ci maddəsindəki qaydalar əsas götürülməklə, inzibati akt haqqında məlumat verildiyi vaxtdan 30 gün müddətində və ya inzibati şikayət icraatı həyata keçirilən zaman şikayət instansiyası qərarının təqdim edildiyi vaxtdan 30 gün müddətində qaldırılmalıdır Əgər iddiaçı iddianı mübahisələndirilən qərarı qəbul etmiş inzibati orqana 30 gün müddətində təqdim edərsə, bu halda da iddia müddətinə riayət edilmiş hesab olunur. İşdə olan sənədlərdən və iddiaçının müddətin bərpası barədə ərizəsindən məlum olur ki, İddiaçı Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli, 89 nömrəli sərəncamından 2020-ci ilin aprel ayından məlumatlı olmuşdur. Məhkəmə hesab edir ki, prosessual müddətin ötürülməsinə dair əsaslar, bununla bağlı hər hansı bir sənəd iddiaçı tərəfindən təqdim edilmədiyindən iş üzrə prosessual müddətin bərpa edilməsi üçün heç bir qanuni əsas yoxdur və iddiaçı sözügedən sərəncamı-inzibati aktı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1. maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Adıçəkilən Qanunun 73.2. maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh başçısının xx xxxxxxxx 2013-cü il tarixli, 89 nömrəli sərəncamının mübahisələndirilməsi ilə bağlı iddia müddətini ötürmüşdür. Bundan başqa, iddiaçının fiziki şəxs olan cavabdehə (cavabdeh X4) qarşı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmır. Belə ki, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir. İnzibati orqanın əməkdaşlarının hərəkət və ya hərəkətsizliyindən əmələ gələn iddialar üzrə cavabdehliyi inzibati orqan daşıyır və tələb də həmin inzibati orqana qarşı yönəlməlidir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Hazırki iddia tələbi isə fiziki şəxsə qarşı yönəlmişdir ki, fiziki şəxslərə qarşı yönələn tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmır. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və İddiaçı cavabdehlər X3 və Cavabdehnə qarşı sərəncamın ləğv edilməsinə dair iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki,bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizəsi təmin edilməsin. İddiaçı cavabdehlər X3 və Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1427/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1427/2020
14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver