Məhkəmə qərarları › İş №2-1(114)-1429/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1429/2022

01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1429/2022 01.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı Elyar oğlunun iştirakı ilə, İddiaçı Elyar oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. İşin halları: İddiaçı Elyar oğlu (bundan sonra mətndə-iddiaçı) xx.xx.N974-cü il tarixdə Ermənistan, Vardenis rayonun anadan olmuş, hazırda ünvan N ünvanda qeydiyyatda olmaqla yaşayır. İddiaçı Gəncə şəhəri Nizami RHK tərəfindən xidmətə çağırılaraq N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, N6 nömrəli əmrilə (əsas: §-3, sıra-NN, əmrdə vəzifəsi göstərilməyib) « sıravi » hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına salınaraq bütün təminatlarla təmin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 2N nömrəli əmrində (əsas: §-3, sıra-33, qeyd : əmrdə adı və atasının adı tam yazılmamış, əmr rus əlifbası ilə qeyd olunmuşdur) aprel ayında döyüş npvbətçisi olmuş şəxsi heyətin siyahısında sıravi B.İ.Abdullayevin adı qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 2N nömrəli əmrində (əsas: §-4, sıra-2, qeyd : əmrdə adı və atasının adı tam yazılmamış, əmr rus əlifbası ilə qeyd olunmuşdur) sıravi B.İ.Abdullayevin döyüş tapşırıqlarını yerinə yetirmək üçün 30 (otuz) gün müddətinə Tərtər şəhərinə göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının ezamiyyətdən qayıtması barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli, 286 nömrəli əmrində (əsas: §-8, səh-24, əmrdə adı "Bəkir", atasının adı İlyas yazılmışdır, vəzifəsi göstərilməyib) iddiaçının şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, Gəncə şəhəri Nizami RHK-nın çağırışçısı sıravi iddiaçı N nömrəli hərbi hissə komandirinin N yanvar N997-ci il tarixli 3 nömrəli əmrlə (əsas: §-N, sıra-7, qeyd: əmrdə vəzifəsi göstərilməyib) xx.xx.N997-ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilərək bütün təminatlarla təmin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N997-ci il tarixli müvafiq əmrinə əsasən 7-ci divizionun baş operatoru sıravi iddiaçı ehtiyata tərxis olunduğu üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli 24 nömrəli əmrilə (əsas: §-N, sıra-N) xx.xx.N997-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Gəncə şəhəri Nizami RHK-a göndərilmişdir. İddiaçı “müharibə veteranı“ adının və vəsiqəsinin verilməsi ilə əlaqədar sənədləri ilə birlikdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndəcavabdeh) müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 4/3-2573 nömrəli məktubunla müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin erilməsi üzrə komissiya"nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-467 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə hərbi xidməti Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olan N nömrəli hərbi hissənin 5ci və 9-cu divizionunda aşkar olmadığından iddiaçıya "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildirilmişdir ki, "Vətəndaşların müraciətləri haqqında" Qanunun N4.08-ci addəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ermənistan Respublikası Basarkeçər rayonunun Nərimanlı kəndində xx.xx.N974-cü il tarixdə anadan olmuşdur. N8 yaşı tamam olanda o həqiqi hərbi xidmətə çağırılmışdır. Xidmətə N992-ci ildə Bakı şəhəri Kürdəxanı qəsəbəsində yerləşən hərbi hissədə başlamış, orada N ay xidmət edəndən sonra könüllü kimi ərizə verərək döyüş zonalarına dəyişirilmişdir. NN saylı hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli N6 №-li əmrilə "sıravi" hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına daxil edilmişdir. O, Qarabağ müharibəsi vaxtı Ağdam-Tərtər rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. NN nömrəi hərbi hissə komandirinin N dekabr N996-cı il tarixli 286 nömrəli əmrilə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin əmri ilə N yanvar N997-ci il tarixdən şəxsi heyətin sıyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N997-ci il tarixli əmrinə əsasən 7-ci divizionun baş operatoru kimi ehtiyata tərxis olunmuş, xx.xx.N997-ci il tarixdən qeydiyyata düşmək üçün Gəncə şəhəri Nizami rayon Hərbi Komissarlığına göndərilmişfit. xx.xx.N997ci ildə komissarlığa qeydiyyata alınmışdır. Bütün bunlar barəsində iddiaçının hərbi biletində qeydlər edilmişdir. Ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar Müdafiə Nazirliyinə müraciət etmişdir. Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"dan aldığı cavab məktubunda göstərilmişdir ki, döyüş əməliyyatları aparılan dövrdə hərbi xidməti Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olan N nömrəli hərbi hissənin 5-ci və 9-cu divizionunda aşkar olmadığından ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İddiaçı bu imtinanı qeyri-qanuni hesab edir. İmtina onun hüquqlarını məhdudlaşdırır. Müdatiə Nazirliyində sənədlər düzgün tərtib edilməyibsə bu onun təqsiri deyildir. O, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hazırda səhhətində problemlər yaranmışdır, özü də heç bir yerdə işləmir, maddir cəhətdən vəziyyəti ağırdır. Onunla döyüşlərdə iştirak edən əsgər yoldaşlarının çoxu veteran adı və vəsiqəsi almışlar. Məhkəmə iclasında iştirak etmiş iddiaçı ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfin dəlilləri: Cavabdeh iddia tələbinə xx.xx.2022-ci il tarixli, NN/N785 nömrəli məktubla məhkəməyə etirazını təqdim etmiş və etirazında iddianın təmin edilməsini istisna edən hüquqi və faktiki əsasları sadalamışdır. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin N-ci bəndinə əsasən "NN8-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N2 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "Müharibə veteranı" adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: N) Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. 2) Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı "Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə" ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-3080 nömrəli məktubu və ona əlavə edilmiş əmrdən çıxarışdan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 2N nömrəli əmrindən sıravi İddiaçı döyüş tapşırığı yerinə yetirmək üçün 30 (otuz) gün müddətinə Tərtər şəhərinə ezam olunmuş, ezam müddəti bitdikdən sonra hərbi hissəyə qayıtması və yaxud ezam olunduğu hərbi hissədə xidmətini davam etdirilməsi ilə bağlı məlumatlar (arxiv arayışları) aşkarlanmamışdır. Bundan başqa Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrinin erilməsi üzrə komissiyasının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli 4/3-2573 nömrəli məktubunda Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olan N nömrəli hərbi hissənin 5-ci və 9-cu divionunda aşkar olmadığından iddiaçıya "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmiş və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına cavabdehin xx.xx.2022-ci il tarixli imtinası, Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli, 4/2-467 nömrəli arxiv arayışının surəti, iddiaçıya məxsus НЗ ******* nömrəli hərbi biletin notariat qaydada təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2022-ci il tarixli, NN/N9N4 nömrəli etirazı, Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-3080 nömrəli məktubu, Müdafiə Nazirliyi Hüquq İdarəsinin xx.xx.2022-ci il tarixli NN/247N nömrəli məktubu əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qanunun 3-cü maddəsinin qeydinə əsasən bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda NN8-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Yuxarıda qeyd olunan normaların tələbindən göründüyü kimi, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş zəruri şərtlərdən biri onun qanuni əsaslarla ehtiyata buraxılmasının təsdiq olunması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsidir. Hazırkı iş materialları ilə (arxiv arayışında qeyd olunmuş N nömrəli hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli 24 nömrəli əmrilə) iddiaçının qanuni əsaslarla tərxis olunması aydın görünür. Həmin halla bağlı mübahisə yoxdur. Mübahisə iddiaçının döyüş əməliyyatlarında iştirakı ilə bağlıdır. Müdafiə Nazirinin Katibliyi XN Nazirliyinin Hüquq İdarəsinə ünvanlandığı N3 may 2022-ci il tarixli məktubda iddiaçının hansı müddətlərdə, hansı hərbi hissələrdə xidmət keçməsi xronoloji qaydada təsvir edilmiş, məlumatların şəxsi heyət üzrə əmrlərinə əsasən tərtib edildiyi qeyd olunmuşdur. Məktubdakı məlumatlara görə iddiaçı xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixədək N nömrəli hərbi hissə komandirininin (divizion qeyd olunmamışdır) sərəncamında olmuş, xx.xx.N994-cü il tarixdə Tərtər şəhərinə ezam olunmuş, xx.xx.N996cı il tarixədək sonrakı xidmət göstərilməmiş, xx.xx.N996-cı il tarixdən xx.xx.N997-ci il tarixədək N nömrəli hərbi hissə komandirinin sərəncamında olmuş, sonuncu tarixdə şəxsi heyətin siyahısından çıxarılmışdır. Müdafiə Nazirinin Katibliyinin Müdafiə Nazirliyinin Hüquq İdarəsinə ünvanladığı 27 may 2022-ci il tarixli məktubuna əsasən Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında N nömrəli hərbi hissənin 5-ci və 9-cu divizionları qeyd olunmuş, həmin N nömrəli hərbi hissənin 5-ci və 9-cu ZRD xx.xx.N994-xx.xx.N994-cü il tarixlərdə döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçının adı (hərbi xidməti) həmin N nömrəli hərbi hissənin 5-ci və 9-cu divizonlarında aşkarlanmamışdır. Məhkəmə qeyd edir ki, istinad edilən maddi hüquq normalarının təhlilinə əsasən, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin döyüşlərdə iştirakı vacib şərtdir. Yəni, iddiaçının döyüşən hərbi hissələrdə (yaxud konkret divizionlarında) hərbi xidməti barədə məlumat olmalıdır. Göründüyü kimi iddiaçı ona müharibə veteranı adının verilməsi üçün təqdim edilməsi qanunvericiliklə imperativ qaydada tələb olunan sənədlərə malik deyildir. Ona görə də Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Elyar oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar