Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1432/2024 23.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 X3 etibarnamə üzrə nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 X4 (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı torpaq sahəsinə aid hissədə müsabiqə (hərrac) təşkil etməkdən çəkinmə tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral X1rşı iddia ərizəsi ilə xx.xx.2023-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 X4, İddiaçı ASC-yə yer təki sahəsindən istifadə hüququ verilmiş Azərbaycan SSR Nazirlər Sovetinin 399 saylı, xx.xx.1984-cü il tarixli, “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət Aktına əsasən, 98 ha torpaq sahəsinin Yuxarı Ağcakənd yatağının 6.9 ha torpaq sahəsinə aid hissədə müsabiqə (hərrac) təşkil etməsindən çəkinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 257 nömrəli əmri ilə "Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə"yə uyğun olaraq yaradılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə dağ-mədən işləri, dağ və buruq qazmaları aparılmasına dair İN/L-209/2018 qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli lisenziya verilmişdir. Cəmiyyətin aktivləri, əmlakı, nizamnamə fondu, daimi əsaslarla istifadəsinə verilən torpaq sahəsi, debitor və kreditor borcları müəyyən edilərək özəlləşdirmə planı (emissiya prospekti)nə daxil edilmiş və təstiqlənmişdir. Emissiya prospektinə salınmış, keçmiş Azərbaycan SSR Nazirlər Covetinin 399 saylı, xx.xx.1984-cü il tarixli, "Torpaqdan daimi istifadə hüququna dair" Dövlət Aktına əsasən 98 ha. torpaq sahəsi gips istehsal etmək məqsədilə yalnız indiki ASC-yə ayrılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2023-cü il tarixində Yer təkindən istifadə ilə bağlı 15 dekabr 2023-cü il tarixində saat 15:00-da keçiriləcək hərracı elanı rəsmi vebsaytda yerləşdirilmişdir. Həmin elanda Yuxarı Ağcakənd yatağının 6.9 ha sahəsi hərraca çıxarılmışdır. Müraciətlərdən sonra hərracın keçirilməsi dayandırılmamış, yalnız 29 dekabr 2023-cü il tarixinə təxirə salınmışdır. Yəni hərraca çıxarılan 6.9 ha ərazi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 X5 tərəfindən xx.xx.20283-cü il tarixdə qeydiyyata alınmış dağ-mədən ayırması aktında, həmçinin X8 Komitəsinin Goranboy rayon Şöbəsi tərəfindən verilmiş torpaqdan dalmi istifadə hüququna dair Dövlət Aktında göstərilmiş 98 ha sahəli yatağın tərkib hissəsi olmaqla İddiaçı ASC-nin istifadəsində olan ərazidir ki, bununla bağlı müvafiq hərrac keçiriləcəyi və üçüncü şəxslərə istifadə hüququ veriləcəyi halda onların maraqları əhəmiyyətli şəkildə pozulacaqdır. Hazırda əsas məsələ məhz İddiaçı ASC-nin bilavasitə sahibliyində olan və inzibati orqan tərəfindən müvafiq yerin təkindən istifadə hüququ verilmiş torpaq sahəsi ilə bağlıdır və həmin istifadə hüququ ləğv edilmədən və ya müvafiq müddəti başa çatmadan həmin torpaq sahəsinin hərraca çıxarılmaqla baqa şəxslərə verilməsi tam qanunsuzdur. Həmin hərracın sifarişçisi isə cavabdeh təşkilat olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal X5dir. “Yerin təki haqqında” Azərbaycan Respublikası qanunun 9-cu maddəsinə əsasən, yer təki istifadəçilərinin ayırma hüdudları daxilində yerin təkindən icazədə göstərilmiş fəaliyyət növü üçün istifadə edilməsi hüququ vardır. Hazırkı halda İddiaçı ASC-nin yerin təkindən istifadə hüququ verilmiş torpaq sahəsini başqa şəxsə verilməsi onların hüquqlarının birbaşa pozulması ilə nəticələnir. İş üzrə şifahi məhkəmə baxışı iclası 23 may 2024-cü il tarixə təyin edilmişdir. İş üzrə məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə tərəflərə və üçüncü şəxsə rəsmi məlumat verilmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etmiş, iddiaçı gəlməmiş və üçüncü şəxsin nümayəndəsi isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçı və üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirak etməmələrinə baxmayaraq məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. (Azərbaycan Respublikasının İPM-nin 62.3-cü maddəsi). Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 X3 etibarnamə üzrə nümayəndəsi X9 məhkəmə iclasında izahat verərərək, iddia tələbinin əsassız olduğunu bildirmiş və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edir: -iş materiallarına əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********521100 nömrəli çıxarışdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 0303-Q1-555 əvvəlki dövlət qeydiyyat nömrəsi ilə xx.xx.2003-cü il tarixdə qeydiyyata alınmış və ona ********** VÖEN verilmişdir. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən cavabdeh orqana g[nd’rilmi. xx.xx.2023-cü il tarixli, 3-21-3-46/2-5615/2023 nömrəli məktubdan görünür ki, təqdim edilmiş koordinatların hüdudları daxilində yerləşən 6.99 ha torpaq sahəsi Yuxarı Ağcakənd kənd inzibati ərazisinə aid olmaqla “Torpağın daimi istifadəyə verilməsinə” dair JN-849 saylı dövlət aktı ilə verilmiş 98,0 ha torpaq sahəsinin hüdudları daxilindədir. Torpağın kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. Mülkiyyət növü bələdiyyə, uqodiyası isə təmiz örüş sahəsidir. -iş materiallarına əlavə edilmiş cavabdeh orqan tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-14-19/2-1727/2023 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-14-19/2- 165/2024 nömrəli məktublardan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 399 saylı, xx.xx.1984-cü il tarixli Qərarı ilə verilmiş “Torpaqlardan daimi istifadə hüququna dair” JN- 849 nömrəli dövlət aktında nəzərdə tutulmuş 98 ha torpaq sahəsinin Yuxarı Ağcakənd yatağının 6.9 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla bələdiyyə mülkiyyətinə aiddir. -iş materiallarına əlavə edilmiş Yer təkinin istifadəyə verilməsi ilə bağlı keçirilən hərracın (auksiyon və ya müsabiqə) baş tutmaması barədə 08/56 nömrəli protokoldan görünür ki, Goranboy rayonu ərazisində yerləşən, sahəsi 6.9 ha olan, Goranboy rayonu Yuxarı Ağcakənd gips (sement xammalı) yatağı (Lot-1) 194439.4 (yüz doxsan dörd min dörd yüz otuz doqquz manat qırx qəpik) manat başlanğıc qiyməti ilə hərraca çıxarılmışdır. Lakin mübahisəli məsələ yarandığından sənədlərdə olan uyğunsuzluğun araşdırılması ilə bağlı Yuxarı Ağcakənd gips (sement xammalı) yatağı (Lot-1) hərracı 7 (yeddi) iş günü müddətinə təxirə salınmışdır. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 X4 göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3/2-12827/2023 nömrəli Faydalı qazıntı yatağının yerləşdiyi torpaq sahəsi ilə bağlı məlumatın verilməsi barədə məktubdan görünür ki, təqdim edilmiş koordinatlar daxilində ümumi sahəsi 6.99 ha olan “Yuxarı Ağcakənd” gips yatağının yerləşdiyi torpaq sahəsi Goranboy rayonunun Yuxarı Ağcakənd inzibati ərazi dairəsi daxilində, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yerləşməklə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Təqdim edilmiş koordinatlara əsasən sözügedən torpaq sahəsi JN-849 nömrəli "Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı”nın hüdudları daxilində yerləşir. Təqdim edilmiş koordinatlar daxilində ümumi sahəsi 6.5671 ha olan “Şəmkir” qranodiorit yatağı (sahə-1) Şəmkir şəhərinin inzibati ərazi dairəsi daxilində, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yerləşməklə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Sözügedən torpaq sahəsi xx.xx.2023-cü il tarixli 50401200 nömrəli dövlət reyestrindən çıxarışla Şəmkir bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahəsi üzərində yerləşir. Təqdim edilmiş koordinatlar daxilində ümumi sahəsi 5.0342 ha olan "Şəmkir” qranodiorit yatağı (sahə-2) Şəmkir şəhərinin inzibati ərazi dairəsi daxilində, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yerləşməklə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Torpaq sahələrinin yerdə qalan hissələrinin üzərində yüklülük mövcud deyil və daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeydiyyat aparılmamışdır. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır. Faktiki xarakterli hərəkətlər inzibati orqanın inzibati akt olmayan bütün digər hakimiyyət hərəkətlərini (tədbirlərini) əhatə edir. İlkin olaraq məhkəmə qeyd edir ki, iddia tələbinin mümkünlük məsələsini yoxlayarkən ilk öncə iddiaçının mübahisələndirdiyi Azərbaycan SSR Nazirlər Sovetinin 399 saylı, xx.xx.1984-cü il tarixli Qərarı ilə verilmiş “Torpaqlardan daimi istifadə hüququna dair” JN-849 nömrəli dövlət aktında nəzərdə tutulmuş 98 ha torpaq sahəsinin Yuxarı Ağcakənd yatağının 6.9 ha torpaq sahəsinə aid hissədə hərrac təşkil edilməsindən cavabdeh orqanı çəkindirmək tələbi üçün subyektiv hüququnun olub-olmamasını müəyyən edilməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir: Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, sözügedən 6.99 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla, bələdiyyə mülkiyyətinə aiddir. Bundan başqa, “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun:- -10-cu maddəsinə əsasən, yer təki sahəsi istifadəçisinə yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazə bu Qanunda və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında “Dağ-mədən ayırması” statusunun müəyyən edilməsi şəklində verilir. Dağ-mədən ayırmasının ilkin hüdudları dağ-mədən ayırması statusu verilərkən müəyyən edilir. -13-cü maddəsinə əsasən, yerin təki istifadəyə icazə əsasında bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. Yerin təki istifadəyə hərrac (auksion və ya müsabiqə) və birbaşa danışıqlar əsasında verilir. Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. “Yer təkinin istifadəyə verilməsi üzrə hərracların (auksion və müsabiqələri) keçirilmə Qaydaları”nın:- -1.1-ci maddəsinə əsasən, bu Qaydalar “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 13-cü maddəsinin ikinci hissəsinin birinci cümləsinə uyğun olaraq hazırlanmışdır və yer təkinin istifadəyə verilməsi üzrə hərracın keçirilməsi mexanizmini müəyyən edir. -2.3-cü maddəsinə əsasən, Agentlik hər il hərraca çıxarılması nəzərdə tutulan yer təki sahələrinin siyahısını, o cümlədən Qanuna müvafiq olaraq faydalı qazıntı yataqları yerləşən torpaq sahələrinin ayrılmasına dair torpaq sahiblərindən və aidiyyəti dövlət orqanlarından (qurumlarından) qabaqcadan alınmış razılığı bu Qaydaların 6.3-cü bəndində göstərilmiş hərrac komissiyasına təqdim edir. Məhkəmə qeyd olunan qanunvericilik aktlarının tələblərini hazırki işin hallarına uyğun tətbiq etməklə, qeyd etməyi zəruri hesab edir ki, sözügedən torpaq sahəsi Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1984-cü il tarixli, 399 saylı qərarı ilə torpaqdan daimi istifadə hüququna dair JN 0849 nömrəli Dövlət Aktına əsasən, həmin Aktda qeyd edilən cizgidə göstərilən sərhəd daxilində 98 ha olmaqla İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ayrılmışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2012-ci il tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təsdiq edilmiş ********** qeydiyyat nömrəli Nizamnaməyə əsasən təsis edilmişdir. İş materiallarından müəyyən olunur ki, hərrac komissiyası tərəfindən auksiona çıxarılan torpaq sahəsinə dair yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən, aidiyyəti dövlət orqanlarından qabaqcadan müvafiq razılıqların alınması təmin edilmişdir və həmin torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlərdən göründüyü kimi, Dövlət aktında qeyd olunan torpaq sahəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsinə baxmayaraq, həmin torpaq sahəsinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus olmasını təsdiq edən hər hansı bir qeyd mövcud deyildir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 X4 (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı torpaq sahəsinə aid hissədə müsabiqə (hərrac) təşkil etməkdən çəkinmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 X4 (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı torpaq sahəsinə aid hissədə müsabiqə (hərrac) təşkil etməkdən çəkinmə tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 X4 (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı torpaq sahəsinə aid hissədə müsabiqə (hərrac) təşkil etməkdən çəkinmə tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə (Ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1432/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1432/2024
23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver