Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1433/2021 09.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Şəmkir rayon Qeydiyyat şöbəsinə qarşı ad və soyadın dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Şəmkir rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə 22.06.2021ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir rayon Qeydiyyat şöbəsinin “Doğum haqqında akt qeydləri kitabı”nın 21.06.1984-cü il tarixli 58 nömrəli qeydindəki “Şahlıxzadə” soyadının əvvəlki “Mirzəyev” soyadına, “İbrahim” adının isə əvvəlki “Elvin” adına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının əvvəlki soyadı “Mirzəyev adı isə “Elvin” olmuşdur, Şəmkir rayon Qeydiyyat şöbəsinin “Doğum haqqında akt qeydləri kitabı”nda 21.06.1984-cü il tarixli 58 nömrəli qeydə düzəliş edilərək adının “İbrahim”, soyadının “Şahlıxzadə” yazılması üçün Şəmkir Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2(076)-1050/2011 nömrəli, 22.07.2011-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin olunaraq Şəmkir rayon Qeydiyyat şöbəsinin “Doğum haqqında akt qeydləri kitabı”nda 21.06.1984cü il tarixli 58 nömrəli qeydə düzəliş edilərək X1 “Şahlıxzadə”, adının “İbrahim” kimi qeyd edilməsi və X5 verilmiş doğum haqqında şəhadətnamənin ləğv edilərək ona yeni şəhadətnamənin verilməsi qət edilmişdir. Lakin iddiaçı idarə, müəssisə və təşkilatlara müraciət edərkən, daşınmaz əmlaka dair sənədlərində, nikah haqqında şəhadətnamədə, uşaqların doğum haqqında şəhadətnamədə və digər hüquqi sənədlərdə adı və soyadı əvvəlki Mirzəyev Elvin soyadı ilə qaldığı üçün ona əlavə çətinliklər yaradır. Bu səbəbdən də hazırda əvvəlki ad və soyadına qayıtmaq istəyir. Bununla əlaqədar Şəmkir rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin sonuncu bundan imtina etmişdir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı oğludur, hazırda Rusiya Federasiyasında yaşayır, 2011-ci ildə Rusiya Federasiyasından deportasiya olunduğuna görə ad və soyadını dəyişmişdir. Cavabdeh Şəmkir rayon Qeydiyyat şöbəsi işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Şəmkir rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə göndərilmiş 02.07.2021-ci il tarixli, 05/Q-52/09 nömrəli məktubda qeyd edilmişdir ki, X5 Şəmkir Rayon Məhkəməsinin qətnaməsinə əsasən 03.09.2011-ci il tarixdə adını və soyadını dəyişərək ona İddiaçı kimi AZ-İ № 061317 saylı Adın, soyadın və ata adının dəyişdirilməsi haqqında şəhadətnamə verilmişdir. Şəmkir Rayon Məhkəməsinin 22.07.2011-ci il tarixli qətnaməsinə əsasən Şəmkir rayon qeydiyyat şöbəsində 03.09.2011-ci il tarixdə 04 saylı Soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydi aparılmış, X3 İddiaçı düzəliş edilmişdir. İddiaçı Şəmkir rayon Qeydiyyat şöbəsinə müraciət edərək 21.06.1984-cüı il tarixdə Şəmkir rayon Qaracəmirli kənd lƏD-də tərtib olunmuş 58 saylı doğum haqqında akt qeydində əvvəlki soyadına, adına və ata adına düzəliş edilməsini xahiş etmişdir. Adın, ata adının və soyadın dəyişdirilməsi barədə Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş qaydaların müddəalarına əsasən adını, soyadını və ata adını xoşuna gəlmədiyinə görə dəyişən vətəndaş Qeydiyyat şöbəsinin rəyinə əsasən əvvəlki ad, soy ad və ata adına qayıda bilmir. Ona görə də Şəmkir rayon Qeydiyyat şöbəsi tərəfindən rəy əsasında vətəndaş İddiaçı adının, ata adının və soyadının dəyişdirilməsi mümkün deyildir və Şəmkir rayon Qeydiyyat şöbəsinin imkanı xaricindədir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Şəmkir Rayon Məhkəməsinin 2(076)-1050/2011 nömrəli, 22.07.2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Şəmkir rayon Qeydiyyat şöbəsinin “Doğum haqqında akt qeydləri kitabı”nda 21.06.1984-cü il tarixli 58 nömrəli qeydə düzəliş edilərək X1 “Şahlıxzadə”, adının “İbrahim” kimi qeyd edilməsi və X5 verilmiş doğum haqqında şəhadətnamənin ləğv edilərək ona yeni şəhadətnamənin verilməsi qət edilmişdir. -Şəmkir rayon Qeydiyyat şöbəsinin 02.06.2021-ci il tarixli, 05/Q-2630 nömrəli məktubundan görünür ki, iddiaçının adına və soyadına növbəti dəfə dəyişiklik edilməsinin mümkün olmadığı üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. -Şəmkir rayon Qeydiyyat şöbəsinin 03.06.2021-ci il tarixli 2647 nömrəli arayışının surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdə anadan olmuş, bu barədə 21.06.1984-cü il tarixdə Şəmkir rayon Qaracəmirli kənd icra nümayəndəliyində 58 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı ilk dəfə “Mirzəyev” soyadını hazırki “Şahlıxzadə” soyadına, “Elvin” adını hazırki “İbrahim” adına dəyişdirmiş və yenidən “X8” adına keçirilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.3-cü bəndinə əsasən bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadın dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. -6.24-cü bəndinə əsasən ər-arvadın birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. -6.25-ci bəndinə əsasən atanın öz adının dəyişmədirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o halda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. -6.26-cı bəndinə əsasən hər iki valideyinin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. -6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. -6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istəsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladları ərizəsi təlb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. İstinad olunan Qaydalardan göründüyü kimi 18 yaşına çatmış hər bir vətəndaşa yalnız bir dəfə ad və soyadının dəyişdirilməsi hüququ verilmiş, iddiaçı isə həmin hüququndan artıq istifadə etmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı birinci dəfə ad və soyadını başqa ölkədən deportasiya edildiyinə görə sərhəd buraxılış nəzarətindən yayınmaq məqsədilə dəyişmiş, hazırda da bu məqsədlə dəyişmək niyyətinin olması istisna edilmir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının yenidən ad və soyadının dəyişdirilməsi qanunmüvafiq hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Şəmkir rayon Qeydiyyat şöbəsinə qarşı ad və soyadın dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1433/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1433/2021
09.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver