Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1433/2024 10.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “hərraca görə ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samux rayonu, İnstitut qəsəbəsi ünvanda yerləşən Laboratoriya Korpusunun yarımçıq tikilisinin və onun yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi üçün tərəfindən dövlət büdcəsinə ümumilikdə ödənilmiş 9584 manat məbləğində pulun, 25 faizi, yəni, 2396 manat hissəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlər Xidmətindən, 75 faizi, yəni, 7188 manat hissəsi Azərbaycan Respublikasınn dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən alınıb ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.2007-ci il tarixli Şəhadətnaməsindən görünür ki, Samux rayonu, İnstitut qəsəbəsi ünvanda yerləşən Laboratoriya Korpusunun yarımçıq tikilisinin satın aınması üçün tərəfindən dövlət büdcəsinə 8517 (səkkiz min beş yüz on yeddi) manat məbləğində pul vəsaiti ödənilmişdir. Bununla yanaşı, bu əmlakın alınması üçün tərəfindən əlavə olaraq həmin hesaba 1067 manat məbləğində də pul vəsaiti ödənilmişdir. Lakin, Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasının mənə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Gəncə Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasının balansındakı yarımçıq tikinti olan laboratoriya korpusunun və 1,34 ha torpaq sahəsinin geri qaytarılması, alqı-satqı şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası Samux Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Bundan sonra, Gəncə Apellyyasiya Məhkəməsinin 2(104)-21/2012 saylı, 19 yanvar 2012-ci il tarixli qətnaməsi ilə, Samux Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ləğv edilmiş, Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasının iddia tələbi təmin edilmiş, iddiaçı Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasının cavabdehlər İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Gəncə Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasının balansında olan tikintisi yarımçıq olan labarotoriya korpusunun, 1,34 ha torpaq sahəsinin geri qaytarılması və Nəzərov Cəfər oğluna verilmiş 26 dekabr 2007-ci il tarixli, 002887 saylı, 29 may 2008-ci il tarixli 001290 saylı şəhadətnamələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmişdir. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzə DövlətKomitəsi tərəfindən İddiaçı verilmiş 26 dekbr 2007-ci il tarixli 002887 saylı “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” şəhadətnamə və 29 may 2008-ci il tarixli 001290 saylı “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfiindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satımasına dair” şəhadətnamə etibarsız hesab edilməsi, Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasının balansındakı yarımçıq tikinti olan laboratoriya korpusu və 1,34 ha torpaq sahəsi Azərbaycan X1ytarılması qət edilmişdir. Bundan sonra da, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-21/2012 saylı, 19 yanvar 2012-ci il tarixli icra sənədinin icraatına xitam verilməsi haqqında Samux rayon icra qrupunun 11 yanvar 2013-cü il tarixli təqdimatı əsasında, Samux Rayon Məhkəməsinin 8(58)-02/2013 saylı 28 yanvar 2013-cü il tarixli qərardadı ilə həmin işin icraatına xitam verilmişdir. Bununla əlaqədar olaraq, ayrı-ayrı orqanlara və qurumlara, yuxarı instansiya məhkəmələrinə də olan müraciətləri heç bir nəticə vermədikdən sonra, həmin əmlakın alınması üçün tərəfindən ödənilən pulun geri qaytarılmasını və sonuncu dəfə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Döblət Xidmətinə xx.xx.2022-ci il tarixdə müraciət edərək xahiş etsə də, Əmlak Məsələləri Dövlət Xidmətinin ona ünvanladığı 22 noyabr 2022-ci il tarxli cavab məktubunda aşağıdakılar göstərilmişdir. “Samux rayonu, İnstitut qəsəbəsi ünvanda yerləşən Laboratoriya korpusunun yarımçıq tikilisi və onun yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi üçün ödənilmiş vəsaitin geri qaytarılmasına köməklik göstərilməsi barədə müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, müraciətinizdə qeyd etdiyiniz məhkəmə qətnaməsində ödənilən vəsaitin geri qaytarılması ilə bağlı qərar qəbul edilmədiyi üçün tələb olunan vəsaitin qaytarılması mümkün deyildir. Xahiş edirik müvafiq qərarın qəbul edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət edəsiniz.” Göstərilənlərlə əlaqədar olaraq, Samux rayonu, İnstitut qəsəbəsi ünvanda yerləşən Laboratoriya Korpusunun yarımçıq tikilisinin və onun yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi üçün tərəfindən dövlət büdcəsinə ümumilikdə ödənilmiş 9584 manat məbləğində pulun, cavabdeh-Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Məsələləri Xidməti tərəfindən ona geri qaytarılması barədə qətnamə qəbul ediməsi xahiş edilmişdir. Bununla bağlı məhkəmə prosesində, cavabdehin nümayəndəsi tələb olunan pul məbləğinin 25 faizinin iddiaçıya ödənilməsi öhdəliyi onların üzərində, 75 faizi isə Maliyyə Nazirliyinin üzərində olduğunu göstərdiyindən, iddia tələbi dəqiqləşdirilərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh qismində işə cəlb edilməsi və iddia tələbinin 75 faizinin Maliyyə Nazirliyi, 25 faizinin isə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Məsələləri Xidməti tərəfindən ona geri qaytarılması barədə qətnamə qəbul ediməsi xahiş edilmişdir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin e-2(011)-718/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı tərəfindən ödənilmiş 9584 manat pulun 25 faizi, yəni, 2396 manat hissəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən, 78 faizi, yəni, 7188 manat hissəsi Azərbaycan Respublikasınn dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən alınıb iddia İddiaçı ödənilməsi qərara alınmışdır. Bu qətnamədən cavabdeh Maliyyə Naziriyi tərəfindən apellyaiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6226/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, İş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin e-2(011)-718/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmiş və iddiaçıya izah edilmişdir ki, onun mübahisə üzrə aidiyyatı üzrə səlahiyyətli inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərlə əlaqədar olaraq, Samux rayonu, İnstitut qəsəbəsi ünvanda yerləşən Laboratoriya Korpusunun yarımçıq tikilisinin və onun yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi üçün tərəfindən dövlət büdcəsinə ümumilikdə ödənilmiş 9584 manat məbləğində pulun, 25 faizi, yəni, 2396 manat hissəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlər Xidmətindən, 75 faizi, yəni, 7188 manat hissəsi Azərbaycan Respublikasınn dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən alınıb İddiaçı ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddianın mümkünlük şərtləri yoxlanılmış, İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, zəruri sənədlər toplanılmış və iş üzrə şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Cavabdeh Maliyyə Nazirliyi iddia ərizəsinə etiraz edərək bildiririk ki, qeyd olunan tələb əsaslı olmadığından rədd edilməlidir. Belə ki, İddiaçı Samux rayonu, İnstitut qəsəbəsi ünvanda yerləşən Laboratoriya Korpusunun yarımçıq tikilisinin və onun yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi üçün onunla AR ƏMDK arasında alqı-satqı müqaviləsi imzalanmışdır. Lakin sonradan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı olaraq, İddiaçı hüquqlarının pozulduğunu iddia edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdin etibarsızlığını tənzimləyən 337.5-ci maddəsində göstərilmişdir ki, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərin hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə geri qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bu hüquq münasibətlərində tərəflər İddiaçı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir. Bu baxımdan iddia ərizəsi Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən sözügedən hərracla bağlı heç bir iştirak və qanunsuzluq halları mövcud olmadığı, Maliyyə Nazirliyi hərracı təşkil etmədiyinə görə iddia tələbi Maliyyə Nazirliyinə yönəldilə bilməz. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 1.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurum olması qeyd olunur. Göründüyü kim əmlakın özəlləşdirilməsi və digər bu kimi xidmətlər Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır. Qeyd olunanlara əsasən iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3/2-8304/2024 nömrəli etirazdan qeyd edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 yanvar 2012-ci il tarixli 2(104)-21/2012 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasının cavabdehlər İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinə qarşı "Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasının balansında . 7 i”” . o “boratonya korpusu və 1.34 ha torpaq sahəsinin geri qaytarılması, verilmiş 26 dekabr 2007-ci il tarixli 002887 saylı, 29 may 2008-ci il tarixli 001290 saylı şəhadətnamələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş və “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına” dair 29 may 2008-ci il tarixli 001290 saylı şəhadətnamə etibarsız hesab edilmiş, yarımçıq tikinti olan laboratoriya korpusu və 1.32 ha torpaq sahəsinin Azərbaycan X1ytarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 8 iyun 2012-ci il tarixli, 2(102)-1733/12 saylı qərarına əsasən cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və İddiaçıh Cəfər oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bundan başqa, iddiaçının Samux rayonu, İnstitut qəsəbəsi ünvanında yerləşən Laboratoriya korpusunun yarımçıq tikilisi və onun yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi üçün ödənilmiş vəsaitin geri qaytarılmasına köməklik göstərilməsi barədə müraciətinə Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********08 nörmrəli məktubu ilə cavab verilərək məhkəmə tərəfindən ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı qərar qəbul edilmədiyi üçün tələb olunan vəsaitin geri qaytarılması ilə əlaqədar məhkəməyə müraciət olunması iddiaçıya bildirilmişdir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 30-cu maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qaydasında həll edilir. Qanunvericilikdən göründüyü kimi, dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar ödənilmiş pul vəsaiti dövlət büdcəsinə köçürülür və Əmlak Məsələləri Dövlət Xidməti dövlət büdcəsinə ödənilmiş vəsaitin iddiaçıya qaytarılması səlahiyyətinə malik qurum deyildir. Qeyd edilən səbəbdən, iddiaçı tərəfindən yuxarıda qeyd edilən əmlakın özəlləşdirilməsinə görə dövlət büdcəsinə ödənilmiş 9584 (doqquz min beş yüz səksən dörd) manat vəsait Qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətli dövlət orqanı tərəfindən dövlət büdcəsindən iddiaçıya qaytarıla bilər. Bundan əlavə iddiaçı iddia tələbi üzrə iddia müddətlərini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsində qeyd olunur ki, ümumi iddia müddəti 10 il müəyyən edilmişdir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Beləliklə, Samux rayonu, İnstitut qəsəbəsi ünvanında yerləşən Laboratoriya Korpusunun yarımçıq tikilisinin və onun yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsi tarixindən 10 ildən çox vaxt keçdiyindən, iddiaçı müvafiq tələbin irəli sürülməsi üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Qeyd edilənlərin nəzərə alaraq, həmçinin iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmənin əvvəlki iclasında işrirak edən iddiaçı iddia ərizəsin uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görəhazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - iddiaçıya məxsus AZE seriyalı ********* №li şəxsiyyət vəsiqəsinin surəti; Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(011)-718/2023 saylı qətnaməsi; Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-6226/2023 saylı qərardadı; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-3/2-6189/2024 saylı məktubu. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin açıq hərracda satışını təşkil etdiyi qeyri-yaşayış sahəsini iddiaçı satın almış və həmin əmlaka görə ümumilikdə 9584 manat məbləğini ödəmişdir, lakin sonradan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında həmin əmlakın hərraca dair protokolu, alqı-satqı müqaviləsi və reyestrdən çıxarışı etibarsız hesab edilmişdir. Hazırda iddiaçı hərrac nəticəsində ona satılmış əmlaka görə ödədiyi ümumilikdə 9584 manat məbləğinin cavabdehlər tərəfindən ona qaytarılmasını tələb edir. Məhkəmə tərəfindən araşdırmalı hal odur ki, hərracın və hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsız sayılması zamanı, şəxsin ümumiyyətlə müqavilə predmeti üçün ödənilən vəsaiti tələb etmək hüququna malik olub-olmaması və bu halın hansı normativ hüquqi aktlar əsasında tənzimlənməli olması müəyyənləşdirilməlidir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi-dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsində əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydaları”nın 1-ci bəndinə əsasən, bu Qaydalar “Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasında dövlətəmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na (bundan sonra - İİ Dövlət Proqramı) uyğun olaraq hazırlanmışdır və özəlləşdirmədən əldə olunan vəsaitin AzərbaycanRespublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən, özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və onların səhmlərinin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir. Özəlləşdirmədən əldə olunan pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir. Həmin Qaydaların 4-cü bəndinə əsasən, ödəmə məbləği alıcı tərəfindən özəlləşdirilən obyektin satış şərtlərinə uyğun olaraq dövlət büdcəsinə köçürülür. Həmin Qaydaların 8-ci bəndinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin uçotunun aparılmasını və onun dövlət büdcəsinə köçürülməsinin təmin edilməsini, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistikhesabatların tərtib olunmasını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 8.22-ci bəndinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə artıq ödənilmiş vergilərin və qeyri-vergi ödənişlərinin dövlət büdcəsindən qaytarılmasını həyata keçirmək cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vəzifələrinə aiddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.2-ci maddəsinə əsasən, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 575.2-ci maddəsinə əsasən satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə, alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Həmin Məcəllənin 452.2-ci maddəsinə əsasən, kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi, qeyri-yaşayış sahəsi hərracda iddiaçı tərəfindən satın alınmış və ümumilikdə 9584 manat haqq ödənilməklə alqı-satqısı həyata keçirilmişdir. Daha sonra qanuni qüvvədə olan məhkəmə qətnaməsi əsasında hərrac protokolu, alqı-satqı müqaviləsi və reyestrdən çıxarış etibarsız sayılmışdır. İddiаçı özəlləşdirilmiş əmlaka görə pul vəsaitini dövlət büdcəsinə köçürmüş, hərrac protokolu ləğv edildiyindən, əmlak iddiaçıya təqdim edilmədiyindən tərəflərin əvvəlki vəziyyəti bərpa edilməli, iddiaçının ödədiyi pul vəsaiti ona qaytarılmalıdır. Ödənilmiş vəsaitin dövlət büdcəsindən qaytarılması ilə bağlı isə cavabdeh qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə yanaşı, həmçinin,Azərbaycan Respublikasının Maliyyə Nazirliyi də çıxış etməldiir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 13.1-ci bəndində qeyd edilir ki, özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və səhmlərin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir. Özəlləşdirmədən əldə olunmuş pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil olur (13.2-ci bənd). Dövlət əmlakının özəlləşdirilməsində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinin ödənilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına bu vəsaitin 25%-i həcmində ayırmalar nəzərdə tutulur. Qeyd edilən normaya əsasən qətnamə icra edilərkən ödənilmiş 9584 manatın 25 % hissəsi Əmlak Məsələləri Dövlət Komitəsindən, qalan 75 % hissəsi isə Dövlət büdcəsi hesabına Maliyyə Nazirliyindən alınmalıdır. Azərbaycan Respublikası İPM-nin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Samux rayonu İnstitut qəsəbəsi ünvanında yerləşən Laboratoriya Korpusunun yarımçəq tikilisinin və onun yerləşdiyi torpaq sahəsininin özəlləşdirilməsi üçün ödənilən 9584 manat pul vəsaitinin iddiaçıya qaytarılması vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (məbləğin 25% hissəsində) və Dövlət büdcəsi hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (məbləğin 75% hissəsində) həvalə edilməlidir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34cü, 68-ci, 69-cu, 85-ci mаddələrini rəhbər tutаrаq, Məhkəmə qərara aldı: İddia təmin edilsin. Samux rayonu İnstitut qəsəbəsi ünvanında yerləşən Laboratoriya Korpusunun yarımçəq tikilisinin və onun yerləşdiyi torpaq sahəsininin özəlləşdirilməsi üçün ödənilən 9584(doqquz min beş yüz səksən dörd) manat pul vəsaitinin İddiaçı qaytarılması vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (məbləğin 25% hissəsində) və Dövlət büdcəsi hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (məbləğin 75% hissəsində) həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar şikayət verilmədiyi və ya şikayətin geri götürüldüyü gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1433/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1433/2024
10.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver