Məhkəmə qərarları › İş №2-1(114)-1434/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1434/2020

24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1434/2020 24.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsi) qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı müharibə iştirakçısı kimi ona müharibə veteranı adının verilməsi üçün Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya ərizə ilə müraciət etmiş, lakin həmin komissiya onun barəsində müsbət qərar qəbul edilmədiyini qeyd edərək tələbini təmin etməmişdir. Bununla razılaşmayan iddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsi) qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.N75-ci il tarixdə Gədəbəy rayonunun Arıxdam kəndində anadan olmuşdur. xx.xx.N94-cü il tarixdən xx.xx.N97-ci il tarixədək Fizuli rayonunun Horadiz qəsəbəsində yerləşən N saylı hərbi hissədə və Gədəbəy rayonu ərazisində yerləşən N saylı hərbi hissədə və həmin ərazidə gedən döyüşlərdə pulemyotçu kimi iştirak etmişdir. xx.xx.N97-ci il tarixə kimi Gədəbəy ərazisində gedən döyüşlərdə, Ala Göllər, Perval, Qartal 1, Qartal 2 yüksəkliklərində eləcə də, Başkənd, Mutudərə, Qaravəllər, Hacılar və Novo-ivanovka kəndi uğrunda gedən döyüşlərdə N97-ci il tarixədək qulluq etmişdir. O, N94-N97-ci illərdə döyüşlərdə iştirak etməyi ilə bağlı o zamankı rəhbər vəzifədə işləyən dövlət məmurları aparmış qeydlər düzgün aparılmamış bunun nəticəsi olaraq ona müharibədə iştirak etməyinə görə veteran vəsiqəsi verilməsindən imtina edilmişdir. O, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, müraciəti əsasında Müdafiə Nazirliyinin İşlər X4 İdarəsi tərəfindən ilkin olaraq xx.xx.2018-ci il tarixli, 9/2-26227 saylı məktubları göndərilmiş və həmin məktublarda onun hansı tarixdən hansı tarixədək hansı hərbi hissələrdə qulluq etməyi qeyd edilmişdir. Lakin müharibə iştirakçılarına verilmiş vəsiqə verilən zaman onun adı həmin siyahıya salınmamışdır. Nəticədə bugünkü günü onların qanunla qorunan hüquqları pozulmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə xx.xx.2020-ci il tarixli etiraz ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsinə əlavə edilmiş Müdafiə Nazirliyinin İşlər X2 xx.xx.2018-ci il tarixli, 9/2-2627-nömrəli arxiv arayışından məlum olmuşdur ki, İddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, 88 nömrəli əmri ilə qazan təminatından çıxarılmışdır. Uzun müddət ərzində (atəşkəs tarixinə kimi olan dövr daxil olmaqla) hərbi hissəni özbaşına tərk etmiş iddiaçı Müdafiə nazirinin 05,09.N94-cü il tarixli əmrinə əsasən və N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, 225 nömrəli əmri ilə şəxsi heyətin siyahısından, bütün təminat növlərindən çıxarılaraq sənədləri Pereküşkül şəxsi heyətin qəbul məntəqəsinə göndərilmişdir. Bu fakt isə iddiaçının xx.xx.N94-cü il tarixdən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsinin özbaşına dayandırılmasını təsdiq etməklə müharibə veteranı adınını və müvafiq veteran vəsiqəsini almaq hüququnu istisna edir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehə və üçüncü şəxsə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Cavabdehin nümayəndəsinin və üçüncü şəxsin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlmədiklərinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər və üçüncü şəxs təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdur (Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2. maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. iddia inzibati aktın qəbul edilməsindən imtina barədə müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində verilməlidir (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 35.1, 38.1 maddələri). Məhkəmə hesab edir ki, iddiaçının məcburetmə haqqında iddiası mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx xxxxxx 2018-ci il tarixli, 9/2-2627 nömrəli arxiv arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, 5 nömrəli nizami hissə üzrə əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmiş, Gədəbəy RHK-dan çağırılmış, N75-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, 68 №-li nizami hissə üzrə əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, 69 №-li nizami hissə üzrə əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək pulemyotçu vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, 88 №-li nizami hissə üzrə əmrində (əmrdə atasının adı tam yazılmamışdır) İddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün qazan təminatından çıxarılması barədə məlumat vardır. Hərbi hissəni özbaşına tərk etdiyi üçün sıravi İddiaçı Müdafiə nazirinin xx.xx.N94-cü il tarixli müvafiq əmrinə əsasən N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, 225 №-li nizami hissə üzrə şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq sənədləri Pereküşkül ŞHQM-nə göndərilmişdir. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında Gədəbəy RHK-dan çağırılmış İddiaçı hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, 108 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, 108 №-li əmrində İddiaçı şəxsi heyətin siyahısına daxil edilməsi barədə məlumat aşkar edilməmişdir. Müdafiə nazirinin xx.xx.N97-ci il tarixli müvafiq əmrinə əsasən ehtiyyata tərxis olunduğu üçün əsgər İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N97-ci il tarixli, 287 №-li nizami hissə üzrə əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Gədəbəy RHK-na göndərilmişdir. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin xx xxxxxxx 20N-cu il tarixli, 382 nömrəli arayışından görünür ki, N75-ci il təvəllüdlü İddiaçı, həqiqətən xx.xx.N94-cü il tarixdən xx.xx.N97-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 9/2-7867 nömrəli, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Gədəbəy RHK-dan çağırılmış, N75-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin 07.01,N94-cü il tarixli, 5 №-li əmrilə V motoatıcı taborun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmiş, Gədəbəy RHK-dan çağırılmış, N75-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, 68 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, 69 №-li əmrilə 1 MAT-un, 4 MAB-ın şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək, “pulemyotçu” vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, 88 №-li əmrində (əmrdə atasının adı tam yazılmamışdır) hərbi hissəni özbaşına tərk etdiyi üçün İddiaçı qazan təminatından çıxarılması barədə məlumat vardır. Hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx xxxxx N94-cü il tarixli, 95 №-li əmrilə (əmrdə adı Şahlar yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, müvəqqəti olaraq xidməti vəzifəsinin icrasına buraxılmışdır. Hərbi hissəni özbaşına tərk etdiyi üçün sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx xxxx N94-cü il tarixli, 139 №-li əmrilə xx.xx.N94-cü il tarixdən qazan təminatından çıxarılmışdır. Hərbi hissəni özbaşına tərk etdiyi üçün sıravi İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N94-cü il tarixli müvafiq əmrinə əsasən, N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, 225 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, sənədləri Perekeşkül ŞHQM-nə göndərilmişdir. N №li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında Gədəbəy RHK-dan çağırılmış İddiaçı komandirin xx.xx.N94-cü il tarixli, 108 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N97-ci il tarixli müvafiq əmrinə əsasən, ehtiyata tərxis edildiyi üçün komandirin xx.xx.N97-ci il tarixli, 287 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, 108 №-li əmrində İddiaçı şəxsi heyətin siyahısına daxil edilməsi barədə məlumat aşkar olunmamışdır. İV taborun (ştatdan kənar) sıravisi İddiaçı N №-li hərbi hissə komandirinin xx xxx N94-cü il tarixli, 56 №-li əmrilə bərpa edilərək, PDB bölüyündə “atıcı” vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, 97 №-li əmrində (əmrdə atasının adı tam yazılmamışdır) döyüş bölgəsində olduğuna görə PDM taborunun İ bölüyünün snayperi, sıravi İddiaçı İ. oğlunun may ayı üçün 3 (üç) qat əmək haqqı alması barədə məlumat vardır. Vİ taborun sıravisi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N95-ci il tarixli, 353 №-li əmrilə ailə vəziyyəti ilə əlaqədar olaraq məzuniyyətə buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N97-ci il tarixli müvafiq əmrinə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunduğu üçün İ MAT-un əsgəri İddiaçı N №-li hərbi hissə komandirinin xx xxxxxxx N97-ci il tarixli, 287 №-li əmrilə (əmrdə hərbi rütbəsi əsgər yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, qeydiyyata düşmək üçün Gədəbəy RHK-na göndərilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçının müxtəlif bəhanələrlə xidmətdən yayındığını və hərbi hissəni özbaşına tərk etdiyini əsas gətirərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etsə də, bunun hüquqi nəticəsini əks etdirən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə arxiv arayışlarında iddiaçının hərbi hissəni özbaşına tərk etdiyi üçün N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 225№-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, sənədləri Pereşkül ŞHQM-nə göndərilməsi qeyd olunsa da, N№ hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında xx.xx.N94-cü il tarixli 108№-li əmrlə iddiaçının şəxsi heyətin siyahısına daxil edilməsi və N №-li hərbi hissə komandirinin xx xxxxxxx N97-ci il tarixli, 287 №-li əmrilə (əmrdə hərbi rütbəsi əsgər yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, qeydiyyata düşmək üçün Gədəbəy RHK-na göndərilməsi müəyyən edilmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. X3 3-cü maddəsinin «Qeyd» hissəsində müharibə veteranı sayılmasının istisna edən hallar müəyyən edilərək göstərilmişdir ki, «bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir». Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Adıçəkilən Əsasnamənin 1-ci maddəsinin qeydində göstərilmişdir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx xxxxxxxx 2020-ci il tarixli, 351-170A-3220 nömrəli arayışından görünür ki, İddiaçı məhkumluğu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarında məlumat yoxdur. Yəni iddiaçı hərbi xidmət əleyhinə cinayət törətməmiş, cinayət məsuliyyətinə cəlb olunmamışdır. Göründüyü kimi iddiaçının müharibə veteranı sayılması üçün «Veteranlar haqqında» Qanunda müəyyən edilmiş şərtlər mövcuddur. Lakin cavabdeh iddiaçıya «Müharibə veteranı» adının verilməsindən imtina etmiş və imtinasını yuxarıda açıqlanan məzmunda əsaslandırmışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İPM-in 14-cü maddəsində inzibati məhkəmə icraatında baxılan iddia növləri üzrə tərəflərin sübut etmə vəzifələri dəqiqləşdirilmişdir. İPM-in 14.2-ci maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilələrdən müdafiəyə dair iddialar üzrə belə müdaxilələri zəruri edən faktik şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normaların tələbləri baxımından iddiaçı «Müharibə veteranı» adının verilməsi üçün zəruri olan ilkin sübutları, yəni hərbi hissədə xidmət etməsini və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu təsdiq edən sübutları təqdim etmişdir. İşin bu vəziyyətində, İPM-in 14.3-cü maddəsinə əsasən, iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, istər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının qanuni əsaslarla ehtiyyata buraxılmasını təkzib edən hər hansı bir sübut yoxdur, əksinə iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi və qanuni əsaslarla ehtiyata buraxılması iş materiallarında öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bunun əksi şəxsin hüquqlarının inzibati və məhkəmə təminatının nəzərdə tutulduğu Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin tələblərinin pozulmasına səbəb olardı. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsi qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar