Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1435/2024 10.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Tibb Universitetinə qarşı əmrin ləğv edilməsi və Universitetə bərpa olunması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı atası olan nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi) qarşı Cavabdeh rektorunun xx.xx.2022ci il tarixli 4/T nömrəli əmrinin ləğv edilməsi və onun Cavabdeh Hərbi Tibb Fakültəsinə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Cavabdeh 468/T nömrəli əmrdən çııxarışına əsasən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin 06/Q saylı xx.xx.2018-ci il tarixli əmri nəzərə alınaraq “Hərbi həkim işi” ixtisasına qəbul olmuş İddiaçı 2018/2019-cu tədris ilində Azərbaycan Tibb Universtitenin Hərbi Tibb Fakültəsinin İ kurs tələbəsi hesab edilmişdir.
2. İV kurs 618A2a qrupunun tələbəsi İddiaçı İİ kursun İ semestrindən İV kursun 8-ci semestrinə qədər (Topoqrafik anatomiya fənnindən - 4 kredit, Operativ cərrahiyyə fənnindən-3 kredit, Patoloji fiziologiya-1-2 fənnindən 8 kredit, Patoloji anatomiya 1-2 fənnindən 8 kredit, Ümumi cərrahiyyə fənnindən-6 kredit, Ginekologiya fənnindən 3 kredit, Daxili xəstəliklər 1-2 fənnindən - 10 kredit, Endokrinologiya fənnindən 3 kredit, Uşaq xəstəlikləri-1 fənnindən 4 kredit, Neyrocərrahlıq fənnindən 3 kredit, Oftalmologiya fənnindən 3 kredit, Ağ ciyər xəstəlikləri fənnindən 4 kredit, Psixiatriya fənnindən 5 kredit) 16 fənndən 64 kredit akademik borcu qalmışdır.
3. İddiaçı 2020/2021-ci tədris ilinin yaz semestrində (xx.xx.2021-ci il tarixli 141/T nömrəli əmrlə), 2021/2022-ci tədris ilinin payız və yaz semestrlərində (xx.xx.2021-ci il tarixli 506/T nömrəli və xx.xx.2022-ci il tarixli 88/T nömrəli əmrlərlə) akademik borcu olan olan fənlərdən (Patoloji anatomiya-1, Patoloji fiziologiya-1, topoqrafik anatomiya) təkrar dinləmə dərslərinə göndərilmiş, lakin dərslərdə iştirak etmədiyi üçün dərsə davamiyyətsizlik səbəbilə həmin fənlərdən akademik borcu ödəməmişdir.
4. Cavabdeh rektorunun xx.xx.2022-ci il tarixli 4/T nömrəli əmri ilə Azərbaycan Respublikası Müdafiə nazirinin 21 yanvar 2004-cü il tarixli 34 nömrəli əmri ilə təsdiq edilmiş "Cavabdeh Hərbi Tibb Fakültəsi haqqında Əsasnamə”nin 4-cü bölmə 9-cu bəndi və Hərbi Tibb Fakültəsi rəisinin raportuna əsasən İddiaçı Hərbi Tibbi Fakültəsindən xaric edilməklə, tələbə siyahısından çıxarılmışdır.
5. Cavabdeh Hərbi Tibb Fakültəsinin xx.xx.2022-ci il tarixli 1504 nömrəli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 31 mart 2022-ci il tarixli əmrinə əsasən Hərbi Tibb Fakültəsinin Hərbi həkim hazırlığı kursunun tələbələri Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında yekun tibbi şəhadətləndirilməyə cəlb olunmuş, hərbi həkim işi ixtisası üzrə İV kurs tələbəsi İddiaçı şəhadətləndirilmənin nəticəsini Hərbi Tibb Fakültəsinə təqdim etməmişdir. Daha sonra o, hərbi həkim komissiyasının qərarından şikayət etmiş, bu barədə Milli Müdafiə Universitetinə müraciət etmişdir. Milli Müdafiə Universitetindən Hərbi Tibb Fakültəsinə daxil olmuş xx.xx.2022-ci il tarixli məktuba əsasən İddiaçı təkrar şəhadətləndirilməsi üçün yekun tibbi müayinə kartası (Forma 8) hazırlanaraq onun təkrar tibbi şəhadətləndirilmədən keçməsi üçün mobil telefonla məlumat verilmişdir. Lakin İddiaçı xx.xx.2022-ci il tarixinə qədər Fakültəyə gəlməmişdir. Bu barədə Milli Müdafiə Universitetinin rektoruna məktubla məlumat verilmişdir (xx.xx.2022-ci il tarixdə). Daha sonra tələbə İddiaçı yekun tibbi müayinə kartasını (Forma 8) götürərək müayinə üçün getmiş, lakin dəfələrlə Hərbi Tibb Fakültəsinin rəisi, Hərbi Tibb Fakültə rəisinin tədris işləri üzrə müavini, Hərbi Tibb Fakültə rəisinin hüquq işləri üzrə köməkçisi, Tədris şöbə rəisinin elmi işlər üzrə müavini tərəfindən mobil telefonla məlumat verilməsinə baxmayaraq xx.xx.2022-ci il tarixinə qədər (bir aydan artıq vaxt keçməsinə baxmayaraq) şəhadətləndirilməni yekunlaşdırmamışdır. xx.xx.2022-ci il tarixində Hərbi Tibb Fakültəsi rəisinin hüquq işləri üzrə köməkçisi mobil telefonla ona zəng etmiş, o isə bazar ertəsi (xx.xx.2022-ci il tarixində) Fakültəyə gələcəyini bildirərək yalan məlumat vermiş, bu günə qədər Fakültəyə gəlməmiş və ya tələbənin tibbi müayinə kartasını (Forma 8) yekunlaşdıraraq çatdırmamışdır. Tələbənin təhsili ilə əlaqədar bildirilir ki, İV kurs 618A2a qrupunun tələbəsi İddiaçı, 2018-ci ildə Cavabdeh Hərbi Tibb Fakültəsinə 516 balla qəbul olmuşdur. İl kursun İ semestrindən İV kursun 8-ci semestrinə qədər (Topoqrafik anatomiya fənnindən - 4 kredit, Operativ cərrahiyyə fənnindən-3 kredit, Patoloji fiziologiya-1-2 fənnindən 8 kredit, Patoloji anatomiya 1-2 fənnindən 8 kredit, Ümumi cərrahiyyə fənnindən-6 kredit, Ginekologiya fənnindən 3 kredit, Daxili xəstəliklər 1- 2 fənnindən - 10 kredit, Endokrinologiya fənnindən 3 kredit, Uşaq xəstəlikləri-1 fənnindən 4 kredit, Neyrocərrahlıq fənnindən 3 kredit, Oftalmologiya fənnindən 3 kredit, Ağ ciyər xəstəlikləri fənnindən 4 kredit, Psixiatriya fənnindən 5 kredit) 16 fənndən 64 kredit akademik borcu qalmışdır. Tələbə 2020/2021-ci tədris ilinin yaz semestrində (xx.xx.2021ci il tarixli 141/T nömrəli əmrlə), 2021/2022-ci tədris ilinin payız və yaz semestrlərində (xx.xx.2021-ci il tarixli 506/T nömrəli və xx.xx.2022-ci il tarixli 88/T nömrəli əmrlərlə) akademik borcu olan olan fənlərdən (Patoloji anatomiya-1, Patoloji fiziologiya-1, topoqrafik anatomiya) təkrar dinləmə dərslərinə göndərilmiş, lakin dərslərdə iştirak etmədiyi üçün dərsə davamiyyətsizlik səbəbilə həmin fənlərdən akademik borcu ödəməmişdir. Tələbənin təhsildə müvəffəqiyyətsizliyi və akademik borcu ödəməyə istəksizliyi nəzərə alınaraq Azərbaycan Respublikası Müdafiə nazirinin 21 yanvar 2004-cü il tarixli 34 nömrəli əmri ilə təsdiq edilmiş "Cavabdeh Hərbi Tibb Fakültəsi haqqında Əsasnamə"nin 4-cü bölmə 9-cu maddəsinə əsasən Cavabdeh üzrə xx.xx.2022-ci il tarixli 4/T nömrəli əmrlə Hərbi Tibb Fakültəsindən xaric edilmişdir. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 21 yanvar 2004 cü il tarixli 34 nömrəli əmri ilə təsdiq edilmiş "Cavabdeh Hərbi Tibb Fakültəsi haqqında Əsasnamə"nin 4-cü bölmə 9-cu maddəsinə əsasən Hərbi Tibi Fakültəsindən xaric olunmuş tələbə və kursantlar yenidən Fakültəyə bərpa oluna bilməzlər.
6. Azərbaycan Republikası Elm və Təhsil Nazirliyi tərəfindən X5 ünvanlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarda bildirilmişdir ki, İddiaçı 2018/2019-cu tədris ilində Cavabdeh Hərbi Tibb Fakültəsinə 516 balla qəbul olmuşdur. İddiaçı tədris aldığı dövrdə 16 fənndən 64 kredit akademik borcu qalmışdır. O, 2020/2021-ci tədris ilinin yaz semestrində (xx.xx.2021-ci il tarixli 141/T nömrəli əmrlə), 2021/2022-ci tədris ilinin payız və yaz semestrlərində (xx.xx.2021-ci il tarixli 506/T nömrəli və xx.xx.2022-ci il tarixli 88/T nömrəli əmrlərlə) akademik borcu olan fənlərdən təkrar dinləmə dərslərinə göndərilmiş, lakin dərslərdə iştirak etmədiyi üçün dərsə davamiyyətsizlik səbəbi ilə həmin fənlərdən akademik borcu ödəməmişdir. Onun təhsildə müvəffəqiyyətsizliyini və akademik borcu ödəmək istəyi olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Müdafiə nazirinin 21 yanvar 2004-cü il tarixli 34 nömrəli əmri ilə təsdiq edilmiş "Cavabdeh Hərbi Tibb Fakültəsi haqqında Əsasnamə"nin 4-cü bölmə 9-cu maddəsinə əsasən Cavabdeh üzrə xx.xx.2022-ci il tarixli 4/T nömrəli əmrlə Hərbi Tibb Fakültəsindən xaric edilmişdir. Həmin Əsasnaməyə əsasən Hərbi Tibb Fakültəsindən xaric olunmuş tələbə və kursantlar yenidən Fakültəyə bərpa oluna bilməzlər. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar"ına əsasən ölkə daxilində bakalavriat səviyyəsində, əsas (baza ali) tibb təhsilində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma fotmasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın. DİM tərəfindən keçirilən qəbul imtahanlarında İddiaçı topladığı bal (700 ballıq şkala üzrə 516 bal) qəbul olduğu ildə bərpa olunmaq istədiyi Cavabdeh “Tibb” ixtisası üzrə minimal keçid balından (700 ballıq şkala üzrə 606 bal) az olduğu üçün onun bərpa olunması mümkün deyildir. Bununla yanaşı, həmin Qaydaların 1.8-ci bəndinə əsasən İddiaçı Cavabdehnə bərpası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin razılığı ilə keçirilə bilər. İddiaçı topladığı bala uyğun müvafiq ali təhsil müəssisəsi və ixtisas seçdiyi təqdirdə, onun qış tətili dövründə bərpası məsələsinə yenidən baxıla bilər.
7. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin iddiaçının nümayəndəsi X5 ünvanladığı A-14468/07/11-24 nömrəli məktubda bildirilmişdir ki, Nazirliyin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb ndə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət rülməsinə dair Qaydalar"a əsasən Azərbaycan Respublikasının ali təhsil müəssisəsindən xaric olunmuş şəxsin həmin ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında qış və ya yay tətili müddətində ali təhsil müəssisəsinin rektorunun əmri ilə həyata keçirilir. Bütün digər hallarda tələbənin bərpası Elm və Təhsil Nazirliyinin razılığı ilə ali təhsil müəssisəsinin vəsatəti əsasında həyata keçirilir. Eyni zamanda bildirilir ki, Qaydalara əsasən dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin oundan sonra - "qurum") tabeliyində olan dövlət ali təhsil müəssisələrinə tələbələrin köçürülməsi və bərpası zamanı həmin müəssisənin tabe olduğu qurumun da razılığı tələb olunur. Bu səbəbdən övladının Cavabdehnə (ATU) bərpası məsələsinə yalnız Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin razılığı ilə ATU-nun müraciəti əsasında yenidən qış tətili müddətində baxıla bilər.
8. İddiaçı Cavabdeh üzrə xx.xx.2022-ci il tarixli 4/T nömrəli əmrin ləğv edilməsi və onun Cavabdeh Hərbi Tibb Fakültəsinə və ya ödənişli əsaslarla Cavabdeh Tibb Fakültəsinə (əvvəlki Müalicə-profilaktika Fakültəsi) bərpa olunması üçün Cavabdehnə müraciət etmiş və onun müraciətinə xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, o, 2018/2019-cu tədris ilində Cavabdeh Hərbi Tibb Fakültəsinə 516 balla qəbul olmuşdur. İl kursun İ semestrindən İV kursun 8-ci semestrinə qədər (Topoqrafik anatomiya fənnindən-4 kredit, Operativ cərrahiyyə fənnindən-3 kredit, Patoloji fiziologiya-1-2 fənnindən 8 kredit, Patoloji anatomiya 1-2 fənnin-dən 8 kredit, Ümumi cərrahiyyə fənnindən-6 kredit, Ginekologiya fənnindən 3 kredit, Daxili xəstəliklər 1-2 fənnindən-10 kredit, Endokrinologiya fənnindən 3 kredit, Uşaq xəstəlikləri-1 fənnindən 4 kredit, Neyrocərrahlıq fənnindən 3 kredit, Oftalmologiya fənnindən 3 kredit, Ağ ciyər xəstəlikləri fənnindən 4 kredit, Psixiatriya fənnindən 5 kredit) ümumilikdə 16 fənndən 64 kredit akademik borcu qalmışdır. O, 2020/2021-ci tədris ilinin yaz semestrində (xx.xx.2021-ci il tarixli 141/T nömrəli əmrlə), 2021/2022-ci tədris ilinin payız və yaz semestrlərində (xx.xx.2021-ci il tarixli 506/T nömrəli və xx.xx.2022-ci il tarixli 88/T nömrəli əmrlərlə) kəsri olan fənlərdən (Patoloji anatomiya-1, Patoloji fiziologiya-1, topoqrafik anatomiya) təkrar dinləmə dərslərinə göndərilmiş, lakin dərslərdə iştirak etmədiyi üçün dərsə davamiyyətsizlik səbəbi ilə həmin fənlərdən akademik borcu ödəməmişdir. Onun təhsildə müvəffəqiyyətsizliyini və akademik borcu ödəmək istəyi olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Müdafiə nazirinin 21 yanvar 2004-cü il tarixli 34 nömrəli əmri ilə təsdiq edilmiş "Cavabdeh Hərbi Tibb Fakültəsi haqqında Əsasnamə"nin 4-cü bölmə 9-cu maddəsinə əsasən Cavabdeh üzrə xx.xx.2022ci il tarixli 4/T nömrəli əmrlə Hərbi Tibb Fakültəsindən xaric edilmişdir. Həmin Əsasnaməyə əsasən Hərbi Tibb Fakültəsindən xaric olunmuş tələbə və kursantlar yenidən Fakültəyə bərpa oluna bilməzlər. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar"ına əsasən ölkə daxilində bakalavriat səviyyəsində, əsas (baza ali) tibb təhsilində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma fotmasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın. Onun qəbul balı Müalicə-profilaktika və Stomatologiya Fakültələrinin qəbul balından (609) aşağıdır.
9. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 1723 nömrəli məktubunda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının arxivində vətəndaş İddiaçı tibbi şəhadətləndirilməsinə dair heç bir məlumat yoxdur.
10. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, vətəndaş X6 xx.xx.2021-ci il tarixdən səhhətinə görə akademik məzuniyyət verilməsi üçün Azərbaycan Tibb Univeristetinə heç bir müraciət etməmişdir.
11. Həmin məktuba əlavə edilmiş: - Cavabdeh “İmtahanlarda qeyri-müvəffəq alan və kredit borcu qalan tələblər üçün 2020/2021-ci tədris ilinin yaz semestri ərzində təkrar dinləmə təşkil edilməsi haqqında” xx.xx.2021-ci il tarixli 141/T nömrəli əmrdən görünür ki, Hərbi Tibb Fakültəsində akademik borcu qalan tələbələr üçün könüllülük prinsipi əsasında (618 A 2 a qrupunun tələbəsi İddiaçı Patoloji anatomioya-1, Patoloji fiziologiya-1, Topoqrafik anatomiya fənləri üzrə) 2020/2021-ci tədris ilinin yaz semestri ərzində təkrar dinləmələr təşkil edilməsi əmr edilmişdir. - Cavabdeh “İmtahanlarda qeyri-müvəffəq alan və kredit borcu qalan tələblər üçün 2021/2022-ci tədris ilinin payız semestri ərzində təkrar dinləmə təşkil edilməsi haqqında” xx.xx.2021-ci il tarixli 506/T nömrəli əmrdən görünür ki, Hərbi Tibb Fakültəsində akademik borcu qalan tələbələr üçün könüllülük prinsipi əsasında (618 A 2 a qrupunun tələbəsi İddiaçı Patoloji anatomioya-1 və Patoloji fiziologiya-1 fənləri üzrə) 2021/2022-ci tədris ilinin payız semestri ərzində təkrar dinləmələr təşkil edilməsi əmr edilmişdir. - Cavabdeh “İmtahanlarda qeyri-müvəffəq alan və kredit borcu qalan tələblər üçün 2021/2022-ci tədris ilinin yaz semestri ərzində təkrar dinləmə təşkil edilməsi haqqında” xx.xx.2022-ci il tarixli 88/T nömrəli əmrdən görünür ki, Hərbi Tibb Fakültəsində akademik borcu qalan tələbələr üçün könüllülük prinsipi əsasında (618 A 2 a qrupunun tələbəsi İddiaçı Patoloji anatomioya-1, Patoloji fiziologiya-1 və Topoqrafik anatomiya fənləri üzrə) 2021/2022-ci tədris ilinin yaz semestri ərzində təkrar dinləmələr təşkil edilməsi əmr edilmişdir. - Cavabdeh 2020/2021 yaz semestri 812 nömrəli təkrar dinləmə imtahan nəticələrindən məlum olur ki, Hərbi Tibb Fakültəsinin İİİ kurs tələbəsi İddiaçı Topoqrafik anatomiya fənni üzrə imtahana giriş balı 0 olmuş və imtahanda iştirak etməmişdir. - Cavabdeh 2020/2021 yaz semestri 813/1 nömrəli təkrar dinləmə imtahan nəticələrindən məlum olur ki, Hərbi Tibb Fakültəsinin İİİ kurs tələbəsi Abbasov X2 fiziologiya-1 fənni üzrə imtahana giriş balı 0 olmuş və imtahanda iştirak etməmişdir. - Cavabdeh 2020/2021 yaz semestri 814 nömrəli təkrar dinləmə imtahan nəticələrindən məlum olur ki, Hərbi Tibb Fakültəsinin İİİ kurs tələbəsi Abbasov X2 anatomiya-1 fənni üzrə imtahana giriş balı 0 olmuş və imtahanda iştirak etməmişdir. - Cavabdeh 2021/2022 payız semestri 904 nömrəli təkrar dinləmə imtahan nəticələrindən məlum olur ki, Hərbi Tibb Fakültəsinin İV kurs tələbəsi Abbasov X2 fiziologiya-1 fənni üzrə imtahana giriş balı 0 olmuş və imtahanda iştirak etməmişdir. - Cavabdeh 2021/2022 payız semestri 906 nömrəli təkrar dinləmə imtahan nəticələrindən məlum olur ki, Hərbi Tibb Fakültəsinin İV kurs tələbəsi Abbasov X2 fiziologiya-1 fənni üzrə imtahana giriş balı 0 olmuş və imtahanda iştirak etməmişdir. - Cavabdeh 2021/2022 yaz semestri 19/1 nömrəli təkrar dinləmə imtahan nəticələrindən məlum olur ki, Hərbi Tibb Fakültəsinin İV kurs tələbəsi Abbasov X3 cərrahlıq və topoqrafik anatomiya-1 fənni üzrə imtahana giriş balı 0 olmuş və imtahanda iştirak etməmişdir. - Cavabdeh 2021/2022 yaz semestri 20 nömrəli təkrar dinləmə imtahan nəticələrindən məlum olur ki, Hərbi Tibb Fakültəsinin İV kurs tələbəsi Abbasov X2 anatomiya-1 fənni üzrə imtahana giriş balı 0 olmuş və imtahanda iştirak etməmişdir. - Cavabdeh 2021/2022 yaz semestri 21 nömrəli təkrar dinləmə imtahan nəticələrindən məlum olur ki, Hərbi Tibb Fakültəsinin İV kurs tələbəsi Abbasov X2 fiziologiya-1 fənni üzrə imtahana giriş balı 0 olmuş və imtahanda iştirak etməmişdir.
12. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 278 nömrəli cavab məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı barəsində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının arxiv bazasında heç bir qərar, xəstəlik haqqında şəhadətnamə və hər hansı bir məlumat yoxdur.
13. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-28/2-2311/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, ali təhsil müəssisəsindən xaric olmuş tələbənin yenidən tələbələr sırasına bərpası Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları"na müvafiq həyata keçirilir.
14. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-68/2-459/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Cavabdeh "Hərbi həkim işi" (Hərbi Tibb Fakültəsi) və "Müalicə işi" (Tibb Fakültəsi) ixtisasları fərqlidir. Sorğu olunan dövrdə hüquqi qüvvədə olan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar"ın 1.2-ci bəndinə əsasən bu Qaydalar xüsusi təyinatlı ali təhsil müəssisələrinə şamil edilmir və Qaydaların 4.3-cü bəndində əks olunduğu kimi yalnız xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil alıb sonradan səhhətinə görə xaric olunan şəxslər ixtisasına uyğun olaraq Azərbaycan Respublikasının müvafiq mülki ali təhsil müəssisələrinə bərpa oluna bilərlər.
15. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 01-06/979 nömrəli cavab məktubunda göstərilmişdir ki, Cavabdeh Hərbi Tibb Fakültəsi xüsusi təyinatlı ali təhsil müəssisəsi deyil. Hərbi Tibb Fakültəsinin sabiq tələbəsi İddiaçı 2018-ci ildə Cavabdeh Hərbi Tibb Fakültəsinə 516 balla qəbul olmuşdur. İl kursun İ semestrindən İV kursun 8-ci semestrinə qədər (Topoqrafik anatomiya fənnindən - 4 kredit, Operativ cərrahiyyə fənnindən-3 kredit, Patoloji fiziologiya-1-2 fənnindən 8 kredit, Patoloji anatomiya 1-2 fənnindən 8 kredit, Ümumi cərrahiyyə fənnindən-6 kredit, Ginekologiya fənnindən 3 kredit, Daxili xəstəliklər 1-2 fənnindən - 10 kredit, Endokrinologiya fənnindən 3 kredit, Uşaq xəstəlikləri-1 fənnindən 4 kredit, Neyrocərrahlıq fənnindən 3 kredit, Oftalmologiya fənnindən 3 kredit, Ağ ciyər xəstəlikləri fənnindən 4 kredit, Psixiatriya fənnindən 5 kredit) 16 fənndən 64 kredit akademik borcu qalmışdır. Tələbə 2020/2021-ci tədris ilinin yaz semestrində (xx.xx.2021-ci il tarixli 141/T nömrəli əmrlə), 2021/2022-ci tədris ilinin payız və yaz semestrlərində (xx.xx.2021-ci il tarixli 506/T nömrəli və xx.xx.2022-ci il tarixli 88/T nömrəli əmrlərlə) kəsiri olan fənlərdən (Patoloji anatomiya-1, Patoloji fiziologiya- 1, topoqrafik anatomiya) təkrar dinləmə dərslərinə göndərilmiş, lakin dərslərdə iştirak etmədiyi üçün dərsə davamiyyətsizlik səbəbilə həmin fənlərdən akademik borcu ödəməmişdir. Yuxarıda qeyd olunan əmrlərin (xx.xx.2021-ci il tarixli 141/T nömrəli, xx.xx.2021-ci il tarixli 506/T nömrəli və xx.xx.2022-ci il tarixli 88/T nömrəli) surəti məktuba əlavə olunur. "Hərbi həkim işi" və "müalicə işi" ixtisasları həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli 8 nömrəli, həm də 11 fevral 2019-cü il tarixli 45N-li qərarlarında fərqli ixtisas kodlarına malik, Təhsil nazirliyi tərəfindən əmrlə təsdiq edilmiş fərqli tədris proqramları (təhsil standartları) olan ixtisaslardır. Bu səbəblə də Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar"ın təsdiq edilməsi barədə 15 noyabr 2017-ci il tarixli 5/2 nömrəli qərarına istinad edilməlidir. Azərbaycan Respublikası Müdafiə nazirinin 21 yanvar 2004-cü il tarixli 34 nömrəli əmri ilə təsdiq edilmiş "Cavabdeh Hərbi Tibb Fakültəsi haqqında Əsasnamə dördüncü bölmə 9-cu maddəsinə əsasən Hərbi Tibb Fakültəsindən xaric olunmuş tələbə və kursantlar yenidən Fakültəyə bərpa oluna bilməzlər. II. Məhkəmədə icraat
16. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh üzrə xx.xx.2022-ci il tarixli 4/T nömrəli əmrin ləğv edilməsi və onun Cavabdeh Hərbi Tibb Fakültəsinə və ya ödənişli əsaslarla Cavabdeh Tibb Fakültəsinə (əvvəlki Müalicə-profilaktika Fakültəsi) bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Tələb onunla əsaslandırılmışdır ki, o, 2018-ci ildə 516 balla Cavabdeh Hərbi Tibb Fakültəsinə qəbul olmuşdur. 1-ci kursun payız semestrində Anatomiya 1-dən bir kəsri olmuşdur. 1-ci kursun yay semestrində Anatomiya 1-dən imtahan verərək həmin kəsri ləğv etmişdir. Buna baxmayaraq, sonradan ona Hərbi Tibb Fakültəsi tərəfindən tibbə aid əsas fənlərdən dərslərdə iştirak etməyə qəti qadağalar qoyulmuş və sonra da həmin fənlərdən imtahanlara buraxılmamışdır. 1 və 3 semestr sonra həmin fənlərdən, bir neçə dəfə də ödəniş əsasında dərslər keçirilib sonra imtahan vermişdir. xx.xx.2021-ci il tarixdə ağır avtoqəzaya uğramışdır. Avtoqəza nəticəsində ağır torako-abdominal travma, qaraciyərin sağ payının cırılması, daxili qanaxma, sağ kürək sümüyünün yerini dəyişən sınığı, qapalı kəllə-beyin travması, sol təpə nahiyənin cırılmış yarasına görə xx.xx.2021-ci il tarixdə təcili əməliyyat (Laparotomiya), qaraciyərin yarasının tikilməsi, qanaxmanın dayandırılması, qarın boşluğunun sanasiya və drenajı, yaranın birincili cərrahi işlənməsi, sağ yuxarı ətrafın immobilizasiyası olunmuşdur. Başqa heç bir kəsri olmadığı halda onun dərslərdə iştirak etməyinə qadağalar qoyulmuş və 1, 2 və 3 semestrdən sonra əlavə təyin edilmiş dərslərin bəzisində avtoqəzadan sonra səhhətində yaranan problemlərlə əlaqədar iştirak edə bilməmişdir. Tibbə aid əsas fənlərdən vaxtında dərslərdə iştirak etməyinə icazə verilmədiyinə görə 4-cü kursun sonunda 64 kredit akademik borcu qalmışdır. 4-cü kursun sonunda Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında Hərbi-Həkim Komissiyasında şəhadətlənərkən onun xx.xx.2021-ci ildə avtoqəza nəticəsində çox ağır torako-abdominal travma, qapalı kəlləbeyin travması, sağ kürək sümüyünün yerini dəyişən sınığı, qaraciyərin sağ payının cırılması, sol təpə nahiyəsinin cırılmış yarasına görə xx.xx.2021-ci il tarixdə təcili əməliyyat-laparotomiya, qaraciyərin yarasının tikilməsi, daxili qanaxmanın dayandırılması, qarın boşluğunun sanasiya və drenaji, yaranın 1-cili cərrahi işlənməsi, sağ yuxarı ətrafın immobilizasiya olunması, sağ gözündə çapıq və bulanıqlıq, görmənin zəifləyərək 100%dən 40%-ə düşməsinin aşkar olunmasına baxmayaraq, burnun xarici deformasiyası, burun çəpərinin əyriliyi, xarici tənəffüs funksiyasının pozulması, fibroqastroduodenoskopiya zamanı ezofaqit, eritematoz qastrit, qastroezofaqial reflyuks aşkar olunmasına baxmayaraq və heç əsgər də olmadığı halda 3-cü (zabit) qrafası ilə şəhadətləndirilmiş və "Hərbi xidmətə yararlıdır" yazılmışdır. Həkimlərin rəyləri MN-nin MHP-nın rəisinə təqdim edilmişdir. xx.xx.2022-ci il tarixdə, yəni 5-ci kursun əvvəlində ona qarşı çox haqsızlıq edilərək, tələbə hüquqları kobud pozularaq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 348 saylı qərarına tam zidd olaraq onu Cavabdeh Hərbi-Tibb Fakültəsindən və eləcə də Cavabdehndən xaric ediblər. Belə ki, Universitetdən xaric olunmağı üçün Hərbi Tibb Fakültəsindən Milli Müdafiə Universitetinin rektoruna təqdimat yazılmış, sonra həmin təqdimat Cavabdeh rektoruna göndərilmişdir. Səbəb kimi onu göstəriblər ki, 64 kredit akademik borcu olmuş, akademik borcu ödəmək üçün bəzi əlavə dərslərdə iştirak etməmiş, guya akademik borcu ödəmək istəyi olmamış və ona görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2004-cü il tarixli 34 nömrəli əmri ilə təsdiq edilmiş "Cavabdeh Hərbi Tibb Fakültəsi haqqında Əsasnamə"nin 4-cü bölmə 9-cu maddəsinə əsasən Cavabdeh üzrə xx.xx.2022-ci il tarixli 4/T nömrəli əmrlə Hərbi Tibb Fakültəsindən xaric edilmişdir. Əslində 64 kredit akademik borcun yaranma səbəbi o olmuşdur ki, 1-ci kursun yaz semestrində, 2-ci kursda, 3-cü kursda və 4-cü kursda əsas tibbə aid fənlərdən öz dərslərində vaxtında iştirak etməyinə icazə verilməmiş, həmin dərslərdə iştirakı qəti qadağan edilmişdir. Bu səbəbdən də akademik borc yaranmışdır. xx.xx.2021-ci il tarixdə onun ağır avtoqəzaya uğrayaraq ağır əməliyyat keçirməyi, kəlləbeyin travması almağı ümumiyyətlə heç nəzərə alınmamış, ondan akademik borcu ödəmək istəyi olub-olmaması haqqında heç bir izahat alınmayaraq onun akademik borcu ödəmək istəyinin olmaması haqqında Hərbi Tibb Fakültəsi tərəfindən yalan məlumat verilmişdir. Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli 34 nömrəli əmrini əsas götürərək xx.xx.2022-ci il tarixdə tələbə universitetdən necə xaric edilə bilər ki, 2004-cü ildə Azərbaycan Respublikası hələ "Boloniya" bəyannaməsinə qoşulmamışdı.
18. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, ATU-nin Hərbi Tibb Fakültəsi və Tibb Fakültəsi eyni ixtisasdır. İxtisas dəyişikliyi olmadığına görə onun Cavabdehnə qəbul olduğu ildəki keçid balı nəzərə alınmamalıdır və ödənişli əsaslarla Tibb Fakültəsinə bərpa olmağı mümkün hesab edilməlidir. Cavabdehndən xaric olmağına aid ATU rektorunun xx.xx.2022-ci il tarixli 4/T nömrəli əmri Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinın xx.xx.2013-cü il tarixli 348 nömrəli Qərarına, Azərbaycan Respublikasının qoşulduğu Beynəlxalq müqavilələrə və hüquqi aktlara, tələbənin hüquqlarına tamamilə zidd və qeyri-qanunidir.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
20. Məhkəmənin hüquqi yardımından sonra iddiaçının nümayəndəsi X7 xx.xx.2024cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh rektorunun xx.xx.2022-ci il tarixli 4/T nömrəli əmrinin ləğv edilməsi və iddiaçının Cavabdeh Hərbi Tibb Fakültəsinə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
21. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
22. Hazırkı iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər... - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
23. Hazırkı işdə mübahisələndirmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli əmrin ona rəsmi qaydada təqdim edilməsi ilə bağlı cavabdeh orqan tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh Hərbi Tibb Fakültəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli 1504 nömrəli məktubda onun Cavabdeh rektorunun xx.xx.2022-ci il tarixli 4/T nömrəli əmri ilə fakültədən xaric edildiyi bildirilmişdir.
24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 48.4. İnzibati orqan tərəfindən təyin edilmiş müddətin axımı həmin orqanın maraqlı şəxsi bu barədə məlumatlandırdığı andan və yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda müvafiq məlumatın rəsmi elan olunduğu andan başlanır. Maddə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
25. Məhkəmə cavabdeh orqanın iddiaçını müvafiq əmr barəsində xx.xx.2022-ci il tarixli 1504 nömrəli məktubla məlumatlandırmasını, həmin məktubda sözügedən əmrə qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddətinin nəzərdə tutulmamasını, iddiaçı hazırkı tələblə ilk dəfə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etməsini (həmin iddia ərizəsi üzə iş Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-5592/2023 nömrəli qərardadı ilə aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-2476/2023 nömrəli qərardadı ilə mümkün sayılmasa da, iddiaçının məhkəməyə yenidən verdiyi eyni iddia mümkün sayılmışdır) nəzərə alaraq, hesab etmişdir ki, iddia müddət ötürülmədən verilmişdir və mümkün iddiadır.
26. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Şəmkir şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
27. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
28. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
29. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi adi cəlbetmə qaydasında üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
30. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
31. Həmin iclasda iddiaçının nümayəndəsi iştirak etmiş, cavabdeh və üçüncü şəxslərin nümayəndələri isə üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin mümkünsüzlüyü barədə məlumat verməmişlər.
32. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
33. Həmin iclasda məhkəmənin yekun qərarın elan edilməsi xx.xx.2024-cü il tarixə təxirə salınmış və elanda iddiaçının nümayəndəsi iştirak etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
34. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclası zamanı iddiaçının nümayəndəsi X7 iddianı müdafiə etdiyini bildirərək, iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
35. O, əlavə olaraq göstərmişdir ki, Cavabdeh tərəfindən oğlu İddiaçı fənlərin tədrisinə buraxılmamış, bu səbəbdən də o, həmin fənlərin imtahanlarında iştirak edə bilməmişdir. oğlu İddiaçı dərslərə buraxılmaması barədə Universitet rektoru tərəfindən əmrlər qəbul edilməli olmasının zəruriliyinə baxmayaraq, bu barədə hər hansı əmr qəbul edilməmiş və əsassız olaraq oğlu dərslərə buraxılmamışıdır. Oğlu İddiaçı fənlərdən 64 kredit borcunun qalmasını onunla izah edir ki, Nərimanın İ kursun payız semestrində Anatomiya-1 fənnindən kəsri olmuş, həmin kursun yay semestrində Anatomiya-1 fənnindən dinləmə dərslərində iştirak edərək, sonradan imtahanı versə də, imtahana qədər artıq Anatomiya-2 fənninin tədrisinə başlanıldığı üçün və Nərimanın kəsri olduğu üçün onu Anatomiya-2 fənninin tədrisinə buraxmamışlar. Sonralar da eynilə həmin vəziyyət yaranmış, Anatomiya-2 fənnindən dinləmə dərslərində iştirak edərək, imtahanı versə də, imtahana qədər digər fənlərin tədrisinə başlanılmış və Nəriman dərslərə buraxılmamışdır. Həmçinin, oğlu Nəriman xx.xx.2021-ci il tarixdə ağır avtoqəzaya uğramış və nəticədə ağır torako-abdominal travma, qaraciyərin sağ payının cırılması, daxili qanaxma, sağ kürək sümüyünün yerini dəyişən sınığı, qapalı kəllə-beyin travması, sol təpə nahiyənin cırılmış yarasına görə xx.xx.2021-ci il tarixdə təcili əməliyyat (Laparotomiya), qaraciyərin yarasının tikilməsi, qanaxmanın dayandırılması, qarın boşluğunun sanasiya və drenajı, yaranın birincili cərrahi işlənməsi, sağ yuxarı ətrafın immobilizasiyası olunmuşdur. Ona görə də, 2020/2021-ci ilin qış və sonrakı semestrlərində avtoqəzadan sonra səhhətində yaranan problemlərlə əlaqədar iştirak edə bilməmişdir. Qeyd etdiyi səbəblərdən oğlunun yekunda bu sayda akademik borcu yaranmışdır. Digər tərəfdən isə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili” Qaydalarının 4.3-cü bəndinə görə, tələbə ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyi halda o, tələbələr sırasından xaric edilmir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həmin tələbə kontingentdə saxlanılmaqla, təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Cavabdeh Hərbi Tibb Fakültəsi isə xüsusi təyinatlı ali təhsil müəssisəsi deyil. Ona görə də, cavabdeh Universitet oğlu Nərimanın kreditləri yığa bilməməsinə istinad etdiyi halda belə, onu Universitetdən xaric edə bilməzdi.
36. Cavabdeh orqanın iddiaya və iddia ərizəsinə əlavəyə qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, "Hərbi həkim işi" ixtisasının tədris planı və proqramına əsasən tədris olunan fənlərdən "A qrupu- məcburi və ardıcıl tədris olunan fənlər" siyahısından olan Anatomiya-1, Anatomiya-2 və Anatomiya-3 fənləri prerekvizit fənn oldugundan ve daha öncə keçilməsi vacib olduğundan, həmçinin iddiada göstərilən digər fənlərin prerekvizit fənlərini ödəmədiyindən tələbə davam edən fənlərə buraxılmamışdır ("Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində ve Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-сü il tarixli 348 nömrəİi qərarı). 2.1.11. Prerekvizit fənlər – tədrisi ilk növbədə zəruri olan fənlərdir. 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. 3.2.11. Hər tədris ili üçün ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki əsasında tələbənin fərdi tədris planı hazırlanır. Fənlərin prerekvizitliyi gözlənilməklə, tələbənin fərdi tədris planı müəyyən olunmuş forma üzrə onun tərəfindən tərtib edilir.) Sabiq tələbənin də istinad etdiyi 348 nömrəli qərarda fənlərin prerekvizitliyinin vacib olduğu dəfələrlə vurğulanmışdır ki bu da tələbənin postrekvizit fənlərdən dərslərə buraxılmamasının qanuni olduğunu bariz şəkildə açıqlayır. Sabiq tələbə dövlət hesabına təhsil almasına baxmayaraq ondan təkrar dinləmə dərsləri üçün ödəniş tələb olunduğunu iddia edir, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı, 3.2.14.-ün bəndinin 10 və 11-ci cümlələrinə əsasən (bütün digər hallarda akademik borcu olan tələbə fənni yenidən dinləməli və həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir. Bu halda təhsil haqqının ödənilməsi bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həyata keçirilir. Tələbənin təkrar dinləmə dərslərinə cəlb olunması könüllü olaraq öz arzusu ilə ödənişli əsaslarla aparılmışdır. Sabiq tələbə yay semestrində təkrar dinləmə dərslərinə buraxılmamasının səbəbini düzgün açıqlamır. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı, 3.4.8 bəndi (Bu Qaydaların 3.2.23-cü yarımbəndinin tələblərinə uyğun olaraq, imtahana buraxılmayan tələbə semestrdə fənn (fənlər) üzrə müəyyən edilmiş dərslərin 50 faizindən çoxunda iştirak etdiyi halda o, həmin fənni (fənləri) yay semestrində təkrar götürmək hüququna malikdir.) açıq şəkildə təkrar dinləmə dərslərində iştirak edə bilmək üçün tələbənin həmin dərslərin ən az 50 faizində iştirakının vacib olduğunu bildirir. Sabiq tələbə isə ümumiyyətlə iştirak etmədiyi fəndən dərslərə buraxılmadığını iddia ərizəsində açıqlamır. Sabiq tələbə təhsil almağa istəkli olmadığını iddia ərizəsində inkar edir, lakin 2020/2021-ci tədris ilinin yaz semestrində (xx.xx.2021-ci il tarixli 141/T nömrəli əmrlə), 2021/2022-ci tədris ilinin payız və yaz semestrlərində (xx.xx.2021-ci il tarixli 506/T nömrəli və xx.xx.2022-ci il tarixli 88/T nömrəli əmrlərlə) kəsiri olan fənlərdən (Patoloji anatomiya-1, Patoloji fiziologiya-1, topoqrafik anatomiya) təkrar dinləmə dərslərinə göndərilmiş, ancaq dərslərdə iştirak etmədiyi üçün dərsə davamiyyətsizlik səbəbilə həmin fənlərdən akademik borcu ödəməmişdir. Bu da sabiq tələbənin təhsil alma istəyinin olmadığına sübut kimi göstərilə bilər. Sabiq tələbə Hərbi həkim komissiyasında şəhadətləndirilərkən bir çox xəstəlik tapıldığını iddia edir, lakin Azərbaycan Respublikası Müdafiə Nazirinin 31 mart 2022-ci il tarixli əmrinə əsasən 2022-ci ilin may ayında Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında yekun tibbi şəhadətləndirilməyə cəlb olunmuş, İddiaçı şəhadətləndirilmənin nəticəsini Hərbi Tibb Fakültəsinə təqdim etməmişdir. Daha sonra adıçəkilən tələbənin valideyni hərbi həkim komissiyasının qərarından şikayət etmiş, bu barədə Milli Müdafiə Universitetinə müraciət etmişdir. Milli Müdafiə Universitetindən Hərbi Tibb Fakültəsinə daxil olmuş xx.xx.2022-ci il tarixli 237 nömrəli məktuba əsasən tələbə İddiaçı təkrar şəhadətləndirilməsi üçün yekun tibbi müayinə kartası (Forma 8) hazırlanaraq valideynə və tələbəyə təkrar tibbi şəhadətləndirilmədən keçməsi üçün mobil telefonla məlumat verilmişdir. Lakin tələbə xx.xx.2022-ci il tarixinə qədər Fakültəyə gəlməmişdir. Bu barədə Milli Müdafiə Universitetinin rektoruna məktubla məlumat verilmişdir (xx.xx.2022 x.o.№1589). Daha sonra tələbə İddiaçı yekun tibbi müayinə kartasını (Forma 8) götürərək müayinə üçün getmiş, lakin dəfələrlə Hərbi Tibb Fakültəsinin rəisi, Hərbi Tibb Fakültə rəisinin tədris işləri üzrə müavini, Hərbi Tibb Fakültə rəisinin ideoloji iş və mənəvi psixoloji təminat üzrə baş köməkçisi, Hərbi Tibb Fakültə rəisinin hüquq işləri üzrə köməkçisi, Tədris şöbə rəisinin elmi işlər üzrə müavini tərəfindən mobil telefonla məlumat verilməsinə baxmayaraq şəhadətləndirilməni yekunlaşdırmamışdır. xx.xx.2022-ci il tarixində Hərbi Tibb Fakültəsi rəisinin hüquq işləri üzrə köməkçisi mobil telefonla valideynə zəng etmiş, valideyn isə bazar ertəsi (xx.xx.2022-ci il tarixində) Fakültəyə gələcəyini bildirərək yalan məlumat vermiş, Fakültəyə gəlməmiş və ya tələbənin tibbi müayinə kartasını (Forma 8) yekunlaşdıraraq çatdırmamışdır. Bu səbəblə sabiq tələbənin xəstəliklərinin olub-olmaması barədə dəqiq məlumat verə bilmirlər. İddiaçı "Hərbi həkim işi" və "müalicə işi" ixtisaslarının eyni olduğunu iddia edir, lakin bu ixtisaslar həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli 8 nömrəli, həm də 11 fevral 2019-cü il tarixli 45 nömrəli qərarlarında fərqli ixtisas kodlarına malik, Təhsil Nazirliyi tərəfindən əmrlə təsdiq edilmiş fərqli tədris proqramları (təhsil standartları) olan ixtisaslardır. Bu səbəblə də Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar"ın təsdiq edilməsi barədə 15 noyabr 2017-ci il tarixli 5/2 nömrəli qərarına istinad edilməlidir. Azərbaycan Respublikası Müdafiə nazirinin 21 yanvar 2004-cü il tarixli 34 nömrəli əmri ilə təsdiq edilmiş "Cavabdeh Hərbi Tibb Fakültəsi haqqında Əsasnamə"nin 4-cü bölmə 9-cu maddəsinə əsasən Hərbi Tibb Fakültəsindən xaric olunmuş tələbə və kursantlar yenidən Fakültəyə bərpa oluna bilməzlər. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar'ına əsasən ölkə daxilində bakalavriat səviyyəsində, əsas (baza ali) tibb təhsilində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın. İddiaçı qəbul balı Müalicə-profilaktika və Stomatologiya Fakültələrinin qəbul balından (609) aşağıdır. Qeyd olunanlara əsasən İddiaçı iddiası əsassız olduğu üçün rədd olunması ilə bağlı qərar qəbul edilməsini xahiş edilmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
37. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Cavabdeh 468/T nömrəli əmrdən çıxarışı; - Cavabdeh üzrə xx.xx.2022-ci il tarixli 4/T nömrəli əmri; - Cavabdeh xx.xx.2022-ci il tarixli məktubu; - Cavabdeh Hərbi Tibb Fakültəsinin xx.xx.2022-ci il tarixli 1504 nömrəli məktubu; - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin A-14468/07/11-24 nömrəli məktubu; - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə X1 İddiaçı ünvanladığı məktub; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 1723 nömrəli məktubu; - Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli cavab məktubu; - Cavabdeh “İmtahanlarda qeyri-müvəffəq alan və kredit borcu qalan tələblər üçün 2021/2022-ci tədris ilinin payız semestri ərzində təkrar dinləmə təşkil edilməsi haqqında” xx.xx.2021-ci il tarixli 506/T nömrəli əmr; - Cavabdeh “İmtahanlarda qeyri-müvəffəq alan və kredit borcu qalan tələblər üçün 2021/2022-ci tədris ilinin yaz semestri ərzində təkrar dinləmə təşkil edilməsi haqqında” xx.xx.2022-ci il tarixli 88/T nömrəli əmr; - Cavabdeh təkrar dinləmə imtahan nəticələri; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 278 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-28/2-2311/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-68/2-459/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 01-06/979 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
38. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
39. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı 2018/2019-cu tədris ilində 516 balla Cavabdeh “Hərbi həkim işi” ixtisasına qəbul olunaraq, Hərbi Tibb Fakültəsinin İ kurs tələbəsi hesab edilmişdir. İddiaçı İİ kursun İ semestrindən İV kursun 8-ci semestrinə qədər (Topoqrafik anatomiya fənnindən - 4 kredit, Operativ cərrahiyyə fənnindən-3 kredit, Patoloji fiziologiya-1-2 fənnindən 8 kredit, Patoloji anatomiya 1-2 fənnindən 8 kredit, Ümumi cərrahiyyə fənnindən-6 kredit, Ginekologiya fənnindən 3 kredit, Daxili xəstəliklər 1-2 fənnindən - 10 kredit, Endokrinologiya fənnindən 3 kredit, Uşaq xəstəlikləri-1 fənnindən 4 kredit, Neyrocərrahlıq fənnindən 3 kredit, Oftalmologiya fənnindən 3 kredit, Ağ ciyər xəstəlikləri fənnindən 4 kredit, Psixiatriya fənnindən 5 kredit) 16 fənndən 64 kredit akademik borcu qalmışdır. O, 2020/2021-ci tədris ilinin yaz semestrində (xx.xx.2021-ci il tarixli 141/T nömrəli əmrlə), 2021/2022-ci tədris ilinin payız və yaz semestrlərində (xx.xx.2021-ci il tarixli 506/T nömrəli və xx.xx.2022-ci il tarixli 88/T nömrəli əmrlərlə) akademik borcu olan olan fənlərdən (Patoloji anatomiya-1, Patoloji fiziologiya-1, topoqrafik anatomiya) təkrar dinləmə dərslərinə göndərilmiş, lakin dərslərdə iştirak etmədiyi üçün dərsə davamiyyətsizlik səbəbilə həmin fənlərdən akademik borcu ödəməmiş, nəticədə Cavabdeh rektorunun xx.xx.2022-ci il tarixli 4/T nömrəli əmri ilə Azərbaycan Respublikası Müdafiə nazirinin 21 yanvar 2004-cü il tarixli 34 nömrəli əmri ilə təsdiq edilmiş "Cavabdeh Hərbi Tibb Fakültəsi haqqında Əsasnamə”nin 4-cü bölmə 9-cu bəndi və Hərbi Tibb Fakültəsi rəisinin raportuna əsasən İddiaçı Hərbi Tibbi Fakültəsindən xaric edilməklə, tələbə siyahısından çıxarılmışdır.
40. Hazırda iddiaçı həmin əmri məhkəmədə mübahisələndirərək, Hərbi Tibbi Fakültəsinə bərpa olunmasını xahiş edir.
41. Cavabdeh orqan isə həm iddiaçıya, həm məhkəməyə ünvanladığı çoxsaylı məktublarda İddiaçı İl kursun İ semestrindən İV kursun 8-ci semestrinə qədər (Topoqrafik anatomiya fənnindən - 4 kredit, Operativ cərrahiyyə fənnindən-3 kredit, Patoloji fiziologiya- 1-2 fənnindən 8 kredit, Patoloji anatomiya 1-2 fənnindən 8 kredit, Ümumi cərrahiyyə fənnindən-6 kredit, Ginekologiya fənnindən 3 kredit, Daxili xəstəliklər 1-2 fənnindən - 10 kredit, Endokrinologiya fənnindən 3 kredit, Uşaq xəstəlikləri-1 fənnindən 4 kredit, Neyrocərrahlıq fənnindən 3 kredit, Oftalmologiya fənnindən 3 kredit, Ağ ciyər xəstəlikləri fənnindən 4 kredit, Psixiatriya fənnindən 5 kredit) 16 fənndən 64 kredit akademik borcunun qalmasını, onun 2020/2021-ci tədris ilinin yaz semestrində (xx.xx.2021-ci il tarixli 141/T nömrəli əmrlə), 2021/2022-ci tədris ilinin payız və yaz semestrlərində (xx.xx.2021-ci il tarixli 506/T nömrəli və xx.xx.2022-ci il tarixli 88/T nömrəli əmrlərlə) akademik borcu olan olan fənlərdən (Patoloji anatomiya-1, Patoloji fiziologiya-1, topoqrafik anatomiya) təkrar dinləmə dərslərinə göndərildiyini, lakin dərslərdə iştirak etmədiyi üçün dərsə davamiyyətsizlik səbəbilə həmin fənlərdən akademik borcunu ödəmədiyini əsas gətirməklə, iddiaçının təhsildə müvəffəqiyyətsizliyi və akademik borcu ödəməyə istəksizliyinin nəzərə alınaraq Azərbaycan Respublikası Müdafiə nazirinin 21 yanvar 2004cü il tarixli 34 nömrəli əmri ilə təsdiq edilmiş "Cavabdeh Hərbi Tibb Fakültəsi haqqında Əsasnamə"nin 4-cü bölmə 9-cu maddəsinə əsasən Cavabdeh üzrə xx.xx.2022-ci il tarixli 4/T nömrəli əmrlə Hərbi Tibb Fakültəsindən xaric edildiyini bildirmişdir.
42. Cavabdeh orqan əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 31 mart 2022-ci il tarixli əmrinə əsasən Hərbi Tibb Fakültəsinin Hərbi həkim hazırlığı kursunun tələbələri Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında yekun tibbi şəhadətləndirilməyə cəlb olunmuş, hərbi həkim işi ixtisası üzrə İV kurs tələbəsi İddiaçı şəhadətləndirilmənin nəticəsini Hərbi Tibb Fakültəsinə təqdim etməmişdir. Daha sonra o, hərbi həkim komissiyasının qərarından şikayət etmiş, bu barədə Milli Müdafiə Universitetinə müraciət etmişdir. Milli Müdafiə Universitetindən Hərbi Tibb Fakültəsinə daxil olmuş xx.xx.2022-ci il tarixli məktuba əsasən İddiaçı təkrar şəhadətləndirilməsi üçün yekun tibbi müayinə kartası (Forma 8) hazırlanaraq onun təkrar tibbi şəhadətləndirilmədən keçməsi üçün mobil telefonla məlumat verilmişdir. Lakin İddiaçı xx.xx.2022-ci il tarixinə qədər Fakültəyə gəlməmişdir. Bu barədə Milli Müdafiə Universitetinin rektoruna məktubla məlumat verilmişdir (xx.xx.2022-ci il tarixdə). Daha sonra tələbə İddiaçı yekun tibbi müayinə kartasını (Forma 8) götürərək müayinə üçün getmiş, lakin dəfələrlə Hərbi Tibb Fakültəsinin rəisi, Hərbi Tibb Fakültə rəisinin tədris işləri üzrə müavini, Hərbi Tibb Fakültə rəisinin hüquq işləri üzrə köməkçisi, Tədris şöbə rəisinin elmi işlər üzrə müavini tərəfindən mobil telefonla məlumat verilməsinə baxmayaraq xx.xx.2022-ci il tarixinə qədər (bir aydan artıq vaxt keçməsinə baxmayaraq) şəhadətləndirilməni yekunlaşdırmamışdır. xx.xx.2022ci il tarixində Hərbi Tibb Fakültəsi rəisinin hüquq işləri üzrə köməkçisi mobil telefonla ona zəng etmiş, o isə bazar ertəsi (xx.xx.2022-ci il tarixində) Fakültəyə gələcəyini bildirərək yalan məlumat vermiş, bu günə qədər Fakültəyə gəlməmiş və ya tələbənin tibbi müayinə kartasını (Forma 8) yekunlaşdıraraq çatdırmamışdır.
43. Yekunda cavabdeh orqan Azərbaycan Respublikası Müdafiə nazirinin 21 yanvar 2004-cü il tarixli 34 nömrəli əmri ilə təsdiq edilmiş "Cavabdeh Hərbi Tibb Fakültəsi haqqında Əsasnamə"nin 4-cü bölmə 9-cu bəndinə istinadla, göstərmişdir ki, Hərbi Tibb Fakültəsindən xaric olunmuş tələbə və kursantlar yenidən Fakültəyə bərpa oluna bilməzlər.
44. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, Cavabdeh rektorunun xx.xx.2022-ci il tarixli 4/T nömrəli əmri qanuni olduğundan onun ləğv edilməsinə əsaslar müəyyən edilməmişdir.
45. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”a görə: Bənd 1.2. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) şamil edilir. Bənd 1.8. Tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi, xaric olunmuş şəxslərin tələbələr sırasına bərpası (əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası istisna olmaqla) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin (bundan sonra - qurum) tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Elm və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Bənd 1.10. Tələbə bir ali təhsil müəssisəsindən (ixtisasdan) digərinə köçürüldüyü, tələbələr sırasına bərpa olunduğu və akademik məzuniyyətdən qayıtdığı halda onun əvvəllər qazandığı kreditlər (təhsil nəticələri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.15-ci yarımbəndinin müddəaları gözlənilməklə nəzərə alınır. Bənd 3.1. Tələbə aşağıdakı hallarda ali təhsil müəssisəsindən xaric edilir: 3.1.3. ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda; Bənd 4.2. Azərbaycan Respublikasının ali təhsil müəssisəsindən xaric olunmuş şəxsin həmin ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında bu Qaydaların 1.4-cü bəndində göstərilən müddətdə ali təhsil müəssisəsinin rektorunun əmri ilə həyata keçirilir. Bütün digər hallarda bu Qaydaların 1.5-ci, 1.11-ci və 2.1–2.8-ci bəndlərinin tələbləri gözlənilməklə tələbənin bərpası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin razılığı ilə ali təhsil müəssisəsinin vəsatəti əsasında həyata keçirilir. Bərpa barədə ərizəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 1 nömrəli əlavəsində verilmiş formaya uyğun müvafiq arayış və əvvəlki təhsil haqqında sənədin əsli (əgər xaric edildiyi ali təhsil müəssisəsinə bərpa olunmursa) əlavə edilir. Bənd 5.1. Tələbəyə akademik məzuniyyət aşağıdakı hallarda və müddətə verilir: 5.1.3. səhhətinə görə - həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətə.
46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na görə: Bənd 1.2. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə şamil edilir... Bənd 1.3. Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin xüsusiyyətləri aşağıdakılardan ibarətdir: 1.3.1. hər bir təhsilalanın (bundan sonra – tələbənin) fərdi tədris planının olması və onların bu planın tərtib edilməsində iştirak etməsi; 1.3.2. ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq, tədris fənlərinin, semestrlər üzrə kreditlərin miqdarının, təhsilverənlərin və akademik məsləhətçilərin (tyutorların) seçiminin sərbəstliyinin təmin edilməsi; Bənd 2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. təhsil krediti – fənnin məzmununa və həcminə uyğun olaraq, onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahididir; 2.1.4. tələbənin fərdi tədris planı – tələbənin tədris ili ərzində təhsil alacağı fənləri, onların müvafiq kreditlərini, fənlər üzrə müəllimlərin siyahısını əks etdirən sənəddir; 2.1.11. prerekvizit fənlər – tədrisi ilk növbədə zəruri olan fənlərdir; 2.1.16. müvəffəqiyyətlə təhsil alan tələbə - fərdi tədris planında qeyd olunan bütün fənlər üzrə müəyyən olunmuş kreditləri qazanan tələbədir; 2.1.17. akademik borcu olan tələbə - fərdi tədris planında qeyd olunan fənlərin ən azı birindən müəyyən olunmuş krediti qazana bilməyən tələbədir; Bənd 3.2.1. Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq yay semestri də təşkil oluna bilər. Bənd 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. Bənd 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Bənd 3.2.8. Tədris planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölünür: 3.2.8.1. məcburi və ardıcıl öyrənilən fənlər üzrə; 3.2.8.2. məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər üzrə; 3.2.8.3. tələbələrin öz seçimi əsasında öyrənilən fənlər üzrə. 3.2.11. Hər tədris ili üçün ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki əsasında tələbənin fərdi tədris planı hazırlanır. Fənlərin prerekvizitliyi gözlənilməklə, tələbənin fərdi tədris planı müəyyən olunmuş forma üzrə onun özü tərəfindən tərtib edilir. Bu zaman akademik məsləhətçinin (tyutorun) köməyindən də istifadə oluna bilər. Tələbənin fərdi tədris planı tərtib edilərkən, ali təhsil müəssisəsi ona həm fənn, həm də yüksəkixtisaslı müəllimlərin (vəzifələri, elmi dərəcələri və elmi adları göstərilməklə) seçilməsində öz təkliflərini verir. Növbəti tədris ili üçün tələbənin fərdi tədris planı tərtib olunarkən, buraya ilk növbədə əvvəlki ildən akademik borcu qalan fənlər daxil edilir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Akademik borc yaranan fənn (fənlər) müvafiq semestrdə tədris olunmadığı və ya həmin fənn (fənlər) üzrə qrup yaradılmadığı halda bu tələb istisna edilir. Bənd 3.2.14. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə fənn üzrə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab olunur. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə qeyri-müvəffəq qiymət almış, eləcə də üzrlü və ya üzrsüz səbəbdən imtahanda iştirak etməmiş tələbə bu fəndən kreditləri qazanmır, yəni həmin fənn üzrə akademik borcu qalır. Cari və aralıq qiymətləndirmənin nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə təkrar imtahan vermək (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılmalıdır. Bu halda fənni (fənləri) yenidən dinləmədən kreditləri qazanmaq istəyən tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddətdə həmin fənn (fənlər) tədris olunduğu semestrdə (akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya növbəti semestrlərdən birində imtahan sessiyası zamanı) istifadə edə bilər. Tələbə (üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr istisna olmaqla) hər semestrdə fənni (fənləri) dinləmədən ümumilikdə iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak edə bilər. Üzrlü səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən tələbəyə isə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanı yaradılır. Bu imkandan istifadə etməyən tələbə üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə hesab olunur. Bütün hallarda təkrar imtahan verən tələbənin ümumi qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirilmənin nəticələri nəzərə alınır və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid olunur. Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə növbəti semestrin dərsləri başlanana qədər imtahanda iştirak etdikdə, həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir, digər hallarda isə tələbənin imtahan üçün ödəniş haqqı bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həmin fənn üçün müəyyən edilən məbləğin 25 faizindən çox olmamaq şərtilə ali təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyənləşdirilir və həmin müəssisənin rəsmi internet səhifəsində yerləşdirilir. Bütün digər hallarda akademik borcu olan tələbə fənni yenidən dinləməli və həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir. Bu halda təhsil haqqının ödənilməsi bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həyata keçirilir. Bənd 3.2.23. Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyası tərəfindən idman növləri üzrə təsdiq edilmiş milli yığma komandaların üzvləri olan idmançıtələbələr istisna olmaqla) həmin fəndən imtahana buraxılmır. Bu hədd ali təhsil müəssisəsi tərəfindən azaldıla bilər. Bənd 3.4.1. Yay semestri aşağıdakı məqsədlərlə təşkil olunur: 3.4.1.1. akademik borcların ləğv edilməsi; 3.4.1.2. fənlərin prerekvizitliyi gözlənilməklə, humanitar fənlər bölümünə daxil olan və ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən seçmə fənlərin kreditlərinin qazanılması; 3.4.1.3. müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi; 3.4.1.4. ali təhsil müəssisəsinin təklif etdiyi ayrı-ayrı fənlər üzrə digər ali təhsil müəssisələrinin tələbələrinə müvafiq kreditlər qazanmasına şəraitin yaradılması. 3.4.8. Bu Qaydaların 3.2.23-cü yarımbəndinin tələblərinə uyğun olaraq, imtahana buraxılmayan tələbə semestrdə fənn (fənlər) üzrə müəyyən edilmiş dərslərin 50 faizindən çoxunda iştirak etdiyi halda o, həmin fənni (fənləri) yay semestrində təkrar götürmək hüququna malikdir. Bənd 4.2. Təhsil zamanı tələbə fərdi tədris planına ciddi riayət etməklə, tədris olunan fənləri mənimsəməyə borcludur. Bənd 4.3. Tələbə ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyi halda o, tələbələr sırasından xaric edilmir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həmin tələbə kontingentdə saxlanılmaqla, təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Belə halda tələbənin ödənişinin məbləği ixtisas (ixtisaslaşma) üzrə illik təhsil haqlarını 60-a bölərək alınan nəticəni onun götürdüyü fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir.
47. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli 34 nömrəli əmri ilə qüvvəyə minmiş “Cavabdeh Hərbi Tibb Fakültəsi haqqında” Əsasnamənin İV bölməsinə əsasən: Bənd 9. İmtahan-məqbul sessiyasının nəticələrinə görə üç və daha çox fəndən borcu olan və ya müəyyən edilmiş müddət ərzində akademik borcu ödəməyən kursantlar Hərbi Tibb Fakültəsindən ali (orta) hərbi tədris müəssisələri üçün müəyyən edilmiş qaydada xaric edilirlər.
48. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2007-ci il tarixli 164 nömrəli əmri ilə edilmiş həmin Əsasnamənin dördüncü bölmənin 9-cu bəndinə aşağıdakı redaksiyada yeni cümlə əlavə edilmişdir: - “Hərbi Tibb Fakültəsinə qəbul olunmuş tələbə bu və ya digər səbəbdən həmin fakültədə təhsil almaqdan imtina etdiyi halda, Cavabdehndən xaric edilir və müddətli həqiqi hərbi xidmətə çağırılması üçün sənədləri müvafiq qaydada qeydiyyatda olduğu rayon (şəhər) hərbi komissarlığına göndərilir”.
49. Göründüyü kimi, "Hərbi həkim işi" ixtisasının tədris planı və proqramına əsasən tədris olunan fənlərdən "A qrupu- məcburi və ardıcıl tədris olunan fənlər" siyahısından olan Anatomiya-1, Anatomiya-2 və Anatomiya-3 fənləri prerekvizit fənn oldugundan ve daha öncə keçilməsi vacib olduğundan, həmçinin postrkvizit digər fənlərin prerekvizit fənlərini ödəmədiyindən İddiaçı tədrisi davam edən fənlərə buraxılmamışdır
50. Yəni, İddiaçı akademik borcu olan tələbə kimi həmin fənlərin yenidən dinləməli və həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməli olduğu halda, bunu etməmiş və prerekvizit fənlərdən akademik borcu qaldığından və bəzi fənlər üzrə təkrar dinlənilmə dərslərinə buraxılsa da, yenə də iştirak etmədiyindən, postrekvizit fənlərdən dərslərə buraxılmamışdır ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın tələblərinə uyğun olmuşdur.
51. Belə ki, iddiaçı 2020/2021-ci tədris ilinin yaz semestrində (xx.xx.2021-ci il tarixli 141/T nömrəli əmrlə), 2021/2022-ci tədris ilinin payız və yaz semestrlərində (xx.xx.2021-ci il tarixli 506/T nömrəli və xx.xx.2022-ci il tarixli 88/T nömrəli əmrlərlə) kəsri olan fənlərdən (Patoloji anatomiya-1, Patoloji fiziologiya-1, topoqrafik anatomiya) təkrar dinləmə dərslərinə göndərilmiş, ancaq dərslərdə iştirak etmədiyi üçün dərsə davamiyyətsizlik səbəbilə həmin fənlərdən akademik borcu ödəməmişdir.
52. Adıçəkilən Qaydaların 3.2.23 və 3.4.8-ci bəndlərinə müvafiq olaraq semestrdə fənn (fənlər) üzrə müəyyən edilmiş dərslərin 50 faizindən çoxunda iştirak etdiyi halda imtahana buraxılmayan tələbə həmin fənni (fənləri) yay semestrində təkrar götürmək hüququna malik olduğundan İddiaçı bəzi fənlərdən təkrar dinləmə dərslərində də iştirak etməyə buraxılmamışdır.
53. Bundan başqa, iddiaçı tərəf iddiaçının xx.xx.2021-ci il tarixdə ağır avtoqəzaya uğraması və nəticədə ağır torako-abdominal travma, qaraciyərin sağ payının cırılması, daxili qanaxma, sağ kürək sümüyünün yerini dəyişən sınığı, qapalı kəllə-beyin travması, sol təpə nahiyənin cırılmış yarasına görə xx.xx.2021-ci il tarixdə təcili əməliyyat (Laparotomiya), qaraciyərin yarasının tikilməsi, qanaxmanın dayandırılması, qarın boşluğunun sanasiya və drenajı, yaranın birincili cərrahi işlənməsi, sağ yuxarı ətrafın immobilizasiyası olunmasına istinad edərək, 2020/2021-ci ilin qış və sonrakı semestrlərində avtoqəzadan sonra səhhətində yaranan problemlərlə əlaqədar dərslərdə iştirak edə bilmədiyini göstərmişdir ki, bununla bağlı məhkəmə qeyd edir ki, əvvəla, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”da səhhətinə görə tələbəyə həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətə.akademik məzuniyyətin verilməsi mümkündür.
54. Lakin iddiaçı tərəf akademaik məzuniyyətin verilməsi ilə bağkl cvabdeh Universitetə müraciət etməmişdir. Digər tərəfdən isə, Azərbaycan Respublikası Müdafiə Nazirinin 31 mart 2022-ci il tarixli əmrinə əsasən 2022-ci ilin may ayında Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında yekun tibbi şəhadətləndirilməyə cəlb olunmuş, İddiaçı şəhadətləndirilmənin nəticəsini Hərbi Tibb Fakültəsinə təqdim etməmişdir. Daha sonra adıçəkilən tələbənin valideyni hərbi həkim komissiyasının qərarından şikayət etmiş, bu barədə Milli Müdafiə Universitetinə müraciət etmişdir. Milli Müdafiə Universitetindən Hərbi Tibb Fakültəsinə daxil olmuş xx.xx.2022-ci il tarixli 237 nömrəli məktuba əsasən tələbə İddiaçı təkrar şəhadətləndirilməsi üçün yekun tibbi müayinə kartası (Forma 8) hazırlanaraq valideynə və tələbəyə təkrar tibbi şəhadətləndirilmədən keçməsi üçün mobil telefonla məlumat verilmişdir. Lakin tələbə xx.xx.2022-ci il tarixinə qədər Fakültəyə gəlməmişdir. Bu barədə Milli Müdafiə Universitetinin rektoruna məktubla məlumat verilmişdir (xx.xx.2022 x.o.№1589). Daha sonra tələbə İddiaçı yekun tibbi müayinə kartasını (Forma 8) götürərək müayinə üçün getmiş, lakin dəfələrlə Hərbi Tibb Fakültəsinin rəisi, Hərbi Tibb Fakültə rəisinin tədris işləri üzrə müavini, Hərbi Tibb Fakültə rəisinin ideoloji iş və mənəvi psixoloji təminat üzrə baş köməkçisi, Hərbi Tibb Fakültə rəisinin hüquq işləri üzrə köməkçisi, Tədris şöbə rəisinin elmi işlər üzrə müavini tərəfindən mobil telefonla məlumat verilməsinə baxmayaraq şəhadətləndirilməni yekunlaşdırmamışdır. xx.xx.2022-ci il tarixində Hərbi Tibb Fakültəsi rəisinin hüquq işləri üzrə köməkçisi mobil telefonla valideynə zəng etmiş, valideyn isə bazar ertəsi (xx.xx.2022-ci il tarixində) Fakültəyə gələcəyini bildirərək yalan məlumat vermiş, Fakültəyə gəlməmiş və ya tələbənin tibbi müayinə kartasını (Forma 8) yekunlaşdıraraq çatdırmamışdır.
55. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli 34 nömrəli əmri ilə qüvvəyə minmiş “Cavabdeh Hərbi Tibb Fakültəsi haqqında” Əsasnamənin İV bölməsinin 9-cu bəndində imtahan-məqbul sessiyasının nəticələrinə görə üç və daha çox fəndən borcu olan və ya müəyyən edilmiş müddət ərzində akademik borcu ödəməyən kursantların Hərbi Tibb Fakültəsindən ali (orta) hərbi tədris müəssisələri üçün müəyyən edilmiş qaydada xaric edilmələri, eyni zamanda Hərbi Tibb Fakültəsinə qəbul olunmuş tələbə bu və ya digər səbəbdən həmin fakültədə təhsil almaqdan imtina etdiyi halda, Cavabdehndən xaric edilməsi təsbit edilmiş və yenidən bərpa edilməsinə dair hər hansı müddəa nəzərdə tutulmamışdır.
56. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
57. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
58. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva