Məhkəmə qərarları › İş №2-1(114)-1437/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1437/2025

27.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1437/2025 27.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı İİ dərəcə müddətsiz əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı ilkin olaraq “Anadangəlmə ürək qüsuru, Fallo tetradası total korreksiyası əməliyyatından sonrakı vəziyyət, Ürək-ağciyər çatmamazlığı İİ dərəcə” diaqnozu üzrə xx.xx.2007-ci il tarixdə 2 il müddətinə, daha sonra eyni diaqnoz və səbəbli əlaqə ilə xx.xx.2009-cu il tarixdə 2 il müddətinə, xx.xx.2011-ci il tarixdə 2 il müddətinə, xx.xx.2013cü il tarixdə 2 il müddətinə, xx.xx.2015-ci il tarixdə 2 il müddətinə, xx.xx.2017-ci il tarixdə 3 il müddətinə Sağlamlıq imkanları məhdud uşaq kimi, xx.xx.2019-cu il tarixdə isə eyni diaqnoz üzrə 5 il müddətinə ümumi xəstəlik səbəbi ilə əlillik təyin edilmişdir.

2. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə tibb müəssisəsisinin göndərişi əsasında xx.xx.2024-cü il tarixdə baxılmış və “Diaqnozun mətni: Aorta qapağının anadangəlmə çatışmazlığı, AÜQ. Tetrada fallo korreksiya əməliyyatından sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Stasionar müalicələr yetərli deyil, ixtisaslaşmış müalicəni davam etdirməsi məsləhət görülür” səbəbi ilə imtina verilmişdir.

3. Daha sonra iddiaçının əlillik vəziyyətinə Goranboy Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə baxılmış və Diaqnozun mətni: Q21.3 Fallo tetradası, AÜQ. Fallo tetradası. Total korreksiyası (xx.xx.2007) əməliyyatından sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Stasionar müalicə və bərpa müddəti yetərli deyil, ixtisaslaşmış müayinə və müalicə qərarı verildi” səbəbi ilə imtina verilmişdir.

4. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – Q21.3 Fallo tetradası, AÜQ. Fallo tetradası. Total korreksiyası (xx.xx.2007) əməliyyatından sonrakı vəziyyət; Yanaşı xəstəliklər – G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epilektik sindromlar, Yuvenil mioklonik epilepsiya tez-tez təkrarlanan mioklonik tutmalarla (ayda 10- 12 dəfə); Ağırlaşma – İ45 Keçiriciliyin digər pozğunluqları, Hiss dəstəsinin sağ ayaqcığının tam blokadası: Ağırlaşma – İ50.0 Durğunluq ürək çatmamazlığı, QDÇ İİİ dərəcə (NYHA); Ağırlaşma – İ37 Ağciyər arteriyası qapağının zədələnmələri, Trikuspidal çatmamazlıq İİ-İİİ dərəcə; Ağırlaşma – İ34.0 Mitral (qapağın) çatmamazlığı, Mitral çatmamazlıq İİ dərəcə; Ağırlaşma – İ27 Ağciyər-ürək çatmamazlığın digər formaları, Pulmonar hipertenziya.

5. X11 Exokardioqrafiyasının nəticəsi “AÜQ. Fallo Tetradası” kimi qeyd edilmişdir.

6. X8 xx.xx.2007-ci il tarixli Epikirizində diaqnoz “Anadangəlmə ürək qüsuru. Fallo tetradası” kimi müəyyənləşdirilmişdir.

7. Goranboy Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli 82 nömrəli göndərişində diaqnoz “Ensefalopatiya tez-tez olan qarışıq tipli cəng olma tutmaları ilə” kimi qeyd edilmişdir.

8. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 4071 nömrəli məsləhət vərəqində diaqnoz “Yuvinil mioklonik epilepsiya. Təkrarlanan mioklonik tutmalar ilə” kimi qeyd edilmişdir.

9. Goranboy Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 553 nömrəli Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktında diaqnoz “AÜQ. Fallo tetradası. Fallo tetradasının total kooreksiyasından sonrakı vəziyyət (2007). Yuvinil mioklonik epilepsiya tez-tez təkrarlanan (ayda 10-12 dəfə) tutmalarla” kimi qeyd edilmişdir.

10. Medlife klinikasının xx.xx.2024-cü il tarixli EEG müayinəsinin nəticəsi ilə müəyyən edilir ki, EEQ-də beyin qabığında diffuz bioelektrik aktivlik müşahidə olunur. Epileptik aktivliklə bərabər qıc olma hazırlığının həddinin enməsi müşahidə olunur. Bilateral-sinxron paroksizmlər qeydə alınır.

11. Akademik C.Abdullayev adına X1 xx.xx.2024-cü il tarixli tibbi rəyində diaqnoz “AÜQ. Fallo tetradasının total korreksiyasından sonrakı vəziyyət (14.05.07). Pulmonar hipertenziya (SPAP-45 mmHg, MÇ İİ, TÇ İİİ, XÜÇ İİ (iki) f.s” kimi müəyyənləşdirilmişdir.

12. Akademik C.Abdullayev adına X1 xx.xx.2024-cü il tarixli Transtorakal exokardioqrafiyasının (Doppler EXO-KQ) nəticəsi Fallo tetradasındasının total korreksiyası əməliyyatından sonrakı vəziyyət, Doppler EXO-KQ: min MÇ, İİ-İİİ TÇ qeyd edilmişdir.

13. Gəncə şəhəri X5 Stasionar xəstənin tibbi kartasından ******* nömrəli çıxarışında əsas diaqnoz - Anadangəlmə ürək qüsuru. Fallo Tetradası total korreksiyasından sonrakı (xx.xx.2007) vəziyyət (Z95). Yanaşı xəstəlik - Pulmonar hipertenziya (İ27) Epilepsiya. Yuvenil mioklonik epilepsiya, tez-tez tutan mioklonik tutmalarla. Ağırlaşma - Hiss dəstəsinin sağ ayaqcığının tam blokadası(İ45). Mitral çatmamzlıq İİ dərəcə (İ34.0), Trilkuspidal çatmamazlıq İİ-İİİ dərəcə (İ37). QDÇ İİİ dərəcə /NYHA /(İ50) kimi müəyyənləşdirilmiş, EKQ: Sinus ritmi. ÜVS 1 dəq-110. Hiss dəstəsi sağ ayaqcığının tam blokadası ExoKD: AÜQ: Tetrada Fallonun korreksiyasından sonrakı vəziyyət. Sağ kameraların genişlənməsi. RVDd-57.1mm. Ağciyər arteriyası üzərində turbulent axın. PÇmax-14mm.c.st. Mədəciklərarası çəpərin paradoksal hərəkəti. Sistolik funksiya-LVEF- 33%-zəifdir. Rəngli doplerdə dərəcə mitral, İİ-İİİ dərəcə trikuspidal çatmamazlıq izləndi. SPAP-50 mm.c.st. Diastolik disfunksiya psevdonormal tip. Müalicə:/pol.edici məh-v/d/, Eqilok 50 mq, Trombopol 75 mq, Pantap 40 mq, Veraşpiron 25 mq, Toras-Denk 10 mq, Sulfokomfakain, Kolxisin, PreduktalOD” kimi qeyd edilmişdir.

14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin iddiaçının nümayəndəsi X13 ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-4/2-K-22627/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin P00205401LTA nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Belə ki, İddiaçı dair dövlət tibb müəssisəsinin sözügedən göndərişində qeyd olunan diaqnozu təsdiq edən ixtisaslaşmış müalicə müddəti yetərli olmadığından əlilliyin müəyyən edilməsi mümkün olmamışdır. Daha sonra müraciətinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq əlillik təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar edilməmişdir.

15. “Goranboy Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18-1-39/3-239/2024 nömrəli arayışında diaqnoz “Epileptik status” kimi qeyd edilmişdir.

16. “Goranboy Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18-1-39/2-K-259-42-144/2024 nömrəli arayışında diaqnoz “Fallo tetradası, AÜQ. Fallo tetradası, total kooreksiyası əməliyyatından sonrakı vəziyyət (xx.xx.2007). Pulmonar hipertenziya. Ürək çatışmazlığı. ÜÇ İİ – İİİ dərəcə. EF – 35% Epilepsiya, Yuvenil mioklonik epilepsiya tez-tez təkrarlanan mioklonik tutmalarla (ayda 10-12 dəfə). Xroniki tonzilit. Xroniki hipertrofik tonzillit İİ dərəcə” kimi qeyd edilmişdir.

17. İddiaçının barəsində xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş göndərişlə müəyyən edilir ki, İddiaçı “Q21.3 Fallo tetradası” diaqnozu üzrə xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə ambulator, “Q21.3 Fallo tetradası” diaqnozu üzrə xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Bakı X9, “Q21.3 Fallo tetradası” diaqnozu üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Goranboy Rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2024-cü il tarixdə Akademik C.Abdullayev adına X2, “G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar” diaqnozu üzrə xx.xx.2019-cu il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Goranboy Rayon Mərkəzi Xəstəxanasında, “Z95 Ürək və damar implantantlarının və transplantantlarının olması” diaqnozu üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Gəncə şəhər Kardioloji Xəstəxanasında stasionar müalicədə olmuşdur.

18. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən xx.xx.2001-ci il təvəllüdlü İddiaçı Səhiyyə Nazirliyinin Xüsusi Komissiyasının rəyinə əsasən əks-göstəriş sertifikatı verilmişdir. II. Məhkəmədə icraat

19. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ll qrup əlilliyin təkrar müəyyən olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2001-ci il təvəllüdlüdür, anadangəlmə ürək qüsurludur. Ona qoyulan diaqnoz "Anadangəlmə ürək qüsuru. Fallo Tetradası"dır. Həmin xəstəliyi ilə əlaqədar olaraq xx.xx.2007-ci il tarixdə X9 əməliyyat olunmuşdur. Bundan sonra onun 18 yaşınadək əlilliyi müəyyən olunmuşdur. 2019-cu ilin aprel ayında onun 18 yaşı tamam olmuşdur. Bundan sonra onun xəstəliyi yenidən qiymətləndirilmişdir. Ona "Fallo tetradası.AÜQ.Fallo tetradası total korreksiyası əməliyyatından sonrakı vəziyyət. Pulmonar hipertenziya. Ürək çatışmazlığı, ÜÇ İİ-İİİ dərəcə, EF=35%. Epilepsiya, Yuvenli mioklonik epilepsiya tez-tez təkrarlanan mioklonik tutmalarla (ayda 10-12 dəfə). Xroniki tonzillit, Xroniki hipertrofik tonzillit İİ dərəcə" diaqnozu qoyulmuşdur. Lakin Goranboy Rayon Mərkəzi Xəstəxanası səhvən onun epilepsiya ilə əlaqədar olan sənədlərini sistemə yerləşdirməmişdir. Həmin sənədlər yalnız 12 iyul 2024cü il tarixdə sistemə yerləşdirilmişdir. xx.xx.2019-cu il tarixdə ona xx.xx.2024-cü ilədək ikinci dərəcəli əlillik təyin edilmişdir. 5 il müddətində o, xx.xx.2020-xx.xx.2020-ci il və xx.xx.2020- xx.xx.2021-ci il tarixlərdə Goranboy Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunmuşdur. Sonra pandemiya ilə əlaqədar xəstəxanada stasionar müalicə ala bilməmişdir. Lakin daimi olaraq həm ürək dərmanları, həm də epilepsiya dərmanları qəbul etmişdir. xx.xx.2022-ci il tarixdə X10 beyin MRT-si müayinəsi keçmişdir. Onda "Sağ hemisfer frontal pay superior frontal qırış orta səviyyəsində kortokal subkortikal minimal həcm artışı və T2/Flair hiperintensivlik" aşkarlanmışdır. Pandemiya dövründə epilepsiya xəstəsi olduğuna görə vaksinasiya edilməyinin qadağan olunması barədə xx.xx.2022-ci il tarixli sertifikat verilmişdir. xx.xx.2024-xx.xx.2024-cü il və xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə yenidən Goranboy Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunmuşdur. xx.xx.2024-cü il tarixdə "Med Life" Klinikasında EEG müayinəsi keçmişdir. Nəticə: "EEQ-də beyin qabığında diffuz biolektrik aktivlik müşahidə olunur. Epileptik aktivliklə bərabər qıc olma hazırlığının həddinin enməsi müşahidə olunur. Bilaterial-sinxron paroksizmlər qeydə alınır". xx.xx.2024-cü il tarixdə onun əlillik müddəti bitmişdir. Bundan sonra onun xəstəlik sənədləri hazırlanıb Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə ona imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, onun əlavə müalicəyə ehtiyacı var. Stasionar müalicələri yetərli deyil. İxtisaslaşmış müalicənin davam etdirilməsi məsləhət görülür. İmtinada göstərilənlərlə əlaqədar xx.xx.2024-cü il tarixdə o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akad. C.Abdullayev adına X2 müayinədə olunmuşdur. Ona "A.Ü.G: Fallo tetradasının total korreksiyasından sonrakı vəziyyət. Pulmonar hipertenziya (SPAP-45mmHg MGİİ, TGİİİ, XÜG İİ (İKT)) diaqnozu qoyulmuşdur. Yəni, onun əvvəlki diaqnozu təsdiq olunmuşdur. Bundan sonra xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə Goranboy Rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə Gəncə şəhəri Kardioloji Xəstəxanasında müayinə və müalicə olunmuşdur. Gəncə şəhəri Kardioloji Xəstəxanasının stasionar xəstənin tibb kartasından Çıxarışından da göründüyü kimi onun xəstəliyi ağırlaşmışdır. Onda "hiss dəstəsinin sağ ayaqcığının tam blokadası (145). Mitral çatmamazlıq İİ dərəcə (İ34.0), Trikuspidal çatmamazlıq İİ-İİİ dərəcə (İ37). QDÇ İİİ dərəcə/NYHA/(İ50) aşkar olunmuşdur. xx.xx.2024-cü il tarixdə Goranboy Rayon Mərkəzi Xəstəxanası tərəfindən forma 88 yenidən sitemə vurulmuşdur. xx.xx.2024-cü il tarixdə göndərişin EİS-nin alt sisteminə oturulması barədə ona sms göndərilmişdir. 15 iş günü müddətində onun əlilliyi qiymətləndirilmədiyinə görə xx.xx.2024-cü il tarixdə Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramova onu qəbul etməsi ilə bağlı teleqram vurmuşdur. xx.xx.2024-cü il tarixdə Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə getmişdir. Orada ona bildirilmişdir ki, onun sənədləri sistemə daxil olmayıb. Bu işin araşdırılması üçün Anar Bayramova ərizə ilə müraciət etmişdir. Agentliyin binasında Agentliyin səlahiyyətli nümayəndəsi olan bir xanım onunla görüşüb sənədlərinin Səhiyyə Nazirliyi tərəfindən sistemə daxil edilmədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Agentliyin həmin nümayəndəsi onunla telefon əlaqəsi saxlayaraq, əyani müayinəyə dəvət etmişdir. xx.xx.2024-cü il tarixdə o, Bakı şəhərində kardioloqun yanında əyani müayinə olmuşdur. Ürəyinin EKO-su olunmuş, o, EKO-nun nəticələrini tələb etməyinə baxmayaraq, nəticələr ona təqdim olunmamışdır. Lakin onda olan ağırlaşmanı təsdiq edən xəstəlik sənədləri həkim tərəfindən götürülmüşdür. Bundan sonra o, nevropatoloqun yanında videogörüntü ilə müayinədə olmuşdur. Onun epileptik tutmalarını təsdiq edən sənədlər və evdə çəkilmiş vodeogörüntü nevropatoloq tərəfindən götürülmüşdür. xx.xx.2024-cü il tarixdə o, Agentlik tərəfindən ona ünvanlanmış xx.xx.2024-cü il tarixli imtina məktubunu almışdır. İmtina məktubunu aldıqdan sonra Goranboy RMX-da baş həkimin qəbulunda olmuşdur. Baş həkim ona bildirmişdir ki, xx.xx.2024-cü il tarixli xəstəliyin qiymətləndirilməsinə dair göndərişin nəticəsi sistemə yerləşdirilməmişdir. Agentliyin xx.xx.2024-cü il tarixli imtinası onunla əsaslandırılmışdır ki, onun əlavə müalicəyə ehtiyacı var və ixtisaslaşmış müalicə müddəti yetərli deyil. O, imtinanın əsasları ilə razı deyil. Belə ki, qeyd etdiyi kimi o, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə Goranboy Rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə Gəncə şəhəri Kardioloji Xəstəxanasında müayinə və müalicə olunmuşdur. Onun təkcə Gəncə şəhəri Kardioloji Xəstəxanasında aldığı müalicə müddəti 11 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qadası"nda dəyişilik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 may 2024-cü il tarixli Qərarına 2 nömrəli əlavəsinə əsasən təkrar əlillik müraciətləri üçün ürək qan-damar sistemi xəstəlikləri üçün minimal müalicə müddəti 10 gün təşkil edir. Göründüyü kimi cavabdehin imtinası tamamilə əsassızdır və buna görə məhkəməyə müraciət etmək məcburiyyətindədir.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

22. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “İddiaçı xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

23. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

24. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

25. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, cavabdeh orqan sonuncu dəfə tibb müəssisəsinin xx.xx.2024-cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətini qiymətləndirmiş və ona təyin olunmasından imtina etmiş, lakin sözügedən imtina qərarının və ya onun barəsində hər hansı məlumatın iddiaçıya rəsmi qaydada təqdim edilməsinə dair cavabdeh tərəfindən hər hansı sənəd (sübut) təqdim edilməmişdir.

26. Ona görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia qaldırmaq üçün qanunvericilikdə müəyyən edilmiş müddət ötürülməmişdir və iddia mümkün iddiadır.

27. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Goranboy şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

28. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

29. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

30. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

31. İddiaçının nümayəndəsi X14 məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

32. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

33. İddiaçının nümayəndəsi X14 şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, göstərmişdir ki, oğlu Kamilə tibb müəssisəsi tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş göndərişə cavabdeh tərəfindən ixtisaslaşdırılmış müalicəyə ehtiyacı olması əsası ilə imtina verilmiş, bundan sonra oğlu müalicədə olmuş və onun barəsində xx.xx.2024-cü il tarixdə yenidən göndəriş rəsmiləşdirilmişdir. Lakin həmin göndərişin qiymətləndirmə nəticəsi sistemdə olmadığından o, cavabdeh orqanın rəhbər şəxslərinə müraciətlər edərək, qəbulda olmuş və ona bildirilmişdir ki, eyni imtina əsası ilə oğluna əlillik təyinatından imtina edilmişdir. Halbuki, əvvəlki imtina əsasında göstərilən əsas aradan qalxmış – oğlu ixtisaslaşmış müalicə almış və yaxılaşmamış idi. Digər tərəfdən isə, cavabdeh orqan ümumiyyətlə sonuncu göndəriş üzrə qiymətləndirmə aparmayaraq, qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, iş materiallarına əlavə etdiyi xx.xx.2024-cü il tarixdə çap olunmuş TSEK-də müayinəyə dair məlumatdan görünür ki, sonuncu qiymətləndirmə xx.xx.2024-cü il tarixdə aparılmışdır. Onun oğlu anadangəlmə ürək qüsurludur və ağır dərəcəli epilepsiya xəstəsidir. Oğlu Kamilin məhz həmin xəstəliklərlə bağlı 17 il ardıcıl və fasiləsiz əlilliyi müəyyən edilmişdir və həmin əlilliyin təyin edilməsinə əsas olmuş xəstəliklər hazırda da oğlunda var. Koronavirus pandemiyası zamanı oğlunda olan epilepsiya xəstəliyinə görə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ona vaksinə əks-göstəriş sertifikatı da verilmişdir. Həm ardıcıl-fasiləsiz əlilliyinin olması, həm də xəstəliyi oğlu Kamilə ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsinə əsas verir. Belə ki, oğlu Kamilin 2019-cu ilədək əvvəl qüvvədə olan Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.3.4-cü bəndinə müvafiq olaraq sağlamlıq imkanları məhdudluğu müəyyən edilmiş, 2019-cu ildə isə 5 il müddətinə ikinci dərəcəli əlilliyi müəyyən edilmişdir. Hazırda oğlunun xəstəliyi Əlilliyin müəyyən olunması meyarlarının 2.3.4-cü bəndinə və 6.7-ci bəndinə uyğun gəlir. Odur ki, iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

34. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixdə əyani müainədə olmuş, Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Stasionar müalicə və bərpa müalicə müddəti yetərli deyil. İxtisaslı müayinə və müalicə qərarı verildi. Bu səbəbdən iddia ərizəsinin qeyri mümkün hesab edilməsi barədə qərar qəbul etməyinizi xahiş edirlər. "Diaqnozun mətni: Q21.3 Fallo tetradası, AÜQ.Fallo tetradası.Total korreksiyası (xx.xx.2007) əməliyyatından sonrakı vəziyyət. X7: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q20-Q28 - Qan dövranı sisteminin anadangəlmə anomaliyaları [inkişaf qüsurları] => Q21 - Ürək ara… Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Stasionar müalicə və bərpa müalicə müddəti yetərli deyil. İxtisaslı müayinə və müalicə qərarı verildi. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri yəni diaqnozun öz təsdiqini tapması və onun həyat fəaliyyətini məhdudlaşdıran ağırlaşmaların olmasına əsasən müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na əsasən - Q21.3 Fallo tetradası, AÜQ.Fallo tetradası.Total korreksiyası (xx.xx.2007) əməliyyatından sonrakı vəziyyət… diaqnozu təyin edilsə belə müvafiq ağırlaşmalar əyani müayinə zamanı öz əksini tapmamışdır. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri" nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və s. məsələləri yoxlamalıdırlar. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

35. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Müayinə olunan şəxs barədə elektron məlumatlar; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri; - Goranboy Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi; - Ambulator, stasionar xəstənin tibb kartasından çıxarışlar; - X8 xx.xx.2007-ci il tarixli Epikirizi; - Goranboy Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli 82 nömrəli göndərişi; - Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 4071 nömrəli məsləhət vərəqi; - Goranboy Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 553 nömrəli Sağlamlıq vəziyyətinin müayinə edilmısi aktı; - Akademik C.Abdullayev adına X1 xx.xx.2024-cü il tarixli tibbi rəyi; - Akademik C.Abdullayev adına X1 xx.xx.2024-cü il tarixli Transtorakal exokardioqrafiyasının (Doppler EXO-KQ) nəticəsi; - Gəncə şəhəri X5 Stasionar xəstənin tibbi kartasından ******* nömrəli çıxarışı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin iddiaçının nümayəndəsi X13 ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-4/2-K-22627/2024 nömrəli cavab məktubu; - “Goranboy Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18-1-39/3-239/2024 nömrəli arayışı; - “Goranboy Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18-1-39/2-K-259-42-144/2024 nömrəli arayışı. Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

36. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

37. Belə ki, cavabdeh orqanın təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, İddiaçı ilkin olaraq “Anadangəlmə ürək qüsuru, Fallo tetradası total korreksiyası əməliyyatından sonrakı vəziyyət, Ürək-ağciyər çatmamazlığı İİ dərəcə” diaqnozu üzrə xx.xx.2007-ci il tarixdə 2 il müddətinə, daha sonra eyni diaqnoz və səbəbli əlaqə ilə xx.xx.2009-cu il tarixdə 2 il müddətinə, xx.xx.2011-ci il tarixdə 2 il müddətinə, xx.xx.2013-cü il tarixdə 2 il müddətinə, xx.xx.2015-ci il tarixdə 2 il müddətinə, xx.xx.2017-ci il tarixdə 3 il müddətinə Sağlamlıq imkanları məhdud uşaq kimi, xx.xx.2019-cu il tarixdə isə eyni diaqnoz üzrə 5 il müddətinə ümumi xəstəlik səbəbi ilə əlillik təyin edilmişdir.

38. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2024-cü il tarixdə baxılmış və “Diaqnozun mətni: Aorta qapağının anadangəlmə çatışmazlığı, AÜQ. Tetrada fallo korreksiya əməliyyatından sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Stasionar müalicələr yetərli deyil, ixtisaslaşmış müalicəni davam etdirməsi məsləhət görülür” səbəbi ilə imtina verilmişdir.

39. Daha sonra iddiaçının əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi üçün Goranboy Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2024-cü il tarixdə göndəriş altsistemə ötürülmüşdür.

40. Cavabdeh orqanın X13 ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-4/2-K- 22627/2024 nömrəli cavab məktubunda İddiaçı əlillik vəziyyətinin dövlət tibb müəssisəsinin P00205401LTA nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirildiyi və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edildiyi bildirilsə də, iddiaçının iş materiallarına əlavə etdiyi xx.xx.2024-cü il tarixdə çap olunmuş TSEK-də müayinəyə dair məlumatdan görünür ki, sonuncu qiymətləndirmə xx.xx.2024-cü il tarixdə aparılmışdır. Həmçinin, iddiaçının şəxsi kabinetindən çıxarışda da qeyd edilmişdir ki, formanın qiymətləndirilməsi yekun olaraq qüvvəyə minməyib. Fərqli əlillik dərəcəsi üçün yeni forma 88 almalısınız.

41. Cavabdeh orqanın təqdim etdiyi iddiaçının əlillik vəziyyətinin qiymətləndirlməsi üzrə sənədlərlə isə müəyyən edilir ki, iddiaçının əlillik vəziyyəti Goranboy Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2024-cü il tarixdə imzalanmış göndəriş əsasında xx.xx.2024cü il tarixdə qiymətləndirilmiş və Diaqnozun mətni: Q21.3 Fallo tetradası, AÜQ. Fallo tetradası. Total korreksiyası (xx.xx.2007) əməliyyatından sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Stasionar müalicə və bərpa müddəti yetərli deyil, ixtisaslaşmış müayinə və müalicə qərarı verildi” səbəbi ilə imtina verilmişdir.

42. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – Q21.3 Fallo tetradası, AÜQ. Fallo tetradası. Total korreksiyası (xx.xx.2007) əməliyyatından sonrakı vəziyyət; Yanaşı xəstəliklər – G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epilektik sindromlar, Yuvenil mioklonik epilepsiya tez-tez təkrarlanan mioklonik tutmalarla (ayda 10- 12 dəfə); Ağırlaşma – İ45 Keçiriciliyin digər pozğunluqları, Hiss dəstəsinin sağ ayaqcığının tam blokadası: Ağırlaşma – İ50.0 Durğunluq ürək çatmamazlığı, QDÇ İİİ dərəcə (NYHA); Ağırlaşma – İ37 Ağciyər arteriyası qapağının zədələnmələri, Trikuspidal çatmamazlıq İİ-İİİ dərəcə; Ağırlaşma – İ34.0 Mitral (qapağın) çatmamazlığı, Mitral çatmamazlıq İİ dərəcə; Ağırlaşma – İ27 Ağciyər-ürək çatmamazlığın digər formaları, Pulmonar hipertenziya.

43. Halbuki, iş üzrə təqdim olunmuş xəstəlik tarixçəsindən çıxarışlarla müəyyən edilir ki, İddiaçı “Q21.3 Fallo tetradası” diaqnozu üzrə xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə ambulator, “Q21.3 Fallo tetradası” diaqnozu üzrə xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Bakı X9, “Q21.3 Fallo tetradası” diaqnozu üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Goranboy Rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2024-cü il tarixdə Akademik C.Abdullayev adına X2, “G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar” diaqnozu üzrə xx.xx.2019-cu il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Goranboy Rayon Mərkəzi Xəstəxanasında, “Z95 Ürək və damar implantantlarının və transplantantlarının olması” diaqnozu üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Gəncə şəhər Kardioloji Xəstəxanasında stasionar müalicədə olmuşdur.

44. Göründüyü kimi, iddiaçının barəsində rəsmiləşdirilmiş xx.xx.2024-cü il tarixli imtina qərarında onun ixtisaslaşdırmış müalicəyə ehtiyacın olması əsas gətirildiyi üçün, iddiaçı “Z95 Ürək və damar implantantlarının və transplantantlarının olması” diaqnozu üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Gəncə şəhər Kardioloji Xəstəxanasında stasionar müalicədə olmuş, bundan sonra xx.xx.2024-cü il tarixdə yeni göndəriş rəsmiləşdirilmiş və cavabdeh tərəfindən yenə eyni əsasla imtina verilmişdir. Halbuki, sonuncu göndəriş rəsmiləşdirilən zaman iddiaçının ambulator və stasionar müayinə-müalicələri ilə bağlı şərt ödənilmiş idi.

45. Məhkəmə hesab edir ki, nə qədər ki, cavabdeh orqan məhkəmə araşdırması müddətində istinad etdiyi hallara - əlavə müalicəyə ehtiyacın olması, yəni əvvəlki müalicənin müddətinin yetərsiz olmasına dair mötəbər və əsaslı dəlil, sənəd təqdim etməmişdir, bu halda iddiaçının barəsində rəsmiləşdirilmiş göndərişdə əsas gətirilən halın mövcudluğu müəyyən edilmir. Ona görə də, məhkəmə cavabdehin hərəkətini əlilliyin müəyyən edilməsindən imtina kimi qiymətləndirir və mübahisəyə mahiyyəti üzrə baxılmasını haqlı sayır.

46. Məhkəmə araşdırması zamanı əldə edilmiş sənədlərlə iddiaçıya “Anadangəlmə ürək qüsuru, Fallo tetradası total korreksiyası əməliyyatından sonrakı vəziyyət, Ürəkağciyər çatmamazlığı İİ dərəcə” diaqnozu üzrə xx.xx.2007-ci il tarixdən etibarən fasiləsiz olaraq 17 il əlilliyin (12 il sağlamlıq imkanları məhdud uşaq kimi, 5 il ikinci dərəcəli əlil kimi) təyin olunması müəyyən edilir.

47. İddiaçının səhhətində hazırda da “Fallo tetradası, AÜQ. Fallo tetradası. Total korreksiyası (xx.xx.2007) əməliyyatından sonrakı vəziyyət” xəstəliyinin olması, hətta həmin xəstəliyin ağırlaşma hallarının - İ45 Keçiriciliyin digər pozğunluqları, Hiss dəstəsinin sağ ayaqcığının tam blokadası; İ50.0 Durğunluq ürək çatmamazlığı, QDÇ İİİ dərəcə (NYHA); İ37 Ağciyər arteriyası qapağının zədələnmələri, Trikuspidal çatmamazlıq İİ-İİİ dərəcə; İ34.0 Mitral (qapağın) çatmamazlığı, Mitral çatmamazlıq İİ dərəcə; İ27 Ağciyər-ürək çatmamazlığın digər formaları, Pulmonar hipertenziya və yanaşı xəstəliyin – G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epilektik sindromlar, Yuvenil mioklonik epilepsiya tez-tez təkrarlanan mioklonik tutmalarla (ayda 10-12 dəfə) olması iş materiallarında olan çoxsaylı tibbi sənədlərlə öz təsdiqini tapır (həmin sənədlər qərarın təsviri hissəsində - “işin halları” sadalanmışdır).

48. Bütün bunlara baxmayaraq, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2024cü il tarixli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilərkən, onun xəstəliyi və ağırlaşma halları, yanaşı xəstəliyi nəzərə alınmamış, əsassız olaraq stasionar müalicələrin yetərli olmaması, ixtisaslaşmış müalicəni davam etdirməsinin məsləhət görülməsi səbəbindən əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir.

49. Lakin yuxarıda qeyd edildiyi kimi, İddiaçı dair göndərişdə və tibbi sənədlərdə göstərilən xəstəliklər onun sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 80 faiz pozulması ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsinə dair qərar qəbul edilməsinə əsas verir.

50. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir.

51. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 18 may 2022-ci il tarixli 191 nömrəli (“Xalq” qəzeti, 20 may 2022-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 553) ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na yeni məzmunda 4-cü hissə əlavə edilmişdir. Bənd 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.

1. Hazırkı işdə iddiaçının ikinci dərəcə əlilliyinin 10 ildən artıq fasiləsiz olaraq müəyyən edilməsinə istinad edərək, ona müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsini xahiş edir.

2. İş materialları ilə iddiaçının 17 il, yəni 10 ildən artıq fasiləsiz və ardıcıl ikinci dərəcə əlilliyinin olması və sonuncu qiymətləndirmə zamanı da iddiaçıya əlilliyin müəyyən edilməsinə əsas verən diaqnozun mövcud olması təsdiq olunur.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir.

4. Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

5. Həmin Əlavəyə əsasən: Sıra Xəstəliklərin, zədələrin və XBT-10 Orqanizmin Orqanizmin №-si çatışmazlıqların adları, onların (kod) funksiyalarının funksiyalarının ağırlıq dərəcəsi, mərhələsi, pozulması faizi pozulması orqanizmin funksiyalarının müddəti davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri

6. Sinir sistemi xəstəlikləri Qeyd. Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması.

6.7 Epilepsiya G40

Qiymətləndirmə 6.7.3. epilepsiya, tez-tez təkrarlanan 65-80 2 il (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır)

2. Qan dövranı sisteminin xəstəlikləri Qeyd. Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn orqanizmin qan dövranı sisteminin davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi klinik-funksional təzahürlərin ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır: qan dövranı çatışmazlığı, hipertonik sindrom, ağciyər hipertenziyası, aritmiyanın və ya blokadanın dərəcəsi. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması. 2.3 Ürək çatışmazlığı İ50 Süni ürək ritmi aparıcısının Z95.0 olması

Qiymətləndirmə 2.3.4. ürək ritminin süni tənzimləyicisi 80 Müddətsi qoyulduğu hallarda ürək qüsurları z və ya miokardda baş vermiş dərin dəyişikliklər

6. Göründüyü kimi, iddiaçının göndərişində əks olunmuş diaqnozlar üzrə orqanizminin funksiyalarının pozulması 65-80 faiz aralığındadır və bu da iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir. İddiaçının 10 ildən artıq fasiləsiz və ardıcıl ikinci dərəcə əlilliyinin olması isə həmin əlilliyin müddətsiz təyin edilməsinə əsas verir.

7. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının növbəti qiymətləndirilməsi zamanı ona müddətsiz əlillik təyin edilməsi ilə bağlı bütün şərtlər məcmu halında ödənilməsinə baxmayaraq, cavabdeh orqan tərəfindən “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın tələbləri pozulmuşdur.

8. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

9. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

10. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə (ikinci dərəcə) müddətsiz əlilliyin təyin olunması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır.

11. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

12. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə (ikinci dərəcə) müddətsiz əlilliyin təyin olunması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar