Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-144/2021 09.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 nömrəli sənəd ilə müəyyən edilən baş geyimi ilə fotoşəkilin çəkilməsi, pasport və şəxsiyyət vəsiqəsi verilməsi tələbinə dair inzibati mübahisəyə məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı cavabdeh Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 nömrəli sənəd ilə müəyyən edilən baş geyimi ilə fotoşəkilin çəkilməsi, pasport və şəxsiyyət vəsiqəsi verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-540/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardaddı ilə İddiaçı cavabdehlə Gəncə “ASAN xidmət” Mərkəzinə və Baş Pasport, qeydiyyat və Miqrasiya İdarəsinə qarşı cavabdehlərin üzərinə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli səm=nədi ilə müəyyən edilən baş geyimi ilə fotoşəkilin çəkilməsi, pasport və şəxsiyyət vəsiqəsi verilməsi öhdəliyinin qoyulması barədə iddiası mümkün sayılmamışdır. İş üzrə İddiaçı tərəfindən Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-540/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardaddından şikayət verilmiş, şikayət işlə birlikdə baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 1(104)-429/2020 nömrəli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə İddiaçı tərəfindən verilmiş ərizəyə baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclasında xx.xx.2021-ci il tarixdə iddiaçının nümayəndəsi X2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh qismində göstərilmiş Gəncə «ASAN xidmət » Mərkəzinin cavabdehlikdən çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-144/2021 nömrəli qərardad ilə iddiaçının ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. xx.xx.2021-ci il tarixə təyin edilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmişdir. Cavabdeh Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə hazırkı işə Gəncə İnzibati Məhkəməsi tərəfindən baxılmamalı və iş ərazi aidiyyəti üzrə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İş üzrə iddiaçı Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia qaldırmışdır və cavabdeh orqanın yerləşdiyi ünvan ünvan 1 Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən cavabdehin yerləşdiyi ərazi Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 nömrəli sənəd ilə müəyyən edilən baş geyimi ilə fotoşəkilin çəkilməsi, pasport və şəxsiyyət vəsiqəsi verilməsi tələbinə dair iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-144/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-144/2021
09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver