Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1444/2021 18.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı qeydiyyat vəsiqəsində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 23.06.2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən mülkə dair qeydiyyat vəsiqəsində yazılmış “X6” adının dəyişdirilərək “X7” kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının qaynatası X7 19.07.2015-ci il tarixdə vəfat etmişdir və onun vəfatından sonra iddiaçı və onun həyat yoldaşı miras mülkdə yaşayıb mirası faktiki qəbul etmişlər. İddiaçının həyat yoldaşı 07.01.2018-ci il tarixdə rəhmətə getmişdir. Bundan sonra iddiaçı qaynatasının adına olan Gəncə şəhəri, Abdulla Sur küçəsi 44 saylı ünvanda yerləşən evi öz adına keçirmək istəsə də, evin qeydiyyat vəsiqəsində mərhum qaynatasının adı “X7” əvəzinə “X6” kimi yazıldığına görə buna nail ola bilməmişdir. İddiaçı qaynatasının adına olan 21.04.1998ci il tarixli 1792 saylı qeydiyyat vəsiqəsində onun adının “X7” kimi yazılması məqsədilə DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 16.07.2021-ci il tarixli, **********76 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən Kirovabad şəhər 3 saylı notariat kontorunun 20.04.1989-cu il tarixli 3-347 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X4 1792 reyestr nömrəli 21.04.1998-ci il qeydiyyat tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Bu səbəbdən də iddianın təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -20.07.2015-ci il tarixli, AZ-İ 762237 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 19.07.2015-ci il tarixdə ölmüşdür. -08.01.2018-ci il tarixli, AZ-İ 917721 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 07.01.2018-ci il tarixdə ölmüşdür. -DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin 29.06.2020-ci il tarixli, **********81 nömrəli məktubunun surətindən görünür ki, 3 saylı notariat kontorunun 20.04.1989-cu il tarixli 3-347 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Abdulla Sur küçəsi 44 saylı fərdi yaşayış evi X15 tərəfindən X1 və alıcının adına 21.04.1998-ci il tarixli 1792 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. -Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinin 14.11.2020-ci il tarixli 325 nömrəli məktubunun sürətindən görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” X2 Sistemi üzrə yoxlama aparılmış və 1935-ci il təvəllüdlü X3 19.07.2015-ci il tarixdə vəfat etməsi müəyyən edilmişdir. -DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin 24.05.2021-ci il tarixli, **********66 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Kirovabad şəhər 3 saylı notariat kontorunun 20.04.1989-cu il tarixli 3-347 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X4 1792 reyestr nömrəli 21.04.1998-ci il qeydiyyat tarixli qeydiyyat vəsiqəsi verilmiş, sonuncu 19.07.2015-ci il tarixdə ölmüş və ölüm haqqında şəhadətnamədə adı “X7” kimi qeyd olunmuşdur. Sənədlər arasında ad və soyadla bağlı müəyyən uyğunsuzluqlar yarandığından iddiaçı mərhum qaynatasına məxsus evi öz adına keçirə bilməmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi Gəncə şəhəri, Abdulla Sur küçəsi 44 saylı ünvanda yerləşən evə dair qeydiyyat vəsiqəsi Kirovabad şəhər 3 saylı notariat kontorunun 20.04.1989-cu il tarixli 3-347 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasında verilmişdir, həmin sənəddə isə qeydiyyat sahibinin adı “X8” kimi yazılmışdır. Deməli qeydiyyat orqanı tərəfindən sözügedən qeydiyyat vəsiqəsi tərtib olunarkən səhvə yol verilməmiş, yəni qeydiyyat vəsiqəsi ilkin sənədə uyğun hazırlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı qeydiyyat vəsiqəsində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1444/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1444/2021
18.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver