Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1445/2020 29.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X9 publik hüquqi şəxsin Tovuz rayon filialının etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X9 publik hüquqi şəxsin Tovuz rayon filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Tovuz rayon şöbəsinin xx xxx 2020-ciiltarixli, **********4 nömrəli məktubu ilə İddiaçı təqdim etdiyi arxiv arayışlarında qeyd edilmiş dövrlər əmək kitabçasında qeyd edilmədiyi üçün sosial sığorta stajına daxil edilməmişdir. Ona görə də, əyani təhsil aldığı və hərbi xidmətdə olduğu dövrlər sığorta stajına daxil edilməklə xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə tələb edilən 25 il sığorta stajına qarşı 04 il 05 ay 26 gün sosial sığorta stajının toplandığı və xx.xx.2018-ci il tarixə fərdi hesabında qeydə alınmış pensiya kapitalı olmadığına görə ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İmtinanı qanunsuz hesab edən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Dövlət X6 Tovuz rayon şöbəsinə qarşı ona işlədiyi iş stajına uyğun olaraq əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, 1977-1979-cu illərdə “Azəralüminium” Açıq Səhmdar Cəmiyyətinin Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsinin 2 saylı Gil-Torpaq sexində elektrik montyoru, 1979-1995ci illərdə “M.B.Qasımov” adına sovxozda (şərab zavodu) fəhlə, 1995-2002-ci illərdə Tovuz rayonu 5 nömrəli Təmir-Tikinti İdarəsində usta işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X9 publik hüquqi şəxsin Tovuz rayon filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə qədər “xxxxxxxxxxx” ASC-nin Gəncə Gil-Torpaq İstehsalat sahəsinin 2 saylı Gil-Torpaq sexində elektrik monitoru peşəsində işləmişdir. xx xxxxxx 1979-cu il tarixdə 635 saylı əmrlə M.B.Qasımov adına sovxozun şərab zavoduna fəhlə qəbul edilmiş, xx xxxxxxxx 1986-cı il tarixdə 7 saylı əmrlə M.B.Qasımov adına sovxozun şərab zavodunda yeni yaradılmış 1 nömrəli üzüm emalı zavoduna köçürülmüşdür. xx xxxxxx 1994-cü il tarixdə 104 nömrəli əmrlə 1 nömrəli üzüm emalı zavodunun M.B.Qasımov adına sovxoza verilməsi ilə əlaqədar olaraq M.B.Qasımov adına sovxoza köçürülmüş, xx xxxxxx 1995-ci il tarixdə üzüm emalı məsələsi ləğv olunduğundan x xxxx 1995-ci ildən işdən azad olunmuşdur. İşlədiyi dövr üçün əmək haqları cədvəli tərtib olunmuş, 1995-ci ilin oktyabr ayından 2002ci ilin sentyabr ayına kimi 5 nömrəli X10 idarəsində işləmişdir. İşlədiyi dövr ərzində əmək haqları almışdır. Hal-hazırda heç bir yerdə işləmir. Ona əmək pensiyası təyin edilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu ona əmək kitabçası olmadığına görə pensiya təyin etməkdən imtina etmişdir. Ərizəsinə əlavə etdiyi sənədlərlə müəyyən olunur ki, əmək pensiyasının təyin olunması üçün kifayət qədər iş stajı vardır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Dövlət X9 publik hüquqi şəxsin Tovuz rayon filialının etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən olunması və hesablanması qaydalarının 3.4-cü bəndinin tələbinə görə sosial sığorta stajı yalnız əmək kitabçasına əsasən müəyyən olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx xxxxxx 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilmiş 22-1-1-ci maddəyə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan siğorta stajının hesablanması xüsusiyyətləri təsbit olnmuş və həmin dəyişikliyə əsasən Qanunun 7-ci maddəsi ilə müəyyən yaş həddinə çatmış siğortaolunanlara əmək pensiyası təyin edilərkən onun yanvarın 1-dək olan siğorta stajı 25 il və x xxxxxx 2019-cu tarixdən etibarən siğorta olunanlara əmək pensiyası təyin edilərkən onların fərdi hesabının siğorta hissəsində 2018-ci il 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda (qeydə alınmış pensiya kapitalının məbləğindən asılı olmayaraq) həyata keçirilir. Məlumat üçün bildirir ki, təqdim olunan arxiv arayışlarında qeyd edilmiş dövrlər əmək kitabçasında qeyd edilmədiyi üçün iddiaçının sosial sığorta stajıına daxil edilməmişdir. Ona görə də əyani təhsil aldığı və hərbi xidmətdə olduğu dövrlər sığorta stajına daxil edilməklə xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə tələb edilən 25 il sığorta stajına qarşı 04 il 05 ay 26 gün sosial sığorta stajı var və xx.xx.2018-ci il tarixə fərdi hesabında qeydə alınmış pensiya kapitalı olmadığına görə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara iddiaçıya aid şəxsiyyət vəsiqəsinin surəti, Sumqayıt “Alüminium” İstehsalat Sahəsinin xx.xx.2020-ci il tarixli, 01-26 nömrəli və xx.xx.2020-ci il tarixli, 01-18 nömrəli arayışlarının təsdiqlənmiş surətləri, Tovuz rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 25 nömrəli və xx.xx.2020-ci il tarixli, 178 nömrəli arxiv arayışları, “xxxxxxxxxxxxxx” adına Qızıl Salxım MMC-nin xx.xx.2020-ci il tarixli, 02 nömrəli və xx.xx.2020-ci il tarixli, 01 nömrəli arayışları, Tovuz rayonu 5 nömrəli Təmir-Tikinti İdarəsinin xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli, 18 nömrəli arayışları, xx.xx.1973-cü il tarixli, NZ ******* nömrəli hərbi biletin surəti, xx.xx.1977ci il tarixli, Ş 027964 nömrəli diplomun surəti, iddiaçının pensiya işinin surəti, cavabdeh Dövlət X9 publik hüquqi şəxsin Tovuz rayon filialının iddiaçıya ünvanladığı xx xxx 2020-ci il tarixli, **********4 nömrəli imtina məktubu və xx.xx.2020-ci il tarixli, **********0 nömrəli məktubu, Tovuz Təsərrüfat hesablı X1 üzrə əmr kitabının təsdiqlənmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi mümkün olmaqla yanaşı həm də əsaslıdır. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının “Azəralüminium” Açıq Səhmdar Cəmiyyətinin Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsinin 2 saylı Gil-Torpaq sexində, “M.B.Qasımov” adına sovxozda və Tovuz rayonu 5 nömrəli Təmir-Tikinti İdarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi mübahisələndirilmiş və bu mövqe onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiyi stajı əmək kitabçası ilə təsdiqlənmir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək “Azəralüminium” Açıq Səhmdar Cəmiyyətinin Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsinin 2 saylı Gil-Torpaq sexində elektrik montyoru, xx.xx.1979-cu il tarixdən xx.xx.1995-ci il tarixədək “M.B.Qasımov” adına sovxozda fəhlə və xx.xx.1995-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Tovuz rayonu 5 nömrəli Təmir-Tikinti İdarəsində usta işlədiyi dövr Tovuz rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 25 nömrəli arxiv arayışında, “Alüminium” İstehsalat Sahəsinin xx.xx.2020-ci il tarixli, 01-26 nömrəli və xx.xx.2020-ci il tarixli, 01-18 nömrəli və Tovuz rayonu 5 nömrəli Təmir-Tikinti İdarəsinin xx.xx.2020-ci il tarixli, 18 nömrəli arayışlarında və əmr kitabının təsdiqlənmiş surətində öz təsdiqini tapmış, cavabdeh həmin arayışların və əmr kitabının mötəbərliyini mübahisələndirməmişdir. Məhkəmə iddiaçının “M.B.Qasımov” adına sovxozda əmək fəaliyyəti ilə bağlı arxiv məlumatlarının mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin xx xxxxxx 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası, «q» bəndinə görə arxiv müəssisəsinin arayışı iş stajını təsdiq edən sübut sayılır. x xxxxxx 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin xx xxxxxxxx 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X8) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. İddiaçının “Azəralüminium” Açıq Səhmdar Cəmiyyətinin Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsinin 2 saylı Gil-Torpaq sexində və Tovuz rayonu 5 nömrəli Təmir-Tikinti İdarəsində işləməsi adıçəkilən müəssisələr tərəfindən verilən arayışlar və əmr kitabı ilə təsdiqlənmişdir. Belə ki, «Alüminium» İstehsalat Sahəsinin xx.xx.2020-ci il tarixli, 01-26 nömrəli və xx.xx.2020-ci il tarixli, 01-18 nömrəli arayışlarından məlum olur ki, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə qədər 2 saylı Gil Torpaq sexində elektrik montyoru vəzifəsində işləmiş, xx.xx.1977-ci il tarixli, 462 saylı əmrlə işə daxil olmuş və xx.xx.1979-cu il tarixli 601 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. İşdə olan Tovuz rayonu 5 nömrəli Təmir-Tikinti İdarəsinin xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli, 18 nömrəli arayışlarında, məhkəməyə təqdim edilmiş Tovuz Təsərrüfat hesablı Təmir X5 üzrə əmr kitabının təsdiqlənmiş surətindən məlum olur ki, Tovuz 5 nömrəli Təmir-Tikinti İdarəsi üzrə 38 nömrəli, xx.xx.1995-ci il tarixli əmrlə İddiaçı xx.xx.1995-ci il tarixdən idarəyə usta vəzifəsinə təyin edilmiş, 3 nömrəli, xx.xx.2002-ci il tarixli əmrlə xx.xx.2002-ci il tarixdən ərizəsinə əsasən tutduğu vəzifəsindən azad edilmişdir. Beləliklə məhkəmə iddiaçının “M.B.Qasımov” adına sovxozda işlədiyinə dair arxiv arayışında, “Azəralüminium” Açıq Səhmdar Cəmiyyətinin Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsinin 2 saylı Gil-Torpaq sexində və Tovuz rayonu 5 nömrəli Təmir-Tikinti İdarəsində işlədiyinə dair arayışlarda və əmr kitabında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. Bundan başqa, İddiaçı iddia ərizəsində ona hüququ yarandığı tarixdən pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respulikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə görə Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli qərarında qeyd edilmişdir ki, sosial təminat hüququnun Konstitusiya ilə təmin olunması qanunvericinin mülahizə sərbəstliyinə müəyyən məhdudiyyətlər qoyur. Birincisi, qanunverici bu hüququn səmərəli realizəsinin təmin olunmasından imtina edə bilməz. Bu səbəbdən də həmin hüququn tənzimlənməsi zamanı qanunda nəinki bilavasitə Konstitusiyanın 38-ci maddəsində göstərilən sosial təminat növlərini müəyyənləşdirmək, həmçinin proporsional sosial təminat meyarlarına cavab verən, pensiya və müavinətlərin ödənilməsi üçün vacib olan vəsaitlərin akkumulyasiyasına imkan verən, o cümlədən müvafiq ödəmələri həyata keçirən sabit, gözlənilən, səmərəli və ədalətli sosial müdafiə sistemini müəyyən etmək öhdəliyi qanunvericinin üzərinə düşür. İkincisi, sosial hüquqların təmin edilməsi dövlətin maddi imkanlarından asılı olsa da, Konstitusiyanın 38-ci maddəsinin İV hissəsinin məzmununa əsasən dövlət bu hüquqları minimum səviyyədə təmin etməlidir. Bilavasitə Konstitusiyanın 38-ci maddəsindən irəli gələn, göstərilən pozitiv öhdəliklərdən başqa, qanunverici özünün konstitusion səlahiyyətləri çərçivəsində sosial təminatın konkret növünün məzmununu qanunlarda konkretləşdirmişdirsə, onun müdafiəsi də konstitusion əhəmiyyət qazanır. Şəxs tərəfindən sosial təminatın bu və ya digər növünün alınmasının qanunla müəyyən edilmiş şərtlərinə riayət edildikdə, dövlət onların realizəsinə təminat verməlidir”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7. maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Göründüyü kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün iki şərt 1. pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu olmadıqda isə azı 25 il sığorta stajı olduqda; 2. əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdıqda təyin edilir. Məhkəmə qeyd edir ki, 2018-ci il 1 iyulundan - 2019-ci ilin 30 iyununadək olan dövrdə kişilərə yaşa görə pensiya təyin edilməsi üçün yaş həddi 64 yaş müəyyən edildiyindən və 25 ildən çox sığorta stajı (xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək hərbi xidmət dövrü, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək “Azəralüminium” Açıq Səhmdar Cəmiyyətinin Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsinin 2 saylı Gil-Torpaq sexində elektrik montyoru, xx.xx.1979-cu il tarixdən xx.xx.1995-ci il tarixədək “M.B.Qasımov” adına sovxozda fəhlə və xx.xx.1995-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Tovuz rayonu 5 nömrəli Təmir-Tikinti İdarəsində usta işlədiyi müddət) olduğundan iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək “Azəralüminium” Açıq Səhmdar Cəmiyyətinin Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsinin 2 saylı Gil-Torpaq sexində elektrik montyoru, xx.xx.1979-cu il tarixdən xx.xx.1995-ci il tarixədək “M.B.Qasımov” adına sovxozda fəhlə və xx.xx.1995-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Tovuz rayonu 5 nömrəli Təmir-Tikinti İdarəsində usta işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən pensiya təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək “Azəralüminium” Açıq Səhmdar Cəmiyyətinin Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsinin 2 saylı Gil-Torpaq sexində elektrik montyoru, xx.xx.1979-cu il tarixdən xx.xx.1995-ci il tarixədək “M.B.Qasımov” adına sovxozda fəhlə və xx.xx.1995-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Tovuz rayonu 5 nömrəli Təmir-Tikinti İdarəsində usta işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X9 publik hüquqi şəxsin Tovuz rayon filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar şikayət verilmədiyi və ya şikayətin geri götürüldüyü gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1445/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1445/2020
29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver