Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1445/2025 18.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Tovuz rayon X1rşı “Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən və mülkiyyətində olan 0.08 ha torpaq sahəsinə bitişik olan 400 kv.m torpaq sahəsinin ona satılması barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Tovuz rayon X1rşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehdən 0.08 ha bələdiyyə torpağını alqı-satqı yolu ilə alaraq xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə adına çıxarış aldığı torpaq sahəsinə bitişik olan zəbt etdiyi 550 kv.m torpaq sahəsinin alqı-satqı və ya hərrac yolu ilə adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Müdafiə Nazirliyi sistemində 28 il xidmət etmişdir. xx.xx.2021-ci il tarixdə hərbçi kimi təqaüdə çıxmışdır. O, xx.xx.2001-ci il tarixdə anadan olduğu Tovuz rayonu, Düz Cırdaxan kəndində dəyəri ödənilməklə həmin kənd bələdiyyəsindən 0.08 ha həyatyanı torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirərək, ail üzvləri ilə birlikdə yaşayır. Bələdiyyədən alqı-satqı ilə aldığı 0.08 ha torpaq sahəsinə bitişik 0.55 ha (550 kvadrat metr) torpaq sahəsini də zəbt edərək uzun illərdir ki, bağ salmış və müntəzəm olaraq torpaq və əmlak vergilərini ödəmiş, hər iki torpaq sahəsini hasara salmış, hazırda da onlardan istifadə edir. Alqı-satqı ilə bələdiyyədən aldığı 0.08 ha torpaq sahəsini dövlət qeydiyyatına aldırıb çıxarış alsa da, zəbt etdiyi 550 kvadrat metr torpağın ona satılması üçün cavabdeh Tovuz rayon X4 rəsmi olaraq müraciət etməyinə baxmayaraq, cavabdeh orqan ona xx.xx.2023-cü ildə 11 saylı məktubla cavab vermişdir ki, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə alındıqdan sonra hərrac yolu ilə həll edilə bilər. X8 lazımı sənədləri hazırlayaraq, xx.xx.2023-cü il tarixdə torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən müayinə (baxış) aktı tərtib edərək, müvafiq təşkilata göndəriş və xx.xx.2023-cü il tarixdə rəy verərək, həmin torpaq sahəsinin satılmasının məqsədə uyğun olunmasını təsdiqlənmişdir. xx.xx.2023-cü il tarixdə 25 nömrəli məktubla həmin rəy Tovuz rayon İcra Hakimiyyəti başçısına göndərilmişdir ki, Memarlıq və Tikinti şöbəsi rəy versin, lakin dəfələrlə müraciət edilməsinə baxmayaraq, Memarlıq və Tikinti şöbəsi həmin rəyi vermir. İddiaçının dəfələrlə qəbulda olmağına baxmayaraq, heç bir nəticə yoxdur. xx.xx.2024-cü il tarixdəki müraciətinə isə rayon icra başçısının müavini Niftalı Qasımovun imzası ilə 4-25/55 nömrəli cavabında ona Tovuz rayon X4 müraciət etməyini tövsiyyə etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə yenidən Tovuz rayon X3 sədrinə rəsmi qaydada yenidən müraciət etmiş, onun vətən qarşısında hərbçi kimi 28 il qüsursuz, şərəflə xidmət etdiyini nəzərə alıb, torpaq sahəsinə bitişik Tovuz rayonu, Düz Cırdaxan kəndində zəbt etdiyi 550 kvadrat metr torpaq sahəsinin istər alqısatqı, istərsə də hərrac yolu ilə dəyəri ödənilməklə ona satılmasını, həmin torpaq sahəsinin dövlət qeydinə alınaraq adına çıxarış verilməsini xahiş etsə də, cavabdeh orqan xx.xx.2024-cü il tarixli, 55 nömrəli imtina məktubu ilə bildirmişdir ki, sözü gedən torpaq sahəsi mübahisə predmeti olduğu üçün həmin 0.550 ha torpaq sahəsinin mülkiyyət hüququn tanınması və satılması uyğun hesab olunmur. İddiaçı cavabdeh orqanın imtinasını qanunsuz və əsassız hesab edir. Ona görə ki, həmin torpaq uzun illərdir ki onun istifadəsindədir. Cavabdeh orqanın imtinasının heç bir hüquqi əsası yoxdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1445/2025 nömrəli qərardadı ilə iddia tələbi “Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən və mülkiyyətində olan 0.08 ha torpaq sahəsinə bitişik olan 400 kv.m (0.04 ha) torpaq sahəsinin alqı-satqı yolu ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1445/2025 nömrəli qərardadı ilə iddia tələbi “Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən və mülkiyyətində olan 0.08 ha torpaq sahəsinə bitişik olan 400 kv.m torpaq sahəsinin ona satılması barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı məhkəməyə yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İşin halları Tovuz rayon X3 xx.xx.2002-ci il tarixli, 02 saylı qərarına əsasən, İddiaçı Tovuz rayonu, Düz Cırdaxan kəndinin ərazisindən həyətyanı məqsədi ilə 0.08 ha torpaq sahəsinin satılması qərara alınmışdır. xx.xx.2002-ci il tarixli “torpağın alqı-satqısına dair” aktdan görünür ki, X3 ərazisindən 0.08 ha torpaq sahəsinin satılması barədə 09 yanvar 2002-ci il tarixli, 02 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən BUSB bankının **********00 saylı hesabına əvvəlcədən 348942 manat haqq ödənilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********54 reyestr nömrəli çıxarışa əsasən, Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən 0.08 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 223 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli, 142 №-li “Fərdi yaşayış evinin tikintisi məqsədi ilə müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, istifadəyə, icarəyə verilməsi nəzərdə tutulan Tovuz rayonu, Düz Cırdaxan kəndi ərazisində yerləşən 500 kv.m (0,055 ha) torpaq sahəsi barədə” rəydən görünür ki, müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, istifadəyə, icarəyə verilməsi nəzərdə tutulan 550 kv.m (0,055 ha) torpaq sahəsi, Tovuz rayon X3 mülkiyyətində olan yaşayış məntəqəsinin torpaqları kateqoriyasına daxildir. 1-ci qrup, bonitet balı 90, uqodiyası əkin olmaqla alqı-satqı predmetidir. Müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, istifadəyə, icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğundur. Torpaq sahəsi başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilməmişdir. Torpaq sahəsi, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xəttlərinin mühafizə zolağında və ya sürüşmə zonasında yerləşmir. Tovuz Rayon X3 xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, Düz Cırdaxan kənd ərazisində yerləşən X5 məxsus 0.8 ha həyatyanı torpaq sahəsinə bitişik bələdiyyəyə məxsus 0.550 ha zəbt olunmuş topaq sahəsinin satılması barədə müraciətə cavab olaraq bildirilmişdir ki, sözü gedən torpaq sahəsi mübahisə predmeti olduğu üçün həmin 0.550 ha torpaq sahəsinin mülkiyyət hüququnun tanınması və satılması məqsədə uyğun hesab olunmur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi Dairəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən İddiaçı istifadəsində olan (iddiaçının deməsinə görə) 550 kv.m torpaq sahəsi Tovuz rayon X7 mülkiyyətindədir və qeyd edilən torpaq sahəsinə dair hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 15 saylı Tovuz Ərazi İdarəsində məlumat aşkar edilməmişdir. Tovuz rayon X3 xx.xx.2025-ci il tarixli, 24 nömrəli arayışından görünür ki, Düz Cırdaxan kəndi ərazisində İddiaçı məxsus 0.08 ha həyatyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə bitişik 0.0555 kv metr X4 məxsus torpaq sahəsi İddiaçı və qardaşı X6 həyətyanı torpaq sahəsinə bitişikdir və 2002-ci ildən etibarən qeyri rəsmi istifadəsindədir. Əlavə məlumat üçün bildirilmişdir ki, sözü gedən X4 məxsus 0.0555 kv metr torpaq sahəsinin özəlləşdirilməsinə dair İddiaçı və qardaşı X2 Cırdaxan bələdiyyəsinə müraciət etmişlər. Tətbiq edilən hüquq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; Maddə 8. Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları 8.0. Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla aşağıdakı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir: 8.0.1. fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Naftalan, Xankəndi, Şəki və Yevlax şəhərlərində - 0,07 hektaradək, digər rayon mərkəzlərində -0,08 hektaradək, qəsəbə və kəndlərdə - 0,12 hektaradək; Maddə 9. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 16. Qeyri-qanuni istifadə edilən torpaq sahələrinə dair tələblər 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 20. İnzibati orqana müraciət etmək hüququ 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia məcburetmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin iddiaçının iddia müddətinə riayət etməsi müəyyən edilmişdir. Odur ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, Tovuz rayon X3 xx.xx.2002-ci il tarixli, 02 saylı qərarı ilə Tovuz rayonu, Düz Cırdaxan kəndinin ərazisindən həyətyanı məqsədi ilə 0.08 ha torpaq sahəsinin İddiaçı satılması qərara alınmış, həmin qərar əsasında Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən 0.08 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən və mülkiyyətində olan 0.08 ha torpaq sahəsinə bitişik olan 400 kv.m torpaq sahəsinin ona satılmasıdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun müddəalarına görə, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları qəsəbə və kəndlərdə - 0,12 hektaradək müəyyən edilir. Tovuz rayon X8 tərəfindən məhkəməyə göndərilmiş məlumatdan müəyyən olunur ki, Düz Cırdaxan kəndi ərazisində İddiaçı məxsus 0.08 ha həyatyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə bitişik 0.0555 kv metr X4 məxsus torpaq sahəsi İddiaçı həyətyanı torpaq sahəsinə bitişikdir və 2002-ci ildən etibarən qeyri rəsmi istifadəsindədir. Məhkəmə qeyd edir ki, işin hallarından göründüyü kimi, cavabdehin müvafiq qərarı ilə Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən 0.08 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmış, qərar əsasında iddiaçının qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı tərəfindən onun mülkiyyətində olan 0.08 ha torpaq sahəsinə bitişik olan artıq ölçüdə 400 kv.m torpaq sahəsi də istifadə edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda, xüsusi mülkiyyətə verilən torpaq sahəsinin kəndlər üzrə norması 0,12 hektaradək müəyyən edilmişdir. Qanunun 16.1 və 16.4-cü maddələrinə əsasən, qeyriqanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Qanundan göründüyü kimi, xüsusi mülkiyyətə verilən torpaq sahəsinin kəndlər üzrə norması 0,12 hektaradəkdir, həmçinin torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənəddə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin eyni hüquq əsasında həmin şəxsin adına rəsmiləşdirməsi nəzərdə tutulmuşdur. Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən 0.08 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmiş, hazırda isə o, 0.04 ha torpaq sahəsinin verilməsini xahiş edir. Qeyd olunan torpaq ölçüləri ümumi olaraq 0.12 ha təşkil etməklə Qanunda nəzərdə tutulan norma həddini keçmir. Belə olan halda məhkəmə iddiaçının mülkiyyətində olan torpaq sahəsindən artıq ölçüdə istifadə etdiyi torpaq sahəsinə eyni hüququnu rəsmiləşdirməyi mümkün hesab edir. Ona görə də məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunsuz olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********54 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən 0.08 ha torpaq sahəsinə bitişik olmaqla istifadəsində olan 400 kv.m torpaq sahəsinin İddiaçı satılması barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 33, 73 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********54 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən 0.08 ha torpaq sahəsinə bitişik olmaqla istifadəsində olan 400 kv.m torpaq sahəsinin İddiaçı satılması barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdeh Tovuz rayon X4 həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-1445/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1445/2025
18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver