Məhkəmə qərarları › İş №2-1(114)-1447/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1447/2025

17.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1447/2025 17.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. 10.06.1982-ci il tarixli НЗ № ******* nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.1982-xx.xx.1984-cü illərdə hərbi xidmətdə olmuşdur.

2. ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Bərdə Xüsusi Tikinti Sahəsində 4-cü dərəcəli maşınist, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Bərdə Təmir Tikinti İdarəsində 2-ci dərəcəli inspektor, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Bərdə 12 nömrəli təmir-tikinti sahəsinə ağac emal etmə sexində 2-ci dərəcəli köməkçi, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək AZMSS-də, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Əlibayramlı təmir-mexaniki zavodunun Bərdə montaj sahəsinə 5-ci dərəcəli elektrik qaynaqçısı, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək “Birlik” kooperativində 5-ci dərəcəli qaz və elektrik qaynaqçısı, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Bərdə “Xəzri” Kooperativində, 5-ci dərəcəli qaz və elektrik qaynaqçısı, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Bərdə rayon Təsərrüfathesablı Təmir-Tikinti sahəsində 5-ci dərəcəli qaz və elektrik qaynaqçısı, xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Bərdə Təsərrüfathesablı Təmir-Tikinti sahəsində qaynaqçı, xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" MMC-də qaynaqçı, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Bərdə 28 saylı Yol İstismar İdarəsində qaynaqçı, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək Bərdə 28 saylı, 27 saylı və 43 saylı X3ynaqçı, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Yol Abadlıq MMC-də qaynaqçı işləmişdir.

3. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 11-1/2-R-28-111/1-1/2024 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdən hal-hazıra kimi "xxxx" MMC-də qaynaqçı işləmişdir.

4. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 31 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-də qaynaqçı işləmişdir.

5. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-R- 195430/2024 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 9.1-ci maddəsinə əsasən axırınci iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığoıta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərərdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X5 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın dağ-mədən işləri bölməsinin (1) faydalı qazıntıların çıxarılması, geoloji kəşfiyyat işləri, şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması bəndinin (1.1) tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər yarımbəndində (1.1.2) əl ilə qaynaq aparan elektrik qaynaqçıları və elektrik qaz qaynaqçıları vəzifələri nəzərdə tutulmuşdur. Bundan başqa, ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1990xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində "Xəzri" Kooperativində qaz və elektrik qaynaqçısı vəzifəsində, xx.xx.2020-ci il tarixindən bugünədək isə "xxxx" MMC-də qaynaqçı vəzifəsində işlədiyi qeyd olunub. Sözügedən əmək kitabçası araşdırılarkən qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranıb. Belə ki, əmək kitabçasının 12-13-cü səhifələrində olan işdən azad edilmə ilə bağlı 16-cı qeyd möhürlə təsdiq olunmamışdır. Buna görə də, həmin dövrü iş stajına daxil etmək mümkün deyil. Eyni zamanda, "xxxx" MMC-nin fəaliyyət sahəsi həmin müəssisənin ona dair verilmiş arayışında istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan sahəyə aid deyil. Həmçinin qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə elektrik və ya qazla qaynaq aparıbaparmamağı barədə də hər hansı məlumat göstərilməyib. Göstərilən səbəblərdən də, həmin dövrləri güzəştli iş stajına aid etmək mümkün deyil. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun ümumi iş stajı 25 ildən az (21 il 7 ay 21 gün (xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1982xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1987xx.xx.1987-ci il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1992-xx.xx.1995-ci il və xx.xx.1995xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Güzəştli iş stajı isə yoxdur. Qeyd olunanlardan əlavə bildirilir ki, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21945,26 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətlərinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır.

6. Məhkəmənin sorğusuna 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-17/2-19362/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, "xxxx" MMC xx.xx.2004-cü il tarixdə ********** saylı VÖEN ilə dövlət qeydiyyatına alınmışdır. Hüquqi ünvanı “Bərdə rayonu, Qasımbəyli kəndi” ünvanı olmaqla, fəaliyyəti hal-hazırda dayandırılmışdır. Həmçinin, "xxxx" MMC xx.xx.2004-cü il tarixdə ********** saylı VÖEN ilə dövlət qeydiyyatına alınmışdır. Hüquqi ünvanı “Bərdə rayonu, Mirzalıbəyli kəndi” ünvanı olmaqla, fəaliyyəti hal-hazırda aktivdir.

7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2025-ci il tarixli 3-21-1/2-3455/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, dövlət reyestrində “Xəzri” Kooperativi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir.

8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-47000/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı ümumi iş stajı 21 il 9 ay 21 gün (xx.xx.2006-cı il tarixinədək 13 il 21 gün (xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1992-xx.xx.1995-ci il və xx.xx.1995-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 8 il 9 ay) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın dağ-mədən işləri bölməsinin (1) faydalı qazıntıların çıxarılması, geoloji kəşfiyyat işləri, şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması bəndinin (1.1) tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər yarımbəndində (1.1.2) əl ilə qaynaq aparan elektrik qaynaqçıları və elektrik qaz qaynaqçıları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı dair ИТ-İ ******* nömrəli əmək kitabçasının 12-13-cü səhifələrində xx.xx.1990-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində “Xəzri” Kooperativində qaz və elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunub. Araşdırma zamanı, sözügedən məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranıb. Belə ki, həmin səhifələrdə göstərilən işdən azad edilmə ilə bağlı 16-cı qeyd möhürlə təsdiq olunmamışdır. Eyni zamanda, sözügedən əmək kitabçasında xx.xx.2020-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində isə "xxxx" MMC-də İddiaçı qaynaqçı vəzifəsində işlədiyi qeyd olunub. Lakin "xxxx" MMC-nin fəaliyyət sahəsi həmin müəssisənin adıçəkilən şəxsə dair arayışında istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər sahəsinə aid deyil. Həmçinin sözügedən arayışda İddiaçı qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə elektrik və ya qazla qaynaq aparıb-aparmaması barədə də hər hansı məlumat qeyd olunmayıb. Göstərilən səbəblərdən də həmin dövrləri (xx.xx.1990-xx.xx.1992-ci il, xx.xx.2020-xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər) adıçəkilən şəxsin güzəştli iş stajına aid etmək mümkün deyil. Həmin dövrlər güzəştli iş stajına aid edilsə belə, adıçəkilən şəxsin güzəştli iş stajı 12 il 6 aydan az təşkil edəcəkdir.

9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-121435/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixindən sonra ümumi iş stajı 9 il 1 ay 13 gün (xx.xx.2012-xx.xx.2013-cü il, xx.xx.2014-xx.xx.2016-cı il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2020-xx.xx.2020-ci il, xx.xx.2021-xx.xx.2022-ci il, xx.xx.2023-xx.xx.2023-cü il, xx.xx.2024-xx.xx.2024-cü il, xx.xx.2024-xx.xx.2024-cü il, xx.xx.2024-xx.xx.2024-cü il və xx.xx.2025-xx.xx.2025-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa, İddiaçı "xxxx" MMC-də işlədiyi xx.xx.2020-xx.xx.2024-cü il tarixləri arasındakı dövr onun ümumi stajına daxil edilmişdir. II. Məhkəmədə icraat

10. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun qaynaqçı işlədiyi illərin bütövlükdə əmək stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1962-ci il tarixdə ünvan 3 ünvanında qeydiyatda olmaqla orada yaşayır. Belə ki, o, bir örnək vətəndaş və cəmiyyətin aktiv bir üzvü kimi 1979-cu il tarixdən, yəni 17 yaşından bəri, düz 2020-ci il tarixə qədər bir çox idarə və təşkilatlarda müxtəlif sahələrdə, müxtəlif vəzifələr üzrə işləmişdir. Demək olar ki boş dayanmamış, əlindən gələn hər bir işi və vəzifəni layiqincə yerinə yetirərək ona tapşırılan vəzifələri məsuliyyətlə icra etmişdir. Bu il o, təqaüdə çıxmaq qərarına gəlmişdir. Daima işləmiş, işlədiyi bəzi zərərli işlər səbəbi ilə sağlamlığı artıq ona əl vermir ki, çox işləsin. İstəyir ki, bundan sonrakı ömrünü təqaüdü ilə dolanaraq sakit bir şəkildə keçirsin. Pensiya təyin edilməsi üçün müraciət etdikdə ona əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını, ümumi iş stajının 25 ildən az, 21 il 7 ay olduğunu deyərək ona əmək pensiyası təyin etməkdən imtina etdilər. Halbuki, onun əmək stajı 25 ildən də çoxdur. Bu səbəblə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş və əmək stajının düzgün hesablanaraq əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Bu müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-112-R-195430/2024 saylı imtina məktubu ilə cavab verilmişdir. İmtina məktubunda bildirilir ki, ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1990- xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində "Xəzri" Kooperativində qaz və elektrik qaynaqçısı vəzifəsində işləməyinin qeyd olunduğu 12-13-cü səhifədə möhürün görünməməsi şübhəlidir və qeydə alınmağa əsas vermir. Halbuki, xx.xx.1990-xx.xx.1992ci illərdə "Xəzri" Kooperativində qaz və elektrik qaynaqçısı işləməyinin qeyd olunduğu 12- 13-cü səhifədə də, xx.xx.1992-xx.xx.1995-ci illərdə Bərdə rayon Təsərrüfat hesablı Təmir- Tikinti sahəsində qaz və elektrik qaynaqçısı işləməyinin qeyd olunduğu 14-15-ci səhifədə də işdən azad olunmaqla bağlı əmrlərin imzalanmasında eyni səlahiyyətli şəxsin imzası olduğu görünür. Dövlət Sosial Müdafiə Fondu bunu gözdən qaçırmışdır. Möhürün görünüb-görünməməsi isə möhürü vuran şəxs o, olmadığı üçün ondan qaynaqlanan bir problem deyil. Həmçinin bildirir ki, işlədiyi dövrə aid bütün məlumatlar əmək kitabçasına qeyd edilmişdir. O, işlədiyi dövrdə vergiləri də vaxtlı-vaxtında ödəmişdir. Onun əmək kitabçasında da qeyd olunduğu kimi o, xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixə qədər "xxxx" MMC-də "qaynaqçı" vəzifəsində işləmişdir. Bu işdə işləyərkən vergisini Dövlət Vergi Xidmətinə ödəməyinə baxmayaraq Dövlət Sosial Müdafiə Fondunda bu barədə heç bir məlumat qeyd olunmamış, Dövlət Vergi Xidməti onun ödədiyi vergiləri Dövlət Sosial Müdafiə Fondunun hesabına keçirməmişdir. Nəticədə Dövlət Sosial Müdafiə Fondunda onun 5 ildən artıq iş stajı qeyd edilməmiş, onun hüquqları pozulmuş, ona haqsızlıq edilmişdir. O, qaynaqçı işləyərək sağlamlığını ciddi təhlükə altında qoymuşdur. Bu günkü gündə də sağlamlığında ciddi problemlər var. Lakin ona bildirirlər ki, bu işdə işləməyi qeyd olunmayıb və bu səbəbdən də ona güzəştli şərtlərlə pensiya təyin etmək mümkün deyildir. Onun bütün əziyyətini yerə vurub heç edir, haqqını əlindən alırlar. Bundan əlavə imtina məktubunda bildirilir ki, xx.xx.2020-ci ildən bu günə qədər işlədiyi "xxxx" MMC-dən ona verilən arayışda sadəcə "Qaynaqçı" yazılmasına irad tutulmuşdur. Halbuki, onun əmək kitabçasında demək olar ki bir çox işində qaz və elektrik qaynaqçısı olduğu qeyd olunmuşdur, yəni onun qaynaqçı olaraq nəzərdə tutulan işi qaz və elektrik qaynaqçısı işidir. Yuxarıda da qeyd etdiyi kimi bu iş onun sağlamlığına da ciddi zərər vurmuşdur. Bütün bunlar nəzərə alınmamış, onun bu qədər stajı görməzdən gəlinmiş, hüquqları pozulmuşdur. Bunun üçün də məcbur olub məhkəməyə müraciət edir.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

13. Məhkəmənin 17.0-6.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Xəzri Kooperativində, xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" MMC-də işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

16. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

17. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Bərdə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

21. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə prosesində iştirak etmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

22. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

23. Cavabdehin nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

24. Cavabdehin orqanın iddia tələbinə qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtina məktubunun dəlilləri ilə əsaslandırılmışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - 10.06.1982-ci il tarixli НЗ № ******* nömrəli hərbi bilet; - ИТ-İ № ******* nömrəli əmək kitabçası; - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 11-1/2-R-28-111/1-1/2024 nömrəli arayışı; - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 31 nömrəli arayışı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-R-195430/2024 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-17/2-19362/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2025-ci il tarixli 3-21-1/2-3455/2025 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-47000/2025 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-121435/2025 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

26. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

27. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

28. “Əmək pensiyaları haqqında” Qanuna görə: Maddə 9.1. axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiya). Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

29. İddiaçı ona 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı şərtlər ödənilməlidir: - a) 60 yaşın tamamlanması; - b) azı 25 il ümumi iş stajının mövcud olması; - c) azı 12 il 6 ay xüsusi (Siyahıda nəzərdə tutulmuş güzəştli) iş stajının mövcud olması; - d) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanmış olması.

31. İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş və xx.xx.2022-ci il tarixdə 60 yaşı tamam olmuşdur.

32. Cavabdehin imtinasının əsaslarını iddiaçının ümumi stajının 25 ildən az olması və güzəştli iş stajının olmaması halı təşkil edir.

33. Məhkəmə bununla bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixədək ümumi iş stajı üzrə tələb olunan şərtin ödənilmədiyi müəyyən edilir.

34. Belə ki, iddiaçının əmək kitabçasına əsasən onun fəaliyyəti aşağıdakıları əhatə edir: - xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Bərdə Xüsusi Tikinti Sahəsində 4-cü dərəcəli maşınist, - xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Bərdə Təmir Tikinti İdarəsində 2-ci dərəcəli inspektor, - xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Bərdə 12 nömrəli təmir-tikinti sahəsinə ağac emal etmə sexində 2-ci dərəcəli köməkçi, - xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək AZ.MSS-də qaynaqçı, - xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Əlibayramlı təmir-mexaniki zavodunun Bərdə montaj sahəsind\ 5-ci dərəcəli elektrik qaynaqçısı, - xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək “Birlik” kooperativində 5-ci dərəcəli qaz və elektrik qaynaqçısı, - xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Bərdə “Xəzri” Kooperativində 5-ci dərəcəli qaz və elektrik qaynaqçısı, - xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Bərdə rayon Təsərrüfathesablı Təmir-Tikinti sahəsində 5-ci dərəcəli qaz və elektrik qaynaqçısı, - xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Bərdə Təsərrüfathesablı Təmir-Tikinti sahəsində qaynaqçı, - xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" MMC-də qaynaqçı, - xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Bərdə 28 saylı Yol İstismar İdarəsində qaynaqçı, - xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək Bərdə 28 saylı, 27 saylı və 43 saylı X3ynaqçı, - xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Yol Abadlıq MMC-də qaynaqçı.

35. İddiaçının hərbi xidmət dövrü də daxil olmaqla, ümumilikdə 21 il 9 ay 21 gün iş stajı cavabdeh orqan tərəfindən mübahisəsiz olaraq iddiaçının pensiya hüququ verən sosial sığorta stajı kimi nəzərə alınmışdır.

36. Cavabdeh tərəfindən yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək "Xəzri" Kooperativində qaz və elektrik qaynaqçısı vəzifəsində və xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" MMCdə qaynaqçı vəzifəsində işlədiyi müddət onun sosial sığorta stajına daxil edilməmişdir ki, məhkəmə həmin hissədə cavabdeh orqanın hərəkətlərini qanuni sayır.

37. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

38. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə görə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

40. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X9) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.

41. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına görə: Maddə 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Maddə 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Maddə 3.2. İşəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: - İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. - İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Maddə 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Maddə 4.1. İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir.

42. Göründüyü kimi, əmək pensiyalarının təyin olunması sahəsində mövcud olan Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən sosial sığorta stajının müəyyən olunmasında əsas sənəd əmək kitabçası hesab olunur.

43. Hazırki işdə iddiaçının əmək kitabçasında onun xx.xx.1990-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində "Xəzri" Kooperativində qaz və elektrik qaynaqçısı vəzifəsində işləməsi barədə qeyd olsa da, işə daxil olma və işdən azad olunması barədə qeydlər müəssisənin möhürü ilə təsdiq edilməmiş, buna dair hər hansı təsdiqedici sənəd iddiaçı tərəfindən təqdim edilməmişdir. Ona görə də, cavabdeh orqan həmin müddəti nəzərə almamaqda haqlı olmuşdur.

44. Bundan başqa, məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2025-ci il tarixli 3-21-1/2-3455/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, dövlət reyestrində “Xəzri” Kooperativi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir.

45. Yəni, araşdırma zamanı iddiaçının əmək kitabçasındakı xx.xx.1990-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində "Xəzri" Kooperativində qaz və elektrik qaynaqçısı vəzifəsində işləməsinə dair qeydin həqiqiliyi müəyyən edilməmişdir.

46. İddiaçının mübahisə edilən digər fəaliyyət dövrü isə xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" MMC-də qaynaqçı vəzifəsində işlədiyi dövrdür.

47. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na görə: Bənd 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;...

48. Göründüyü kimi, iddiaçının "xxxx" MMC-də işlədiyi dövr 2006-cı il yanvarın 1-dən sonrakı dövrü əhatə etdiyinə görə həmin dövrün sosial sığorta stajına daxil edilməsi fərdi uçot məlumatlarına əsasən həyata keçirilir ki, məhkəmə araşdırması zamanı gəmin dövr üçün onun fərdi şəxsi hesabında kapitalın qeydə alınması müəyyən edilməmişdir.

49. Bununla da müəyyən edilmişdir ki, iddiaçının ümumi sığorta stajı tələb olunan 25 ildən azdır.

50. Hazırkı iş üzrə həmçinin, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanmış olması ilə bağlı şərt də ödənilmir.

51. Belə ki, iddiaçının 60 yaşının tamam olduğu dövrdə (xx.xx.2022-ci il tarixdə) “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olan 9.1-ci maddəsinə təsbit olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyaya görə).

52. Hazırki işdə, iddiaçıya münasibətdə tələb olunan pensiya kapitalının 40320,00 manat məbləğində müəyyən edilməsinə baxmayaraq, iddiaçının fərdi hesabının sığorta hissəsində hesablanmış pensiya kapitalının 21945,26 manat təşkil etdiyi müəyyən edilmişdir.

53. Beləliklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 25 il ümumi sığorta stajı və tələb olunan pensiya sığorta kapitalı ilə bağlı tələblər ödənilmədiyinə görə iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır.

54. Beləliklə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il ümumi sosial sığorta stajı və pensiya kapitalı tələbini ödəmədiyinə görə əmək pensiyası hüququ yaranmır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin etməklə bağlı imtinası əsaslı olmuşdur.

55. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

56. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68,-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar