Məhkəmə qərarları › İş №2-1(114)-145/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-145/2021

04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-145/2021 04.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (X10, X7, X8, X11, X2 və X4) “Torpağın mülkiyyətə verilməsinə dair” JN-052 F və JN-052 G saylı şəhadətnamələrin ləğv edilməsi və Göygöl rayonu, Qarabulaq kəndi ərazisində yerləşən həmin 0.75 hektar və 0.17 hektar torpaq sahələrinə çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-052 F və JN-052 G saylı şəhadətnamələrin etibarsız hesab edilməsi və Göygöl rayonu, Qarabulaq kəndi ərazisində yerləşən həmin 0.75 hektar və 0.17 hektar torpaq sahələrinin onun adına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 2-1(114)- 1668/2020 nömrəli qərardad ilə X10, X7, X8, X11, X2 və X4 (bundan sonra mətndə üçüncü şəxslər) iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 2-1(114)- 1668/2020 nömrəli qərardad ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair” JN-052 F və JN-052 G saylı şəhadətnamələrin ləğv edilməsi və Göygöl rayonu, Qarabulaq kəndi ərazisində yerləşən həmin 0.75 hektar və 0.17 hektar torpaq sahələrinə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddianın dəqiqləşdilməsinə dair iddiaçının ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası xx.xx.2021-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, iddiaçı məhkəmə iclasına gəlmişdir. Cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında üçüncü şəxs X3 nümayəndəsi X9 iddia ərizəsinə dair izahatında bildirmişdir ki, iddiaçının hal-hazırki iddia tələbinə Azərbaycan Respiblikasının Ali Məhkəməsi tərəfindən münasibət bildirilmiş və hal hazırda bu iddia tələbinə dair Azərbaycan Respiblikasının Ali Məhkəməsinin qanuni qüvvəsini almış qərarı mövcuddur. Üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, səbələri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı cavabdehər X5 və X6 qarşı Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Göygöl rayonu, Qarabulaq kəndi ərazisində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-052 F, KOD50808028 nömrəli şəhadətnamə üzrə 0.17 hektar torpaq sahəsinə dair əqdin baş tutmuş hesab edilməsi, Göygöl rayonu, Qarabulaq kəndi ərazisində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-052 F, KOD50808028 və JN-052G KOD50808028 nömrəli şəhadətnamələrin ləğv edilməsi və Göygöl rayonu, Qarabulaq kəndi ərazisində yerləşən 0.75 hektar və 0.17 hektar torpaq sahələrinin bütövlükdə onun adına dövlət qeydiyyatına alınmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, 2(066)-687/19 nömrəli qətnamə ilə İddiaçı iddiası təmin edilməmişdir. İddiaçı tərəfindən Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(066)-687/19 nömrəli qətnaməsindən Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilmiş, Gəncə Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, 2(104)-3551/2019 nömrəli qətnamə ilə İddiaçı şikayəti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(066)-687/19 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra İddiaçı Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-3551/2019 nömrəli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 2(102)- 4306/2020 nömrəli qərar ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-3551/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının “Torpağın mülkiyyətə verilməsinə dair” JN-052 F və JN-052 G saylı şəhadətnamələrin ləğv edilməsi və Göygöl rayonu, Qarabulaq kəndi ərazisində yerləşən həmin 0.75 hektar və 0.17 hektar torpaq sahələrinə çıxarışın verilməsi tələbinə dair qanuni qüvvəyə minmiş qətnamə vardır və bu əsasla hal-hazırki iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli qərarının 15.5-ci bəndində qeyd edilmişdir ki, X1 78 ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin qərarın 15.6-cı bəndinə əsasən qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (X10, X7, X8, X11, X2 və X4) “Torpağın mülkiyyətə verilməsinə dair” JN-052 F və JN- 052 G saylı şəhadətnamələrin ləğv edilməsi və Göygöl rayonu, Qarabulaq kəndi ərazisində yerləşən həmin 0.75 hektar və 0.17 hektar torpaq sahələrinə çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmas barədə iddia tələbi üzrə eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğundan iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 78, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (X10, X7, X8, X11, X2 və X4) “Torpağın mülkiyyətə verilməsinə dair” JN-052 F və JN-052 G saylı şəhadətnamələrin ləğv edilməsi və Göygöl rayonu, Qarabulaq kəndi ərazisində yerləşən həmin 0.75 hektar və 0.17 hektar torpaq sahələrinə çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar