Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1453/2025 03.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Ramin oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı Ramin oğlu və cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Ramin oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin olunması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Müdafiə Nazirliyinin Baş Klinik Poliklinikasının xx.xx.2022-ci il tarixli 1069 nömrəli arayışında diaqnoz “Partlayış travması (xx.xx.2022) nəticəsində keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnmməsindən sonrakı vəziyyət. Keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Barotravma (xx.xx.2022) nəticəsində soltərəfli kəskin koxlear nevritdən sonrakı vəziyyət” kimi qeyd edilmişdir.
2. N nömrəli hərbi hissənin Travma haqqında xx.xx.2022-ci il tarixli 2094 nömrəli arayışında X8 xx.xx.2022-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində düşmən təxribatının qarşısını alan zaman düşmən tərəfindən atılan mərminin yaxınlığında partlaması nəticəsində “Partlayış travması (xx.xx.2022) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi” xəsarətini aldığı göstərilmişdir.
3. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli 12526 nömrəli arayışında diaqnoz “Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnmməsindən sonrakı vəziyyət. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər” kimi qeyd edilmişdir.
4. 230 nömrəli hərib hissənin Nevrologiya bölməsinin xəstəlik tarixindən xx.xx.2022ci il tarixli 487 nömrəli çıxarış epikrizində diaqnoz “Partlayış travması (xx.xx.2022). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər” kimi qeyd edilmişdir.
5. Müdafiə Nazirliyi Baş X3 bölməsinin 623 nömrəli xəstəlik tarixindən çıxarış epikrizində diaqnoz “Partlayış travması (xx.xx.2022) nəticəsində keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər və vegetativ damar distoniyası, Sol baldırın ön səthinin fleqmonasına görə aparılmış “İrinliyin açılması” əməliyyatından sonrakı (2011) bərkimiş dəri çapığı” kimi qeyd edilmişdir.
6. Müdafiə Nazirliyi Baş X3 bölməsinin 2906 nömrəli xəstəlik tarixindən çıxarış epikrizində diaqnoz “F06.3 Partlayış travması (xx.xx.2022) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi mənşəli affektiv (depressiv) pozuntu, intihar fikirləri ilə. F43.1 Mülayim (orta) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Parlayış travması (xx.xx.2022) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom, koqnitiv defisit ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi, mərkəzi sinir sisteminin funksiyasının mülayim dərəcədə pozulması ilə. Hər iki dirsək oynağı nahiyyəsinin arxa səthinin termiki yanığından, sol baldırın ön səthinin cızılmış didilmiş yarasından sonrakı bərkimiş dəri çapıqları. Əlvan dəmrov” kimi qeyd edilmişdir.
7. Müdafiə Nazirliyi Baş X4 bölməsinin 7565 nömrəli xəstəlik tarixindən çıxarış epikrizində diaqnoz “Partlayış travması (xx.xx.2022). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi. Qapalı kəllə-beyin travması baş beyin silkələnməsindən sonrakı astenik sindrom. Funksional qəbizlik. Əlvan dəmrov. Barotravma (xx.xx.2022) sol tərəfli kəskin koxlear nevritdən sonrakı vəziyyət” kimi qeyd edilmişdir.
8. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 922 saylı qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı Ramin oğlunun aldığı “F06.3 Partlayış travması (xx.xx.2022) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi mənşəli affektiv (depressiv) pozuntu, intihar fikirləri ilə” və “F43.1 Mülayim (orta) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Parlayış travması (xx.xx.2022) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom, koqnitiv defisit ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi, mərkəzi sinir sisteminin funksiyasının mülayim dərəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “Hər iki dirsək oynağı nahiyyəsinin arxa səthinin termiki yanığından, sol baldırın ön səthinin cızılmış didilmiş yarasından sonrakı bərkimiş dəri çapıqları" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Nəticədə həm dinc dövrdə, həm də müharibə dövründə hərib xidmətə yararsız hesab edilmişdir.
9. N nömrəli hərbi hissədə 2-ci taborun döyüş dəstək tağımının, 2-ci texniki müşahidə qrupunun sürücü-radiotelefonçusu vəzifəsində xidmət edən MAHHXHQ çavuş İddiaçı psixioloji davranışı haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, İddiaçı son zamanlar mütəmadi olaraq baş ağrılarından şikayət edir. Özünə qapanma, halsızlıq, əsəbilik və davranışlarında yoldaşlarına qarşı aqressivlik hiss olunur. Özündən çıxmağa meyllik artıb və hərəkətlərinə nəzarət zəifləmişdir. Yoldaşları ilə münasibət qurmaqda çətinlik çəkir.
10. N nömrəli hərbi hissədə 2-ci taborun döyüş dəstək tağımının, 2-ci texniki müşahidə qrupunun sürücü-radiotelefonçusu vəzifəsində xidmət edən MAHHXHQ çavuş İddiaçı psixioloji davranışı haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, İddiaçı son zamanlar mütəmadi olaraq baş ağrılarından və yuxusuzluqdan şikayət edir. Deməsinə görə, pis yuxular görür və bu yuxular onun stress yaşamasına səbəb olur. Daimi olaraq davranışlarında yoldaşlarına qarşı əsəbilik hiss olunur, özündən çıxmağa meyllik artıb, davranışlarında aqressivlik müşahidə olunur və hərəkətlərinə nəzarət zəifləmişdir. Göstərilən davranışlar onda xx.xx.2022-ci il tarixində döyüş tapşırıqlarının icrası zamanı düşmən tərəfindən atılan mərmi partlamasından aldığı xəsarətdən sonra müşahidə olunmuşdur.
11. “X6” publik hüquqi şəxsin Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2023cü il tarixli 11078674 nömrəli çıxarışında İddiaçı Ramin oğlunun diaqnozu “Əsas xəstəlik – F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu”, “Yanaşı xəstəlik – F43.1-Posttravmatik stress pozğunluğu” kimi qeyd edilmişdir.
12. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 2357 nömrəli tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) affektiv pozuntu, teztez baş verən depressiv epizodlar, anamnezində intihar cəhdləri F06.3” kimi qeyd edilmişdir.
13. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2023-cü il tarixli 12701123 nömrəli çıxarışında İddiaçı Ramin oğlunun diaqnozu “Əsas xəstəlik – F06.3 Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) affektiv pozuntu, tez-tez baş verən depressiv epizodlar, anamnezində intihar cəhdləri” kimi qeyd edilmişdir.
14. “X6” publik hüquqi şəxsin Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2023cü il tarixli 11620596 nömrəli çıxarışında İddiaçı Ramin oğlunun diaqnozu “Əsas xəstəlik – F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu”, “Yanaşı xəstəlik – F43.1-Posttravmatik stress pozğunluğu” kimi qeyd edilmişdir.
15. Gəncə şəhər Baş Polis İdarəsi 4-cü Polis Bölməsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı Ramin oğlunun intihara cəhd etməsi faktında hər hansı cinayət tərkib əlaməti olmadığından, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir.
16. “X6” publik hüquqi şəxsin Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2024cü il tarixli 12778451 nömrəli çıxarışında İddiaçı Ramin oğlunun diaqnozu “Əsas xəstəlik – F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu”, “Yanaşı xəstəlik – F43.1-Posttravmatik stress pozğunluğu” və “F33.3 Qayıdan depressiv pozğunluq, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod” kimi qeyd edilmişdir.
17. “X6” publik hüquqi şəxsin Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2024cü il tarixli 12778214 nömrəli çıxarışında İddiaçı Ramin oğlunun diaqnozu “Əsas xəstəlik – F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu”, “Yanaşı xəstəlik – F43.1-Posttravmatik stress pozğunluğu” və “F33.3 Qayıdan depressiv pozğunluq, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod” kimi qeyd edilmişdir.
18. “X6” publik hüquqi şəxsin Ambulator kitabçadan (xəstəlik tarixindən) 12288727 nömrəli çıxarışında İddiaçı Ramin oğlunun diaqnozu “Əsas xəstəlik – F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu”, “Yanaşı xəstəlik – F43.1-Posttravmatik stress pozğunluğu” kimi qeyd edilmişdir.
19. İddiaçı Ramin oğlunun əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə “X5” publik hüquqi şəxs tərəfindən xx.xx.2023-cü il tarixli İ00159202PSİ nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə əsad diaqnoz “F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) affektiv pozuntu, tez-tez bşı verən depressiv epizodlar, anamnezində intihar cəhdləri”, yanaşı xəstəliklər “S06.0 baş beynin silkələnməsi, Partlayış travması (xx.xx.2022) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi” və “F43.1 Posttravmatik stress pozuntusu, uzunmüddətli posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir.
20. İddiaçı Ramin oğlunun əlilliyi həmin göndəriş əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyanı olması səbəbindən əlillik təyinatından imtina edilmişdir. İddiaçının həmin qərardan verdiyi şikayət əsasında xx.xx.2024-cü il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və “Müalicənin davam etdirilməsi barədə” xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-1637/2024 nömrəli qərar qəbul edilmişdir.
21. Daha sonra əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə “X5” publik hüquqi şəxs tərəfindən xx.xx.2024-cü il tarixli D00187758JDZ nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə əsad diaqnoz “F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) affektiv pozuntu, tez-tez bşı verən depressiv epizodlar, anamnezində intihar cəhdləri”, yanaşı xəstəliklər “S06.0 baş beynin silkələnməsi, Partlayış travması (xx.xx.2022) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi” və “F43.1 Posttravmatik stress pozuntusu, uzunmüddətli posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir.
22. İddiaçı Ramin oğlunun əlilliyi həmin göndəriş əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. İddiaçının həmin qərardan verdiyi şikayət əsasında xx.xx.2024-cü il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-5830/2024 nömrəli qərar qəbul edilmişdir.
23. Məhkəmənin sorğusuna Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 1539 nömrəli cavab məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı dair xx.xx.2023-cü il tarixli 922 nömrəli xəstəlik haqqında şəhadətnamə hal-hazırda qüvvədədir. II. Məhkəmədə icraat
24. İddiaçı Ramin oğlu xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ağdam rayonundan məcburi köçkündür. Evlidir, 3 övladı var. İşsizdir, kirayədə yaşayır. 2-ci Qarabağ müharibəsində qəhrəmancasına şücaət göstərərək vətənin dar günündə canından qanından keçməyə hər an hazır olduğu anda ağır yaralanmış, ona xx.xx.2020-ci ildə keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı, keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər diaqnozu qoyulmuşdur. Dəfələrlə intihar cəhdləri olmuşdur. Həyatda olmağı ailəsinin sayəsindədir. Lakin onun haqqı olan əlilliyi ona təyin etmirlər. Buna dair aidiyyəti üzrə müraciətlər etsə də, heç bir əsaslı tibbi müayinə edilmədən dəfələrlə imtina edilmişdir. İmtina səbəbi olaraq bildirilmişdir ki, sənədlər elektron qaydada tam doldurulmamış sonuncu müayinədə Gəncə Nevroloji xəstəxananın səhv yazdığı bildirərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən imtina edilmişdir. Bununla əlaqədar olaraq o, aidiyyəti üzrə müraciəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinə olunduqdan sonra xx.xx.2024-ci il tarixli 3-17-4/2-V-10370/2024 nömrəli məktubu ilə diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas verməməsi haqqında qərar yanlış qəbul olunmuşdur. Hesab edir ki, vətəndaş olaraq bu onun səhvi deyil. O, rəsmi və şifahi qaydada aidiyyəti üzrə müraciət edərək bildirmişdir ki, maddi durumunun aşağı olduğu üçün hər dəfə gedib gələ bilmir. Onuda qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair imtinası xx.xx.2024-cü il tarixdə ona rəsmi qaydada təqdim olunmuşdur. Ailəsi çox kasıb yaşayır, məcburi köçkün ailəsi və az təminatlı ailə olaraq onların ailəsinin maddi durumu çox acınacaqlı vəziyyətdədir. Halhazırda sinir və psixotrop dərmanlardan mütəmadi olaraq istifadə edir. Onuda qeyd edir ki, təkrar müayinə üçün dəfələrlə rəsmi qaydada aidiyyəi üzrə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etsə də, onun yenidən təkrar müayinə olunmağından dolayısı yollarla imtina edilmişdir.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
27. İddiaçı Ramin oğlu xx.xx.2025-ci il tarixli iclas zamanı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin olunması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
28. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
29. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
30. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir.
31. Belə ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və xx.xx.2024-cü il tarixdə iddiaçıya əlillik təyinatından imtina edilməsi barədə SMS göndərilmişdir. İddiaçı isə hazırkı tələblə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyi üçün, iddiaçı tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir.
32. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Ağdam şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
33. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
34. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
35. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
36. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
37. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Ağdam rayon sakini xx.xx.1989-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 922 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2022) nəticəsində, keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı, kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi mənşəli affektiv (depressiv) pozuntu, intihar fikirləri ilə. Mülayim (orta) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2022) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom, koqnitiv defisit ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi, mərkəzi sinir sisteminin funksiyasının mülayim dərəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Hər iki dirsək oynağı nahiyəsinin arxa səthinin termiki yanığından, sol baldırın ön səthinin cızılmış-didilmiş yarasından sonrakı bərkimiş dəri çapıqları” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 12778214 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu. Qayıdan depressiv pozğunluq, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod. Posttravmatik stress pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başında ağrılardan, əsəbilikdən, səbrsizlikdən, qıcıqlara qarşı həssas olmasından, gecə yuxusunun pozulmasından, döyüşlə bağlı səhnələrin xatırlanmasından şikayətlənmişdir. Müayinə zamanı çox danışmış, nümayişkar davranmış, emosionallığı məqsədliliyinə uyğun olmuş, əhval-ruhiyyə fonu normal diapazonda izlənilmişdir. Təfəkkürü məntiqi, ardıcıl müşahidə edilmişdir. Sualları tam qavramış, dramatik cümlələrdən istifadə etmişdir. Baxış zamanı sol saidin iç səthində 3-4 ədəd orta dərinlikdə çapıqlar izlənilmişdir. Təqdim etdiyi dərmanlar hər biri yeni alınmış, istifadə edilməmiş olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli şəxsiyyət pozuntusu, affektiv daxilolmalarla, cari qeyri-sabit kompensasiya” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 1403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati İcraat haqqında” Qanunun 16.2-ci maddəsi).
38. İddiaçı Ramin oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
39. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında iddis tələbinə etiraz edərək, onun təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
40. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Müdafiə Nazirliyinin Baş Klinik Poliklinikasının xx.xx.2022-ci il tarixli 1069 nömrəli arayışı; - N nömrəli hərbi hissənin Travma haqqında xx.xx.2022-ci il tarixli 2094 nömrəli arayışı; - Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli 12526 nömrəli arayışı; - 230 nömrəli hərib hissənin Nevrologiya bölməsinin xəstəlik tarixindən xx.xx.2022ci il tarixli 487 nömrəli çıxarış epikrizi; - Müdafiə Nazirliyi Baş X3 bölməsinin 623 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi; - Müdafiə Nazirliyi Baş X3 bölməsinin 2906 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi; - Müdafiə Nazirliyi Baş X4 bölməsinin 7565 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 922 saylı qərarı (xəstəlik haqqında şəhadətnamə); - “X6” publik hüquqi şəxsin Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2023cü il tarixli 11078674 nömrəli çıxarışı; - “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 2357 nömrəli tibbi rəyi; - “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2023-cü il tarixli 12701123 nömrəli çıxarışı; - “X6” publik hüquqi şəxsin Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2023cü il tarixli 11620596 nömrəli çıxarışı; - Gəncə şəhər Baş Polis İdarəsi 4-cü Polis Bölməsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarı; - “X6” publik hüquqi şəxsin Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2024cü il tarixli 12778451 nömrəli, xx.xx.2024-cü il tarixli 12778214 nömrəli və 12288727 nömrəli çıxarışları; - “X5” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli İ00159202PSİ nömrəli göndərişi; - xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-1637/2024 nömrəli qərar; - “X5” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli D00187758JDZ nömrəli göndərişi; - xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-5830/2024 nömrəli qərar; - Məhkəmənin sorğusuna Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 1539 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna əsasən iddiaçının tibbi-sosial ekspertiza sənədləri.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
41. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
42. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 922 saylı qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı Ramin oğlunun aldığı “F06.3 Partlayış travması (xx.xx.2022) nəticəsində keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsindən sonrakı kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi mənşəli affektiv (depressiv) pozuntu, intihar fikirləri ilə” və “F43.1 Mülayim (orta) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Parlayış travması (xx.xx.2022) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom, koqnitiv defisit ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi, mərkəzi sinir sisteminin funksiyasının mülayim dərəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “Hər iki dirsək oynağı nahiyyəsinin arxa səthinin termiki yanığından, sol baldırın ön səthinin cızılmış didilmiş yarasından sonrakı bərkimiş dəri çapıqları" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir.
43. İddiaçı Ramin oğlunun əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə “X5” publik hüquqi şəxs tərəfindən xx.xx.2023-cü il tarixli İ00159202PSİ nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə əsad diaqnoz “F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) affektiv pozuntu, tez-tez bşı verən depressiv epizodlar, anamnezində intihar cəhdləri”, yanaşı xəstəliklər “S06.0 baş beynin silkələnməsi, Partlayış travması (xx.xx.2022) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi” və “F43.1 Posttravmatik stress pozuntusu, uzunmüddətli posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir. İddiaçı Ramin oğlunun əlilliyi həmin göndəriş əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyanı olması səbəbindən əlillik təyinatından imtina edilmişdir. İddiaçının həmin qərardan verdiyi şikayət əsasında xx.xx.2024-cü il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və “Müalicənin davam etdirilməsi barədə” xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-1637/2024 nömrəli qərar qəbul edilmişdir.
44. Daha sonra əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə “X5” publik hüquqi şəxs tərəfindən xx.xx.2024-cü il tarixli D00187758JDZ nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə əsad diaqnoz “F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) affektiv pozuntu, tez-tez baş verən depressiv epizodlar, anamnezində intihar cəhdləri”, yanaşı xəstəliklər “S06.0 baş beynin silkələnməsi, Partlayış travması (xx.xx.2022) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi” və “F43.1 Posttravmatik stress pozuntusu, uzunmüddətli posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir. İddiaçı Ramin oğlunun əlilliyi həmin göndəriş əsasında xx.xx.2024cü il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. İddiaçının həmin qərardan verdiyi şikayət əsasında xx.xx.2024-cü il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” xx.xx.2024cü il tarixli 3-17-4/3-3-5830/2024 nömrəli qərar qəbul edilmişdir.
45. İddiaçının əlilliyinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş göndərişlə müəyyən olunur ki, İddiaçı Ramin oğlu “F.06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozöunluğu diaqnozu ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Müdafiə Nazirliyi Baş Klinik Hospitalında, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X2, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X2 və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək X2, “S.06.3 baş beynin silkələnməsi” diaqnozu ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Müdafiə Nazirliyi Baş Klinik Hospitalında stasionar müalicələrdə olmuşdur.
46. Həmçinin, “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 2357 nömrəli tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) affektiv pozuntu, tez-tez baş verən depressiv epizodlar, anamnezində intihar cəhdləri F06.3” kimi qeyd edilmişdir.
47. Məhkəmə qeyd edir ki, iddiaçının qiymətləndirilməsi üçün rəsmiləşdirilmiş göndərişdə ona qoyulmuş əsas diaqnoz “F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) affektiv pozuntu, tez-tez baş verən depressiv epizodlar, anamnezində intihar cəhdləri” iddiaçının qiymətləndirildiyi dövrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə mövcud olmamışdır.
48. Belə ki, həmin diaqnoz əvvəllər adıçəkilən Meyarlara Əlavənin 7.6.2-ci bəndində təsbit olunmuş olsa da, 20 iyul 2023-cü il tarixli 235 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 26 iyul 2023-cü il, “Xalq” qəzeti, 28 iyul 2023-cü il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 7, maddə 1074) ilə “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”ndə 7.6.2-ci yarımbənd yeni redaksiyada verilmiş və “F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu” diaqnozlu xəstəlik həmin yarımbənddə əks olunmamışdır.
49. Buna baxmayaraq, sözügedən xəstəlik adıçəkilən Meyarlara Əlavənin 7.4.1-ci yarımbəndində təsbit olunmuş “F31” XBT kodu altında olan “bipolyar affektiv pozuntu” xəstəliyinə uyğun gəlir. Belə ki, bipolyar affektiv pozuntu əhval-ruhiyyənin güclü emosional dəyişikliyi nəticəsində insanın depressiv vəziyyətə salan psixi pozuntu halıdır (https://az.wikipedia.org/wiki/Bipolyar_pozuntu).
50. Sözügedən göndərişin rəsmiləşdirilməsi, dolayısı ilə iddiaçıda mövcud olan xəstəliyin və onun XBT kodunun düzgün müəyyənləşdirilməsi iddiaçının deyil, göndərişi verən tibb müəssisəsinin məsuliyyət sferasına aiddir.
51. Bundan əlavə isə, iddiaçıda mövcud olan “F43.1 Posttravmatik stress pozuntusu, uzunmüddətli posttravmatik stress pozuntusu” (yanaşı xəstəlik) də iddiaçıya əlillik təyinatına əsas verən həcmdə olmuşdur.
52. Belə ki, iddiaçının qiymətləndirilməsi üçün rəsmiləşdirilmiş xx.xx.2024-cü il tarixli göndərişdən də görünür ki, iddiaçının xx.xx.2023-cü il tarixli Beyin MRT və beyin KT müayinələrinin nəticəsində onda preventikulyar sahədə sentrum semiovaledə mm-lik (ən böyüyü 4 mm) qlioz sahələr aşkarlanmışdır.
53. Digər tərəfdən isə, N nömrəli hərbi hissədə 2-ci taborun döyüş dəstək tağımının, 2-ci texniki müşahidə qrupunun sürücü-radiotelefonçusu vəzifəsində xidmət edən MAHHXHQ çavuş İddiaçı psixioloji davranışı haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli aktlarda göstərilmişdir ki, İddiaçı son zamanlar mütəmadi olaraq baş ağrılarından və yuxusuzluqdan şikayət edir. Deməsinə görə, pis yuxular görür və bu yuxular onun stress yaşamasına səbəb olur. Daimi olaraq davranışlarında yoldaşlarına qarşı əsəbilik hiss olunur, özündən çıxmağa meyllik artıb, davranışlarında aqressivlik müşahidə olunur və hərəkətlərinə nəzarət zəifləmişdir.
54. Gəncə şəhər Baş Polis İdarəsi 4-cü Polis Bölməsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından isə müəyyən olunur ki, İddiaçı Ramin oğlunun intihara cəhd etməsi faktı üzrə araşdırma aparılmış və xəsarətdən aldığı müalicələr kömək etmədiyi üçün ağrılarının kəsmədiyi səbəbdən qolunu kəsərək intihara cəhd etdiyi məlum olmuşdur.
55. Göründüyü kimi, iddiaçıda mövcud olan xəstəliklər onun sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 35-60 faiz aralığında pozulması ilə əlaqədar ona əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.
56. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
57. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 31-60 faiz; Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
58. Həmin Əlavə: Sıra Xəstəliklərin, zədələrin və XBT-10 Orqanizmin Orqanizmin №-si çatışmazlıqların adları, onların (kod) funksiyalarının funksiyalarının ağırlıq dərəcəsi, mərhələsi, pozulması faizi pozulması müddəti orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri
7. Psixi və davranış pozuntuları Qeyd. Xroniki və (və ya) davamlı ağır, yaxud tez-tez kəskinləşən psixi pozuntulardan əziyyət çəkən şəxslərin dezadaptasiya dərəcəsini müəyyən etmək üçün aşağıdakılar nəzərə alınır: - psixopatoloji simptomların təzahür dərəcəsi; - xəstəliyin davametmə müddəti, epizodların tezliyi və (və ya) gedişinin növü; - xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi; - öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi; - aqressiv və ya intihar davranışları həyata keçirmə riski də daxil olmaqla, əsas həyat fəaliyyəti sahələrində funksional dezadaptasiya dərəcəsi; - kənar şəxslərin yardımı və müşahidəsinin vacibliyi; - müalicə və reabilitasiya müdaxilələrinin keçirilməsi üçün potensial; - psixiatriya dispanser müşahidəsində və psixi pozuntusu olan şəxslərin elektron reyestrində olması. 7.5.1. Posttravmatik stres pozuntusu F43.1
Qiymətləndirmə
7.5.1.1. 2 il müddətində əmək 35-60 2 il qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 7.4 Əhval pozuntuları (affektiv pozuntular)
Qeyd. Affektiv pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - affektiv epizod dövründə (Hamilton Depressiya şkalası və Yanq Maniya şkalası vasitəsilə müəyyən edilir) affektiv epizodların ağırlıq dərəcəsi və psixotik simptomların olması (sayıqlama, hallüsinasiya, nizamsız davranış); - epizodların tezliyi (ildə 2 və daha çox sayda olması tez-tez təkrarlanan epizod hesab edilir); - epizodların davametmə müddəti (3 aydan çox davam edən epizodlar davamlı, 2 ildən çox davam edənlər isə xroniki sayılır); - remissiyanın keyfiyyəti (tam, natamam, olmaması) və onun davametmə müddəti; - sosial təhlükəli davranışların tezliyi (ətrafdakılara qarşı aqresiv davranış və suisidal cəhdlər); - dəstəkləyici terapiya da daxil olmaqla, müalicə və reabilitasiya müdaxilələrinin effektliliyi; sərbəst yaşayış, ailə və sosial əlaqələr və özünəqulluq qabiliyyətinin olması. 7.4.1 bipolyar affektiv pozuntu F31 Qiymətləndirmə
7.4.1.1. əmək qabiliyyətini azaldan, 35-60 2 il ətrafdakılarla tez-tez münaqişə yaradılmasına və gündəlik fəaliyyətə mənfi təsir edən teztez (ildə 2 dəfədən az olmayan) və (və ya) davamlı (3 aydan az olmayan) affektiv epizodlar, sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması
59. Göründüyü kimi, iddiaçının göndərişdə əks olunmuş diaqnozlar üzrə orqanizminin funksiyalarının pozulması 35-60 faiz aralığındadır və bu da iddiaçıya həmin pozuntu aralığında əlilliyin 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.
60. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 922 saylı qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı Ramin oğlunun aldığı “F06.3 Partlayış travması (xx.xx.2022) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi mənşəli affektiv (depressiv) pozuntu, intihar fikirləri ilə” və “F43.1 Mülayim (orta) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Parlayış travması (xx.xx.2022) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom, koqnitiv defisit ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi, mərkəzi sinir sisteminin funksiyasının mülayim dərəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirildiyindən, yəni iddiaçıya əlillik təyinatına əsas verən xəstəlik Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığından iddiaçının əlilliyinin səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilməlidir.
61. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar...
62. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.
63. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
35. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur.
36. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı Ramin oğluna xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyin olunması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva