Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1455/2024 08.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı və X11 Cavabdehnə qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçılar İddiaçı və X11 Cavabdehnə qarşı üçüncü şəxslər X7, X5 və X6 ona məxsus olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 11, mənzil 24 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, ev 11, mənzil 24 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı və X11 adına rəsmiləşdirilmişdir.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayış və Elektron məhkəmə informasiya sistemindən çıxarışlardan görünür ki, xx.xx.1960-ci il təvəllüdlü X7, xx.xx.1985-ci il təvəllüdlü X5 və xx.xx.1983-cü il təvəllüdlü X4 şəhəri, Nizami rayonu, Yeni Gəncə massivi, 2-ci mikrorayon, ev 11, mənzil 24 (Yeni qaydalarla: ünvan 1 ünvanında qeydiyyatdadırlar.
3. Bagırovı X3, X5 və X6 ona məxsus olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 11, mənzil 24 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları barədə Cavabdehnə etdiyi müraciətinə həmin İdarənin xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.
4. Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-1688/2024 tarixli cavab məktubundan görünür ki, Gəncə şəhər 1 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 4Ə-166 reyestr nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 11, mənzil 24 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzil Bağırovı Alı və X15 tərəfindən X1. X8 qeyd olunan mənzil üzərində mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması üçün xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat tarixli müraciəti Ərazi İdarəsinə daxil olmuşdur, müraciətin son icra tarixi xx.xx.2024-cü ildir. II. Məhkəmədə icraat
5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X7, X5 və X6 ona məxsus olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 11, mənzil 24 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi, ev 11, mənzil 24 (Yeni qaydalarla: AZ2024 ünvan 3 ünvanında yerləşən ev iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı həmin evin onun adına olmasına dair Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixdə, ********** saylı çıxarış da almışdır. İddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 11, mənzil 24(Yeni qaydalarla: AZ2024 ünvan 3 ünvanında xx.xx.1960-cı il təvəllüdlü X7, xx.xx.1985-ci il təvəllüdlü X5 və xx.xx.1983-cü il təvəllüdlü X9 da qeydiyyatdadır. Onların iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 11, mənzil 24(Yeni qaydalarla: AZ2024 ünvan 3 ünvanında qeydiyyatda olmaları onun mülkiyyət huququnun pozulması deməkdir. Ona gərə də iddiaçı həmin şəxslərin müstəsna mülkiyyəti olan evindən qeydiyyatdan çıxarmaq istəyir.Ona görə də o, Cavabdehnə ərizə ilə müraciət edərək adı çəkilən şəxslərin ona məxsus Gəncə şəhər, Yeni Gəncə qəsəbəsi, ev 11, mənzil 24(Yeni qaydalarla: AZ2024 ünvan 3 ünvanından pasport qeydiyyatından çıxarılmalarını xahiş etmişdir. Ancaq cavabdeh orqan iddiaçıya xx.xx.2023-cü il tarixli 3- 13-57/2-B-334409/11/23 saylı məktubla imtina cavabı verərək məhkəməyə müraciət etməyini bildirmişdir.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-1455/2024 nömrəli qərardadı ilə İddiaçı və X15 tərəfindən verilmiş dəqiqləşdirilmiş iddia ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. III. Prosessual məsələlər
9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-1455/2024 nömrəli qərardadı ilə X7, X5 və X9 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
10. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
11. İddiaçılardan İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh məhkəməyə xx.xx.2024-cü il tarixli məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, digər iddiaçı və üçüncü şəxslər isə məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər.
12. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
13. Cavabdeh orqanın və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
14. İddiaçı məhkəmə iclasında sədrlik edən hakimin sualına cavab olaraq xx.xx.2024-cü il tarixli, 4Ə-166 reyestr nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 11, mənzil 24 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzil Bağırovı Alı və X15 tərəfindən X2 bildirmişdir.
Əsaslandırma hissəsi:
15. Məhkəmə proses iştirakçısını dinləyərək, iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
16. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.
18. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
19. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışda Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 11, mənzil 24 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzilin xx.xx.2023-cü il tarixdə İddiaçı və X11 adına paylı mülkiyyət hüququ üzrə qeydə alındığı görünsə də, məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 1688/2024 tarixli cavab məktubundan görünür ki, Gəncə şəhər 1 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 4Ə-166 reyestr nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 11, mənzil 24 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzil Bağırovı Alı və X15 tərəfindən X1. X8 qeyd olunan mənzil üzərində mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması üçün xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat tarixli müraciəti Ərazi İdarəsinə daxil olmuşdur, müraciətin son icra tarixi xx.xx.2024-cü ildir.
20. Göründüyü kimi, iddiaçıların X7, X5 və X6 qeydiyyatdan çıxarılmalarını tələb etdiyi Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə massivi, 2-ci mikrorayon, ev 11, mənzil 24 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzil hazırda onların mülkiyyətində olmadığından onlar hazırkı tələb ilə bağlı subyektiv hüquqa malik deyildirlər.
21. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
22. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
24. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva