Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1457/2023 02.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh Başçısının kənd İƏD üzrə nümayəndəlikləri ilk HİK-nin xx.xx.2022-ci il tarixli, 255 saylı əmrin etibarsız hesab edilməsi və əvvəlki iş yerinə, yəni Gədəbəy rayon İHB-nın Plankənd İƏD üzrə nümayəndəsi vəzifəsinə işə bərpa olunmasına və buraxılmış günlər üçün əmək haqqı tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqiləşdirilməsinə dair ərizə təqdim etmişdir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli, 2-1(114)-1457/2023 nömrəli qərardad qəbul edilmiş və İddiaçı Cavabdehnə qarşı Cavabdeh Başçısının kənd İƏD üzrə nümayəndəlikləri ilk HİK-nin xx.xx.2022-ci il tarixli, 255 saylı əmrin etibarsız hesab edilməsi və əvvəlki iş yerinə, yəni Gədəbəy rayon İHB-nın Plankənd İƏD üzrə nümayəndəsi vəzifəsinə işə bərpa olunmasına və buraxılmış günlər üçün əmək haqqı ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddianın dəqiqləşdirilməsinə dair ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1457/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1990-cı il tarixdən dövlət orqanlarında müxtəlif vəzifələrdə işləmiş, dövlət qulluqçusudur. Cavabdeh Başçısının xx.xx.2022-ci il tarixli, 44№-li saylı sərəncamı əsasında Gədəbəy rayon İHB-nın Plankənd kənd İƏD-üzrə nümayəndəsi vəzifəsinə işə qəbul olunmuşdur. Həmin vəzifədə xx.xx.2022-ci il tarixədək işləmiş, işlədiyi müddətdə nümayəndəlik ərazisində eləcədə rəhbərlik tərəfindən heç bir narazılıq və heç bir töhmət və tapşırıq almamışdır. İşlədiyi dövr ərzində iş buraxmamışdır. xx.xx.2022-ci il tarixdə onun barəsində yazılmış işə davamiyyətlə bağlı Gədəbəy rayon İHBnın ərazi idarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi Asif Ələsgərov tərəfindən tərtib edilmiş akt qərəzli olmaqla rəhbərlik tərəfindən sifariş əsasında tərtib edilmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə işə davamiyyətlə bağlı təkrar həmin şəxs tərəfindən onun barəsində yazılmış aktlar ancaq sifariş əsasında tərtib edilmişdir. Həmin aktlara imza edən şəxslər rəhbərlik tərəfindən göstəriş əsasında həmin aktlara imza etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 02 may 2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, işə gəlmədiyi 2 günün birinci gün xəstə olduğunu, ikinci gün isə əmisinin hüzründə olduğunun üzürlü səbəb kimi nəzərə alınaraq tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək və tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Gədəbəy rayon Çalburun kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il, 06 nömrəli arayışı; - Gədəbəy rayon Plankənd kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il, 129 nömrəli arayışı; - Cavabdeh Başçısının xx.xx.2022-ci il tarixli, 255 nömrəli əmri; - Gəncə 1 saylı Mediasiya təşkilatının xx.xx.2022 tarixli, 00133 nömrəli arayışı; - İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçası; - xx.xx.2022-ci il xidməti məktubun surəti; - xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktların surətləri; - Gədəbəy rayon X5 hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, PHŞ/6.38-2-2022-538 nömrəli məktubunun surəti; - Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X3 rayon Komitəsinin xx.xx.2022-ci il tarixli, 39 nömrəli məktubunun surəti; - DİİXİ Hİ Gədəbəy RİHB kənd İƏD üzrə nümayəndəlikləri ilk Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli, 02 nömrəli iclas protokolundan cıxarışın surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixli, 255 nömrəli əmrin ləğvi üçün ilk olaraq xx.xx.2022-ci il tarixdə mediasiyaya müraciət etdiyi və xx.xx.2022-ci il tarixdə mediator tərəfindən mediasiya sessiyasının keçirildiyini nəzərə alaraq müddətin bərpa edilməsi barədə ərizə təqdim etmişdir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.1 və 32.1-ci maddələri) aid olan hazırki iddianın müddətlə bağlı ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən qərar cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş və iddiaçı hazırki tələblə ilk olaraq mediasiyaya müraciət etmiş, xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə müddəti buraxmadan müraciət etmişdir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Məhkəmə tərəfindən işin tam və hərtərəfli araşdırılması üçün iddiaçının ehtiyata buraxılmasına dair əmrin verilməsinə əsas olmuş sənədlər sorğular əsasında əldə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin: - 1.6 Müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar, habelə tabeliyində olan hüquqi şəxslər bilavasitə yerli icra hakimiyyətinin başçısına tabedirlər. - 2.10. Yerli icra hakimiyyəti başçısının aparatında, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində və yerli icra hakimiyyəti başçısının yanında olan orqanlarda işləyən dövlət qulluqçularının qulluqkeçmə qaydası “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 255 nömrəli əmrin surətindən görünür ki, RİH başçısının Plankənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 18.0.2-ci və 18.0.3-cü bəndlərində göstərilənlərə əməl etmədiyinə, heç bir üzürlü səbəb olmadan 2022-ci ilin noyabrın 24-də və 25-də 2 (iki) iş günü ərzində işə gəlməyərək onunla bağlanmış əmək müqaviləsinin 4.3.3-cü bəndinin tələblərini pozduğuna görə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 33.1.6-cı bəndinə əsasən 2022-ci ilin 05 dekabr tarixindən onun dövlət qulluğuna xitam verilsin və tutduğu vəzifədən azad edilmiş, iddiaçı ilə bağlanmış 2021-ci il tarixli, 30 avqust 28 nömrəli əmək müqaviləsi ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” X6 xx.xx.2022-ci il tarixli, PHŞ/6.38-2-2022-538 nömrəli məktubun surətindən görünür ki, Gədəbəy rayon Çalburun kənd sakini xx.xx.1693-cü il təvəllüdlü İddiaçı xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə Gədəbəy rayon RMX-a müraciət etməmişdir. “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun: - 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; - 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; - 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; - 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. - 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. - 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: - 25.2.1. töhmət; - 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; - 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; - 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; - 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; - 25.2.6. dövlət qulluğundan azad edilməsi; - 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: - 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; - 33.1.2. dövlət orqanı ləğv edildikdə; - 33.1.3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; - 33.1.4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; - 33.1.5. dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə; - 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; - 33.1.7. Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; - 33.1.8. qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə; - 33.1.9. qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə; - 33.1.10. məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda; - 33.1.11. dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə; - 33.1.12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 255 nömrəli əmri verilərkən qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində belə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı xx.xx.2022-ci il tarixli, 255 nömrəli əmrin ləğv edilməsi barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68, 69, 73, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı xx.xx.2022-ci il tarixli, 255 nömrəli əmrin ləğv edilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1457/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1457/2023
02.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver