Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1458/2023 20.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, nümayəndəsi Nümayəndə, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi XN iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “xx.xx.N0NN-ci il tarixli, 087əç nömrəli əmrin ləğv edilməsi, işə bərpa və işləmədiyi dövrlər üçün əmək haqqının verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1977-ci ildə Tovuz rayonunda anadan olmuşdur. Xidməti xasiyyətnaməyə əsasən iddiaçı hərbi hissədə xidmət etdiyi ilk gündən özünü nizam-intizamlı, savadlı, bacarıqlı və işgüzar bir hərbi qulluqçu kimi göstərir. Hərbi xidmətdə özünü əsirgəmir. Tez biz zamanda kollektivdə hörmət qazanıb. Xidməti işinin icrasının öhdəsindən layiqincə gəlir. Hərb işini vicdanla öyrənir, hərbi andın tələblərinə ciddi riayət edir. Çətinlikdən qorxmur, çəkinmir, məqsədinə inamla çatmağı bacarır. Öz xidməti vəzifələrini bilir, hərbi nizamnamələrin tələblərini bilir və xidmətdə tədbiq etməyi bacarır. Nümunəvi xidmətinə görə dəfələrlə yuxarı komandanlıq tərəfindən mükafatlandırılıb. Tabe olmağı bacarır, tapşırıqları vaxtında dəqiq və sözsüz yerinə yetirir, özünə qarşı tələbkardır, nizamnamə qaydalarına əməl edir və möhkəm nizam-intizam aratmağa qadirdir. Problemləri və ziddiyyətləri görür, dərhal aradan qaldıra bilir. Xidmətlə ailə nünasibətlərini uzlaşdıra bilir. Məsuliyyət hissi yüksəkdir. Xidmət yoldaşlarına qarşı xoş nünasibəti var. Hərbi geyimi sevir və daşınması qaydalarına ciddi riayət edir. Bütün hallarda dövlət sirrini qorumağa qadirdir. Fiziki cəhətdən sağlamdır. Mənəvi cəhətdən safdır. xx.xx.N0NN-ci il tarixdə bağlanmış Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq silahlı birləşmələrdə həqiqi hərbi xidmətin müddətinin uzadılması haqqında öhdəliyə əsasən iddiaçının həqiqi hərbi xidmət müddəti xx.xx.N0N3-cü il tarixədək uzadılmışdır. xx.xx.N0NN-ci il tarixdə Cavabdeh şəxsi heyətin uçotu şöbəsinin çavuş və əsgərlərlə komplektləşdirmə bölmə rəisi tərəfindən raportla məruzə edilmişdir ki, iddiaçının xidmət müddəti xx.xx.N0N3-cü il tarixədək Cavabdeh komandirinin müvafiq əmirləri ilə artırılmışdır. Həmin əmrin ləğv edilməsi barədə göstəriş verilməsi xahiş olunmuşdur. xx.xx.N0NN-ci il tarixdə N nömrəli hərbi hissənin komandiri tərəfindən iddiaçının Azərbaycan Ordusundan yaşa görə istefaya buraxılması üçün vəsatət qaldırılması üçün təqdimat hazırlanmışdır. Şəxsi heyətin uçotu bölməsi rəisi N nömrəli hərbi hissənin qərargah rəisinə raportla müraciət edərək məruzə etmişdir ki, iddiaçı xidmət olmağın son yaş həddinə çatdığına görə 1(bir) il müddətdə xidmətdə saxlanılması barədə raportla müraciət etmişdir. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin tələblərinə müvafiq olaraq qadın hərbi qulluqçular üçün həm xidmətdə, həm də ehtiyatda olmağın son yaş həddi 45 yaş təyin olunduğuna görə iddiaçının həqiqi hərbi xidmətdə saxlanılması qanuna uyğun deyil. Göstərilənləri nəzərə alaraq iddiaçının “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 157-ci maddəsinin “a” bəndinə (ehtiyatda olmağın son yaş həddinə çatdığına görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən istefaya buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Raporta xx.xx.N0NN-ci il tarixdə dərkənar qoyulmuş və xx.xx.N0NN-ci il tarixdə 8863 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı N nömrəli hərbi hissə komandirinin • 07.10.N0NN-ci il tarixli, N9N nömrəli əmri ilə həmin tarixdən müalicəyə, Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalına getmiş hesab edilmiş; • 07.11.N0NN-ci il tarixli 3NN nömrəli əmri ilə həmin tarixdən gəlmiş hesab edilmiş; • 08.11.N0NN-ci il tarixli, 3N3 nömrəli əmrlə xəstəliyə görə məzuniyyətə, Tovuz rayonunda keçirməklə, 15 təqvim günü müddətinə getmiş hesab edilmiş; • N4.11.N0NN-ci il tarixli, 339 nömrəli əmrlə xəstəliyə görə məzuniyyətdən gəlmiş hesab edilmiş; • 13.1N.N0NN-ci il tarixli, 360 nömrəli əmrlə ailə vəziyyətinə görə məzuniyyətinə, Bakı şəhərində keçirməklə, 5 təqvim günü müddətinə getmiş hesab edilmiş; • 19.1N.N0NN-ci il tarixli, 366 nömrəli əmrlə həmin tarixdən ailə vəziyyətinə görə məzuniyyətdən gəlmiş hesab edilmişdir. Təsdiq edilmə tarixi qeyd edilməmiş, N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin rəisi, komissiya üzvləri – şəxsi heyətin uçotu bölməsinin rəsinin köməkçisi, şəxsi heyətin uçotu bölməsinin rəsinin (çavuş və əsgərlər üzrə) köməkçisi tərəfindən tərtib edilmiş akta əsasən iddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 157-ci maddəsinin “a” bəndinə (yaşa görə) müvafiq olaraq tərxis edilməsi üçün söhbətləşməyə çağrılmış, lakin iddiaçı söhbətləşmə aparmaqdan imtina etmişdir. Akt N8 və ya xx.xx.N0NN-ci il tarixdə 9084 nömrə ilə qeydiyyata alınmışdır. (cavabdeh tərəfindən təqdim edilmişdir) Cavabdeh komandirinin xx.xx.N0NN-ci il tarixli, 087əç nömrəli əmrlə iddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 157-ci maddəsinin “a” bəndinə (yaşa görə) müddətdən artıq həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. İddiaçı Şəxsi heyətin uçotu bölməsi rəisinə raportla müraciət edərək həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmasına görə Hərbi vəzifə və Hərbi xidmət haqqında Qanunun 39.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Ordusunda qalıb xidmət etməsi üçün köməklik göstərilməsi barədə yuxarıda komandanlıq qarşısında vəsatət qaldırmasını xahiş etmişdir. İddiaçının raportuna xx.xx.N0NN-ci il tarixdə dərkənar qoyulmuş, xx.xx.N0NN-ci il tarixdə 8864 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı Şəxsi heyətin uçotu bölməsi rəisinə raportla müraciət edərək Daxili xidmət nizamnaməsinin 6-cı maddəsinin intizam nizamnaməsinin 107-ci maddəsini rəhbər tutaraq Müdafiə Nazirinin X1 müraciət etmək barədə hüquqlarını təmin etmək üçün yuxarıda komandanlıq qarşısında vəsatət qaldırmasını xahiş etmişdir. Raporta xx.xx.N0NN-ci il tarixdə dərkənar qoyulmuş, xx.xx.N0NN-ci il tarixdə 8865 nömrə ilə qeydiyyata alınmışdır. xx.xx.N0NN-ci il tarixdə təsdiq edilmiş N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin rəisi, komissiya üzvləri – şəxsi heyətin uçotu bölməsinin rəsinin köməkçisi, şəxsi heyətin uçotu bölməsinin rəsinin (çavuş və əsgərlər üzrə) köməkçisi tərəfindən tərtib edilmiş akta əsasən iddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 157-ci maddəsinin “a” bəndinə (yaşa görə) müvafiq olaraq tərxis edilməsi üçün söhbətləşməyə çağrılmış, lakin iddiaçı söhbətləşmə aparmaqdan imtina etmişdir. Akt xx.xx.N0NN-ci il tarixdə 9084 nömrə ilə qeydiyyata alınmışdır. (iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş və cavabdeh tərəfindən də təqdim edilmişdir) N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N3-cü il tarixli, 6 nömrəli əmri ilə iddiaçı işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, xx.xx.N0N3-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə göndərilmişdir. Əmrin verilməsinə əsas 3-cü Ordu Korpusu komandirinin xx.xx.N0NN-ci il tarixli, 087əç əmri (daxil ol№ qeyd olunmamış) olmuşdur. İddiaçı təyinat vərəqəsi əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsində xx.xx.N0N3-cü il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə mübahisəsi: İddiaçı cavabdehlər Cavabdeh və N nömrəli hərbi hissəyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Müdafiə Nazirliyinin 3-cü Ordu Korpusu komandanlığının xx.xx.N0NN-ci il tarixli, 087əç nömrəli əmri və onun əsasında xx.xx.N0N3-cü il tarixli, 06 nömrəli iddiaçıya münasibətdə olan əmrin ləğv edilməsi və hərbi xidmət müddətinin uzadılması” barədə məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. xx.xx.N0N3-cü il tarixdə və xx.xx.N0N3-cü il tarixdə ərizə təqdim edərək N nömrəli hərbi hissənin cavabdehlikdən çıxarılmasını və Cavabdeh xx.xx.N0NN-ci il tarixli, 087əç nömrəli əmrin ləğv edilməsi, işə bərpa və işləmədiyi dövrlər üçün əmək haqqının verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N014-cü il tarixdən Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayonu şöbəsinə hərbi xidmətə çağırılmış, Cavabdeh Operator kursu keçdikdən sonra xx.xx.N014-cü il tarixdən xx.xx.N0N3-cü il tarixinədək N nömrəli hərbi hissədə Kargüzar-Operator vəzifəsində xidmət etmişdir. Bu günə qədər də xidmətində hər hansı qüsuru olmamış, xidmət etdiyi təşkilatda xidməti xasiyyətnamə ilə təltif edilmiş, özü hərbçi ailəsidir. 3-cü Ordu Korpusu komandirinin N9 sentyabr N0NN-ci il tarixli 087əç nömrəli əmri əsasında "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 157-ci maddəsinin "a" bəndinə (yaşa görə) müvafiq olaraq istefaya buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilməsi, xx.xx.N0N3-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılması və hərbi qeydiyyatda durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə göndərilməsi barədə əmri mövcuddur və onun əsasında da N nömrəli hərbi hissə komandirinin N yanvar N0N3-cü il tarixli 06 nömrəli əmri ilə siyahıdan çıxarılması barədə əmri mövcuddur. Həmin əmrləri qanunsuz hesab edir və göstərdiyi xüsusatlara əsasən inzibati icraat haqqında qanunun tələbinə uyğun olaraq həmin əmrlər ləğv edilməlidir. Bundan əlavə, iddiaçı xx.xx.N0NN-ci il tarixdə 3-cü Ordu Korpusu komandirinə müddətin "hərbi xidmət keçmə" haqqında qanunun 39.4 maddəsinə uyğun olaraq hərbi xidmətdə xidmətinin davam etdirilməsi ilə bağlı pensiya təyinatının təmin edilməsi ilə əlaqədar vəsatət qaldırmış, həmin vəsatətə xx.xx.N0NN-ci il tarixli Cavabdeh komandirinin müavini polkovnik Yaşar Səfərovun imzası ilə imtina verilmişdir. Həmin imtina da qanunsuz hesab edilir və həmin inzibati orqanın üzərinə də eyni anda əmrin ləğvi ilə birlikdə müddətinin uzadılması ilə bağlı öhdəliyin qoyulması barədə qərar qəbul olunmasını da xahiş edir. "Hərbi xidmət keçmə" haqqında əsasnamənin 161,16N, 163-cü maddələrinin tələblərinə əsasən, ehtiyata (istefaya) buraxılan hərbi qulluqçuların təqdimatlarına raportun surəti, söhbətləşmə vərəqəsi (N5 gün fasilə ilə iki dəfə) hərbi həkim komissiyasının qərarı, mənzillə təmin olunub-olunmaması barədə arayış əlavə olunmalıdır, Lakin N nömrəli hərbi hissənin komandanlığı "Hərbi xidmət keçmə" haqqında əsasnamənin 161,16N, 163-cü maddələrinin tələblərini kobud şəkildə pozaraq 18 oktyabr N0NN-ci il tarixdə iddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hospitalında müalicədə olarkən, guya söhbətləşmədən imtina etməsi barədə Akt tutmuşdur. "Hərbi xidmət keçmə haqqında" Əsasnamənin 16N-ci maddəsinin müvafiq bəndində göstərilir ki, həqiqi hərbi xidmətdən buraxılası şəxslərə zərurət olduqda kadr, maliyyə və tərbiyəvi işlər üzrə orqanların nümayəndələri cəlb edilirlər. Bundan başqa, "Hərbi xidmət keçmə haqqında" Əsasnamənin müvafiq maddəsinə əsasən, hərbi qulluqçuların müalicə müəssisələrində müalicə olunduğu və xəstəliyə görə məzuniyyətdə olduğu (6 aydan artıq olmamaq şərti ilə) zaman ehtiyata və ya istefaya buraxılması həyata keçirilmir. Bundan başqa, şəxsi heyətin uçotu bölmə rəisi kapitan saxtakarlığı edərək N8 oktyabr N0NN-ci ildə iddiaçının təxris olunması barədə təqdimatını Cavabdeh göndərmiş, lakin N8 sentyabr N0NN-ci il tarixdə qeydiyyat kitabına salmışdır. Təxris olunması barədə Cavabdeh komandirinin müvafiq əmri N9 sentyabr N0NN-ci il tarixdə imzalandığı halda, N nömrəli hərbi hissəyə N7 oktyabr N0NN-ci il tarixdə gəlmişdir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N015. il tarixli "Bağlaşma əsasında hərbi xidmətə daxilolmanın halları və Qaydası" nın təsdiq edilmə haqqında Qərarına zidd olaraq 30 yanvar N0N3-cü ilədək öhdəliy xx.xx.N0NN-ci il tarixdə birtərəfli qaydada pozulmuşdur. Hansı ki həmin qərara əsasən, öhdəlik yalnız hərbi qulluqçu şəxsi heyyətin siyahısından çıxarılandan sonra pozula bilər. Hərbi xidmətkeçmə haqqında əsasnamənin 1N0-ci maddəsinə əsasən, istefaya, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələlər həll etmək üçün növbəti 3 ay məzuniyyət də verilir. Lakin N nömrəli hərbi hissə komandanlığı bu maddənin də tələblərini pozmuş və iddiaçı məzuniyyət hüququndan istifadə edə bilməmişdir. Bunda əlavə, müddətin uzadılması ilə bağlı müraciəti də olmuşdur. Müraciətini təmin etməyərək təxris barədə qərar qəbul edilmişdir. Bu hal da əmrin ləğvi üçün əsasdır. Cavabdeh komandirinin imtina barədə xx.xx.N0NN-ci il tarixli imtinası qanunsuzdur. Belə ki, hərbi vəzifə və hərbi xidmət haqqında qanun 39.4-ci maddəsinın tələbinə görə, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hər qulluqçular dinc dövrdə ehtiyata və ya istefaya buraxılırlar (zabitlər, gizir və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları) həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını almaq hüququnu əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər. Qanunun bu normasına diqqət yetirilsə, güman olunur ki, inzibati orqan qanunun bu normasını başa düşə bilmir. Bu norma imperativ xarakter daşıyır. Yəni, şəxs xidmətdə olmağın son yaş həddinə çatdıqda güzəst şərtlərlə yaşa görə əmək pensiyasını almaq hüququnu əldə etmirlərsə, öz arzuları ilə xidmətlərin davam etdirə bilərlər. Bu hal onu deməyə əsas verir ki, şəxsin müraciəti olduqda imtina oluna bilməz. Bu xüsusatlar inzibati orqanın üzərinə xidmətin davam etdirilməsi öhdəliyinin qoyulması üçün kifayətdir. Məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçı xidmətini davam etdirməkdə məqsədi pensiya təyinatının təmin olunmasıdır. Pensiya təyinatının təmin olunmasına da müddət 3 il 6 ay kifayət edir. İddiaçıya bu müddətdə xidmətini davam etdirməsi lazımdır. Həmin Qanunun 39.5-ci maddəsinə əsasə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçuların razılığı ilə onlar hərbi qulluqçuların müvafiq heyəti üçün ehtiyatda olmağın son yaş həddindən artıq olmamaqla həqiqi hər xidmətdə saxlanıla bilərlər. Bu norma özündə də təxris olunmanı yenə də şəxsin razılığı ilə həyata keçirilməsini nəzərdə tutur. Yəni, mübahisə mövcuddur, xidmət müddəti uzadılmalıdır və göstərdiyi cavabdehlərin üzərinə öhdəlik qoyulmalı, əmr də ləğv edilməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, cavabdeh tərəfindən "Hərbi xidmət keçmə haqqında" Əsasnamənin müddəalarını kobud formada pozmuş, geri tarixə sənədləşdirmə aparmışdırlar. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə xx.xx.N0N3-cü il tarixli, 1749 nömrəli etirazını təqdim etmişdir. Etirazda bildirilir ki, sabiq qadın hərbi qulluqçu, iddiaçı N6 may N014-cü il tarixdə Tovuz rayon SHXÇDX tərəfindən hərbi xidmətə çağırılmış, xx.xx.N014- cü il tarixdən N nömrəli hərbi hissədə xidmət etmiş və xx.xx.N0N3-cü il tarixdə ehtiyata buraxılmışdır. Hərbi hissənin şəxsi heyətin uçotu bölməsi (Q1) rəisi kapitan Əlihüseyn Əliyev xx.xx.N0NN-ci il tarixdə raportla hərbi hissə komandirinə müraciət edərək bildirmişdir ki, şəxsi heyətin uçotu bölməsinin kargüzar operatoru qadın hərbi qulluqçu çavuş İddiaçı xidmətdə olmağın son yaş həddinə çatdığına görə 1 (bir) il müddətə xidmətdə saxlanılması barədə raportla müraciət etmişdir. "Hərbi Xidmətkeçmə Haqqında"Əsasnamənin tələblərinə müvafiq olaraq qadın hərbi qulluqçular üçün həm xidmətdə həmdə ehtiyatda olmağın son yaş həddi 45 (qırx beş) təyin olunduğuna görə qadın hərbi qulluqçu çavuş İddiaçı hərbi xidmətdə saxlanılması qanuna uyğun deyildir. Göstərilənləri nəzərə alaraq qadın hərbi qulluqçu çavuş İddiaçı "Hərbi xidmətkeçmə Haqqında" Əsasnamənin 157-ci maddəsinin "a" bəndinə (son yaş həddinə görə) müvafiq olaraq hərbi xidmətdən istefaya buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırmağı xahiş etmişdir. N nömrəli hərbi hissənin komandanlığı tərəfindən çavuş İddiaçı xarakterizə olunarkən qeyd edilmişdir ki, o N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü savadlı, bacarıqlı, intizamlı və vəzifəsinin öhdəsindən gələn, verilən əmr və tapşırıqları vaxtında və dəqiq yerinə yetirməyi bacaran bir hərbi qulluqçu kimi tanıtmışdır. Sabiq qadın hərbi qulluqçu çavuş İddiaçı yaşı 45-dən yuxarı nəzərə alaraq N nömrəli hərbi hissə komandiri polkovnik llqar Xasməmmədovun vəsatəti əsasında "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 157-ci maddəsinin "a" bəndinə (son yaş həddinə görə) əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılması haqqında qərar qəbul edilmişdir. Cavabdeh komandirinin N əç nömrəli N9 sentyabr N0NN- ci il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 157-ci maddəsinin "a" bəndinə (son yaş həddinə görə) ehtiyata buraxılmışdır. Cavabdeh komandirinin N əç nömrəli N9 sentyabr N0NN-ci il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 157-ci maddəsinin "a" bəndinə (son yaş həssinə görə) ehtiyata buraxılması qanunidir və həmin əmrin ləğv edilməsi və əvvəlki xidmətə bərpa edilməsinə dair etirazımızı bildiririk. Bundan başqa Cavabdeh komandirinin N əç nömrəli N9 sentyabr N0NN-ci il tarixli əmri "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanunun 39.1.N-ci və 41.0.N-ci bəndinə əsasən əmrin mətninə uyğundur. İddiada göstərilənlərə etiraz edirlər. İş materiallarına mübahisələndirilən inzibati icraat materiallarının təsdiqlənmiş surəti əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 3N.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.N-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddətə gəldikdə isə məhkəmənin xx.xx.N0N3-cü il tarixli qərardadı ilə iddianın qaldırılması üçün buraxılmış prosessual müddət bərpa edilmişdir Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Məhkəməyə təqdim edilmiş sənədlərin araşdırması zamanı müəyyən olunur ki, xx.xx.N0NN-ci il tarixdə bağlanmış öhdəliyə əsasən iddiaçının həqiqi hərbi xidmət müddəti xx.xx.N0N3-cü il tarixədək uzadılmışdır. xx.xx.N0NN-ci il tarixdə iddiaçının istefaya buraxılması üçün vəsatət qaldırılması üçün təqdimat hazırlanmış və xx.xx.N0NN-ci il tarixdə vəsatət qaldırılmışdır. xx.xx.N0NN-ci il tarixdə iddiaçı ilə söhbətləşmə aparılmasından iddiaçı imtina etmiş, Cavabdeh komandirinin xx.xx.N0NN-ci il tarixli, 087əç nömrəli əmrlə iddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 157-ci maddəsinin “a” bəndinə (yaşa görə) müddətdən artıq həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. xx.xx.N0NN-ci il tarixdə təsdiq edilmiş iddiaçı müvafiq olaraq tərxis edilməsi üçün söhbətləşməyə çağrılmış, lakin iddiaçı söhbətləşmə aparmaqdan imtina etmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N3-cü il tarixli, 6 nömrəli əmri ilə iddiaçı işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, xx.xx.N0N3-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə göndərilmişdir. Hazırda iddiaçı xx.xx.N0N3-cü il tarixli, 089əç nömrəli əmri və onun yaratdığı hüquqi nəticələri mübahisələndirir. Bu səbəbdən də inzibati aktın maddi-hüquqi cəhətdən qanuniliyi yoxlanılmalı, mübahisələndirilən əmrin əsasları ilə bağlı araşdırma aparılmalı, həmin əsaslara hüquqi qiymət verilməlidir. Ehtiyata buraxılmanın əsasları və qaydası isə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə tənzimlənir “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: -155-ci bəndində göstərilir ki, Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 — 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Bu zaman buraxılmaq üçün bir neçə əsası olan müsbət attestasiya edilmiş hərbi qulluqçular buraxıldıqdan sonra ən yüksək hüquqlar və güzəştlər verən əsasla, yaşlarına və səhhətlərinə görə buraxılmaq hüququ olanlar isə onların arzusu nəzərə alınaraq bu səbəblərdən birinə əsasən buraxılmağa təqdim edilirlər. -157-ci bəndinin a) yarımbəndinə əsasən, yaşa görə — ehtiyatda olmağın son yaş həddinə çatdıqda hərbi qulluqçular həqiqi hərbi xidmətdən istefaya buraxılırlar. -161-ci bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır. -16N-ci bəndində qeyd olunur ki, hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. -163-cü bəndinə əsasən ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Bu məqsədlə hərbi-həkim komissiyasının müayinəsinə aşağıdakı hərbi qulluqçular öz xahişinə əsasən göndərilməyə bilərlər: həqiqi hərbi xidmətdə son yaş həddinə çatmış və xidmət illərinə görə maksimal miqdarda pensiya təminatı hüququ olan şəxslər. ehtiyatda olmağın son yaş həddinə çatmış şəxslər. Bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndi, 158-ci maddəsinin «b» bəndi ilə buraxılmaya təqdim olunanlar, habelə ehtiyatdan çağırılan və 156-cı maddəsinin «q» bəndi ilə buraxılmaya təqdim olunanlar adətən hərbi-həkim komissiyasının müayinəsinə göndərilmirlər. -168-ci bəndində deyilir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156 — 158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Yuxarıda qeyd olunan normaların məzmununa görə həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçu, bir qayda olaraq, buraxılmaya iki ay qalmış xəbərdar edilir, ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onun xidmət keçməsi barədə məlumatlar dəqiqləşdirilir, xidmət illəri hesablanır və bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Ehtiyata buraxılmalı olan hərbi qulluqçu barəsində bilavasitə rəis tərəfindən raport təqdimat hazırlanır, bu zaman hərbi qulluqçu ilə birinci söhbət aparılır, daha sonra buraxılma haqqında təqdimat (raport) göndərilən zaman ikinci söhbət aparılır və bu barədə söhbət vərəqəsi tərtib edilir. Həmçinin, buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Əsasnamənin 161 və 16N-ci maddələrinin tələbləri cavabdeh tərəfindən təmin olunmamışdır. Belə ki, iş materialları ilə iddiaçının buraxılmaya iki ay qalmış xəbərdar edilməsi, xidmət illərinin dəqiqləşdirilməsi barədə məsələyə baxılması müəyyən olunmur. Cavabdeh qurumun təqdim etdiyi “iddiaçı söhbətləşmə aparmaqdan imtina etməsi barədə” xx.xx.N0NN və xx.xx.N0NN-ci il tarixlərdə tərtib edilmiş aktlardan görünür ki, həmin aktlar müxtəlif tarixli olsa da, hər ikisinə eyni daxil olma nömrəsi (9084 nömrəsi) vurulmuşdur. Həmçinin, iddiaçı ikinci akt tərtib edilən zaman müalicədə olmuş - Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalına getmiş hesab edilmişdir. Bununla yanaşı, iddiaçının həqiqi hərbi xidmət müddəti xx.xx.N0N3-cü il tarixədək uzadılması barədə öhdəliyin ləğvi ilə bağlı xx.xx.N0NN-ci il tarixdə cavabdeh tərəfindən raport tərtib edilsə də, həmin öhdəliyin ləğvi ilə bağlı əmr məhkəməyə təqdim edilməmişdir. Belə olduğu halda, iddiaçının xx.xx.N0N3-cü il tarixədək olan öhdəliyi barədə inzibati akt ləğv olunmadan və ya dəyişdirilmədən, hazırkı mübahisələndirilən qərarı qəbul etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu isə, “İnzibati icraat haqqında” Qanunun N4-cü maddəsinin müddəalarının tələblərinin təmin olunmamasının aşkar göstəricisidir. Beləliklə, iddiaçı barəsində qəbul edilmiş inzibati akt “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən artıq formal-hüquqi baxımdan qanunsuz olduğundan, onun ləğvi üçün şərtlər mövcuddur. Qeyd olunanlara əsasən, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin olunsun. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh komandirinin xx.xx.N0NN-ci il tarixli, 087əç nömrəli əmri ləğv edilsin. İddiaçı N nömrəli hərbi hissənin, şəxsi heyətin uçotu bölməsinin (Q1) kargüzaroperatoru vəzifəsinə bərpa edilsin və işləmədiyi dövrlər üçün əmək haqqının verilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1458/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1458/2023
20.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver