Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-146/2025 05.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Xanlar rayonu, Aşıqlı kəndi ərazisində yerləşən 0.31 ha torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********09 saylı, xx.xx.2006-cı il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və A№757305 torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsinin təyinatının “ehtiyyat fondu torpaqları” kimi edilmiş qeydə düzəliş edilərək “yaşayış sahələrinin torpaqları” kimi qeyd edilərək yeni çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Xanlar rayonu Aşıqlı bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 04 nömrəli qərarı ilə bələdiyyənin ehtiyyat fondu torpağından fərdi yaşayış evi tikmək üçün X3 0.31 ha torpaq sahəsinin satılması nəzərdə tutulmuşdur.
2. Həmin tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi və Xanlar rayonu Aşıqlı bələdiyyəsinin nümayəndələri bələdiyyənin ehtiyat fond torpaq sahəsindən həmin 0.31 ha torpaq sahəsinin ayrılaraq vətəndaşa satılmasını məqsədəuyğun hesab etmişlər.
3. Eyni zamanda DT və XK-nin Xanlar rayon şöbəsi ayrılmış torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə aid ehdiyyat fondu torpağı olması barədə rəy vermiş, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir.
4. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına ******* manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2003-cü il tarixdə 38 nömrə ilə qeydiyyata alınmışdır.
5. Qeyd olunan torpaq sahəsinə dair X2 adına xx.xx.2006-cı il tarixli JN-0546 nömrəli KOD 50803018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı tərtib edilmiş və dövlət aktı qeydiyyat kitabında xx.xx.2006-cı il tarixdə 12308 nömrə ilə uçota alınmışdır.
6. xx.xx.2006-cı il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın aqlı-satqı müqaviləsinə əsasən X1 rayonu, Aşıqlı kəndində yerləşən 0.31 ha torpaq sahəsini İddiaçı satmışdır.
7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2006-cı il qeydiyyat tarixli ********* qeydiyyat nömrəli çıxarışa əsasən Xanlar rayonu, Aşıqlı kəndində yerləşən 0.31 ha torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Çıxarışda torpaq sahəsinin təyinatı (kateqoriyası) “Ehtiyyat fondu torpaqları” kimi qeyd edilmişdir.
8. Qeyd olunan torpaq sahəsinə dair İddiaçı adına xx.xx.2022-ci il tarixli A№757305 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və X6 kitabında xx.xx.2022ci il tarixdə uçota alınmışdır.
9. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl rayonu, Aşıqlı kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
10. Göygöl Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 75 nömrəli sərəncamı ilə İddiaçı məxsus Göygöl rayonu, Aşıqlı kəndində yerləşən 0.39 ha torpaq sahəsində sahibkarlıqla məşğul olmaq üçün iaşə obyektinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir.
11. İddiaçı Göygöl rayonu, Aşıqlı kəndində yerləşən **********09 reyestr nömrəli çıxarışda və Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan torpaq sahəsinin təyinatına (kateqoriyası) düzəliş edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətə, cavabdeh orqan xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-2844/2023 nömrəli məktubla müraciəti təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı, torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən torpaq sahəsinin təyinatının (kateqoriyası) ehtiyat fondu torpaqları olduğu müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
12. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) "Hüquqların dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın dövlət reyestrindən **********09 reyestr nömrəli, xx.xx.2006-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.31 ha torpaq sahəsinin yerləşdiyi ərazi barədə, Göygöl (Xanlar) rayonu Aşıqlı kəndi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin 1999-cu il tarixli elektron kompleks yerquruluşu layihəsində 2 (iki) məlumat qeyd olunmuşdur. Belə ki, həmin torpaq sahəsinin yerləşdiyi ərazi, bələdiyyənin ehtiyyat fond torpağı və JN-546 nömrəli "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktına əsasən tikinti məqsədləri üçün nəzərdə tutulan 0.31 ha torpaq sahəsi olduğu göstərilmişdir. Bundan əlavə, "Hüquqların dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın dövlət reyestrindən **********09 reyestr nömrəli, xx.xx.2006-cı il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.31 ha torpaq sahəsinin yerləşdiyi ərazi, Xanlar rayonu Aşıqlı bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqlara dair 2006-cı il tarixli elektron yerquruluşu sxemində, bələdiyyə mülkiyyətinə aid, yaşayış məntəqələrinin altında olan torpaq sahəsi olaraq göstərilmişdir. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AZCAD məlumatlarında həmin torpaq sahəsinin yerləşdiyi ərazinin kateqoriyası - yaşayış məntəqələrinin torpaqları olaraq göstərilmişdir.. 2) Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AZCAD məlumatlarında həmin torpaq sahəsinin yerləşdiyi ərazinin kateqoriyası - yaşayış məntəqələrinin torpaqları olaraq göstərilmişdir. Rəy hazırlanarkən, Göygöl (Xanlar) rayonu Aşıqlı kəndi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin 1999-cu il tarixli elektron kompleks yerquruluşu layihəsi, Xanlar rayonu Aşıqlı bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqlara dair 2006-cı il tarixli elektron yerquruluşu sxemi və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsaslanılmışdır. II. Məhkəmədə icraat
13. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Xanlar rayonu, Aşıqlı kəndi ərazisində yerləşən 0,31 ha torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********09 saylı, xx.xx.2006-cı il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və A№757305 torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsinin təyinatının “ehtiyyat fondu torpaqları” kimi edilmiş qeydə düzəliş edilərək “yaşayış sahələrinin torpaqları” kimi qeyd edilərək yeni çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər.
14. Tələb onunla əsaslandırılmışdır ki, Xanlar rayonu Aşıqlı bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 04 nömrəli qərarı ilə X3 tikinti məqsədilə 0.31 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Həmin torpaq sahəsinə dair JN–0546 Kod 50803018 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı tərtib edilmişdir. Daha sonra X4 ilə aralarında alqı-satqı edilmiş və həmin torpaq sahəsi ona satılmışdır. Xanlar rayonu, Aşıqlı kəndi ərazisində yerləşən 0,31 ha torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********09 saylı, xx.xx.2006-cı il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və AN757305 torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilərkən torpaq sahəsinin təyinatı (kateqoriyası) ehtiyyat fondu torpaqları kimi qeyd edilmişdir. O, aidiyyəti üzrə çıxarışda və torpaq sahəsinin planı və ölçüsü sənədində düzəlişin edilərək ona yeni çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi üçün DƏDKR 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən ona xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 2844/2023 saylı məktub göndərərək bildirmişdir ki, aparılan araşdırma zamanı, torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən torpaq sahəsinin təyinatının ehtiyyat fondu torpaqlarına aid olduğu müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrasının mümkün olmadığı bildirilmişdir. Odur ki, cavabdeh tərəfindən göstərilən əsaslarla razılaşmadığı üçün Gəncə İnzibati Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır. III. İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
17. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
18. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
19. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
20. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
21. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.
23. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər.
24. Məhkəmə AR İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçıların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
25. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
26. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
27. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Xanlar rayonu Aşıqlı bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 04 nömrəli qərarı; - 2003-cü il tarili akt; - DT və XK-nin Xanlar rayon şöbəsinin rəyi; - Ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış; - xx.xx.2003-cü il tarixdə 38 nömrəli Torpaqların alğı-satqısına dair akt; - xx.xx.2006-cı il tarixli JN-0546 nömrəli KOD 50803018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı; - xx.xx.2006-cı il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakən aqlı-satqı müqaviləsi; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2006-cı il qeydiyyat tarixli ********* qeydiyyat nömrəli çıxarış; - xx.xx.2022-ci il tarixli A№757305 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Göygöl Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 75 nömrəli sərəncamı; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-2844/2023 nömrəli imtina məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
28. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
29. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Xanlar rayonu Aşıqlı bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 04 nömrəli qərarı ilə bələdiyyənin ehtiyyat fondu torpağından fərdi yaşayış evi tikmək üçün X3 0.31 ha torpaq sahəsinin satılması nəzərdə tutulmuşdur. Həmin tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi və Xanlar rayonu Aşıqlı bələdiyyəsinin nümayəndələri bələdiyyənin ehtiyat fond torpaq sahəsindən həmin 0.31 ha torpaq sahəsinin ayrılaraq vətəndaşa satılmasını məqsədəuyğun hesab etmişlər. Eyni zamanda DT və XK-nin Xanlar rayon şöbəsi ayrılmış torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə aid ehdiyyat fondu torpağı olması barədə rəy vermiş, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına ******* manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2003-cü il tarixdə 38 nömrə ilə qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsinə dair X2 adına xx.xx.2006-cı il tarixli JN-0546 nömrəli KOD 50803018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı tərtib edilmiş və dövlət aktı qeydiyyat kitabında xx.xx.2006-cı il tarixdə 12308 nömrə ilə uçota alınmışdır. xx.xx.2006-cı il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakən aqlı-satqı müqaviləsinə əsasən X1 rayonu, Aşıqlı kəndində yerləşən 0.31 ha torpaq sahəsini İddiaçı satmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2006-cı il qeydiyyat tarixli ********* qeydiyyat nömrəli çıxarışa əsasən Xanlar rayonu, Aşıqlı kəndində yerləşən 0.31 ha torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Çıxarışda torpaq sahəsinin təyinatı (kateqoriyası) “Ehtiyyat fondu torpaqları” kimi qeyd edilmişdir.
30. İddiaçı Göygöl rayonu, Aşıqlı kəndində yerləşən **********09 reyestr nömrəli çıxarışda və Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan torpaq sahəsinin təyinatına (kateqoriyası) düzəliş edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətə, cavabdeh orqan xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-2844/2023 nömrəli məktubla müraciəti təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı, torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən torpaq sahəsinin təyinatının (kateqoriyası) ehtiyat fondu torpaqları aid olduğu müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
31. Cavabdeh orqanın iddiaya qarşı dəlili ondan ibarət olmuşdur ki, torpaq sahəsinin təyinatı (kateqoriyası) ehtiyat fondu torpaqlarına aiddir.
32. Məhkəmə cavabdehin orqanın həmin dəlilini və o dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır.
33. Belə ki, məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, "Hüquqların dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın dövlət reyestrindən **********09 reyestr nömrəli, xx.xx.2006-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.31 ha torpaq sahəsinin yerləşdiyi ərazi barədə, Göygöl (Xanlar) rayonu Aşıqlı kəndi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin 1999-cu il tarixli elektron kompleks yerquruluşu layihəsində 2 (iki) məlumat qeyd olunmuşdur. Belə ki, həmin torpaq sahəsinin yerləşdiyi ərazi, bələdiyyənin ehtiyyat fond torpağı və JN-546 nömrəli "Torpağa mülkiyyət hüququna dair" Dövlət Aktına əsasən tikinti məqsədləri üçün nəzərdə tutulan 0.31 ha torpaq sahəsi olduğu göstərilmişdir. Bundan əlavə, "Hüquqların dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın dövlət reyestrindən **********09 reyestr nömrəli, xx.xx.2006-cı il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.31 ha torpaq sahəsinin yerləşdiyi ərazi, Xanlar rayonu Aşıqlı bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqlara dair 2006-cı il tarixli elektron yerquruluşu sxemində, bələdiyyə mülkiyyətinə aid, yaşayış məntəqələrinin altında olan torpaq sahəsi olaraq göstərilmişdir. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AZCAD məlumatlarında həmin torpaq sahəsinin yerləşdiyi ərazinin kateqoriyası - yaşayış məntəqələrinin torpaqları olaraq göstərilmişdir. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AZCAD məlumatlarında həmin torpaq sahəsinin yerləşdiyi ərazinin kateqoriyası - yaşayış məntəqələrinin torpaqları olaraq göstərilmişdir. Rəy hazırlanarkən, Göygöl (Xanlar) rayonu Aşıqlı kəndi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin 1999-cu il tarixli elektron kompleks yerquruluşu layihəsi, Xanlar rayonu Aşıqlı bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqlara dair 2006-cı il tarixli elektron yerquruluşu sxemi və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsaslanılmışdır.
34. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin təyinatı (kateqoriyası) həm Aşıqlı kəndi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin 1999-cu il tarixli elektron kompleks yerquruluşu layihəsində, həm də torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AZCAD məlumatlarında yaşayış məntəqələrinin torpaqları olaraq göstərilmişdir. Buna baxmayaraq, "Hüquqların dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın dövlət reyestrindən **********09 reyestr nömrəli, xx.xx.2006-ci il qeydiyyat tarixli çıxarışda torpaq sahəsinin təyinatı (kateqoriyası) “Ehtiyyat fond torpaqları” kimi qeyd edilmişdir.
35. Digər tərəfdən, sözügedən 0.31 ha torpaq sahəsinə bitişik olan 0.08 ha torpaq sahəsi də İddiaçı adına qeydə alınarkən kateqoriyası (məqsədli təyinatı) “Yaşayış məntəqələrinin torpaqları” kimi qeyd edilmişdir.
36. Belə olan halda məhkəmə hesab edir ki, Hüquqların dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın dövlət reyestrindən **********09 reyestr nömrəli, xx.xx.2006ci il qeydiyyat tarixli çıxarışda və A№757305 torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsinin təyinatının “ehtiyyat fondu torpaqları” kimi edilmiş qeyd edilməsi qanunsuz və əsassız olmuşdur və bu əsasla həmin qeydiyyata düzəliş edilməsinə dair iddiaçının tələbi haqlıdır.
37. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə görə: Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi
2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Maddə 10. Torpaqların məqsədli təyinatı və hüquqi rejimi
1. Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Maddə 33. Ehtiyat fondu torpaqları
1. Ehtiyat fondu torpaqları dövlət və bələdiyyə ehtiyat torpaqlarından ibarətdir.
3. Bələdiyyələrin ehtiyat fondu torpaqlarına bu Məcəllənin 47-ci maddəsinin 5-ci bəndi ilə müəyyən olunmuş torpaqlar aid edilir.
4. Ehtiyat fondu torpaqlarının istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir. Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ
2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.
5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.
6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları
1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir.
2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları, hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər...
6. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir.
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.
39. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 9. Bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənəd qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazılır və dövlət reyestrinə müvafiq məlumat daxil edilir. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Maddə 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Maddə 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
40. Azərbaycan Respublikası İPM-nə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
41. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Xanlar rayonu, Aşıqlı kəndi ərazisində yerləşən 0.31 ha torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********09 saylı, xx.xx.2006-cı il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və A№757305 torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsinin təyinatının “ehtiyyat fondu torpaqları” kimi edilmiş qeydə düzəliş edilərək “yaşayış məntəqlərinin torpaqları” kimi qeyd edilərək, bu barədə İddiaçı yeni çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva