Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1461/2025 09.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü övladları X5 doğum akt qeydində düzəliş edilməklə soyadının Zülfiqarlı kimi göstərilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia belə əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2008-ci il tarixdə evlənərək nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X7 adlı övladları anadan olmuşdur. Övladları anadan olduğu zaman iddiaçılar ona doğum haqqında şəhadətnamə almışlar. Doğum haqqında X1 soyadı Zülfiqarlı yazılsa da, onun doğum haqqında akt qeydində Xəlilli yazılmışdır. xx.xx.2009-cu il təvəllüdlü X5 doğum haqqında şəhadətnaməsi, şəxsiyyət vəsiqəsi, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəsində soyadı Zülfiqarlı kimi qeyd olunmuşdur. Məktəbdə sinif yoldaşları, müəllimləri və küçədə hamı onu Zülfiqarlı kimi tanıyırlar. Ancaq onların övladlarının doğum akt qeydində Xəlilli yazılması bir çox problemlər yaradır. İddiaçılar övladlarının soyadının düzgün yazılması ilə bağlı Cavabdehnə müraciət etmişlər. Lakin cavabdeh orqan bundan imtina etmiş və məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçılar məhkəmə iclasında iştirak etmişlər. Cavabdeh Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş məktubda məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdilər. İşin halları xx.xx.2009-cu il tarixli, 08 nömrəli Doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında “X10”, ata-anası haqqında məlumat qrafasında “İddiaçı1” və “İddiaçı2” qeyd edilmişdir. xx.xx.2009-cu il tarixli, 239266 №-li Doğum haqqında Şəhadətnamə “X7”na məxsusdur, atası qrafasında “İddiaçı1”, anası qrafasında “İddiaçı2” qeyd edilmişdir. xx.xx.2014-cü il tarixli, AZ-İİİ 345658 nömrəli Doğum haqqında Şəhadətnamə “X9”na məxsusdur, atası qrafasında “İddiaçı1”, anası qrafasında “İddiaçı2” qeyd edilmişdir. xx.xx.2016-cı il tarixli, AZE seriyalı 11675145 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi xx.xx.2009-cu il təvəllüdlü “X7”na məxsusdur. xx.xx.2024-cü tarixli İQ 627667 nömrəli ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə xx.xx.2009-cu il təvəllüdlü “X7”na məxsusdur. Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, övladının soyadının “Zülfiqarlı” kimi qeyd olunması ilə əlaqədar müraciətə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən edilir. Təqdim olunmuş imtina məktubu ilə əlaqədar olaraq məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X3 (Zülfiqarlı) dəyişdirilməsi ilə bağlı akt qeydi mövcud deyil. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 161. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydaları
6. Adın, ata adının və soyadın dəyişdirilməsi 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar” İ. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik qaydası
1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır.
3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə.
4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı.
Məhkəmənin mövqeyi
Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İddiaçılar hazırkı iddia tələbi ilə övladları X5 doğum haqqında akt qeydində səhv qeyd edilmiş “Xəlilli” soyadının “Zülfiqarlı”ya dəyişdirilməsini xahiş edirlər. İddianın əsası kimi qeyd edilmişdir ki, X5 bütün sənədinlərdə soyadı “Zülfiqarlı” kimi qeyd edilmiş, lakin doğum haqqında akt qeydində “Xəlilli” kimi yazılmışdır. Hazırda doğum haqqında akt qeydində iddiaçıların övladının soyadının “Xəlilli” qalması onlara bir çox maneələr yaradır. İddiaçılar hazırkı tələblə cavabdehə müraciət etmiş, cavabdeh tələbin təmin edilməsindən imtina etmişdir. Məhkəmə cavabdehin imtinasını qanunsuz hesab edir. İş materialları ilə müəyyən edilir ki, X5 doğum haqqında akt qeydində soyadının “Xəlilli” qeyd olunmasına baxmayaraq, ona məxsus doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqədə soyadı “Zülfiqarlı” kimi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, X6 məxsus doğum haqqında akt qeydində onun soyadı düzgün qeyd edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün əsas hesab edilir. Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X5 (X10) xx.xx.2009-cu il tarixli, 08 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək soyadının “Xəlilli”dən “Zülfiqarlı”ya dəyişdirilməsi öhdəliyi cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş iddia təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X5 (X10) xx.xx.2009-cu il tarixli, 08 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək soyadının “Xəlilli”dən “Zülfiqarlı”ya dəyişdirilməsi öhdəliyi cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva