Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1462/2025 05.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı doğum akt qeydinə düzəliş edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Qəribli kənd soveti tərəfindən xx.xx.1985-ci il tarixdə 25 nömrə ilə tərtib edilmiş doğum akt qeydinə düzəliş edilərək adının “Ofelya” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Doğum haqqında xx.xx.1958-ci il tarixli İ-ИЕ 566253 nömrəli şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1958-ci il tarixdə 25 nömrə ilə qeyd edilmişdir. X1, anası isə X2r.
2. İddiaçı doğum haqqında akt qeydində adının Qəribədən Ofelyaya dəyişdirilməsi barədə Cavabdehnə müraciət etmiş, lakin şöbənin xx.xx.2024-cü il tarixli 142 nömrəli cavab məktubu ilə bundan imtina edilərək bildirilmişdir ki, xx.xx.1958-ci ildə Tovuz rayonu Qəribli kəndində anadan olmuş İddiaçı barəsində doğum haqqında akt qeydi elektron axtarış sistemində yoxlama aparılmış, lakin adı X4 çıxdığı üçün yeni doğum şəhadətnaməsi vermək mümkün olmamışdır. Bu səbəblə onun həmin tələblə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunur.
3. Məhkəmənin sorğusuna Tovuz rayon Polis şöbəsinin 20.09.204-cü il tarixli 3-13- 114/2-18045/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı şəxsiyyət vəsiqəsinin verilməsi üçün əsas olmuş sənədlərin saxlanma müddəti keçdiyindən (5 il) aktlaşdırılaraq məhv edilmişdir. Həmin məktuba əlavə edilmiş: - İddiaçı fərdi uçot kartoçkasından (Forma 1) görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Tovuz rayonunda anadan olmuşdur. X1, anası isə X2r.
4. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2025-ci il tarixli 3/16-5/8-09-338/25 nömrəli cavab məktubuna əlavə edilmiş xx.xx.1958-ci il tarixli 25 nömrəli doğum haqqında akt qeydinə əsasən X4 xx.xx.1958-ci iln tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1958-ci il tarixdə 25 nömrə ilə qeyd edilmişdir. X1, anası isə X2r. Doğum haqqında akt qeydində Qəribə adının üzərindən xətt çəkilərək “Ofila” qeyd edilmişdir. II. Məhkəmədə icraat
5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh arxiv kitabında onun adı Qəribə kimi deyil, həmin arxiv kitabında düzəliş aparılıb Ofelya kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.1958-ci ildə Tovuz rayonu, Qəribli kəndində anadan olmuşdur. Hal-hazırda Tovuz rayonu, Düz Cırdaxan kəndində yaşayır. O, bu yaxınlarda bilmişdir ki, onun doğum haqqında şəhadətnaməsində Ofelya kimi qeyd olunub və bundan başqa sənədlərinin hamısında yenə Ofelya kimi yazılıb, ancaq Cavabdehndə səhvən Qəribə kimi qeyd olunub. O, elə bu səbəbə halhazırda sənədlərini düzəldə bilmir, ona görə ki, Cavabdeh arxiv kitabında adı Ofelya kimi qeyd olunmayıb, səhvən adı Qəribə kimi qeyd olunmuşdur. Onun adı Ofelya kimi qeyd olunmasını istəyir, buna görə də Cavabdehnə müraciət etmiş, ona bununla bağlı imtina rəyi verilmişdir.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
8. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iddia tələbi “Qəribli kənd soveti tərəfindən xx.xx.1985-ci il tarixdə 25 nömrə ilə tərtib edilmiş doğum akt qeydinə düzəliş edilərək adının “Ofelya” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
9. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
10. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
11. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
12. Cavabdehin yerləşdiyi yer olan Tovuz rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
13. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
14. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
15. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
16. Cavabdeh orqanın hüquqi ünvanına və iddiaçının iddia ərizəsində göstərilmiş ünvanına məhkəmə bildirişi göndərilmişdir. Bu səbəbdən, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş hesab olunmuşlar.
17. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.
18. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
19. İddiaçı şifahi məhkəmə baxış iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
20. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
21. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Doğum haqqında xx.xx.1958-ci il tarixli İ-ИЕ 566253 nömrəli şəhadətnamə; - Cavabdeh xx.xx.2024-cü il tarixli 142 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Tovuz rayon Polis şöbəsinin 20.09.204-cü il tarixli 3- 13-114/2-18045/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş İddiaçı fərdi uçot kartoçkası (Forma 1); - Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2025-ci il tarixli 3/16-5/8-09-338/25 nömrəli cavab məktubu və ona əlavə edilmiş xx.xx.1958-ci il tarixli 25 nömrəli doğum haqqında akt qeydi.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
22. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
23. İş materiallarından müəyyən olur ki, İddiaçı ona məxsus xx.xx.1958-ci il tarixli 25 nömrəli doğum haqqında akt qeydində adının texniki səhv olaraq Ofelya əvəzinə Qəribə kimi qeyd olunduğunu əsas gətirməklə, akt qeydində adına düzəliş edilməsini Cavabdehndən xahiş etmiş, cavabdeh orqan isə xx.xx.2024-cü il tarixli 142 nömrəli cavab məktubu ilə bildirmişdir ki, xx.xx.1958-ci ildə Tovuz rayonu Qəribli kəndində anadan olmuş İddiaçı barəsində doğum haqqında akt qeydi elektron axtarış sistemində yoxlama aparılmış, lakin adı X4 çıxdığı üçün yeni doğum şəhadətnaməsi vermək mümkün olmamışdır. Bu səbəblə onun həmin tələblə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunur.
24. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur.
25. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə...
27. Məhkəmənin sorğusu əsasında Cavabdehndən əldə edilmiş xx.xx.1958-ci il tarixli 25 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X4 xx.xx.1958-ci iln tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1958-ci il tarixdə 25 nömrə ilə qeyd edilmişdir. X1, anası isə X2r.
28. Yəni, İddiaçı doğum haqqında akt qeydində adı Qəribə kimi qeyd edilmişdir. Lakin iş materiallarında olan tədqiq olunan digər bütün sənədlərdə iddiaçının adı Ofelya kimi (İddiaçı) qeyd edilmişdir.
29. Bu isə o deməkdir ki, həqiqətən də İddiaçı doğum akt qeydində səhvə yol verilmiş və iddiaçının adı barəsində məlumat düzgün qeyd edilməmişdir.
30. Buna görə də, cavabdehin hərəkətləri nəticəsində İddiaçı subyektiv hüququ pozulmuşdur.
31. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Qəribli kənd soveti tərəfindən xx.xx.1985-ci il tarixdə 25 nömrə ilə tərtib edilmiş doğum akt qeydinə düzəliş edilərək İddiaçı adının “Ofelya” kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.
32. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
33. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Qəribli kənd soveti tərəfindən xx.xx.1985-ci il tarixdə 25 nömrə ilə tərtib edilmiş doğum akt qeydinə düzəliş edilərək İddiaçı adının “Ofelya” kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva