Məhkəmə qərarları › İş №2-1(114)-1463/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1463/2020

10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1463/2020 10.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, N/9-3074 nömrəli imtina məktubu ilə Mərkəzi Arxivin xx.xx.2020-ciiltarixli, 9/2-N070 nömrəli arayışına əsasən vətəndaş İddiaçı N nömrəli hərbi hissədə hərbi xidməti xx.xx.N994-xx.xx.N997-ci il tarixlərə (yəni Atəşkəs dövrünə) təsadüf etdiyindən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İmtinanı qanunsuz hesab edən iddiaçı məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.N994-cü il tarixdən xx.xx.N997-ci il tarixədək N7N saylı həqiqi hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Bu barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, N3 nömrəli arayışında və hərbi biletində də onun xidməti barədə yazılmışdır. Lakin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli, N/9-3074 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, onun xx.xx.2020-ci il tarixli, 60 nömrəli məktubuna cavab olaraq bildirilmişdir ki, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyi nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya”nın xx.xx.2020-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 9/2-N070 nömrəli arxiv arayışında da imtina cavabı verilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi ona məxsus NZ ******* nömrəli hərbi biletin 4-cü səhifəsində qeyd olunmuşdur ki, iddiaçı xx.xx.N994-cü il tarixdən xx.xx.N997-ci il tarixədək N nömrəli hərbi hissədə hərbi xidmətdə olmuşdur. Bundan başqa, işdə olan iddiaçı tərəfindən məhkəməyə təqdim olunan sənədlərdə onun döyüş əməliyyatlarında iştirak etməsi, döyüş tapşırığını yerinə yetirməsi zamanı yaralanması, travma və ya kontuziya alması ilə bağlı heç bir sənədi yoxdur. İş üzrə tərəflərə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Tərəflərin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarında olan; -xx.xx.2000-ci il tarixli, AON seriyalı ******* nömrəli hərbi biletin 4. vərəqində İddiaçı N nömrəli hərbi hissədə xx.xx.N994-cü ildən xx.xx.N997-ci ilədək xidmət etməsi qeyd olunmuşdur. -N nömrəli hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli, 48 nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxx N996-cı il tarixli əmrinə əsasən əsgər İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə xx xxxxxx N996-cı il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli, 9/2-N070 nömrəli arxiv arayışının məzmunundan görünür ki, N №-li hərbi hissə komandirinin xx xxxxxxx N994-cü il tarixli, 208 №-li əmrilə nizam intizamı və uzun müddət evə getmədiyi nəzərə alınaraq, sıravi İddiaçı 3 (üç) günlük məzuniyyət verilmişdir. N №-li hərbi hissə komandirinin xx xxxxxx N995-ci il tarixli, 3N7 №-li əmrilə ailə vəziyyəti ilə əlaqədar olaraq, sıravi İddiaçı 4 (dörd) günlük məzuniyyət verilmişdir. N №-li hərbi hissə komandirinin yanvar N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli, 9/2-9675 nömrəli məktubunun məzmunundan görünür ki, Gədəbəy RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 5 №-li əmrilə 08.0N N994-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 24 №-li əmrində (əmrdə adı və atasının adı tam yazılmamışdır) 05.02.-xx.xx.N994-ci il tarixdə XN göndərilmiş şəxsi heyətin siyahısında sıravi İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 5N №-li əmrində (əmrdə adı və atasının adı tam yazılmamışdır) sıravi İddiaçı müalicə üçün Mərkəzi Hərbi Hospitala göndərilməsi barədə məlumat vardır. 30 (otuz) gündən çox hospitalda müalicədə olduğu üçün sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, N9 №-li əmrilə ştatdan kənar edilmişdir. Qeyd edirik ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən İddiaçı xidməti barədə xx.xx.2020-ci il tarixli, 9/2-7997 №-li məktubla ünvanınıza cavab göndərilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli, 9/2-7997 nömrəli məktubunun məzmunundan görünür ki, Gədəbəy RHK-dan təcili həqiqi hərbi xidmətə çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli, 5 №-li əmrilə xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyi üçün əsgər İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən, N №-li hərbi hissə komandirinin xx xxxxxx N996-cı il tarixli, 48 №-li əmrilə (əmrdə hərbi rütbəsi “əsgər” yazılmışdır) xx.xx.N996-cı il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (məlumatda atasının adı “Tofiq” qeyd edilmiş, üzərindən xətt çəkilərək “Tapdıq” yazılmışdır) N №-li hərbi hissədən gəlmiş İddiaçı komandirin xx.xx.N994-cü il tarixli, NN3 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N997-ci il tarixli müvafiq əmrinə əsasən, ehtiyata tərxis edildiyi üçün komandirin xx.xx.N997-ci il tarixli, 287 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, NN3 №-li əmrində (əmrdə atasının adı “Tofiq” yazılmış, vəzifəsi qeyd edilməmişdir) N №-li hərbi hissəni özbaşına tərk etmiş, sıravi İddiaçı Tofiq oğlunun PDM taborunun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək, vəzifəyə təyin edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx xxxxxxx N994-cü il tarixli, 208 №-li əmrilə nizam intizamı və uzun müddət evə getmədiyi nəzərə alınaraq, sıravi İddiaçı 3 (üç) günlük məzuniyyət verilmişdir. N №-li hərbi hissə komandirinin xx xxxxxx N995-ci il tarixli, 3N7 №-li əmrilə ailə vəziyyəti ilə əlaqədar olaraq, sıravi İddiaçı 4 (dörd) günlük məzuniyyət verilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N997-ci il tarixli müvafiq əmrinə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunduğu üçün İ MAT-un əsgəri İddiaçı N №-li hərbi hissə komandirinin xx xxxxxxx N997-ci il tarixli, 287 №-li əmrilə (əmrdə hərbi rütbəsi “əsgər” yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, qeydiyyata düşmək üçün Gədəbəy RHK-nın sərəncamına göndərilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli, 9/2-N0267 nömrəli məktubundan görünür ki, NN0 nömrəli hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmamışdır. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, N3 nömrəli arayışından məlum olur ki, İddiaçı xx.xx.N994-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə hərbi xidmət keçmək üçün göndərilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İddia tələbindən məlum olur ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin imtina cavabı almış və iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin inzibati orqanın üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı N7N nömərli hərbi hissədə hərbi xidməti xx.xx.N994-xx.xx.N997-ci il tarixlərə (yəni Atəşkəs dövrünə) təsadüf etmiş, xx.xx.N994-cü ildən xidmət etdiyi N nömrəli hərbi hissə isə döyüşən hərbi hissə kimi qeydə alınmamışdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçı 476№-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 5 nömrəli əmrilə xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təmintalarına daxil edilmiş, N7N№-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, NN3№-li əmrilə şəxsi heyətin siyahısına daxil edilmiş və Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N997-ci il tarixli müvafiq əmrinə əsasən, ehtiyata tərxis edildiyi üçün komandirin xx.xx.N997-ci il tarixli, 287 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Göründüyü kimi iddiaçı xx.xx.N994-cü ildən N nömrəli hərbi hissədə, daha sonra xx.xx.N994-cü ildən xx.xx.N997-ci il tarixədək N7N№-li hərbi hissədə xidmət etmişdir. Bu hal işdə olan sübutlarla təsdiqlənmişdir. Beləliklə məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci bəndinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, ….. tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Müdafiə Nazirinin x xxxxxx N998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın N.6-cı bəndinə əsasən, N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gündür. Göründüyü kimi əsasnaməyə uyğun olaraq şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlər- N994-cü il mayın N-dək döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməsi, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması, N994-cü il N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edərək və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmasıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin N4.3-cü maddəsinin birinci cümləsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 68.N. və 68.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 8N-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar